Azərbaycan cüdo üzrə Dünya Turunun ilk "14-lüy"ündə
Azərbaycan cüdo üzrə Dünya Turunda 14-cü yerdədir.
Zaqrebdə keçirilən Qran-Pridən sonra ölkələrin bu il reytinq turnirlərində çıxışlarının statistikası yenilənib.
Xorvatiyanın paytaxtına səfər komandamıza üç mükafat qazandırıb: Əhməd Yusifov (60 kq) gümüş, Turan Bayramov (60 kq) və Ruslan Paşayev (66 kq) isə bürünc medala sahib çıxıb.
İlin əvvəlindən Azərbaycan cüdoçuları "Böyük dəbilqə" və "Masters" turnirlərinin də daxil olduğu Dünya Turu yarışlarında 3 qızıl, 11 gümüş və 14 bürünc medal qazanıblar.
Cədvəldə Braziliya, Türkiyə, Cənubi Koreya, Macarıstan və bir çox başqa ölkələri qabaqlayırıq.
Yaponiya liderdir (21-9-25), ikinci yerdə Fransa (17-12-17), üçüncü yerdə isə neytral idmançılar (14-9-20) qərarlaşıb.
İdman.biz
Tarix: 18-09-2024, 16:03