Rusiya sülhməramlıları Qarabağda nəyə hazırlaşırlar?
"Bir milyondan çox azərbaycanlı və erməni Böyük Vətən Müharibəsində faşizmlə mübarizə aparıb, onların yarıdan çoxu döyüş meydanında həlak olub".
Bunu Qarabağdakı Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Dmitri Perepelkin deyib.
"Azərbaycanla Ermənistanın Qələbədə böyük payını qeyd etmək istəyirəm. Böyük Vətən Müharibəsində Azərbaycan və Ermənistandan bir milyondan çox insan iştirak edib. Təəssüf ki, onların yarıdan çoxu döyüş meydanında həlak olub. İki yüz mindən çoxu orden və medallarla təltif olunub, iki yüz nəfərə yaxını Sovet İttifaqı Qəhrəmanı adı alıb", - Perepelkin xatırladıb.
Onun sözlərinə görə, mayın 9-da Qarabağdakı Rusiya sülhməramlı bölmələrində şəxsi heyətin Böyük Vətən Müharibəsində Qələbəyə həsr olunmuş təntənəli düzülüşü olacaq: "Bu il biz qələbənin 76-cı ildönümünü qeyd edəcəyik. Bu tədbir faşizmlə mübarizədə həlak olmuş bütün döyüşçülərin xatirəsinə həsr ediləcək".
Bundan başqa, mayın 9-da sülhməramlılar Böyük Vətən müharibəsi veteranlarına kömək məqsədilə bir sıra humanitar aksiyalar da keçirəcəklər.Virtualaz.org
Tarix: 24-04-2021, 07:51