Azərbaycan dəmiryolu daşıma tariflərinə Türkiyə daşıyıcıları üçün endirim edib
Nəqliyyat sahəsində gündəlikdə duran bütün məsələlər müsbət məcrada həll olunub. Azərbaycan tərəfindən dəmiryolu daşıma tariflərinə Türkiyə daşıyıcıları üçün əhəmiyyətli endirimlər tətbiq edilib.
Respublica.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 20-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazla görüşü zamanı qeyd edib.
Qeyd edilib ki, Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasında birbaşa dəmir yolu əlaqəsinin təmin edilməsi baxımından Qars-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılması mühüm əhəmiyyət kəsb edir.
Bu baxımdan, sentyabrda prezidentlər tərəfindən imzalanmış niyyət protokolunun önəmi vurğulanıb.
Tərəflər hər iki ölkənin ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə sahəsində də əməkdaşlığa böyük önəm verdiyini bildiriblər.
Respublica.Az
Tarix: 20-12-2023, 18:30