Bişmiş və çiy yumurtanı soyuducuda nə qədər saxlamaq olar?
Suda bişmiş yumurtanı soyuducuda 20 gündən, otaq tempraturunda isə 3 gündən artıq saxlamaq olmaz. Çünki, onun daxili hissəsi otaq temperaturundan çürüyüb qarala bilir. Buna səbəb isə bişirilən zaman yumurtanın üst qoruyucu təbəqəsinin məhv olmasıdır.
Suda bişmiş yumurtanın xarab olması barədə nənələrimizin də məlumatı olub. Onlar da 2-3 gün saxlanılan bişmiş yumurtanı yeməyiblər. Yəni, saxlanılan yumurtanın insan orqanizmi üçün zərərli olmasını sübut etmək üçün alim olub araşdırmalar aparmaq lazım gəlmir.
Adətən yumurta suda bişirilib saxlanılmadan yeyilir. Yanlız bəzənmiş bayram yumurtalarını günlərlə saxlamaq lazım gəlir. Buna görə də nənələrimiz bayram yumurtalarını soğan qabığında bişiriblər. Çünki, soğan qabığı qatılmış suda bişən yumurtalar qoruyucu təbəqəsini itirmir. Mütəxəssislər adi suda bişmiş yumurtanın üstünü duru yağla yağlayıb soyuducuda saxlanılmasını məsləhət bilirlər. Bu üsulla suda bişmiş yumurtanı 5-10 gün saxlamaq mümkündür.(milli.az)
Tarix: 9-12-2020, 01:51