16-09-2022, 15:21 | Azər Süleymanov : Yalvarmağa başlayırlar… “dəmir yumruq” başlarına enəndə

Xocavənd Rayon İcra Hakimiyyəti başçısının 1-çi müavini Azər Süleymanov - Sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycan Ermənistan təmas xəttində ermənilər tərəfindən törədilən hərbi təxribat bir daha Ermənistan rəhbərliyinin ikiüzlü, riyakar siyasət yeritdiyini sübuta yetirdi.
Azərbaycan dövləti 10 noyabr 2020-ci il üçtərəfli Bəyannamənin bütün bəndlərinə uyğun olaraq öz üzərinə düşən öhdəlikləri yerinə yetirir. Ermənistan isə iki il vaxt keçməsinə baxmayaraq hər zaman hər cürə bəhanələr gətirərək üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Ermənistan rəhbərliyinin bu hərəkətləri 10 noyabr Bəyannaməsindən imtina etməsi anlamına gəlir. Kapitulyasiya aktına imza atan Ermənistanın Baş naziri imdad üçün Avropa İttifaqına üz tutdu. Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən və müdrik xarici siyasəti nəticəsində Avropanın siyasi səhnəsində də Paşinyan ağır məğlubiyyətə uğradı. Avropa Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutan üçtərəfli görüşlərdə də Azərbaycanın milli maraqları nəzərə alınaraq Avropa İttifaqının rəsmisi tərəfindən bəyanatlar səsləndirildi.

Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü münasibətlərin nizamlanmasına dair 5 bənddən ibarət təklifini qəbul etdiyini bildirdi və sülh sazişinin imzalanması istiqamətində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşməsi və sülh sazişinin hazırlıq işlərinə başlamaları üçün öz razılığını bildirmişdi. Ermənistan rəhbərliyi üzdə bu razılaşmanı qəbul etsə də sonradan bu razılaşmanı yerinə yetirmədiyi açıq aşkar göründü. Bu gün Ermənistan müstəqil bir dövlət deyil və Ermənistana rəhbərlik edən şəxslər müstəqil siyasət yeritmək qabiliyyətində deyillər. Ermənistanın Baş Naziri Paşinyan Ermənistandan kənarda və ölkənin daxilindəki revanşist qüvvələrin fikirləri ilə hərəkət edir.
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə Ermənistan rəhbərliyinə və ermənilərin xaricdəki havadarlarına xəbərdarlıq etmişdir ki, əgər Azərbaycana qarşı nəinki silahlı təxribat, hətta təxribat xarakterli bəyanatlar versələr belə, nəticəsi çox ağır olacaq.
Ermənilərin törətdikləri son hərbi təxribatın qarşısını Azərbaycan Ordusu aldı və Ermənistan ordusunun təmas xəttinə yaxın hərbi texnikalarını və xeyli sayda canlı qüvvələrini məhv etdi. Həyata keçirilmiş uğurlu əks hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu təxminən 100 kv.km-lik ərazini və hakim yüksəklikləri ələ keçirdi.
Ermənistan rəhbərliyinin bu təxribatlara əl atmasının arxasında bir sıra məkrli niyyətlər dayanır. Ermənistan təxribat törətməklə vaxt uzatmaq və sülh sazışının imzalanması prosesini pozmağa çalışır. Əslində ermənilərin bu yolla vaxt uzatmaları onların əleyhinə işləyir və Azərbaycan Ordusu tərəfindən bu təxribatların qarşısı çox sərt şəkildə alınır. Nəticədə yüzlərlə erməni hərbiçisi Azərbaycan Ordusu tərəfindən məhv edilir və milyard dollar xərcləyərək aldıqları hərbi texnikaları, yaratdıqları hərbi infrastrukturlar və hərbi hissələr Azərbaycan Silahlı Qüvvələri tərəfindən darmadağın edilir. Onsuz da dilənçi və rəzil gündə yaşayan Ermənistana bu hərbi hissələri yenidən qurmaq üçün uzun illər lazımdır.
Ermənistanın siyasi rəhbərliyi hələ bir neçə ay bundan əvvəl bu təxribatlara hazırlıq görürdü. Laçın və Kəlbəcər rayonları ilə sərhəddə çox saylı hərbi texnika cəmləşdirir, burada yeni hərbi hissələr yaradır və hərbi qulluqçuların sayını artırırdı. Azərbaycan tərəfi ermənilərin təxribata əl atacağını əvvəldən bilirdi. Çünki 2020-ci ilin iyulunda baş vermiş Tovuz hadisələri ilə bu dəfəki təxribatlar eynilik təşkil edirdi. Tovuz istiqamətində ermənilərin hərbi texnika cəmləşdirməsi və müharibəyə hazırlaşmaları barədə Prezident İlham Əliyev bütün beynəlxalq təşkilatlara müraciət etmişdir. Lakin beynəlxalq təşkilatlar Ermənistana heç bir tədbir göstərmədilər.
2020-ci il iyulun 12- də Ermənistan silahlı qüvvələri Azərbaycan dövlətinə qarşı irimiqyaslı hərbi təxribata əl atdı. Azərbaycan Ordusu əks həmlə ilə Ermənistan ordusunu darmadağın etdi. Ermənistanın hərbi infrastrukturu və çox sayda hərbi qüvvəsi məhv edildi. Şəhid generalımız Polad Həşimov başda olmaqla Azərbaycan oğulları ermənilərə qəhrəmanlıq, mərdlik dərsi verdi. Tovuz hadisələri zamanı ermənilərin əsas məqsədi beynəlxalq təşkilatları və ölkələri bu münaqişəyə cəlb etmək, Qarabağ və Şərqi Zəngəzur torpaqlarını işğalda saxlamaq idi. Lakin onların bu arzusu da puç oldu. Azərbaycanın apardığı mübarizə haqq işi idi və beynəlxalq hüququn prinsiplərinə söykənirdi.
Bu il sentyabrın 12-dən 13- nə keçən gecə Ermənistan hərbçilərinin Azərbaycanın Laçın, Kəlbəcər, Daşkəsən və Zəngilan rayonları ilə sərhəddə törətdikləri təxribatın qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən daha sərt və tutarlı həmlə ilə alındı.
Azər Süleymanov: Yalvarmağa başlayırlar… “dəmir yumruq” başlarına enəndə
Bu gün Ermənistan təəssüfki, Azərbaycan dövlətinin gücünü və qüdrətini qiymətləndirə bilmir. Ermənilər başa düşməlidilər ki, Azərbaycan kimi istər siyasi, istər iqtisadi, istərsə də hərbi cəhətdən güclü, eyni zamanda artıq dünyada söz sahibinə çevrilən bir ölkə ilə zor dili ilə danışa bilməz. Azərbaycanın nə qədər güclü bir dövlət olduğunu 2016-ci ilin aprelində, 2020-ci ilin iyulunda və 2020-ci ilin 27 sentyabrından 10 noyabrına qədər davam edən Vətən Müharibəsində ermənilər başa düşməli idilər. Təəssüflər olsun ki, Ermənistan bu gün reallığı qəbul edə bilmir və hər dəfə dəmir yumruq başlarına enəndə bütün dünyaya yalvarmağa başlayırlar. Sonuncu döyüşdə də igid oğullarımız yenə də erməniləri hərb meydanında diz çökdürdü. 7 saatlıq döyüşlərdə Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini və hərbi texnikalarını yerlə yeksan etdi. Bu hərbi qələbəmiz ilə Azərbaycan bir daha bütün dünyaya bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünə təhlükə yaranarsa bunun cavabı çox ağır olacaq.
26-08-2022, 10:39 | Azərbaycanda dördüncü doza vaksin məcburi olacaq? - Açıqlama

Son günlər Azərbaycanda koronavirusa yoluxma hallarında artım müşahidə olunur. Bu artım əhali arasında bir sıra şayiələrin yayılmasına gətirib çıxarır. İddia olunur ki, payıza doğru yoluxmalar daha da artacaq və əhali arasında dördüncü doza vaksin məcburi olacaq.
Məsələ ilə bağlı Trend-ə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib ki, hazırda dördüncü doza vaksinin məcburiliyi real deyil.
"Hal-hazırda Azərbaycan COVID-19 vaksinin dördüncü dozası mümkündür. Amma bu könüllülük prinsipi əsasında olur. Əgər şəxsin ən sonuncu vaksinasiyasından 6 ay keçibsə, təkrar vaksinasiya edə bilər. Payız aylarında yoluxma sayı artsa, dördüncü doza vaksin ola bilər. Lakin bunu əvvəldən demək doğru deyil. Məcburi xarakter o zaman daşıya bilər ki, yoluxma sayı, xəstəxanalara yerləşdirmə ehtiyacı, ağır xəstə riskləri artsın. Əgər xəstəliyin ağırlıq dərəcəsi, xəstəxanaya yatış tələbi artarsa, qarşıdakı günlərdə bəzi məhdudiyyətlər tətbiq oluna bilər. Təbii ki, bu məhdudiyyətlər arasında təkrar vaksinasiya, dördüncü doza məcburi ola bilər. Amma bu gün üçün mən dördüncü dozanın məcburiliyini real hesab etmirəm",- deyə V.Əliyev bildirib.
26-08-2022, 10:34 | Leyla Əliyeva Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şəxsi sosial media hesabında Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.
“İki sahil”ə istinadən xəbər verir ki, Leyla Əliyeva təbrikində anasını çox sevdiyini bildirib.
1-07-2022, 17:26 | Fuad Mayılovun BDYPİ-də “asan xidmət”i: “Vatçap qrupu”, gündəlik “plan”, “moyka” biznesi və…

Baş Dövlət Yol Polisi İdarəsində maraqlı oyunlar gedir. Birincilik uğrunda mübarizə, böyük pullara nəzarət savaşları pik həddə çatıb. Hazırda BDYPİ-də əsas fiqur kimi ortaya çıxan şəxs bir müddət əvvəl Yol Patrul Xidməti Alayına komandir təyinatı almış Fuad Mayılovdur.
Uzun müddət bu posta rəhbırlik etmiş və əsas iddialılardan biri olan Balakişi Əhmədovu “devirməyi” bacaran Mayılov, qısa müddətdə idarədə əsas postların hamısına nəzarəti ələ keçirməyə də nail olub. Belə ki, o, BDYPİ-nin əsas qazanc yeri sayılan və dəfələrlər qalmaqalları ilə ad çıxarmış İmtahan-Qeydiyyat İdarəsi və Texniki Baxış Şöbəsini nəzarəti altına alıb.
Fuad Mayılov bu posta təyinat almamışdan öncə Xırdalanda yerləşən Ekologiya Postunda rəis kimi çalışıb. Həmin dönəmlərdə elə də populyar olmayan Mayılov, sonradan özünü diqqət mərkəzinə gətirməyi bacarıb. Yeni vəzifəsinə təyinat aldıqdan sonra isə strateji hədəfi olan BDYPİ-nin rəisi olmaq arzusunu reallaşdırmağa başlayıb. Bu yolda ona mane olan Bakı Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyevi belə “offsayt”da saxlamağı bacarıb.

Bu qrup nə üçün lazımdır? Məsələ belədir ki, sürücü texniki baxışdan keçmək üçün qanunla şöbəyə gəlməlidir. Daha sonra isə rəsmi dövlət rüsumu 30 manat olan avtomobilinin pulunu ödəməli və bir illik möhlət almalıdır. Lakin Mayılovun yaratdırdığı “vatçap qrup”ları həmin funksiyanı gəlmədən həyata keçirirlər. Belə ki, sürücü sözügedən “vatçap qrupu”na maşının texniki pasportunu və lazım olan sənədlərin şəklini gösndərməklə, getmədən bu hüququ əldə edə bilir. Sadəcə, bu işin müqabilində sürücü 30 manat deyil, 50-80 manat ödəməli olur.
Bu həm də ona görə işə yarayır ki, Sumqayıtda olan sürücü İmişlidə qeydiyyatdadırsa, bunun üçün İmişliyə getməlidir. Lakin Fuad Mayılovun yeni “sistemi” sayəsində buna da gərək qalmır. Elə Sumqayıtdaca qeydiyyatdan keçərək, məsələsini həll edir.

İşin ən maraqlı tərəflərindən biri də odur ki, Dövlət Yol Polisinin Zabrat Texniki Baxış Mərkəzinin rəisi Mərdan Əliyev bu işlərdən əlavə, yeni bir qazanc üsulu da tapıb. Belə ki, texniki baxışa gəlmiş avtomobil tozlu, palçıqlı olarsa, mütləq, elə mərkəzin yaxınlığında fəaliyyət göstərən avtomobil yuma məntəqəsində yuyulmalıdır. Qiymət isə bir maşın üçün 10 manatdır. Əks təqdirdə, maşına texniki baxış həyata keçirilmir.

Həmin avtomobilyuma məntəqəsinin birbaşa Mərdan Əliyevə aid olduğu, gündəli pulların da ona yetişdiyi bildirilir.

Eyni zamanda, Fuad Mayılov regionlar üzrə də “nümayəndə” təyin edib. Gələn məlumatlara görə, həmin “nümayəndə” təmsil etdiyi bölgənin DYP Postunun rəisi vəzifəsini tutur. Onların işi “qara kassa” funaksiyasını həyata keçirir. Məsələn, Cənub bölgəsində bu missiyanı Göytəpə DYP Postunun rəisi həyata keçirir. Digər bölgələrdə isə bu “missiya” əsasən İmtahan-Qeydiyyat İdarələrinin rəsmilərinə həvalə olunub. Onların vəzifəsi yığılan pulları Mayılova çatdırmaqdır.
Qeyd edək ki, Fuad Mayılovun “ixtiraları” bununla da bitmir. Bu barədə növbəti yazımızda ətraflı bəhs edəcəyik. Bəhs olunacaq mövzular isə alkotester, narkotik vasitənin qəbul edilib, edilməməsi, bu testlər nəticəsində adı kitaba düşənlərlə protokol tərtib edilənlər arasında ciddi fərqin olması, qohumların vəzifələrə təyinat alması və digər mətləblərdən ibarətdir.
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
1-07-2022, 16:19 | Namiq Zeynalovdan 3 milyon manat tələb edilir

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-ə istinadən xəbər verir ki, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə müdafiə çıxışı edən Namiq Zeynalovun vəkilləri dövlət ittihamçısının tələblərinə etiraz ediblər.
Vəkillər məhkəmədən bəraət hökmü çıxarılmasını xahiş ediblər.
İş üzrə zərərçəkmiş qismində tanınmış Cəlilabad Rayon İcra Hakimiyyəti 3 milyon manat, DOST İş Mərkəzi isə 50 min manat mülki iddia qaldırıb. Müdafiə tərəfi zərərçəkmiş qurumların tələblərinin əsassız olduğunu deyiblər.
Namiq Zeynalov son söz üçün vaxt istəyib.
Proses iyulun 4-nə kimi təxirə salınıb.
Xatırladaq ki, Namiq Zeynalov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub. O, Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
28-06-2022, 12:40 | Nazir neft qiymətinin büdcədə 85 dollar olmasına aydınlıq gətirdi

Maliyyə naziri Samir Şərifov 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər nəticəsində neftin bir barelinin qiymətinin 85 ABŞ dolları səviyyəsində götürülməsinə aydınlıq gətirib.
S.Şərifov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı bildirib ki, bu qiymət məqbul hesab edilir.
Ətraflı
"Burada təklif olundu ki, riskləri nəzərə alaraq neftin qiyməti dövlət büdcəsində 75 ABŞ dollarına qədər endirilsin. Qeyd edim ki, 2022-ci ilin beş ayında "Azeri Light" markalı xam neftin bir barrelinin orta ixrac qiyməti 106,3 ABŞ dollarına bərabər olub. 5 ay ərzində daxil olan vəsaitləri və növbəti 7 ay üzrə daxil olacaq vəsaiti nəzərə alaraq neftin bir barrelinin orta qiymətinin 85 dollar götürülməsi məqsədəuyğundur", - deyə nazir bildirib.
28-06-2022, 12:38 | Qurban bayramında neçə gün iş olmayacaq?

2022-ci il iyulun 9, 10-u Qurban bayramıdır.
9 və 10 iyul tarixləri müvafiq olaraq şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 11 və 12 iyul tarixləri qeyri-iş günü olacaq.
27-06-2022, 21:10 | Əhaliyə sevindirici XƏBƏR

İllərdir ki, ölkə ərazisində internetlə bağlı problemlər səngimək bilmir. Qiymətin yüksək, keyfiyyətin isə aşağı olması internet istifadəçilərinin ən yaralı yeridir.
İnternetdən təkcə dərsə, işə görə istifadə edənlər deyil, habelə axşam iş yorğunluğunu kinoya baxaraq çıxaranlar da onun "güclü" sürətini görüb sağlıqlarından - əsəb sistemlərindən olurlar.
Adətən sözügedən hallarda halda interneti təmin edən firma ilə əlaqə saxladıqda təmir işlərinin aparıldığını, problemin tezliklə aradan qaldırılacağı deyilir. Amma ki, nə fayda... Həmçinin ölkədə mobil internetin də sürətində kəskin enmələr müşahidə olunur.
Son statistikaya baxsaq, Azərbaycanda mobil internet zəifləyərək, 61-ci yerə geriləyib.
bizim.media-ya istinadən bildirir ki, İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov bu sahədəki əngəllərdən söz açıb. Onun sözlərinə görə, internetin sürətinin aşağı düşməsi bir tərəfdən sevindirici haldır, çünki:
"İnternetin sürətinin aşağı düşməsi müəyyən mənada sevindirici olmalıdır. Bu o deməkdir ki, Azərbaycanda aktiv internet istifadəçilərinin sayı artıb. Son zamanlar mobil operatorların faktiki olaraq mobil interneti güclü şəkildə populyarlaşdırması, bu istiqamətdə kampaniyalar keçirməsi müəyyən mənada internetin sürətinə təsir göstərir.
Məndə olan məlumata görə, internet istifadəçilərinin sayının artması, mobil internet şəbəkələrinin sürətini aşağıya salır. Burada çözüm yolu yalnız mobil operatorlara düşür və onlar hər bir qurğu, antenalarında internetin tutumunu artırmalıdır.
İkinci problem isə bizim bir çox resurslarımızın yerli olmamasıdır. Bizim istifadə etdiyimiz resurslar ölkədən kənarda yerləşir və biz onlardan istifadə etmək üçün məcbur qalaraq xarici serverlərə müraciət edirik. Bu da sürətə birbaşa olaraq təsir göstərir. Əgər biz yerli aktiv resursların aktiv istifadəçisi olsaq, yerli data serverlərdə yerləşdirilsəydi biz daha sürətli şəkildə internetdən istifadə edə bilərdik".
Fərid Kazımov həmçinin bildirir ki, vətəndaşlar ödədiyi pulun əvəzində internetin keyfiyyətindən narazılığı yaranarsa, bu halda aidiyyatı qurumlara şikayətlərini bildirməlidilər:
"Əgər istifadəçi müəyyən mənada provayderlərlə müqavilə bağlayırsa, əgər provayder 50 mb/s, 100 mb/s verirsə, müqaviləyə uyğun şəkildə bunlar təqdim olunmalıdır. Amma təəssüf ki, çox vaxt deyilənlər reallıqda öz əksini tapmır. Çünki qeyd edilən sürəti biz gecə saatlarında görə bilirik. Pik saatlarda trafikin çoxluğu sürətə təsir edir və yaxşı olmur. Əgər belə hallar çox hallarda baş verərsə, aidiyyatı qurumlara və istehlakçıların hüquqlarının müdafiə edən dövlət qurumlarına müraciət olunmalıdır ki, sözügedən problemlərin qarşısı alınsın", - deyə qeyd edən
F.Kazımov həmçinin problemin həll olması istiqamətində ümidverici açıqlama da verib:
"Amma əminəm ki, yaxın 1-2 il ərzində internetin keyfiyyəti artırılacaq. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də bu istiqamətdə böyük işlər aparır. Buna nümunə olaraq, bir çox regionlarda geniş zolaqlı internetin təklif olunmasını göstərə bilərik. Nazirliyin edə bilmədiyi bəzi bölgələrdə isə dövlət özəl tərəfdaşlığı vasitəsilə bu xidmətlər təşkil olunur.
Müasir trendlərə uyğun olaraq, özümüz də bu servisləri inkişaf etdirə bilərik. Əgər biz online-distant təhsildən danışırıqsa, internetin sürəti aşağıdırsa təbii ki, biz xidmətdən istifadə edə bilmirik.
Bu səbəblə sözügedən sahədə fəaliyyət göstərmək istəyən şirkətlər də xidmətlər təklif edə bilmir. 1-2 il ərzində internet sürətinin keyfiyyəti artırılarsa, bir neçə sahənin inkişafı üçün real zəminlər yaradacaq. Elektron təhsil, elektron xidmətlər, gələcəkdə telesəhiyyənin də inkişafına səbəb olacaq".
27-06-2022, 18:19 | Müzəffər Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasındadır

Ordun varsa – yurdun da var. Ana dilimizin taleyüklü həqiqətini əks etdirən bu lakonik deyim bəşəri inkişafın min illərdən keçib gələn gerçəyindən xəbər verir. Dünyanın indiki siyasi xəritəsi davamlı güc dartışmalarının nəticələrinin göstəricisidir. Kim yurdunu qoruya bilibsə, o, Vətənli xalq kimi yaşayıb. Kimin ordusu güclü olubsa, o, yurduna sahib çıxmağı da bacarıb.
Bu baxımdan, Azərbaycan xalqı əzəldən yurdlu, ordulu olub. Babalarımız həmin yurdu zaman-zaman ordulaşaraq bizim günlərədək qoruyub saxlayıblar. Sevinc və təntənələri hələ də bitib-tükənməyən Qarabağ zəfəri də məhz namərd düşmənlərin ələ keçirdikləri qədim və cənnətmisal yurd yerlərimizin ordumuzun hünəri və bütövlükdə, xalqımızın ordulaşması ilə qazanıldı.
Doğrudan da, müasir dünyada hər hansı bir ölkənin ərazicə qorunması, üstəlik, dinc həyatı və iqtisadi yüksəlişi silahlı qüvvələrin gücünə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti 104 il əvvəl itirilmiş dövlətçiliyimizin bərpası missiyası ilə tarix səhnəsinə qədəm qoyanda onun, 23 ay olsa da mövcudluğu məhz öz ordusunu yaratması ilə təmin olunmuşdu.
Azərbaycan peşəkar zabitlərin hazırlanması, ordu quruculuğu prosesinə o dövrdə başlanılsa da, sonrakı sovet dönəmində xalqımız məqsədyönlü şəkildə öz milli ordusundan məhrum edilmişdi. Xalqımızın igid oğulları min illərdən gələn hərbi-döyüş ənənəsini ittifaq ordusunun tərkibində davam etdirmiş, gələcəyə bağlı arzularını xəyallarında yaşatmışdı. Azərbaycanın yaxın gələcəkdə dövlətçiliyini bərpa edəcəyini uzaqgörənliklə yəqin etmiş ümummilli lider Heydər Əliyev özünəməxsus bir böyüklüklə xalqımızın yurd sevgisi və döyüş ruhunun yaşadılıb inkişaf etdirilməsi üçün zəruri hazırlıq işlərinə başlamışdı.
Siyasət və dövlət idarəçiliyi dahisi Heydər Əliyev hələ 1971-ci ildə şovinizmiə sadiq sovet rəhbərliyinin qadağa və maneələrinə baxmayaraq, böyük çətinliklərlə də olsa Azərbaycanda hərbi kadrlar hazırlayan Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail olmuşdu. Bununla Azərbaycanda hərbi biliklərin öyrənilməsinə maraq dirçəldilmiş, nəticə etibarı ilə azərbaycanlı zabit kadrların hazırlanmasına geniş meydan açılmışdı. Azərbaycan müstəqilliyini bərpa edənədək həmin hərbi məktəb ordu quruculuğunun əsas bazası, flaqmanı kimi formalaşmışdı və zaman yetişəndə suverenliyini qazanmış ölkəmizə önəmli töhfələrini verdi.
Bundan başqa böyük dövlət qurucusu Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə uzaqgörən siyasəti sayəsində gənc soydaşlarımızın Bakı Ali Qoşun Komandirləri və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər nüfuzlu hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mahiyyət etibarilə milli hərbi-döyüş ənənələrimizin yaşadılması demək idi. Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması birmənalı şəkildə milli ordu quruculuğu prosesinin başlanğıcı olaraq gələcək müstəqil Azərbaycan üçün silahlı qüvvələr rəhbərliyinin yetişdirilməsi amalına xidmət etmişdi.
Müstəqillik illərində Prezident Heydər Əliyev milli ruhlu və həqiqi ordu quruculuğu prosesini möhkəm təməllər üzərində davam etdirdi. Ulu öndər zəruri tədbirlər kompleksini gerçəkləşdirməklə qısa müddətdə Azərbaycanda peşəkar ordunun yaradılmasına nail oldu. Bununla yanaşı, ümummilli lider müasir tələblərə cavab verən ordu quruculuğu üçün xaricdə zabit hazırlığına xüsusi diqqət yetirdi. Azərbaycan ordusunun NATO standartlarına cavab verməsinə önəm verildi. Bir sözlə, ulu öndər əsası Xalq Cumhuriyyəti dövründə qoyulmuş və yarımçıq qalmış milli ordu quruculuğunun müasir şəraitdə banisi oldu. Müstəqil dövlətin qüdrətli Ali Baş Komandanı Heydər Əliyev bu prosesdə tarixi ədalətə və siyasi-inzibati varisliyə sadiq qalaraq AXC ordusunun yaradıldığı 26 iyun tarixini ölkəmizdə yenidən Silahlı Qüvvələr Günü elan etdi.
Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Ali Baş Komandan kimi bu varisliyə sadiq qalaraq ölkənin müdafiə qabiliyyətini müasir standartlara cavab verən nizami ordunu gücləndirməklə və hərbçilərin döyüş ruhunu yüksəldən tədbirlərlə həyata keçirdi. Ordumuz ən müasir silahlarla təmin edildi, hərbçilərin təminatı yaxşılaşdırıldı. Qarabağ münaqişəsinin sülh yolu ilə həllini əsas tutan diplomatiyamızla bərabər, torpaqlarımızın hərb yolu ilə azad olunması da daim gündəmdə oldu. Bu şərəfli məqsəd uğrunda mübarizəni qələbə ilə başa çatdırmaq üçün peşəkar ordu quruculuğuna önəm verildi.
Ölkəmiz 20 faiz torpağı işğal altında olmasına baxmayaraq, qan tökülmədən sülh yolu ilə bu problemi həll etməyə çalışsa da, işğalçı Ermənistanın qeyri-konstruktiv hərəkətləri, beynəlxalq hüququn norma və prinsplərinə məhəl qoymaması, islah olunmayan cinayətkar davranışları və üstəlik, yeni torpaq iddiası ilə sərsəm bəyanatlar səsləndirməsi onu göstərdi ki, Ermənistan sülh istəmir. Bütün bunlar azmış kimi, Ermənistanın təmas xəttində gərginlik yaradaraq mövqeyimizə dogru hücuma keçməsi ölkə olaraq Azərbaycan üçün başqa seçim qoymadı. 44 gün ərzində Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında düşmən ordusu məhv edildi. Nəhayət, tarixi ədalət bərpa olundu, haqlı tərəf qalib gəldi, ölkə bütövləşdi.
2020-ci ilin payızında qələbə soraqlı Vətən müharibəsi zamanı müstəqil dövlətin hərbi strategiyası ölkəmizin ən ağır yarasını sağaldaraq böyük bir xalqı layiq olduğu məqamına çatdıraraq müzəffər etdi, yurd sevgili xalqımızın milli qürurunu özünə qaytardı. Bununla, qəhrəman Azərbaycan Ordusunun döyüş qabiliyyəti dünyaya səs saldı. Beynəlxalq aləm, hətta ermənilərin havadarları heyrətlə Qarabağ döyüşlərindən, silahlı qüvvələrimizdən danışdı. Dünya gördü ki, savaş tarixində yeni səhifə açmış Şuşa döyüşündə erməni fərari əsgər və zabitlərinin kütləvi qaçışı fonunda Azərbaycan döyüşçüləri şəhid olmuş, yaralanmış yoldaşlarını çiyinlərinə bağlayaraq qala şəhərə süngü döyüşü ilə daxil olmuşlar.
Ən şiddətli döyüşlər gedən 44 gün ərzində bir nəfər mülki erməninin belə xəsarət almaması isə məqsədinin Vətən torpaqlarının işğaldan azad edilməsi olan Azərbaycan Ordusunun yüksək məharətinin və şərəflə döyüşməyi bacarmasının göstəricisi idi. Bu əfasanəvi döyüş bacarığı ümummilli lider Heydər Əliyevin yaratdığı, müzəffər Ali Baş Komandan İlham Əliyevin inamla rəhbərlik etdiyi yeni tipli modern ordunun dünya hərb tarixinə yazdığı nümunəvi döyüş idi.
Düşmənin dinc əhali qənimi, əliyalın insanlar qatili olan quldur bandalarından fərqli olaraq, Azərbaycan Ordusu qarşısındakı mülki şəxsləri hədəf seçmədi, müharibə cinayətləri törətmədi. Peşəkarlıq, ləyaqət və əxlaq ordumuzun döyüş üslubu oldu. Sədaqəti və hünəri ilə Vətəni şərəfləndirən ordumuz bu gün dünyanın seçilən, diqqət mərkəzində olan hərbi gücləri sırasındadır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Silahlı Qüvvələrinin gücü dövlət müstəqilliyimizin əbədiliyinin və sarsılmazlığının mötəbər təminatıdır! Xalqımızı tarixi zəfərə qovuşdurmuş qalib Azərbaycan Ordusu yurdumuzun yenilməz arxa-dayağı, düşmən qarşısında aşılmaz sədd, möhtəşəm sipərdir. Azərbaycan Ordusuna eşq olsun!
Sahib Şirinov,
Şamaxı Rayon Avaxıl bələdiyyəsinin sədiri.
27-06-2022, 14:30 | Yusif Qədimbəylinin oğlu da atasının yolundadır... - NARAZILIQ YARADIR...

“Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli kimi hər kəsin tanıdığı məşhur iş adamının oğlundan Mingəçevir sakinləri tərəfindən Dünyanınsəsi.Az saytına videoşikayət daxil olub.
Belə ki, iş adamının oğlu Orxan Qədimbəyli Mİngəçevir şəhərində yeni inşa ediləcək Klinkanın tikintisi ilə bağlı ” BAŞİR-PROQRESS” MMC -nin rəhbəri Dilqəm Əliyevlə aralarında müqavilə bağlanılıb.
” BAŞİR-PROQRESS” MMC isə Mingəçevir şəhərində klinkanın tikintisini 5 may 2022-ci il tarixdə başa çatdırıb.
Məlumat üçün qeyd edək ki, müqvilədə Yusif Qədibəylinin Mingəçevir şəhərində kür çayının sol sahilində yerləşən bağ evinin təmiri və digər nəzərdə tutlan tikinti işləridə tam görülərək başa çatdırılıb.
” BAŞİR-PROQRESS” MMC -nin direktoru Dilqəm Əliyev videoşikayətində qeyd edir ki, görülən işlərin müqabilində məşhur iş adamının oğlu 12.800 manat civarında əl əməyi haqqımızı mənimsəyərək vermir.
MMC direktoru bildirir ki, haqımızı tələb etmək üçün 11 dəfə “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin Bakıda yerləşən ofisinə getsəmdə bu görüş Cəfər Cəfərov tərəfindən əngəllənib.
Hətta şikayətçi şəxs qeyd edir ki, Cəfər müəllim ona bildirib ki, hara və kimə şikayət etsən müəllim pulla ört-basdır edəcək.Get başını bəlaya soxma.
MMC direktorunun videoşikayətini təqdim edirik:
Redaksiya olaraq inaırıq ki, ölkəmizdə böyük ada-sana malik olan məşhur iş adamı Yusif Qədimbəyli səsləndirilən şikayətləri araşdırmaqla , əliqabarlı , alın tərli ilə ailə-uşaqları üçün çörəkpulu qazanan insanların əməkhqlarının ödənilməsinə göstəriş verəcəkdir.

















