Koronavirusa yoluxan şəxs azı 6 ay ərzində... - Araşdırma
COVID-19-a yoluxan şəxsin azı 6 ay ərzində yenidən virusa yoluxma ehtimalı çox aşağıdır.
Bu barədə Oksford Universitetinin alimləri araşdırma aparıb.
Universitet tərəfindən səhiyyə işçiləri üzərində aparılan tədqiqat aprel-noyabr ayları arasında 30 həftəlik bir dövrü və 12 min tibb personalını əhatə edib.
Bu müddət ərzində 11 min 52 səhiyyə işçisindən 89-da simptomları olan koronavirus aşkar edilib. Bədənləri antikor istehsal edən 1246 şəxsin bu müddət ərzində bir daha xəstəliyə yoluxmadığı müşahidə edilib.
Universitetin professoru David Eyre bunun müsbət hal olduğunu bildirib: "Bu, həqiqətən yaxşı xəbərdir. Əmin ola bilərik ki, COVID-19 testinin nəticəsi müsbət olan insanların əksəriyyəti ən azından qısa müddətdə bir daha xəstəliyə yoluxmayacaq", - o qeyd edib. (publika.az)
Tarix: 24-11-2020, 06:40