"Qalatasaray"a yox deyən Martinellinin yeni klunbu bəlli oldu
"Qalatasaray"a yox deyən Martinellinin yeni klunbu bəlli oldu


Braziliya millisinin üzvü Qabriel Martinelli karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Respublica.az xəbər verir ki, 25 yaşlı vinger İngiltərənin "Arsenal" klubundan "Əl-Hilal"a transfer olunub. Futbolçu ilə 4 illik müqavilə imzalanıb.

"Arsenal" bu keçiddən 70 milyon avro gəlir əldə edəcək. Bu məbləğ London klubunun tarixində ən yüksək satış göstəricisi kimi qeydə alınıb. "Topçular"ın bundan əvvəl rekord satışına 2017-ci ildə Aleks Oksleyd-Çemberlen imza atıb. Həmin vaxt futbolçu 38 milyon avroya satılmışdı.

Qabriel Martinelli 2019-cu ilin yayından "Arsenal"ın heyətində çıxış edirdi. O, London təmsilçisinin formasında keçirdiyi 278 oyunda 62 qola və 36 məhsuldar ötürməyə imza atıb.

Braziliyalı futbolçu "Arsenal"la 2020-ci ildə İngiltərə kubokunu qazanıb, 2026-cı ildə isə İngiltərə çempionu olub. Həmçinin həmin il UEFA Çempionlar Liqasının finalında iştirak edib.

Martinelli Braziliya millisində 27 qarşılaşmada meydana çıxıb və 5 qol vurub. O, 2022 və 2026-cı illərdə dünya çempionatlarında iştirak edib. Sonuncu mundialda 1/16 final mərhələsində Yaponiya ilə görüşdə (2:1) Braziliyaya qələbə qazandıran qola imza atıb.

Respublica.az
Tarix: Dünən, 09:30