26-08-2022, 10:34 | Leyla Əliyeva Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Leyla Əliyeva Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şəxsi sosial media hesabında Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.

“İki sahil”ə istinadən xəbər verir ki, Leyla Əliyeva təbrikində anasını çox sevdiyini bildirib.

1-07-2022, 17:26 | Fuad Mayılovun BDYPİ-də “asan xidmət”i: “Vatçap qrupu”, gündəlik “plan”, “moyka” biznesi və…

Fuad Mayılovun BDYPİ-də “asan xidmət”i: “Vatçap qrupu”, gündəlik “plan”, “moyka” biznesi və…


Baş Dövlət Yol Polisi İdarəsində maraqlı oyunlar gedir. Birincilik uğrunda mübarizə, böyük pullara nəzarət savaşları pik həddə çatıb. Hazırda BDYPİ-də əsas fiqur kimi ortaya çıxan şəxs bir müddət əvvəl Yol Patrul Xidməti Alayına komandir təyinatı almış Fuad Mayılovdur.

Uzun müddət bu posta rəhbırlik etmiş və əsas iddialılardan biri olan Balakişi Əhmədovu “devirməyi” bacaran Mayılov, qısa müddətdə idarədə əsas postların hamısına nəzarəti ələ keçirməyə də nail olub. Belə ki, o, BDYPİ-nin əsas qazanc yeri sayılan və dəfələrlər qalmaqalları ilə ad çıxarmış İmtahan-Qeydiyyat İdarəsi və Texniki Baxış Şöbəsini nəzarəti altına alıb.

Fuad Mayılov bu posta təyinat almamışdan öncə Xırdalanda yerləşən Ekologiya Postunda rəis kimi çalışıb. Həmin dönəmlərdə elə də populyar olmayan Mayılov, sonradan özünü diqqət mərkəzinə gətirməyi bacarıb. Yeni vəzifəsinə təyinat aldıqdan sonra isə strateji hədəfi olan BDYPİ-nin rəisi olmaq arzusunu reallaşdırmağa başlayıb. Bu yolda ona mane olan Bakı Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyevi belə “offsayt”da saxlamağı bacarıb.



Bu qrup nə üçün lazımdır? Məsələ belədir ki, sürücü texniki baxışdan keçmək üçün qanunla şöbəyə gəlməlidir. Daha sonra isə rəsmi dövlət rüsumu 30 manat olan avtomobilinin pulunu ödəməli və bir illik möhlət almalıdır. Lakin Mayılovun yaratdırdığı “vatçap qrup”ları həmin funksiyanı gəlmədən həyata keçirirlər. Belə ki, sürücü sözügedən “vatçap qrupu”na maşının texniki pasportunu və lazım olan sənədlərin şəklini gösndərməklə, getmədən bu hüququ əldə edə bilir. Sadəcə, bu işin müqabilində sürücü 30 manat deyil, 50-80 manat ödəməli olur.

Bu həm də ona görə işə yarayır ki, Sumqayıtda olan sürücü İmişlidə qeydiyyatdadırsa, bunun üçün İmişliyə getməlidir. Lakin Fuad Mayılovun yeni “sistemi” sayəsində buna da gərək qalmır. Elə Sumqayıtdaca qeydiyyatdan keçərək, məsələsini həll edir.


İşin ən maraqlı tərəflərindən biri də odur ki, Dövlət Yol Polisinin Zabrat Texniki Baxış Mərkəzinin rəisi Mərdan Əliyev bu işlərdən əlavə, yeni bir qazanc üsulu da tapıb. Belə ki, texniki baxışa gəlmiş avtomobil tozlu, palçıqlı olarsa, mütləq, elə mərkəzin yaxınlığında fəaliyyət göstərən avtomobil yuma məntəqəsində yuyulmalıdır. Qiymət isə bir maşın üçün 10 manatdır. Əks təqdirdə, maşına texniki baxış həyata keçirilmir.



Həmin avtomobilyuma məntəqəsinin birbaşa Mərdan Əliyevə aid olduğu, gündəli pulların da ona yetişdiyi bildirilir.



Eyni zamanda, Fuad Mayılov regionlar üzrə də “nümayəndə” təyin edib. Gələn məlumatlara görə, həmin “nümayəndə” təmsil etdiyi bölgənin DYP Postunun rəisi vəzifəsini tutur. Onların işi “qara kassa” funaksiyasını həyata keçirir. Məsələn, Cənub bölgəsində bu missiyanı Göytəpə DYP Postunun rəisi həyata keçirir. Digər bölgələrdə isə bu “missiya” əsasən İmtahan-Qeydiyyat İdarələrinin rəsmilərinə həvalə olunub. Onların vəzifəsi yığılan pulları Mayılova çatdırmaqdır.

Qeyd edək ki, Fuad Mayılovun “ixtiraları” bununla da bitmir. Bu barədə növbəti yazımızda ətraflı bəhs edəcəyik. Bəhs olunacaq mövzular isə alkotester, narkotik vasitənin qəbul edilib, edilməməsi, bu testlər nəticəsində adı kitaba düşənlərlə protokol tərtib edilənlər arasında ciddi fərqin olması, qohumların vəzifələrə təyinat alması və digər mətləblərdən ibarətdir.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

1-07-2022, 16:19 | Namiq Zeynalovdan 3 milyon manat tələb edilir

Namiq Zeynalovdan 3 milyon manat tələb edilir



Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-ə istinadən xəbər verir ki, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə müdafiə çıxışı edən Namiq Zeynalovun vəkilləri dövlət ittihamçısının tələblərinə etiraz ediblər.

Vəkillər məhkəmədən bəraət hökmü çıxarılmasını xahiş ediblər.

İş üzrə zərərçəkmiş qismində tanınmış Cəlilabad Rayon İcra Hakimiyyəti 3 milyon manat, DOST İş Mərkəzi isə 50 min manat mülki iddia qaldırıb. Müdafiə tərəfi zərərçəkmiş qurumların tələblərinin əsassız olduğunu deyiblər.

Namiq Zeynalov son söz üçün vaxt istəyib.



Proses iyulun 4-nə kimi təxirə salınıb.

Xatırladaq ki, Namiq Zeynalov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub. O, Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

28-06-2022, 12:40 | Nazir neft qiymətinin büdcədə 85 dollar olmasına aydınlıq gətirdi

Nazir neft qiymətinin büdcədə 85 dollar olmasına aydınlıq gətirdi


Maliyyə naziri Samir Şərifov 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər nəticəsində neftin bir barelinin qiymətinin 85 ABŞ dolları səviyyəsində götürülməsinə aydınlıq gətirib.

S.Şərifov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı bildirib ki, bu qiymət məqbul hesab edilir.
Ətraflı

"Burada təklif olundu ki, riskləri nəzərə alaraq neftin qiyməti dövlət büdcəsində 75 ABŞ dollarına qədər endirilsin. Qeyd edim ki, 2022-ci ilin beş ayında "Azeri Light" markalı xam neftin bir barrelinin orta ixrac qiyməti 106,3 ABŞ dollarına bərabər olub. 5 ay ərzində daxil olan vəsaitləri və növbəti 7 ay üzrə daxil olacaq vəsaiti nəzərə alaraq neftin bir barrelinin orta qiymətinin 85 dollar götürülməsi məqsədəuyğundur", - deyə nazir bildirib.

28-06-2022, 12:38 | Qurban bayramında neçə gün iş olmayacaq?

Qurban bayramında neçə gün iş olmayacaq?




2022-ci il iyulun 9, 10-u Qurban bayramıdır.

9 və 10 iyul tarixləri müvafiq olaraq şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 11 və 12 iyul tarixləri qeyri-iş günü olacaq.


27-06-2022, 21:10 | Əhaliyə sevindirici XƏBƏR


Əhaliyə sevindirici XƏBƏR


İllərdir ki, ölkə ərazisində internetlə bağlı problemlər səngimək bilmir. Qiymətin yüksək, keyfiyyətin isə aşağı olması internet istifadəçilərinin ən yaralı yeridir.

İnternetdən təkcə dərsə, işə görə istifadə edənlər deyil, habelə axşam iş yorğunluğunu kinoya baxaraq çıxaranlar da onun "güclü" sürətini görüb sağlıqlarından - əsəb sistemlərindən olurlar.

Adətən sözügedən hallarda halda interneti təmin edən firma ilə əlaqə saxladıqda təmir işlərinin aparıldığını, problemin tezliklə aradan qaldırılacağı deyilir. Amma ki, nə fayda... Həmçinin ölkədə mobil internetin də sürətində kəskin enmələr müşahidə olunur.

​​​​​​​Son statistikaya baxsaq, Azərbaycanda mobil internet zəifləyərək, 61-ci yerə geriləyib.

bizim.media-ya istinadən bildirir ki, İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov bu sahədəki əngəllərdən söz açıb. Onun sözlərinə görə, internetin sürətinin aşağı düşməsi bir tərəfdən sevindirici haldır, çünki:

"İnternetin sürətinin aşağı düşməsi müəyyən mənada sevindirici olmalıdır. Bu o deməkdir ki, Azərbaycanda aktiv internet istifadəçilərinin sayı artıb. Son zamanlar mobil operatorların faktiki olaraq mobil interneti güclü şəkildə populyarlaşdırması, bu istiqamətdə kampaniyalar keçirməsi müəyyən mənada internetin sürətinə təsir göstərir.

Məndə olan məlumata görə, internet istifadəçilərinin sayının artması, mobil internet şəbəkələrinin sürətini aşağıya salır. Burada çözüm yolu yalnız mobil operatorlara düşür və onlar hər bir qurğu, antenalarında internetin tutumunu artırmalıdır.

İkinci problem isə bizim bir çox resurslarımızın yerli olmamasıdır. Bizim istifadə etdiyimiz resurslar ölkədən kənarda yerləşir və biz onlardan istifadə etmək üçün məcbur qalaraq xarici serverlərə müraciət edirik. Bu da sürətə birbaşa olaraq təsir göstərir. Əgər biz yerli aktiv resursların aktiv istifadəçisi olsaq, yerli data serverlərdə yerləşdirilsəydi biz daha sürətli şəkildə internetdən istifadə edə bilərdik".

Fərid Kazımov həmçinin bildirir ki, vətəndaşlar ödədiyi pulun əvəzində internetin keyfiyyətindən narazılığı yaranarsa, bu halda aidiyyatı qurumlara şikayətlərini bildirməlidilər:

"Əgər istifadəçi müəyyən mənada provayderlərlə müqavilə bağlayırsa, əgər provayder 50 mb/s, 100 mb/s verirsə, müqaviləyə uyğun şəkildə bunlar təqdim olunmalıdır. Amma təəssüf ki, çox vaxt deyilənlər reallıqda öz əksini tapmır. Çünki qeyd edilən sürəti biz gecə saatlarında görə bilirik. Pik saatlarda trafikin çoxluğu sürətə təsir edir və yaxşı olmur. Əgər belə hallar çox hallarda baş verərsə, aidiyyatı qurumlara və istehlakçıların hüquqlarının müdafiə edən dövlət qurumlarına müraciət olunmalıdır ki, sözügedən problemlərin qarşısı alınsın", - deyə qeyd edən

F.Kazımov həmçinin problemin həll olması istiqamətində ümidverici açıqlama da verib:

"Amma əminəm ki, yaxın 1-2 il ərzində internetin keyfiyyəti artırılacaq. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də bu istiqamətdə böyük işlər aparır. Buna nümunə olaraq, bir çox regionlarda geniş zolaqlı internetin təklif olunmasını göstərə bilərik. Nazirliyin edə bilmədiyi bəzi bölgələrdə isə dövlət özəl tərəfdaşlığı vasitəsilə bu xidmətlər təşkil olunur.

Müasir trendlərə uyğun olaraq, özümüz də bu servisləri inkişaf etdirə bilərik. Əgər biz online-distant təhsildən danışırıqsa, internetin sürəti aşağıdırsa təbii ki, biz xidmətdən istifadə edə bilmirik.

Bu səbəblə sözügedən sahədə fəaliyyət göstərmək istəyən şirkətlər də xidmətlər təklif edə bilmir. 1-2 il ərzində internet sürətinin keyfiyyəti artırılarsa, bir neçə sahənin inkişafı üçün real zəminlər yaradacaq. Elektron təhsil, elektron xidmətlər, gələcəkdə telesəhiyyənin də inkişafına səbəb olacaq".

27-06-2022, 18:19 | Müzəffər Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasındadır

Müzəffər Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasındadır


Ordun varsa – yurdun da var. Ana dilimizin taleyüklü həqiqətini əks etdirən bu lakonik deyim bəşəri inkişafın min illərdən keçib gələn gerçəyindən xəbər verir. Dünyanın indiki siyasi xəritəsi davamlı güc dartışmalarının nəticələrinin göstəricisidir. Kim yurdunu qoruya bilibsə, o, Vətənli xalq kimi yaşayıb. Kimin ordusu güclü olubsa, o, yurduna sahib çıxmağı da bacarıb.

Bu baxımdan, Azərbaycan xalqı əzəldən yurdlu, ordulu olub. Babalarımız həmin yurdu zaman-zaman ordulaşaraq bizim günlərədək qoruyub saxlayıblar. Sevinc və təntənələri hələ də bitib-tükənməyən Qarabağ zəfəri də məhz namərd düşmənlərin ələ keçirdikləri qədim və cənnətmisal yurd yerlərimizin ordumuzun hünəri və bütövlükdə, xalqımızın ordulaşması ilə qazanıldı.

Doğrudan da, müasir dünya­da hər hansı bir ölkənin ərazicə qorunması, üstəlik, dinc həyatı və iqtisadi yüksəlişi silahlı qüvvələrin gücünə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti 104 il əvvəl itirilmiş dövlətçiliyimizin bərpası missiyası ilə tarix səhnəsinə qədəm qoyan­da onun, 23 ay olsa da mövcud­luğu məhz öz ordusunu yaratması ilə təmin olunmuşdu.

Azərbaycan peşəkar zabitlərin hazırlanması, ordu quruculuğu prosesinə o dövrdə başlanılsa da, sonrakı sovet dönəmində xalqımız məqsədyönlü şəkildə öz milli or­dusundan məhrum edilmişdi. Xal­qımızın igid oğulları min illərdən gələn hərbi-döyüş ənənəsini ittifaq ordusunun tərkibində davam etdirmiş, gələcəyə bağlı arzu­larını xəyallarında yaşatmışdı. Azərbaycanın yaxın gələcəkdə dövlətçiliyini bərpa edəcəyini uzaqgörənliklə yəqin etmiş ümummilli lider Heydər Əliyev özünəməxsus bir böyüklüklə xalqımızın yurd sevgisi və döyüş ruhunun yaşadılıb inkişaf etdirilməsi üçün zəruri hazırlıq işlərinə başlamışdı.

Siyasət və dövlət idarəçiliyi dahisi Heydər Əliyev hələ 1971-ci ildə şovinizmiə sadiq sovet rəhbərliyinin qadağa və maneələrinə baxmayaraq, böyük çətinliklərlə də olsa Azərbaycanda hərbi kadrlar hazırlayan Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail olmuşdu. Bununla Azərbaycanda hərbi biliklərin öyrənilməsinə maraq dirçəldilmiş, nəticə etibarı ilə azərbaycanlı zabit kadrların ha­zırlanmasına geniş meydan açıl­mışdı. Azərbaycan müstəqilliyini bərpa edənədək həmin hərbi məktəb ordu quruculuğunun əsas bazası, flaqmanı kimi forma­laşmışdı və zaman yetişəndə suverenliyini qazanmış ölkəmizə önəmli töhfələrini verdi.

Bundan başqa böyük dövlət qurucusu Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə uzaqgörən siyasəti sayəsində gənc soydaşlarımı­zın Bakı Ali Qoşun Komandirləri və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər nüfuzlu hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mahiyyət etibarilə milli hərbi-döyüş ənənələrimizin yaşadılması demək idi. Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması birmənalı şəkildə milli ordu quruculuğu prosesinin baş­lanğıcı olaraq gələcək müstəqil Azərbaycan üçün silahlı qüvvələr rəhbərliyinin yetişdirilməsi amalına xidmət etmişdi.

Müstəqillik illərində Prezident Heydər Əliyev milli ruhlu və həqiqi ordu quruculuğu prosesini möhkəm təməllər üzərində davam etdirdi. Ulu öndər zəruri tədbirlər komp­leksini gerçəkləşdirməklə qısa müddətdə Azərbaycanda peşəkar ordunun yaradılmasına nail oldu. Bununla yanaşı, ümummilli lider müasir tələblərə cavab verən ordu quruculuğu üçün xaricdə zabit hazırlığına xüsusi diqqət yetirdi. Azərbaycan ordusunun NATO standartlarına cavab verməsinə önəm verildi. Bir sözlə, ulu öndər əsası Xalq Cumhuriyyəti dövründə qoyulmuş və yarımçıq qalmış milli ordu quruculuğunun müasir şəraitdə banisi oldu. Müstəqil dövlətin qüdrətli Ali Baş Komanda­nı Heydər Əliyev bu prosesdə tarixi ədalətə və siyasi-inzibati varisliyə sadiq qalaraq AXC ordusunun ya­radıldığı 26 iyun tarixini ölkəmizdə yenidən Silahlı Qüvvələr Günü elan etdi.

Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Ali Baş Ko­mandan kimi bu varisliyə sadiq qa­laraq ölkənin müdafiə qabiliyyətini müasir standartlara cavab verən nizami ordunu gücləndirməklə və hərbçilərin döyüş ruhunu yüksəldən tədbirlərlə həyata keçirdi. Ordumuz ən müasir silahlarla təmin edildi, hərbçilərin təminatı yaxşılaşdırıldı. Qarabağ münaqişəsinin sülh yolu ilə həllini əsas tutan diplomatiya­mızla bərabər, torpaqlarımızın hərb yolu ilə azad olunması da daim gündəmdə oldu. Bu şərəfli məqsəd uğrunda mübarizəni qələbə ilə başa çatdırmaq üçün peşəkar ordu quruculuğuna önəm verildi.

Ölkəmiz 20 faiz torpağı işğal altında olmasına baxmayaraq, qan tökülmədən sülh yolu ilə bu problemi həll etməyə çalışsa da, işğalçı Ermənistanın qeyri-kons­truktiv hərəkətləri, beynəlxalq hüququn norma və prinsplərinə məhəl qoymaması, islah olun­mayan cinayətkar davranışları və üstəlik, yeni torpaq iddiası ilə sərsəm bəyanatlar səsləndirməsi onu göstərdi ki, Ermənistan sülh istəmir. Bütün bunlar azmış kimi, Ermənistanın təmas xəttində gərginlik yaradaraq mövqeyimizə dogru hücuma keçməsi ölkə olaraq Azərbaycan üçün başqa seçim qoymadı. 44 gün ərzində Prezident İlham Əliyevin Ali Baş Komandan­lığı altında düşmən ordusu məhv edildi. Nəhayət, tarixi ədalət bərpa olundu, haqlı tərəf qalib gəldi, ölkə bütövləşdi.

2020-ci ilin payızında qələbə soraqlı Vətən müharibəsi za­manı müstəqil dövlətin hərbi strategiyası ölkəmizin ən ağır yarasını sağaldaraq böyük bir xalqı layiq olduğu məqamına çatdıraraq müzəffər etdi, yurd sevgili xalqımızın milli qüruru­nu özünə qaytardı. Bununla, qəhrəman Azərbaycan Ordusu­nun döyüş qabiliyyəti dünyaya səs saldı. Beynəlxalq aləm, hətta ermənilərin havadarları heyrətlə Qarabağ döyüşlərindən, silahlı qüvvələrimizdən da­nışdı. Dünya gördü ki, savaş tarixində yeni səhifə açmış Şuşa döyüşündə erməni fərari əsgər və zabitlərinin kütləvi qaçışı fonunda Azərbaycan döyüşçüləri şəhid olmuş, yaralanmış yoldaş­larını çiyinlərinə bağlayaraq qala şəhərə süngü döyüşü ilə daxil olmuşlar.

Ən şiddətli döyüşlər gedən 44 gün ərzində bir nəfər mülki erməninin belə xəsarət almaması isə məqsədinin Vətən torpaqları­nın işğaldan azad edilməsi olan Azərbaycan Ordusunun yüksək məharətinin və şərəflə döyüşməyi bacarmasının göstəricisi idi. Bu əfasanəvi döyüş bacarığı ümum­milli lider Heydər Əliyevin yarat­dığı, müzəffər Ali Baş Komandan İlham Əliyevin inamla rəhbərlik etdiyi yeni tipli modern ordu­nun dünya hərb tarixinə yazdığı nümunəvi döyüş idi.

Düşmənin dinc əhali qənimi, əliyalın insanlar qatili olan quldur bandalarından fərqli olaraq, Azərbaycan Ordusu qarşısındakı mülki şəxsləri hədəf seçmədi, müharibə cinayətləri törətmədi. Peşəkarlıq, ləyaqət və əxlaq ordumuzun döyüş üslubu oldu. Sədaqəti və hünəri ilə Vətəni şərəfləndirən ordumuz bu gün dünyanın seçilən, diqqət mərkəzində olan hərbi gücləri sırasındadır. Müzəffər Ali Baş Ko­mandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Silahlı Qüvvələrinin gücü dövlət müstəqilliyimizin əbədiliyinin və sarsılmazlığının mötəbər təminatıdır! Xalqımızı tarixi zəfərə qovuşdurmuş qalib Azərbaycan Ordusu yurdumuzun yenilməz arxa-dayağı, düşmən qarşısında aşılmaz sədd, möhtəşəm sipərdir. Azərbaycan Ordusuna eşq olsun!

Sahib Şirinov,
Şamaxı Rayon Avaxıl bələdiyyəsinin sədiri.

27-06-2022, 14:30 | Yusif Qədimbəylinin oğlu da atasının yolundadır... - NARAZILIQ YARADIR...

Yusif Qədimbəylinin oğlu da atasının yolundadır... - NARAZILIQ YARADIR...


“Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli kimi hər kəsin tanıdığı məşhur iş adamının oğlundan Mingəçevir sakinləri tərəfindən Dünyanınsəsi.Az saytına videoşikayət daxil olub.

Belə ki, iş adamının oğlu Orxan Qədimbəyli Mİngəçevir şəhərində yeni inşa ediləcək Klinkanın tikintisi ilə bağlı ” BAŞİR-PROQRESS” MMC -nin rəhbəri Dilqəm Əliyevlə aralarında müqavilə bağlanılıb.
” BAŞİR-PROQRESS” MMC isə Mingəçevir şəhərində klinkanın tikintisini 5 may 2022-ci il tarixdə başa çatdırıb.
Məlumat üçün qeyd edək ki, müqvilədə Yusif Qədibəylinin Mingəçevir şəhərində kür çayının sol sahilində yerləşən bağ evinin təmiri və digər nəzərdə tutlan tikinti işləridə tam görülərək başa çatdırılıb.
” BAŞİR-PROQRESS” MMC -nin direktoru Dilqəm Əliyev videoşikayətində qeyd edir ki, görülən işlərin müqabilində məşhur iş adamının oğlu 12.800 manat civarında əl əməyi haqqımızı mənimsəyərək vermir.

MMC direktoru bildirir ki, haqımızı tələb etmək üçün 11 dəfə “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin Bakıda yerləşən ofisinə getsəmdə bu görüş Cəfər Cəfərov tərəfindən əngəllənib.
Hətta şikayətçi şəxs qeyd edir ki, Cəfər müəllim ona bildirib ki, hara və kimə şikayət etsən müəllim pulla ört-basdır edəcək.Get başını bəlaya soxma.

MMC direktorunun videoşikayətini təqdim edirik:

Redaksiya olaraq inaırıq ki, ölkəmizdə böyük ada-sana malik olan məşhur iş adamı Yusif Qədimbəyli səsləndirilən şikayətləri araşdırmaqla , əliqabarlı , alın tərli ilə ailə-uşaqları üçün çörəkpulu qazanan insanların əməkhqlarının ödənilməsinə göstəriş verəcəkdir.

27-06-2022, 11:30 | İcbari tibbi sığorta ilə işləyən xəstəxanaların SİYAHISI

İcbari tibbi sığorta ilə işləyən xəstəxanaların SİYAHISI


Müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində (https://its.gov.az/files/9/TEBIB%20SIYAHI.pdf) göstərilir.

"Bununla yanaşı, TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadıda vətəndaşa Agentliyin müqavilə bağladığı 57 özəl tibb müəssisəsinə göndəriş verilir", - deyə əlavə edilib.


26-06-2022, 15:59 | Ordu ölkəmizin, xalqımızın, dövlətimizin dayağıdır

Ordu ölkəmizin, xalqımızın, dövlətimizin dayağıdır


Xalq və dövlət hər zaman Ordusu ilə fəxr etməlidir və biz də hər zaman Ordumuza qurur mənbəyi kimi baxaraq fəxr etmişik. İnanırdıq ki, Ordumuz üzərində düşən qələbə missiyasını, torpaqlarımızın işğaldan azad edilməsi işini şərəflə yerinə yetirəcək.
Sözsüz ki, bu ali missiyasının yerinə yetirilməsi üçün dəmir iradəli sərkərdə, güclü lider də lazım idi.
Məhz Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkənin iqtisadi tərəqqisinə nail olunaraq, ordumuzun güclənməsi istiqamətində həyati vacib işlərə imza atıldı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət quruculuğu strategiyasının uğurla reallaşdırılması, güclü iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılması müasir ordu quruculuğu və hərbi məsələlərin yüksək səviyyədə həll edilməsinə imkan yaratdı.
Bu məqsədlə hər il dövlət büdcəsində müdafiə xərclərinə böyük vəsait nəzərdə tutuldu, ölkənin müdafiə sənayesi yaradıldı, ordu ən müasir silahlarla təchiz edildi, ölkəmizin hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirildi və nəticədə Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasına daxil oldu.
Nəticədə 44 günlük Vətən Müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu gücünü və qüdrətini nəinki Ermənistana, eyni zamanda dünyaya nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi “44 gün ərzində bir gün də olmadı ki, biz haradasa geriyə çəkilək”. Müharibə tarixində inanmıram ki, belə hal olsun ki, hər hansı ordu ancaq irəli getsin. Lakin Azərbaycan ordusu həm gücünə və həm də Ali Baş Komandanın qurduğu düzgün hərbi- siyasi taktikaya görə buna nail oldu.
Sözsüz ki, Qələbəni şərtləndirən amillər sırasında iqtisadi güc, güclü ordu, milli həmrəylik və birlik, beynəlxalq səviyyədə uğurlar və bütün bunları təmin və təşkil edən, bütün resursları vahid amal uğrunda səfərbər etməyi bacaran İlham Əliyev kimi liderin olması qeyd olunmalıdır.
Latın dilində tarixə düşən atalar sözündə deyildiyi kimi “Sülh istəyirsənsə, müharibəyə hazır ol”. Azərbaycan da bu gün sülhü istəyən bir ölkə olaraq, davamlı sülhün təminatçısı ki, uğurlu siyasət və güclü ordunu görür.
Azərbaycan hər zaman sülhün, əməkdaşlığın və inkişafın tərəfdarı olan bir ölkə olub. Dövlət başçısı dəfələrlə təəssüf hissi ilə bildirib ki, beynəlxalq münasibətlər sistemin artıq hüquq deyil, güc daha çox işləyir. Və Azərbaycan da öz təhlükəsizliyini qorumaq üçün Azərbaycan Ordusunun daha da inkişaf etdilməsini həyata keçirməkdədir.
Müharibədən sonrakı dövrdə Azərbaycan Ordusunun daha da gücləndirilməsi üçün silah-sursat təchizatı artırılmaqda, komando bölmələrinin yaradılması sürətlənməkdədir. Eyni zamanda cənab Prezidentin hərbçilərlə görüşləri onlara diqqət və qayğının artırlması da Ordumuzun daha da güclü olması üçün əsas stimullardandır.

Həsən Rzayev ,
Füzuli rayonu A.Əliyev adına Böyük Bəhmənli kənd
2№-li tam orta məktəbin direktoru
.



������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.