Oruc tutan şəxs söyüş söysə orucu pozulurmu?
Oruc tutan şəxs söyüş söysə orucu pozulurmu?



Orucu pozan bütün əməllər və hallar şəriət kitablarında ətraflı şəkildə izah edilmişdir. Bu səbəblərin arasında söyüş söymək qeyd edilməmişdir. Yəni söyüş söyməklə şəriət baxımından oruc pozulmaz. Söyüş nə qədər günah və bəyənilməz əməl olsa da, zahiri baxımdan orucu batil etməz. Amma unutmayaq ki, orucun şəriətə uyğun zahiri məqamı ilə yanaşı batini məqamı da vardır. Əsl mömin şəxslərin orucu yalnız ac qalmaq, cinsi istəkdən kənar durmaq və digər bir sıra höklmlərlə məhdudlaşmır. Mömin şəxs mədəsini yeməkdən, cinsiyyət üzvünü cinsi əlaqədən uzaq tutduğu kimi bütün bədən üzvlərini də haramdan uzaq tutmalıdır. Onun gözü harama baxmamalı, qulağı haram sözləri eşitməməli, dili haram sözlər danışmamalı, əli haram iş görməməli, ayağı haram iş dalınca getməməlidir. Bu qaydaya əməl edənlər layiqli şəkildə oruc tutmuş sayılırlar və onların orucu Allahın dərgahında mütləq qəbul olur.//milli.az//

Respublica.Az


Tarix: 23-12-2023, 09:34