Daha bir yığmanın baş məşqçisi koronavirusa yoluxdu
İsveç yığmasının baş məşqçisi Yanne Anderssonda koronavirusa aşkarlanıb.
Bu barədə İsveç Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
58 yaşlı mütəxəssis ötən həftənin sonundan karantindədir. Buna görə də o, Danimarka yığmasına qarşı keçirdikləri yoxlama oyununda da komandasına rəhbərlik edə bilməyib.
Qeyd edək ki, Andersson 2016-cı ildən İsveç yığmasını çalışdırır.
Yanne Anderssondan öncə Macarıstan yığmasının baş məşqçisi Marko Rossidə də koronavirus aşkarlandığı açıqlanmışdı.
Tarix: 12-11-2020, 08:14