16-06-2022, 08:27 | Vətəndaşlar icra başçılarına etibar etmir - Sorğu

Azərbaycanda yerli icra hakimiyyəti orqanlarına vətəndaş etimadı ürəkaçan deyil.
Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin Prezidentin cari ilin ilk dörd ayı (yanvar-aprel) üzrə keçirdiyi sosioloji sorğunun nəticələrinə açıqlanıb.
Sorğu çərçivəsində vətəndaşların yerli icra hakimiyyəti orqanlarına inam və etimadı da öyrənilib.
Sorğu iştirakçılarının 22,7%-i yerli icra hakimiyyəti orqanlarına tam, 22,8%-i əsasən etibar etdiyini bildirib. 14,1% respondent əsasən etibar etmədiyini, 37,3% heç etibar etmədiyini qeyd edib. 3,2% respondent qərarsız mövqe nümayiş etdirib.
Sorğu Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonları üzrə keçirilib və 1081 respondentin rəyi öyrənilib.
Sosial Tədqiqatlar Mərkəzi prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ildə yaradılıb.
STM Azərbaycandaa ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil, ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edir, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edir.
Prezidentinin 11 fevral 2019-cu il tarixli sərəncamı ilə Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.
15-06-2022, 16:23 | Başıbəlalı İsmayıllı meşələri məhv olma ərəfəsindədir- Məhv edilən meşələrin yerində tikilən restoranlar, otellər kimlərə məxsusdur..?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlı araşdırma yazısı yazarkən maraqlı bir məlumata rast gəldim.
Sabiq nazir Hüseynqulu Bağırovun rəsmi tərcümeyi-halında göstərilir ki, guya onun sələfi olmayıb, yəni ondan qabaq nazirlik, nazir mövcud olmayıb, Hüseynqulunun xələfi isə indiki nazir Muxtar Babayevdir.
Sözün düzü, bu məlumatı savadsızlıq hesab etdim. Yəni inanmıram ki, burada qərəz-filan olsun.
Belə ki, Eldar Mansurov adlı şəxs 1992-1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədri olub.
1997-ci ildə nazirliyin adı dəyişib deyə, o demək deyil ki, tarixi yalan yazaq.
Ən maraqlı məqam odur ki, ümumiyyətlə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adı həmişə mənfi nənada hallanıb.
Təsəvvür edirsiniz, Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirən, yəni ixtisasca tarix müəllimi olan Hüseynqulu Bağırov hara, Ekologiya hara..?
Özü də nazir....
Yumor-filan bir yana, axı ekologiya elmi ilə tarix elmi arasında 1 faiz də əlaqə yoxdur. Heç olmasa Hüseynqulu biologiya, yaxud coğrafiya müəllimi olsaydı, nəsə düşünmək olardı.
İndi buradan keçid edək, Hüseynqulunun xələfi, yəni təzə ekonazirimiz Muxtar Babayevə.
Bəli, Muxtar Babayev 1991-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirib.
Sonra 1991-1992-ci illərdə Azərbaycan Respublikası Dövlət Planlaşdırma Komitəsində çalışıb.
1992-1993-cü illərdə Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyində işləyib.
İxtisası fəlsəfə olan adam, “QosPlan”da, İqtisadiyyat nazirliyində necə işləyə bilərdi..?
Deməli, iki mühüm nazirlikdə işləyən bu filosof Moskva Dövlət Universiteti kimi mühüm təhsil ocağından sonra Allah qoymasa, “Narxoz”a girib.
Sonra SOCAR-ın Ekologiya üzrə vitse-prezident vəzifəsində işləyib. 2010-2018-ci illərdə SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışıb. 2010 və 2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 2018-ci ilin aprelin 23-dən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziridir.
Sözümüzün canı odur ki, bütün bu problemlərin kökündə kadr siyasəti dayanır. Necə olur ki, tarix müəllimini, sonra isə filosofu ekologiya naziri qoyurlar ?
Axı, orada illər uzunu yetişmiş kadrlar, peşəkarlar var idi…
Bir məsələni də qeyd edək….
İki gün öncə xəbər yayıldı ki, xaricdən həkim gətiriblər ki, Bakı şəhərindəki xəstə küknar ağaclarını müalicə eləsin, dərman versin, iynə vursun ağaclara…
Rəsmi xəbərdə qeyd edilir ki, hər ağaca fərqli dozada məhlul vurulur. Məhlullar Türkiyədən gətirilmiş dərmanlar əsasında hazırlanıb. Təcrübə Mərkəzi Nəbatat bağında nömrələnmiş 12 ağac üzərində müxtəlif istiqamətlər üzrə aparılacaq.
Bunlar cəmiyyəti nə hesab edirlər?
Bir gecədə Bakıda 50 ağacı kəsib parking, anbar və s tikənlər siz deyilsiniz..?
Hamısının da arxasında rüşvət və korrupsiya dayanır.
Belə olmasaydı, sabiq nazir Hüseynqulu Bağırovun ölkədə və xaricdə 100 milyonluq mülkləri nəyin hesabına olardı..?
İndi də həmin əməlləri təzə nazir Muxtar Babayev davam etdirir. Özü də yaxın dostu, nazirliyin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərovun əli ilə.
Bunlar gecə-gündüz ağacların dibinə müxtəlif maddələr töküb məhv edirlər, sonra həmin ərazidə obyektlər tikib satırlar.
İndi utanıb qızarmadan deyirlər ki, ağaclara iynə vurub sağaldacağıq.
Əslində isə Mirsalam Qənbərovun ekspertləri sağlam ağaclara xəstə rəyi yazıb məhv edirlər.
Guya camaatın Balakəndə, Qəbələdə, İsmayıllıda və başqa rayonlarımızda məhv edilən ağaclardan, yaşıllıqdan və onların yerində tikilən restoran və istirahət mərkəzlərindən xəbəri yoxdur..?
Bəli, İsmayıllı meşələri qırılaraq mebelə, kömürə, tikinti materialına çevrilir. Məmurlar isə milyonlar qazanır.
Görəsən, meşələrimizi məhv edən erməni vandallarla bəzi məmurların nə fərqi var..?
Bəs görəsən, bəh-bəhlə yaradılan Regional Ekologiya idarələri hara baxır..?
Axı, bunlar dövlətdən hər ay maaş alırlar.
Onu da qeyd edək ki, uzun illlər meşə terrorunun başında ekonazirin müavini Firdovsi Əliyev dayanıb.
Son illlər isə PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin yaxın adamı olan nazir müavini Vüqar Kərimov meşələri kəsməklə məşğuldur.
Görəsən nazir müavini Vüqar Kərimov İsmayıllıda kəsilən ağacların yerində tikilən otellərin sahiblərini tanımır..?
Bəs nazir-filosof-ekoloq Muxtar Babayev hara baxır..?
Niyə bunları görmək istəmir..?
Bütün bunların bir adı var: millətə qarşı düşmənçilik.
Sonda məşhur filmdən Söylü bajının dediyini Muxtar Babayevə demək istəyirik:
Eqolojiya, budur, Muxtar müəllim..?
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.
gundelik baki.com
15-06-2022, 16:05 | DİQQƏT! Əmək kitabçası ləğv olunacaq - YENİ SİSTEM İŞƏ DÜŞDÜ - VİDEO

Əmək kitabçaları dövriyyədən çıxarılır.
Xəzər TV-yə istinadən xəbər verir ki, bundan sonar əmək münasibətləri zamanı kağız üzərində aparılan bütün əməliyyatlar elektron formada həyata keçiriləcək.
Yeni qaydaların əhəmiyyətindən danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov hazırki dövrdə əmək kitabçalarından istifadəni əlavə xərc hesab edir.
Ətraflı
Mütəxəssisişlərin böyük hissəsinin görüldüyünü bildirir. Onun fikrincə qanunvericilik aktlarında da müəyyən dəyişikliklər edilməlidir.
Sahib Məmmədov deyir ki, 2006-cı ilə qədər işləyənlərin əmək stajlarının hesablanmasındabəzi problemlər qalmaqdadır. Bu amil də prosesin ləngiməsinə səbəb olur.
Qeyd edək ki, bu prosesin həyata keçirillməsi məqsədilə 2014-cü ildə elektron informasiya sistemi yaradılıb.
15-06-2022, 10:45 | Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir

Qədim tarixə malik olan xalqımız bir əsrdə ikinci dəfə dövlət müstəqilliyini itirmək təhlükəsilə üz-üzə qalmışdı və belə bir halın varlığı 1993-cü ildə baş verdi ki, həmin vaxt müdrik xalqımız özünü itirmədi, uzaqgörən ziyalılarımız Naxçıvana, böyük tarixi şəxsiyyət- Heydər Əliyevə üz tutdular.
Həmin vaxtlarda Ulu Öndər xalqını, millətini sınmağa, sarsılmağa qoymadı, ünvanlanan dəvəti qəbul edib Bakıya gəldi və qətiyyətin, gücün, ağlın, zəkanın idrakını göstərdi. Böyük qurtuluş missiyasını öz üzərinə götürdü və bu qayıdış, məhz Azərbaycanın qurtuluşu oldu. Tarixi xilaskarlıq missiyasını öz üzərinə götürən görkəmli siyasətçi, təcrübəli dövlət xadimi öz missiyasını fədakarlıqla yerinə yetirdi. Qeyd olunan vaxtlarda Ulu Öndər Azərbaycanı dağılmaqdan, milli fəlakətdən xilas etdi, bir sözlə dövlətçiliyimizin əsaslarının qorunub saxlanmasının təməlini qoydu. Xalqın millət, torpaq, vətən, bayraq sevgisini özünə qaytardı. Əgər Mustafa Kamal Atatürk Osmanlı dövlətinin külünün yerində yeni bir çağdaş Türk Cumhuriyyətini yaratdısa, Heydər Əliyev də güclü iqtisadiyyata malik, qüdrətli Azərbaycan dövlətini formalaşdırdı. Heydər Əliyev yox olmaqda olan Azərbaycanı var etdi, bir kərə yüksələn bayrağımızın enməsinə imkan vermədi. Bəli, bu gün ulu öndər Heydər Əliyevin ideyaları uğurla, müvəffəqiyyətlə həyata keçirilməkdədir. “Ot kökü üstə bitər” deyiblər! Zamanın sınağından çıxmış və hal-hazırda ulularmızın yaşadılan bu müdrik kəlamını açıqlamağa ehtiyac belə yoxdur. Cənab İlham Əliyev prezidentliyə namizədliyini ilk dəfə irəli sürərkən, bəzi bədxahlar onun hələ gənc, təcrübəsiz olmasını, belə bir mühüm postun öhdəsindən gələ bilməyəcəyini bəhanə gətirərək, bir növ xalqı çaşbaş salmağa, ara qarışdırmağa çalışsalar da, buna heç cür nail ola bilmədilər.
Təbii ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş siyasi kursun kim tərəfindən davam etdirilməsi məsələsi, yalnız xalqın iradəsi sayəsində nümkün ola bilərdi. Əslində bu belə də oldu və cənab İlham Əliyev seçicilərin böyük əksəriyyətinin səsini qazandı və sübut etdi ki, Azərbaycan xalqı ona etimad göstərir. Şübhəsiz ki, zaman körpüsü öz işini görmüşdü və cənab Prezident qeyd olunan zaman körpüsünə qədər çox yol keçmişdi. Çox keçmədi ki, müdrik atanın iti ağlı, dərin zəkası öz bəhrəsini verdi və bütün qaranlıqları parçalandı.
Fakt budur ki, cənab İlham Əliyev hələ Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsini daşıyarkən xalqın dərin hörmət və inamını qazanmışdı. Azərbaycanda neft strategiyasının yeni erası da, məhz həmin vaxtlardan başlandı. O, dünyanın aparıcı neft şirkətləri, neft istehsalı və satışı ilə məşğul olan dövlətlərlə bir çox sazişlərin bağlanmasına, Azərbaycana sayı-hesabı bilinməyən sayda investisiyaların gətirilməsinə çalışdı, dövlətin, xalqın mənafeyinin qorunmasına nail oldu. Beləliklə, cənab İlham Əliyev “neft strategiyası təkcə iqtisadi məsələ deyil, həm də siyasi və diplomatik məsələdir” - deyən, ümummilli lider Heydər Əliyev kursunu uğurla davam etdirdi. 20 sentyabr 1994-cü ildə dünyanın əsas neft şirkətlərinin ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında böyük saziş imzalandı. Sonralar cənab İlham Əliyev bu barədə demişdi: “Həmin gün Azərbaycanın müasir tarixinin dönüş nöqtəsi idi”.
Cənab İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasındakı çıxışları, Azərbaycanın haqq səsini dəstəkləyən əcnəbiləri öz ətrafına yığması, çox uğurlu nəticələr vermişdi. Onun belə bir mötəbər təşkilatda qaldırılan məsələlərlə bağlı sənədlər yayması və həmin sənədlərə Böyük Britaniya, Rusiya, Türkiyə, Macarıstan, Avstriya, latviya, Litva, İspaniya, Hollandiya və s. kimi nüfuzlu dövlətlərin nümayəndələrinin imza atmaları, sözün həqiqi mənasında çox böyük uğurun əsaslarını qoydu. Əfsuslar olsun ki, cənab Prezident vəzifəsinin icraasına başladığı ilk günlərdə, Azərbaycan xalqına böyük bir itki üz verdi. Ümummilli liderimiz Heydər Əliyevin dünyasını dəyişməsi, bütün Türk dünyasını sarsıtdı və xalqımız bu itkini milli faciə kimi qarşıladı. Ümummilli rəhbərin ruhuna ən böyük etiram, məhz elə onun qurub-yaratdığı, qurucusu olduğu dövləti yaşatmaq, inkişaf etdirmək oldu. Cənab İlham Əliyev belə bir məsuliyyəti öz çiyinlərinə götürdü və qısa bir zaman kəsiyində bu yükü daşımağa qadir olduğunu əməli addımları ilə də sübuta yetirdi.
Cənab Prezident fəaliyyətinin ilk günlərindən ölkəmizdə əsaslı islahatların həyata keçirilməsini olduqca vacib addım hesab etdi. O, vaxtilə Nazirlər Kabinetində keçirdiyi ilk iclasında iqtisadi və sosial məsələlərin həllini daim diqqət mərkəzində saxladığını bildirdi və həmin vaxtlarda haqlı olaraq qeyd etmişdi ki, “Azərbaycanda bu günə qədər əldə olunmuş iqtisadi naliyyətlər yeni uğurların qazanılmasına tam təminat yaradır və bunun üçün hər cür imkan da var. Azərbaycanda yaradılmış bu iqtisadi iqlim o qədər gözəldir ki, yeni nəticələr əldə etmək üçün çox yaxşı şərait var. Əlbəttə, hamıdan tələb edirəm ki, öz işinə məsuliyyətlə yanaşsın və vəzifə borcunu vicdanla yerinə yetirsin. İlk növbədə hər kəs insanlara böyük diqqətlə yanaşmalıdır. Biz Azərbaycan xalqı üçün işləyirik”. Ölkə rəhbərinin söylədikləri və həyata keçirmək istədiyi hər bir məmur üçün, hər bir vəzifə sahibi üçün öz işini məsuliyyətlə yerinə yetirməyə, ölkənin problemlərinin həllində daha da fəal iştirak etməyə çağırış idi.
Ölkə Prezidentinin dəfələrlə Azərbaycanın ayrı-ayrı rayonlarında, bölgələrində olması, sahibkarlarla işgüzar görüşlər keçirməsi, problemlərin aradan qaldırılması istiqamətində verdiyi tapşırıqlar və atdığı digər addımları yaddaqalan hadisələrdəndir. Bütün bunlar onu göstərir ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin dövlətimizi parçalanmaq, məhv olmaq təhlükəsindən birdəfəlik xilas etməsi, məhz Azərbaycan Respublikasının qurtuluşu oldu. Bəli, həmin gün, yəni 15 iyun günü xalqımızın və dövlətimizin tarixinə Qurtuluş günü olaraq birdəfəlik həkk olundu. Onillər, əsrlər, keçəcək, məhz gələcək nəsillər də həmin günün əhəmiyyətini bir daha yada salıb, lazımınca qiymətləndirəcəklər. Çünki, həmin gün ulu öndər Heydər Əliyevin əvəzsiz rolu sayəsində müasir tariximizə xilas günü olaraq həkk olunub.
Rəhman Məmmədov,
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin sədri.
15-06-2022, 10:08 | Azərbaycana uğur gətirən siyasət

Müasir müstəqil Azərbaycanın banisi və milli dövlətçiliyimizin xilaskarı Ümummilli Lider Heydər Əliyevin həyatı və fəaliyyəti tariximizin mühüm bir dövrünü əhatə edir. Təsadüfi deyil ki, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizə qızıl hərflərlə yazılıb. Onun 1969-1982-ci illərdə birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə gördüyü işlər milli özünüdərkin təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir. Ulu Öndər Heydər Əliyev o vaxt keçmiş ittifaq daxilində geridən qalmış aqrar respublika kimi tanınan Azərbaycanı düşdüyü çətin vəziyyətdən çıxarmaq üçün qısa zaman ərzində qəti addımlar atmışdı. Ulu Öndər respublika rəhbəri seçiləndən sonra uzaqgörənliklə Azərbaycanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks proqram hazırlanmasını və icrasını təmin etmişdi. Xalq Ümummilli Liderin respublikanın gələcəyi naminə gördüyü işləri yüksək qiymətləndirərək Onun atdığı addımları rəğbətlə qarşılamışdı.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, həmin dövrdə elmə, təhsilə xüsusi diqqət yetirən Ulu Öndər Heydər Əliyev 1970-ci illərdə hər il 2 min nəfərə qədər gənci keçmiş ittifaqın tanınmış ali məktəblərinə, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün ayrı-ayrı şəhərlərdəki hərbi təhsil ocaqlarına göndərib. Həmin illərdə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılmasını da böyük və mühüm hadisə adlandırmaq olar. Hadisələrin sonrakı inkişafı bu dahi şəxsiyyətin uzaqgörənliyini bir daha sübut etdi. Ona görə ki, müstəqil dövlətimizin gənc ordusunun formalaşmasında məhz həmin məktəbin yetirdiyi hərbi kadrların bilik və təcrübəsi mühüm rol oynamışdır.
1991-ci ilin oktyabrında Azərbaycan müstəqilliyini elan etdiyi dövrdə ölkəmiz bir çox təhlükələrlə üz-üzə idi. Respublikada xaos, anarxiya hökm sürürdü. Təşviş içərisində olan Azərbaycan xalqının sabaha ümidi qalmamış, ölkəmizdə separatçılıq meyilləri artmış, real vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Azərbaycan üçün çətin, mürəkkəb vaxtda, ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün ciddi təhlükədə olduğu anda Ulu Öndər Heydər Əliyevə müraciət edən xalqımız inanırdı ki, ölkəmizi düşdüyü bu ağır vəziyyətdən, hərbi, siyasi və sosial-iqtisadi böhrandan yalnız Ümummilli Liderimiz xilas edə bilər.
Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda siyasi hakimiyyətə qayıtdığı ərəfədə ölkəmiz olduqca ağır vəziyyətdə idi. Çünki, həmin vaxta qədər ölkədə hakimiyyətsizlik, özbaşınalıq, hərc-mərclik pik həddə çatmışdı. Bu fürsətdən istifadə edən işğalçı Ermənistanın silahlı qüvvələri torpaqlarımızın 20 faizini işğal etmiş, 1 milyondan çox soydaşımızı öz doğma vətənində məcburi köçkünə çevirmişdi. Buna baxmayaraq, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası ilə hakimiyyətə qayıdışı xalqda böyük inam yaratmışdı. Belə ki, Ulu Öndər hakimiyyətə qayıdandan sonra qətiyyətlə və inamla bəyan etmişdi: “Azərbaycan dövlətinin müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır”.
1993-cü ilin iyunundan başlayaraq Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq inkişaf yoluna qədəm qoydu. Qısa müddət ərzində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, dövlətçiliyə qarşı çıxan silahlı birləşmələr ləğv edildi, ictimai-siyasi sabitlik yarandı. Ölkənin xarici siyasəti milli maraqlarımıza uyğun quruldu, uğurlu neft strategiyası həyata keçirildi. 1994-cü il sentyabrın 20-də Azərbaycanın neft strategiyasının əsasını qoyan “Əsrin müqaviləsi” kimi nəhəng Saziş imzalandı. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi, Böyük İpək Yolunun bərpası üzrə konkret addımlar atıldı. Ölkənin bütün sahələrində hərtərəfli islahatlar həyata keçirildi. 1995-ci ildə Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə ilk müstəqil Konstitusiya layihəsi hazırlandı və ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. Siyasi plüralizm, demokratiya, söz və mətbuat azadlığı təmin edildi, humanizm prinsiplərinə əsaslanan qanunlar qəbul edildi. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, Mən Azərbaycanlıyam”, - deyən Ulu Öndərimiz 2001-ci ilin noyabrında Bakıda bütün Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsinə nail oldu. Ümumiyyətlə, ölkədə müstəqil Azərbaycanın gələcək inkişafını şərtləndirən əlverişli mühit yaradıldı.
Xüsusi olaraq qeyd etmək gərəkdir ki, Ulu Öndərimiz Azərbaycan gənclərinə xüsusi diqqət və qayğı ilə yanaşmış, onların qarşısında “Gənclərin ən ümdə vəzifəsi müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır” vəzifəsini qoymuşdu. Eyni zamanda, Ümummilli Lider Heydər Əliyev hər zaman gənclərin himayədarı və dəstəkçisi olub. Təsadüfi deyil ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında mühüm rol oynayır.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, 2 fevral - Azərbaycan Gəncləri Günü elan edilib. Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Sevindirici haldır ki, 2003-cü ildən etibarən Heydər Əliyev siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirir. Bu mənada, dövlətimizin başçısı Azərbaycan gəncliyinin inkişafı məsələlərini daim diqqət mərkəzində saxlayır.
Yeri gəlmişkən, Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların qəhrəmanlığı ilə əldə olunan şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız 30 illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu.
Qeyd edək ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, Azərbaycanın ədalətli mövqeyinin, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər. Təbii ki, gənclərimizin bu istiqamətdəki fəaliyyətləri bu gün də davam edir.
Bu gün inamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq. İndiki dövrdə bu məsuliyyətli yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, Mənim ürəyim sizinlədir. Siz bütün işlərdə Mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”, - deyə söylədiyi fikirlər Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir.
Beləliklə, birmənalı şəkildə, demək olar ki, regionun lider dövlətinə çevrilən müstəqil Azərbaycan dövləti adı tariximizə qızıl hərflərlə həkk olunmuş Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız, o cümlədən Azərbaycan gəncliyi müstəqil dövlətimizin qurucusu və xilaskarı olan Ulu Öndərin əziz xatirəsini qəlbində əbədi yaşadacaq.
Qara Abdullayev,
Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi .
15-06-2022, 09:59 | İqtisad Universitetində müəmmalı “İSLAHAT”: - Kafedralar ləğv edilir, professorlar “ofsayd”a salınır

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) nəzərdə tutulan struktur islahatları professor-müəllim heyətini qeyri-müəyyənliyə salıb. DİA.AZ bildirir ki, Yenicag.az-a daxil olan məlumata əsasən, UNEC Elmi Şurası İqtisadiyyat fakültəsinin nəzdində fəaliyyət göstərən 7 kafedranın ləğv edilərək onların bazasında 2 – İqtisadiyyat və İctimai idarəetmə və sosial innovasiyalar kafedralarının yaradılması haqqında qərar qəbul edib.
Məlumata görə, bu dəyişikliklər uzun müddətdir həmin kafedralarda fəaliyyət göstərən, ölkənin iqtisadi fikrində böyük nüfuza malik çox sayda alimin qeyri-müəyyən vəziyyətə salınaraq onlardan dərs saatlarının alınması, işlərini itirmələri, yaxşı halda universitetdə məsləhətçi qismində saxlanmaları ilə nəticələnəcək.
Qeyd olunur ki, əslində, bəhs olunan dəyişikliklərin əsas məqsədi UNEC rəhbərliyinin həmin nüfuzlu alimlərdən xilas olmaq, onların yerinə isə öz mövqeyi olmayan, istənilən göstərişi müzakirəsiz icra etməyə hazır olan kadrların yerləşdirilməsidir.
İddiaya əsasən, nəzərdə tutulan alimlərə qarşı istifadə olunan əsas “arqument”lərdən biri onların iqtisadiyyat üzrə xarici elmi jurnallarda məqalələrlə çıxış etməmələridir. Lakin işlərini itirmək təhlükəsi ilə üzləşən alimlərin əksəriyyəti elmi müdafiələrini postsovet məkanının müxtəlif universitetlərində gerçəkləşdirərək bu sahədə yetkin mütəxəssis kimi özlərini təsdiqləyiblər.
Haqqında danışılan iddialara münasibət bildirən UNEC İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova Yenicag.az-a açıqlamasında bildirib ki, universitetdə nəzərdə tutulan dəyişikliklərin bu formada təqdim olunması həqiqəti əks etdirmir:
“Bizim Elmi Şuranın iclasında qəbul edilən qərarlardan biri də bəzi kafedraların ləğvi və onların bazasında yeni kafedraların yaradılması ilə bağlı oldu. Bu barədə məlumat paylaşmışıq. Amma müəllimlərin ixtisara düşməsi ilə əlaqədar məlumat həqiqəti əks etdirmir.
Sadəcə eyni profilli olduğu üçün həmin kafedraların bazasında yeni kafedra yaradılır. Lakin müəllimlərin ixtisara düşməsinə dair məlumat doğru deyil. Bizim universitetdə məsləhətçi vəzifəsində yalnız professorlar ola bilər. Məsələn, yaşı 70-dən yuxarı olan bəzi professorlar işə gəlib-gedə bilmirlər.
Amma professordurlar, bilikləri çoxdur, burada bizimlə təcrübələrini bölüşə bilər deyə onlar könüllü şəkildə ərizə ilə müraciət edərlərsə, məsləhətçi-professor ştatına keçə bilərlər. Yəni müəllimlər əvvəlki qaydada işləyəcəklər. Bilirsiniz, sadəcə yaşı 70-dən yuxarı, iş qabiliyyəti müəyyən qədər məhdud olan, dərs demək potensialı zəif olan müəllimlərlə danışılacaq, onlardan kim istəsə, öz ərizəsi ilə işdən xaric ola biləcək. Burada kimisə məcburən işdən çıxarmaq mövzusu yoxdur.
Onu da qeyd etməliyəm ki, Elmi Şura bu barədə qərar qəbul etsə də, məsələ hələ əmrləşdirilmədiyi üçün o kafedraların fəaliyyətinə xitam verilməyib və yeniləri yaradılmayıb. Amma bu proses gedir və Elmi Şuranın qərarı yaxın vaxtlarda əmrləşəcək”.
15-06-2022, 09:40 | Türkiyə səfirliyi Azərbaycan xalqını təbrik edib

Türkiyənin Bakıdakı səfirliyi 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Trend-ə istinadən bildirir ki, bununla bağlı səfirliyin "Twitter" səhifəsində paylaşım edilib.
"Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan 15 iyun - Milli Qurtuluş Günü münasibətilə qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, müstəqilliyinin əbədi və sarsılmaz olmasını arzu edirik", - paylaşımda deyilir.
15-06-2022, 09:13 | Azərbaycanda uşaqlar arasında yayılan xəstəlik meymunçiçəyidir? - Professordan VACİB AÇIQLAMA

Koronavirus pandemiyasından sonra dünyanı meymunçiçəyi virusu cənginə almağa başlayıb. Bir çox ölkədə adı çəkilən virusa yoluxma halları qeydə alınıb. Bunun nəticəsində bəzi ölkələrdə müəyyən tədbirlər də görülüb.
Meymunçiçəyi virusuna Azərbaycanla qonşu ölkələrdə də rast gəlinib. Hələlik Azərbaycanda məlum virusa yoluxma halı qeydə alınmayıb.
Lakin ölkə ərazisində son dövrlər suçiçəyi virusuna yoluxanların sayında artım müşahidə olunur. Bununla bağlı sosial şəbəkələrdə müzakirələr də aparılır. Bəzi valideynlər övladlarının şəkillərini paylaşaraq bu virusun meymunçiçəyi olma ehtimalını da irəli sürüb. Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybullaya müraciət etdik. Professordan ölkədə meymunçiçəyi virusunun qeydə alınma ehtimalının nə qədər yüksək olmasını soruşduq.
Tibb elmləri doktoru açıqlamasında bildirdib ki, Azərbaycana meymunçiçəyinin gəlməsi tam realdır: "Biz qloballaşan dünyada yaşayırıq və virusun ölkəmizə gəlməsi real görünür. Bunu kim desə ki, meymunçiçəyi vriusu Azərbayacana gələ bilməz, bu yanaşma yanlışdır.
Nə qədər ki, rəsmi dairələr bu virusun ölkədə olmasını təsdiq etməyib, bunu birmənalı təsdiq edə bilmərik. Meymunçiçəyi təkcə klinik əlamətlərlə deyil, laborator olaraq da təsdiq olunmalıdır. Bununla bağlı lazım olan karantin tədbirləri görülməlidir. Ən əsası isə əhali bu istiqamətdə maarifləndirilməlidir.
Ətraflı
İnfeksiya ölkəyə hər hansı yolla gələ bilər. Bunu heç həmin şəxsin özü də bilməyə bilər. Burada əsas məsələ əhalinin bu infeksiyaya qarşı necə mübarizə aparmasıdır. Bu istiqamətdə ciddi işlər görülməlidir.
Bəzən sosial şəbəkədə məsuliyyətsiz həkimlər peyda olur ki, hamını aldadırlar. Bunun nəticəsi olaraq insanlarda yanlış təsəvvürlər formalaşmağa başlayır. Pandemiyanı real nəticələrdən sonra inkar etmək böyük çaşqınlıq yaradır. Nəticə olaraq bir qrup insan da bu cür dezinformasiyaların arxasınca sürünürlər".
Adil Qeybulla suçiçəyi ilə meymunçiçəyinin ecə ayırd edilməsi ilə bağlı suala belə cavab verib:
"Suçiçəyi varicella-zoster mikroorqanizm tərəfindən törədilib. Meymunçiçəyi isə "monkeypoks" viruslardandır. Bu virus nisbətən ağır gedişə malikdir. İnsanlar özbaşına bunu ayırd edə bilməzlər. İnsanlar bunu görməyib, fərqində olmayıblar. Ən azı buna bir təcrübə lazımdır. Telekanallar vasitəsilə bunu insanlara izah etmək lazımdır. Meymunçiçəyi zamanı baş və boyun ağrıları, yüksək hərarət, titrətmə olur. Daha sonra dəridə suluqlar əmələ gəlir. Bu suluqlar bir-birinə çox sıx yerləşir və içərisi şəffaf olmayan maye ilə dolu olur, irinə bənzəyir.
Suçiçəyində də içi mayeli qabarıcıqlar olur. Lakin nisbətən xırda olur. İnsanlar bilməlidir ki, bunları əllə qoparmaq olmaz. Çünki onda iz buraxa bilər. Xüsusi antiseptiklərdən vurmaq lazımdır".//BAKU.WS//
20-05-2022, 10:52 | Deputatın obyekti XALQA QƏNİM KƏSİLİB - TOTAL NARAZILIQ

“Suvarma mövsümü gəlib çatıb, yenə ağaclarımıza baxa-baxa qalmışıq. Gözümüzün önündə hər gün bir neçə ağac quruyur, çıxarıb atırıq. Şəxsən mənim bağda 100-dən çox ağacım vardı. Bağdan hər il azı 3500-4000 manat mənfəət götürürdüm. İndi vur-tut 30 ağac qalıb, onları da suvara bilmirəm, çoxu quruyub”.
Ziyafət Əliyev Lənkəranın Aşağı Təngivan kənd sakinidir. 30 ildən çoxdur ki, meyvəçiliklə məşğul olur. Ancaq son 5-6 ildə bir şirkətin meyvə bağlarını viran qoyması səbəbindən təsərrüfatı məhv olub. Tək Ziyafət Əliyev yox, Yuxarı və Aşağı Təngivan kəndindəki xeyli ailə feyxoa bağlarından əlini üzüb.
Təngivan yaxınlığındakı hektarlarla ərazidə 1990-cı ildən başlayaraq kəndlilər əvvəlcə çəltik əkib. 1999-cu ildən artıq pay torpaqlarına çevrilərək mülkiyyətlərinə verilmiş həmin sahələrdə kəndlilər birləşərək feyxoa bağları salıb. Ziyafət Əliyev deyir, ilk vaxtlarda bağlar kustar yolla qazılmış su quyusundan su çəkməklə bağları suvararmışlar. Sonralar birləşib su mühərriki alıblar, mühərrik vasitəsilə bağlara su vurmağa başlayıblar. Aşağı və Yuxarı təngivanlılar öz ağlarını beləcə, növbəli şəkildə suvarır, mövsümdə meyvələri yığıb satmaqla güzəranlarını qururlarmış. Bir neçə il əvvəl “Kaspi Yıldız” MMC tərəfindən qum-çınqıl hasilatı məqsədilə yaxınlıqdakı çayın dibi və sahili qazılmağa, sonralar bu qazıntının sonralar bağlara tərəf uzanmağa davam etməsi (Meydan TV bu barədə bir neçə dəfə yazıb) səbəbindən meyvə təsərrüfatları da məhv olmağa başlayıb:
“Çayı qazanda Yuxarı təngivanlıların öz pay torpaqlarına (meyvə bağlarına) olan körpüsünü dağıtdılar, ona görə də Yuxarı təngivanlılar ümumiyyətlə, meyvə bağlarına gəlib-gedə bilmirlər. Onların bağlarından artıq əsər-əlamət qalmayıb. Biz – yəni Aşağı təngivanlılar da uzun müddətdir ki, bağlarına əziyyətlə gəlib-gedirik. Keçiblər pay torpaqlarımıza, qaza-qaza gedirlər. Qonşunun bar verən 150 feyxoa ağacını kəsib atdılar kənara, yerini də qazıb torpağını daşıdılar, şikayət etmədiyi yer qalmadı, nəticəsi olmadı. O boyda təsərrüfatdan cəmi 9 ya 10 təsərrüfat qalıb burda…”
Ziyafət Əliyev ailəsini feyxoadan əldə etdiyi qazancla dolandırırmış. Deyir, bu bağdan daha çox qazanc götürənlər varmış:
“Ən az ağac məndə olub. Məsələn, bacımın 300-ə, qardaşımın 200-ə yaxın ağacı vardı. Qonşum var, hansı ki, 400-dən çox ağacı olub. Onlar daha çox mənfəət itirib. Təsəvvür edin ki, illərlə bağ saxlayırsız, o bağ sizin yeganə dolanışıq yerinizdir, yeganə təsərrüfatınızdır və bir gün kimsə gəlib hər-şeyi alt-üst edir. Və söhbət bir nəfərin yox, onlarla kəndlinin təsərrüfatından gedir. Təngivanda yaşamaq üçün səbəb qalmayıb. İllərdir ki, yazılır, çəkilir, göstərilir, ancaq elə bil daha da qəddarlaşırlar. Yolları dağıdıblar, heyvandarlığı, meyvəçiliyi məhv ediblər. Məsələn, mən heyvanlarıma yemi bu ərazidən daşıyırdım, indi burda ot da bitmir. Kəndlilər yem tapa bilmədiklərinə görə heyvanlarını dəyər-dəyməzinə satmalı olur və bütün bunlara bir son verən yoxdur”.
Kənd sakini Şirvan Nəzərov da bağ təsərrüfatının məhv olmasından danışır. Deyir, illərlə ailəsinin dolanışıq yeri olan feyxoa təsərrüfatı susuzluqdan məhv olub:
“Bütün aidiyyəti qurumlara yazmışıq, prezidentə, vitse-prezidentə yazmışıq. Ekologiya və Təbii Sərvətlər Nazirlriyindən gəlib baxıblar, bizə məktub göndəriblər ki, şirkət qanunsuz işlərlə məşğul olur. Ancaq nə faydası? Sahibkar öz işindədir. O, bağlarımızı, örüşlərimizi yox, birbaşa həyatımızı məhv edir. Kəndlinin təsərrüfatını dağıtdın, ya həyatını, eyni şeydir. Tələb edirik ki, ölkə başçısı bu məsələyə diqqət ayırsın, bizi və təsərrüfatlarımızı bu yırtıcıların əlindən xilas etsin. Bağlarımızı susuzluqdan yandırıblar, örüş yerlərimizi qazıb, torpağını daşıyıblar, heyvanlarımız acından ölməsin deyə, dəyər-dəyməzinə satmaq məcburiyyətində qalmışıq, biz nə edək, necə yaşayaq? Bir sahibkarın daha çox pul qazanması üçün bizi daha hansı faciələr gözləyir?”
Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Kaspi Yıldız” MMC-ni qanunsuz qum-çınqıl hasilatına və ekologiyanı çirkləndirdiyinə görə dəfələrlə məhkəməyə verib. Məhkəmə MMC-ni bir neçə dəfə cərimələsə də, şirkət öz fəaliyyətindədir.
“Kaspi Yıldız” MMC Lerikin 78 saylı dairəsindən deputat seçilmiş İqbal Məmmədova məxsusdur. O, bu şirkəti 1996-cı ildə təsis edib. Bu il “Kapitalbank” həm ona, həm qardaşı Çingiz Məmmədova, həm də şirkətə qarşı məhkəmə iddiası qaldırmışdı. Şirkətin dövlət büdcəsinə də 9 milyon manat civarında vergi borcu var. İqbal Məmmədovun Lerikdə fəaliyyət göstərən iri quşçuluq təsərrüfatı da var. Hansı ki, çayı çirkləndirən səbəblərdən biri də həmin təsərrüfatda quş kəsimləri zamanı tullantıların çaya buraxılması idi. Piran kəndinin sakinlərinin uzunmüddətli şikayətlərindən sonra təsərrüfatdakı quş kəsimi sexləri bağlanıb.
Bu məsələylə bağlı Meydan TV bir neçə dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə, Lənkəranın və Lerikin icra hakimiyyətləriylə əlaqə saxlayıb. Hər dəfə nazirlikdən şirkətin fəaliyyətinin qanunsuz, icra hakimiyyətlərindənsə qanuni olduğunu bildiriblər. //Meydan TV//
11-05-2022, 09:44 | İcra başçısı Şəhid ailələrini QOVDU - Xızıda QALMAQAL

Azərbaycanda şəhid ailələrinə, Qarabağ qazilərinə hətta xüsusi kateqoriyaya aid olan şəxslərə ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğı əvəzolunmazdır. Bu gün hər bir azərbaycanlı ölkə rəhbərinin yuxarıda sadaladıqlarımız ailələrə göstərdiyi diqqətdən ağız dolusu danışır. Danılmaz bir faktdır ki, şəhid ailələrinə və qazilərimizə ölkənin müxtəlif rayonlarında yeni-yeni yaşayış binaları tikilib həmin şəxslərin istifadəsinə verilir.
Ölkə rəhbəri hər dəfə çıxışlarında icra başçılarına, nazirlərə xüsusəndə məmur kateqoriyasına aid olan şəxslərə ciddi tapşırıqlar verərək, hər birini xalqın xidmətçisi olduğunu xüsusilə vurğulayır. Lakin bəzi icra başçıları Prezidentin bu çıxışlarını təkzib edərək, şəhid ailələrinə, qazilərə həmçinin rəhbərlik etdiyi rayon sakinlərinə laqeyd münasibət bəsləyərək, hətta kobud şəkildə cavab verərək, ölkə başçısının xəbərdarlıqlarını qulaqardına vurur.
Belə ki, bir neçə gün bundan öncə Xızı rayonunda yaşayan 10-a yaxın şəhid ailəsi, icra başçısı Xəzər Aslanovun qəbuluna getmiş və problemlərini dilə gətirmişdir. Görüş zamanı icra başçısı məmur geyiminə xas olmayan şəkildə görüş zalına daxil olmuş, şəhid ailələrinə sərt şəkildə qışqıraraq hörmətsizlik etmişdir. Daha sonra isə heç bir şəhid ailəsinin problemini dinləməmiş və görüş zalını kobud şəkildə tərk etmişdir.
Xatırladaq ki dəfələrlə Prezident İlham Əliyev öz çıxışlarında qeyd etmişdir ki, məmurlar vətəndaşları qəbul edərkən rəsmi geyimlərdə olsunlar. //xeberal.az//


















