Bakıda çiyələk fantastik qiymətə satılır - VİDEO
Bakıda çiyələk fantastik qiymətə satılır - VİDEO



Bazarlarda çiyələk, gilas və digər bu kimi qeyri-mövsümi meyvələrin qiymətləri xeyli yüksəkdir.

Xəzər TV-yə istinadən xəbər verir ki, kiloqramı 200-250 manata olan meyvələrin alıcısı da kifayət qədərdir.

Bəs bu meyvələrin insan orqanizmi üçün hansısa zərərləri ola bilərmi?

Satıcıların sözlərinə görə, mövsümi olmayan çiyələk, alça, gilas, qarpız kimi meyvələr baha olsa belə, kifayət qədər alıcısı var.

Qida mütəxəssisləri isə qeyd edir ki, qeyri-mövsümi meyvələr süni yolla yetişdirilir. Bu da insan sağlamlığı üçün zərərlidir.

Satıcılar bildirir ki, bu meyvələr ölkəyə Türkiyə, İran, İraq, Avstraliya və Yeni Zelandiyadan idxal olunur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Tarix: 4-03-2024, 10:17