Premyer Liqada koronavirusa daha 4 yoluxma

İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivi növbəti dəfə koronavirus testindən keçirilib.
Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.
2-8 noyabr aralığında 1646 nəfərdən koronavirus testi götürüldüyü, yalnız 4 nəfərdə yoluxma faktı qeydə alındığı diqqətə çatdırılıb.
Bununla da 31 avqustdan bəri koronavirus testi müsbət nəticə verənlərin sayı 52-yə çatıb.
Koronavirusa yeni yoluxanların kimliyi və hansı kluba məxsus olmaları açıqlanmır. Onlar qaydalara uyğun 10 gün karantində qalacaqlar.
Tarix: 11-11-2020, 12:04