5-11-2022, 14:57 | Azərbaycanın Zəfəri ilə bitən İkinci Qarabağ savaşından düz iki il ötür

Budur, artıq Qələbəmizin iki ilinin tamam olmasını təkcə Azərbaycan və dost ölkələr deyil, dünyanın faşizmdən zaval görmüş bir çox ölkələrində də qeyd edirlər. Buradan bəlli olur ki, biz Vətən müharibəsində qalib gəlməklə, yalnız öz torpaqlarımızı işğaldan azad etməmişik, həm də erməni faşizminə qalib gəlməklə bütün tərəqqipərvər dünya ictimaiyyətini sevindirmişik.
“İndi vaxtaşırı televiziya reportajlarında o dağılmış, viran qoyulmuş ərazilər göstərilir. Amma əlbəttə ki, onu əyani şəkildə görəndə mənzərə tam başqadır. Bu, bir daha onu göstərir ki, hansı bəlaya qarşı biz mübarizə aparmışıq. Bu gün bizim haqlı davamıza kölgə salmaq istəyən ermənipərəst, anti-Azərbaycan, islamofob dairələr bunu bilməlidirlər ki, mənfur Ermənistan bizim torpaqlarımızı zəbt edərək, işğal edərək bütün infrastrukturu dağıdıb” - bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib. “Hesab edirəm ki, müasir dünya ikinci belə vəhşilik görməmişdir. Əliyalın insanları yandırıblar, öldürüblər, uşaqları yandırıblar. Bütün binaları, məscidlərimizi dağıdıblar. Erməni faşizmi ən qəddar, ən təhlükəli, ən mənfur, ən çirkin ideologiyadır və biz bu ideologiyanı məhv etdik. Hesab edirəm ki, illər keçdikcə bizim bu tarixi xidmətlər daha da dolğun şəkildə dərk ediləcək dünya tərəfindən. O cümlədən erməni xalqı vaxt keçəcək, bizə minnətdar olacaq ki, biz onları bu bəladan xilas etmək istədik. Ümid edirəm ki, onlar xilas olunacaqlar. Əks təqdirdə, Ermənistan dövlətinin dövlət kimi gələcəyi çox böyük şübhə altında olacaq. – dövlət başçısı vurğulayıb. - Hesab edirəm ki, müasir dünya ikinci belə vəhşilik görməmişdir. Ümid edək ki, biz bir daha bu cür murdar düşmənlə qarşı-qarşıya gəlmərik, yox, əgər onlar bir daha cürət etsələr, necə ki indi dəmir yumruğun gücü ilə qarşılaşdılar, yenə bundan da böyük ultimatum ilə qarşılaşacaqlar. Nə qədər ki, dəmir yumruq var, Azərbaycanın mərd oğulları var, bu ölkə “arxalı çaqqallara” həddini və yerini kifayət qədər sərt göstərəcək”.
Ermənilərin törətdiyi sonrakı təxribatlar sıradan, yəni hansısa emosiyadan doğan, qəfildən, birdən alınan hadisələr deyil, can verməkdə olan erməni faşizminin son çırpıntılarıdır. Ermənilər bu kimi təxribatlarla azərbaycanlıları Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri dünya ictimayətinə çatdırmaq üçün istifadə etdikləri dinc yollardan çəkindirmək, dinc aksiya iştirakçılarını provakasiyaya çəkərək ölkəmizin imicini zədələmək, Azərbaycanın Dağlıq Qarabağla bağlı apardığı siyasətini başqa müstəviyə çəkmək, əsas hədəflərdən yayındırmaq kimi məqsədlər güdürlər. Paşinyanın rəhbərlik etdiyi Ermənistan hakimiyyəti tərəfindən yönləndirilən təxribatçı erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllər həyata keçirilib və bu hərəkətlər davam etməkdədir. Azərbaycanın Avropa ölkələrindəki diplomatik nümayəndəliklərinin binalarına, eləcə də dinc azərbaycanlı etirazçılara qarşı törədilən təxribatlar ermənilərin əsl mahiyyətini nümayiş etdirir.
Təbii ki, Dəmir Yumruğun acısı canlarından çıxmamış murdarlardan belə reaksiya gözləniləndir. Amma bu acı həqiqət onların qorxulu yuxusu olmağa davam edəcək. Nə qədər ki, qüdrətli Azərbaycan var, nə qədər ki düşməni lərzəyə salan Dəmir Yumruq, qüdrətli Azərbaycan ordusu var, ölkəmiz bütün mümkün qarayaxma kampaniyalarını böyük ustalıqla dəf edəcək.
Şöhrəddin Verdiyev,
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin sədiri.
5-11-2022, 14:14 | Biz onları daim müşahidə edir, nəzarətdə saxlayırıq - Zakir Həsənov

Noyabrın 5-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, həmçinin hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunduqdan sonra hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edilib. Ali Baş Komandanın təbriklərini hərbi qulluqçulara çatdıran müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini verib.
Sonra müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.
Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki mövcud əməliyyat şəraiti ətraflı təhlil edilib.
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətinin daim müşahidə edilməsi və nəzarətdə saxlanılmasının vacibliyi xüsusi qeyd edilib.
Qeyd olunub ki, müdafiə naziri Hərbi Hava Qüvvələrinin, Xüsusi Təyinatlı Qüvvələrin, həmçinin Raket və Artilleriya Qoşunlarının ölkəmizin cənub rayonlarında dislokasiya olunan hərbi hissələrində və Əməliyyat (Komando) bölmələrində olub, buradakı təlim mərkəzlərinə baxış keçirib, bölmələrin praktiki döyüş hazırlığı məşğələlərini izləyib. Əməliyyat planları dəqiqləşdirilib, döyüş hazırlığının daha da yüksəldilməsi ilə bağlı komandanlıq qarşısında konkret tapşırıqlar qoyulub.
Ali Baş Komandanın Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması mərasimindəki çıxışında səsləndirdiyi "Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz" sözlərini xatırladan nazir, şəxsi heyətin peşəkarlığı və qoşunların döyüş hazırlığına xüsusi diqqət yetirilməsi, təlimlərin, o cümlədən səhra məşğələlərinin intensivliyinin artırılması barədə tapşırıqlar verib.
General-polkovnik Z.Həsənov şəxsi heyətin ideoloji iş və mənəvi-psixoloji təminatının daha da gücləndirilməsinə daim diqqət yetirilməsinin vacibliyini qeyd edib.
Döyüş növbətçiliyi və gündəlik xidməti fəaliyyət zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasının daim nəzarətdə saxlanılması xüsusi vurğulanıb.
Müdafiə naziri qışa hazırlıq prosesinə, xüsusilə də dağlıq ərazilərdə dislokasiya olunan bölmələrin təminat məsələlərinə ciddi nəzarət edilməsi barədə vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.
Sonda qoşun xidmətinin təşkili, şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, azad edilmiş ərazilərdə mühəndis tədbirlərinin yerinə yetirilməsinin davam etdirilməsi, həmçinin tibbi təminat məsələləri ilə əlaqədar göstərişlər verilib.
5-11-2022, 13:09 | Azərbaycan bütün təxribatların qarşısını qətiyyətlə alacaq - RƏSMİ BAKIDAN XƏBƏRDARLIQ

"Bölgədə yeni imkanlar yarandığı, Azərbaycanın azad edilən ərazilərini bərpa etdiyi bir dövrdə hər hansı bir üçüncü tərəflər tərəfindən destruktiv və təxribat yönümlü addımların atılması tamamilə yolverilməzdir".
Bunu xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan dövləti buna yol verməyəcək: "Bütün təxribatların qarşısı qətiyyətlə alınacaq. Azərbaycan dövlətinin bölgənin inkişafı ilə bağlı planları hamıya məlumdur".
16-09-2022, 15:21 | Azər Süleymanov : Yalvarmağa başlayırlar… “dəmir yumruq” başlarına enəndə

Xocavənd Rayon İcra Hakimiyyəti başçısının 1-çi müavini Azər Süleymanov - Sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycan Ermənistan təmas xəttində ermənilər tərəfindən törədilən hərbi təxribat bir daha Ermənistan rəhbərliyinin ikiüzlü, riyakar siyasət yeritdiyini sübuta yetirdi.
Azərbaycan dövləti 10 noyabr 2020-ci il üçtərəfli Bəyannamənin bütün bəndlərinə uyğun olaraq öz üzərinə düşən öhdəlikləri yerinə yetirir. Ermənistan isə iki il vaxt keçməsinə baxmayaraq hər zaman hər cürə bəhanələr gətirərək üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Ermənistan rəhbərliyinin bu hərəkətləri 10 noyabr Bəyannaməsindən imtina etməsi anlamına gəlir. Kapitulyasiya aktına imza atan Ermənistanın Baş naziri imdad üçün Avropa İttifaqına üz tutdu. Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən və müdrik xarici siyasəti nəticəsində Avropanın siyasi səhnəsində də Paşinyan ağır məğlubiyyətə uğradı. Avropa Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutan üçtərəfli görüşlərdə də Azərbaycanın milli maraqları nəzərə alınaraq Avropa İttifaqının rəsmisi tərəfindən bəyanatlar səsləndirildi.

Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü münasibətlərin nizamlanmasına dair 5 bənddən ibarət təklifini qəbul etdiyini bildirdi və sülh sazişinin imzalanması istiqamətində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşməsi və sülh sazişinin hazırlıq işlərinə başlamaları üçün öz razılığını bildirmişdi. Ermənistan rəhbərliyi üzdə bu razılaşmanı qəbul etsə də sonradan bu razılaşmanı yerinə yetirmədiyi açıq aşkar göründü. Bu gün Ermənistan müstəqil bir dövlət deyil və Ermənistana rəhbərlik edən şəxslər müstəqil siyasət yeritmək qabiliyyətində deyillər. Ermənistanın Baş Naziri Paşinyan Ermənistandan kənarda və ölkənin daxilindəki revanşist qüvvələrin fikirləri ilə hərəkət edir.
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə Ermənistan rəhbərliyinə və ermənilərin xaricdəki havadarlarına xəbərdarlıq etmişdir ki, əgər Azərbaycana qarşı nəinki silahlı təxribat, hətta təxribat xarakterli bəyanatlar versələr belə, nəticəsi çox ağır olacaq.
Ermənilərin törətdikləri son hərbi təxribatın qarşısını Azərbaycan Ordusu aldı və Ermənistan ordusunun təmas xəttinə yaxın hərbi texnikalarını və xeyli sayda canlı qüvvələrini məhv etdi. Həyata keçirilmiş uğurlu əks hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu təxminən 100 kv.km-lik ərazini və hakim yüksəklikləri ələ keçirdi.
Ermənistan rəhbərliyinin bu təxribatlara əl atmasının arxasında bir sıra məkrli niyyətlər dayanır. Ermənistan təxribat törətməklə vaxt uzatmaq və sülh sazışının imzalanması prosesini pozmağa çalışır. Əslində ermənilərin bu yolla vaxt uzatmaları onların əleyhinə işləyir və Azərbaycan Ordusu tərəfindən bu təxribatların qarşısı çox sərt şəkildə alınır. Nəticədə yüzlərlə erməni hərbiçisi Azərbaycan Ordusu tərəfindən məhv edilir və milyard dollar xərcləyərək aldıqları hərbi texnikaları, yaratdıqları hərbi infrastrukturlar və hərbi hissələr Azərbaycan Silahlı Qüvvələri tərəfindən darmadağın edilir. Onsuz da dilənçi və rəzil gündə yaşayan Ermənistana bu hərbi hissələri yenidən qurmaq üçün uzun illər lazımdır.
Ermənistanın siyasi rəhbərliyi hələ bir neçə ay bundan əvvəl bu təxribatlara hazırlıq görürdü. Laçın və Kəlbəcər rayonları ilə sərhəddə çox saylı hərbi texnika cəmləşdirir, burada yeni hərbi hissələr yaradır və hərbi qulluqçuların sayını artırırdı. Azərbaycan tərəfi ermənilərin təxribata əl atacağını əvvəldən bilirdi. Çünki 2020-ci ilin iyulunda baş vermiş Tovuz hadisələri ilə bu dəfəki təxribatlar eynilik təşkil edirdi. Tovuz istiqamətində ermənilərin hərbi texnika cəmləşdirməsi və müharibəyə hazırlaşmaları barədə Prezident İlham Əliyev bütün beynəlxalq təşkilatlara müraciət etmişdir. Lakin beynəlxalq təşkilatlar Ermənistana heç bir tədbir göstərmədilər.
2020-ci il iyulun 12- də Ermənistan silahlı qüvvələri Azərbaycan dövlətinə qarşı irimiqyaslı hərbi təxribata əl atdı. Azərbaycan Ordusu əks həmlə ilə Ermənistan ordusunu darmadağın etdi. Ermənistanın hərbi infrastrukturu və çox sayda hərbi qüvvəsi məhv edildi. Şəhid generalımız Polad Həşimov başda olmaqla Azərbaycan oğulları ermənilərə qəhrəmanlıq, mərdlik dərsi verdi. Tovuz hadisələri zamanı ermənilərin əsas məqsədi beynəlxalq təşkilatları və ölkələri bu münaqişəyə cəlb etmək, Qarabağ və Şərqi Zəngəzur torpaqlarını işğalda saxlamaq idi. Lakin onların bu arzusu da puç oldu. Azərbaycanın apardığı mübarizə haqq işi idi və beynəlxalq hüququn prinsiplərinə söykənirdi.
Bu il sentyabrın 12-dən 13- nə keçən gecə Ermənistan hərbçilərinin Azərbaycanın Laçın, Kəlbəcər, Daşkəsən və Zəngilan rayonları ilə sərhəddə törətdikləri təxribatın qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən daha sərt və tutarlı həmlə ilə alındı.
Azər Süleymanov: Yalvarmağa başlayırlar… “dəmir yumruq” başlarına enəndə
Bu gün Ermənistan təəssüfki, Azərbaycan dövlətinin gücünü və qüdrətini qiymətləndirə bilmir. Ermənilər başa düşməlidilər ki, Azərbaycan kimi istər siyasi, istər iqtisadi, istərsə də hərbi cəhətdən güclü, eyni zamanda artıq dünyada söz sahibinə çevrilən bir ölkə ilə zor dili ilə danışa bilməz. Azərbaycanın nə qədər güclü bir dövlət olduğunu 2016-ci ilin aprelində, 2020-ci ilin iyulunda və 2020-ci ilin 27 sentyabrından 10 noyabrına qədər davam edən Vətən Müharibəsində ermənilər başa düşməli idilər. Təəssüflər olsun ki, Ermənistan bu gün reallığı qəbul edə bilmir və hər dəfə dəmir yumruq başlarına enəndə bütün dünyaya yalvarmağa başlayırlar. Sonuncu döyüşdə də igid oğullarımız yenə də erməniləri hərb meydanında diz çökdürdü. 7 saatlıq döyüşlərdə Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini və hərbi texnikalarını yerlə yeksan etdi. Bu hərbi qələbəmiz ilə Azərbaycan bir daha bütün dünyaya bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünə təhlükə yaranarsa bunun cavabı çox ağır olacaq.
26-08-2022, 10:39 | Azərbaycanda dördüncü doza vaksin məcburi olacaq? - Açıqlama

Son günlər Azərbaycanda koronavirusa yoluxma hallarında artım müşahidə olunur. Bu artım əhali arasında bir sıra şayiələrin yayılmasına gətirib çıxarır. İddia olunur ki, payıza doğru yoluxmalar daha da artacaq və əhali arasında dördüncü doza vaksin məcburi olacaq.
Məsələ ilə bağlı Trend-ə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib ki, hazırda dördüncü doza vaksinin məcburiliyi real deyil.
"Hal-hazırda Azərbaycan COVID-19 vaksinin dördüncü dozası mümkündür. Amma bu könüllülük prinsipi əsasında olur. Əgər şəxsin ən sonuncu vaksinasiyasından 6 ay keçibsə, təkrar vaksinasiya edə bilər. Payız aylarında yoluxma sayı artsa, dördüncü doza vaksin ola bilər. Lakin bunu əvvəldən demək doğru deyil. Məcburi xarakter o zaman daşıya bilər ki, yoluxma sayı, xəstəxanalara yerləşdirmə ehtiyacı, ağır xəstə riskləri artsın. Əgər xəstəliyin ağırlıq dərəcəsi, xəstəxanaya yatış tələbi artarsa, qarşıdakı günlərdə bəzi məhdudiyyətlər tətbiq oluna bilər. Təbii ki, bu məhdudiyyətlər arasında təkrar vaksinasiya, dördüncü doza məcburi ola bilər. Amma bu gün üçün mən dördüncü dozanın məcburiliyini real hesab etmirəm",- deyə V.Əliyev bildirib.
26-08-2022, 10:34 | Leyla Əliyeva Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şəxsi sosial media hesabında Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.
“İki sahil”ə istinadən xəbər verir ki, Leyla Əliyeva təbrikində anasını çox sevdiyini bildirib.
1-07-2022, 17:26 | Fuad Mayılovun BDYPİ-də “asan xidmət”i: “Vatçap qrupu”, gündəlik “plan”, “moyka” biznesi və…

Baş Dövlət Yol Polisi İdarəsində maraqlı oyunlar gedir. Birincilik uğrunda mübarizə, böyük pullara nəzarət savaşları pik həddə çatıb. Hazırda BDYPİ-də əsas fiqur kimi ortaya çıxan şəxs bir müddət əvvəl Yol Patrul Xidməti Alayına komandir təyinatı almış Fuad Mayılovdur.
Uzun müddət bu posta rəhbırlik etmiş və əsas iddialılardan biri olan Balakişi Əhmədovu “devirməyi” bacaran Mayılov, qısa müddətdə idarədə əsas postların hamısına nəzarəti ələ keçirməyə də nail olub. Belə ki, o, BDYPİ-nin əsas qazanc yeri sayılan və dəfələrlər qalmaqalları ilə ad çıxarmış İmtahan-Qeydiyyat İdarəsi və Texniki Baxış Şöbəsini nəzarəti altına alıb.
Fuad Mayılov bu posta təyinat almamışdan öncə Xırdalanda yerləşən Ekologiya Postunda rəis kimi çalışıb. Həmin dönəmlərdə elə də populyar olmayan Mayılov, sonradan özünü diqqət mərkəzinə gətirməyi bacarıb. Yeni vəzifəsinə təyinat aldıqdan sonra isə strateji hədəfi olan BDYPİ-nin rəisi olmaq arzusunu reallaşdırmağa başlayıb. Bu yolda ona mane olan Bakı Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyevi belə “offsayt”da saxlamağı bacarıb.

Bu qrup nə üçün lazımdır? Məsələ belədir ki, sürücü texniki baxışdan keçmək üçün qanunla şöbəyə gəlməlidir. Daha sonra isə rəsmi dövlət rüsumu 30 manat olan avtomobilinin pulunu ödəməli və bir illik möhlət almalıdır. Lakin Mayılovun yaratdırdığı “vatçap qrup”ları həmin funksiyanı gəlmədən həyata keçirirlər. Belə ki, sürücü sözügedən “vatçap qrupu”na maşının texniki pasportunu və lazım olan sənədlərin şəklini gösndərməklə, getmədən bu hüququ əldə edə bilir. Sadəcə, bu işin müqabilində sürücü 30 manat deyil, 50-80 manat ödəməli olur.
Bu həm də ona görə işə yarayır ki, Sumqayıtda olan sürücü İmişlidə qeydiyyatdadırsa, bunun üçün İmişliyə getməlidir. Lakin Fuad Mayılovun yeni “sistemi” sayəsində buna da gərək qalmır. Elə Sumqayıtdaca qeydiyyatdan keçərək, məsələsini həll edir.

İşin ən maraqlı tərəflərindən biri də odur ki, Dövlət Yol Polisinin Zabrat Texniki Baxış Mərkəzinin rəisi Mərdan Əliyev bu işlərdən əlavə, yeni bir qazanc üsulu da tapıb. Belə ki, texniki baxışa gəlmiş avtomobil tozlu, palçıqlı olarsa, mütləq, elə mərkəzin yaxınlığında fəaliyyət göstərən avtomobil yuma məntəqəsində yuyulmalıdır. Qiymət isə bir maşın üçün 10 manatdır. Əks təqdirdə, maşına texniki baxış həyata keçirilmir.

Həmin avtomobilyuma məntəqəsinin birbaşa Mərdan Əliyevə aid olduğu, gündəli pulların da ona yetişdiyi bildirilir.

Eyni zamanda, Fuad Mayılov regionlar üzrə də “nümayəndə” təyin edib. Gələn məlumatlara görə, həmin “nümayəndə” təmsil etdiyi bölgənin DYP Postunun rəisi vəzifəsini tutur. Onların işi “qara kassa” funaksiyasını həyata keçirir. Məsələn, Cənub bölgəsində bu missiyanı Göytəpə DYP Postunun rəisi həyata keçirir. Digər bölgələrdə isə bu “missiya” əsasən İmtahan-Qeydiyyat İdarələrinin rəsmilərinə həvalə olunub. Onların vəzifəsi yığılan pulları Mayılova çatdırmaqdır.
Qeyd edək ki, Fuad Mayılovun “ixtiraları” bununla da bitmir. Bu barədə növbəti yazımızda ətraflı bəhs edəcəyik. Bəhs olunacaq mövzular isə alkotester, narkotik vasitənin qəbul edilib, edilməməsi, bu testlər nəticəsində adı kitaba düşənlərlə protokol tərtib edilənlər arasında ciddi fərqin olması, qohumların vəzifələrə təyinat alması və digər mətləblərdən ibarətdir.
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
1-07-2022, 16:19 | Namiq Zeynalovdan 3 milyon manat tələb edilir

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-ə istinadən xəbər verir ki, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə müdafiə çıxışı edən Namiq Zeynalovun vəkilləri dövlət ittihamçısının tələblərinə etiraz ediblər.
Vəkillər məhkəmədən bəraət hökmü çıxarılmasını xahiş ediblər.
İş üzrə zərərçəkmiş qismində tanınmış Cəlilabad Rayon İcra Hakimiyyəti 3 milyon manat, DOST İş Mərkəzi isə 50 min manat mülki iddia qaldırıb. Müdafiə tərəfi zərərçəkmiş qurumların tələblərinin əsassız olduğunu deyiblər.
Namiq Zeynalov son söz üçün vaxt istəyib.
Proses iyulun 4-nə kimi təxirə salınıb.
Xatırladaq ki, Namiq Zeynalov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub. O, Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
28-06-2022, 12:40 | Nazir neft qiymətinin büdcədə 85 dollar olmasına aydınlıq gətirdi

Maliyyə naziri Samir Şərifov 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər nəticəsində neftin bir barelinin qiymətinin 85 ABŞ dolları səviyyəsində götürülməsinə aydınlıq gətirib.
S.Şərifov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı bildirib ki, bu qiymət məqbul hesab edilir.
Ətraflı
"Burada təklif olundu ki, riskləri nəzərə alaraq neftin qiyməti dövlət büdcəsində 75 ABŞ dollarına qədər endirilsin. Qeyd edim ki, 2022-ci ilin beş ayında "Azeri Light" markalı xam neftin bir barrelinin orta ixrac qiyməti 106,3 ABŞ dollarına bərabər olub. 5 ay ərzində daxil olan vəsaitləri və növbəti 7 ay üzrə daxil olacaq vəsaiti nəzərə alaraq neftin bir barrelinin orta qiymətinin 85 dollar götürülməsi məqsədəuyğundur", - deyə nazir bildirib.
28-06-2022, 12:38 | Qurban bayramında neçə gün iş olmayacaq?

2022-ci il iyulun 9, 10-u Qurban bayramıdır.
9 və 10 iyul tarixləri müvafiq olaraq şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 11 və 12 iyul tarixləri qeyri-iş günü olacaq.


















