13-02-2024, 06:32 | Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 12 il ötür - VİDEO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 12 il ötür - VİDEO


Hərbi sahədə aparılan islahatların nəticəsi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 fevral 2012-ci il tarixli fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Dövlət Xidməti Müzəffər Ali Baş Komandanın müəyyənləşdirdiyi məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirməyə çalışıb.

Xidmət yaradıldığı gündən fəaliyyət istiqamətinə uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, müddətli həqiqi hərbi xidmətə hazırlanması və hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, eyni zamanda vətəndaşların qəbulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə, Xidmətin daha bacarıqlı və savadlı kadrlarla komplektləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi və digər sahələrdə nailiyyətlər qazanıb. Ordu quruculuğu prosesinin tərkib hissəsi kimi ölkəmizdə çağırış və səfərbərlik işini tənzimləyən modern mexanizmin formalaşdırılması uğurla həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin ölkəyə rəhbərliyi müstəqil Azərbaycanın iqtisadi inkişafı, ordu quruculuğu, islahatların miqyasının genişləndirilməsi və digər strateji önəm daşıyan istiqamətlərdə uğurların qazanılması ilə xarakterizə olunur. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasətin, həyata keçirdiyi islahatların nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri gündən günə daha da möhkəmlənib, döyüş qabiliyyətini artırıb.

Azərbaycan Respublikası Prezidentinin vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq Sərəncamlarının icrasının təmin edilməsi məqsədilə çağırış yaşlı vətəndaşların qanuna müvafiq qaydada çağırışa cəlb edilməsi və xidmət keçmək üçün təyin olunduqları hərbi hissələrə təhvil verilməsi Xidmət tərəfindən uğurla həyata keçirilir.

44 günlük Vətən müharibəsi zamanı təsdiq edilmiş plana uyğun olaraq ehtiyatda olan hərbi vəzifəlilərin Azərbaycan Ordusunun komplektləşdirilməsinə cəlb olunması, Silahlı Qüvvələrin sifarişləri əsasında tələb olunan sayda hərbi-nəqliyyat vasitələri ilə təmin olunması müvəffəqiyyətlə icra edildi.

Ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ciddi addımların atılması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülməsi zərurətini ortaya qoymuşdur. Korrupsiyaya qarşı mübarizə sahəsində hüquqi təbliğatın gücləndirilməsi və bu kimi halların minimuma endirilməsi məqsədi ilə Xidmət tərəfindən müvafiq tədbirlər həyata keçirilib, aşkar olunmuş nöqsanlarla bağlı qəti addımlar atılıb və bu istiqamətdə işlər hazırda da davam etdirilir.

Ölkəmizdə bu gün yürüdülən siyasətin mərkəzində insan amili mühüm rol oynayır ki, burada da əsas məqsəd vətəndaşlara xidmət, vətəndaş məmnunluğunun təmin edilməsidir. Xidmət rəisi tərəfindən respublikanın müxtəlif regionlarında keçirilən qəbullar zamanı vətəndaşların bir sıra müraciətləri ye­rin­də­ həllini tapır, araşdırılması tələb olunanlar qeydiyyata alınaraq icrası ilə əlaqədar müvafiq tədbirlər görülür.

Gənc nəslin Vətənə sədaqət, milli adət və ənənələrə hörmət, hər an Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olmaq ruhunda tərbiyə edilməsi işi onların yeniyetməlik dövründən başlayır. Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə respublikanın müxtəlif bölgələrində aidiyyəti dövlət qurumları və ictimaiyyət nümayəndələrinin, şəhid ailələri üzvlərinin, müharibə veteranlarının, orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə mütəmadi olaraq maarifləndirici görüşlər təşkil edilir.

Dövlət Xidməti hər zaman şəhid ailələrinə, müharibə veteranlarına, onların müraciətlərinə həssaslıqla yanaşır. Belə ki, xidmətin şəxsi heyətinin komplektləşdirilməsi zamanı bilik və fiziki hazırlığın yoxlanılması prosesini uğurla keçən 21 nəfər Vətən müharibəsi iştirakçısı işə qəbul edilərək Xidmət rəisi tərəfindən onlara xidməti vəsiqələri təqdim olunub.

Bu gün Xidmətin hər bir əməkdaşının amalı Vətənə sədaqət, insana qayğı, ən başlıcası isə milli-mənəvi dəyərlərə hörmətdir. Sə­fər­bər­lik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti bundan sonra da ümummilli liderimiz Heydər Əliyev ide­ya­la­rı­na sadiq qalacaq, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin etimadını doğruldacaq, qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə hə­ya­ta keçirilməsi üçün var qüvvələri ilə çalışacaqlar.//milli.az/

13-02-2024, 06:02 | Bu rayonlarda qaz olmayacaq - XƏBƏRDARLIQ

Bu rayonlarda qaz olmayacaq - XƏBƏRDARLIQ


"Ucar" və "Lək 1-ci xətt" qaz ölçü qovşaqlarından qidalanan müxtəlif diametrli qaz xətlərində, diametri 530 mm-lik kollektorda "Təmiz Qaz" QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi məqsədilə təmir işləri ilə bağlı 13.02.2024-cü il tarixində saat 09:00-dan işlər başa çatanadək "Ucar" ölçü qovşağından qidalanan "Əhali" orta təzyiqli qaz xəttindən və "Lək 1-ci xətt" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir işləri aparılan müddətdə Ucar şəhəri daxil olmaqla rayon üzrə əhali qrup istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

13-02-2024, 05:58 | Azərbaycanda şirkət 20 min manat cərimələndi

Azərbaycanda şirkət 20 min manat cərimələndi


Bakıda işçilərin əmək hüquqlarının pozulmasına görə daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib.

Baş Prokurorluğa istinadən xəbər verir ki, "İnternational Technology and Construction" MMC tərəfindən Qaradağ rayonunda bir neçə şəxsin əmək hüquqlarının pozulması barədə müraciət daxil olub. Bununla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı MMC-nin qanuni təmsilçisi Fuad Fətəliyev tərəfindən bir neçə şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi və əməkhaqqının ödənilməməsi müəyyən edilib.

Fakt üzrə Qaradağ Rayon Prokurorluğunda hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 192.4-cü (işçinin əməkhaqqının ödənilməsində qanun pozuntularına yol verilməsi) maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.


12-02-2024, 19:45 | Bu yolda sürət həddi endirildi

Bu yolda sürət həddi endirildi


Dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.

Bu barədə DİN Nəqliyyatda İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, eyni zamanda, bütün məlumat sürət tablolarında "Dumanlı hava" işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilib.

12-02-2024, 19:44 | Vilayət Eyvazov onu Xankəndiyə polis rəisi təyin etdi - FOTO

Vilayət Eyvazov onu Xankəndiyə polis rəisi təyin etdi - FOTO


Xankəndi şəhərinə polis rəisi təyin edilib.

Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polis polkovniki Zaur Nəsirov gətirilib.

O, Xankəndi şəhər Polis Şöbəsinə rəis təyin olunmazdan əvvəl, eyni vəzifəni Göygöldə daşıyıb.

DİN-in mətbuat xidmətindən məlumat təsdiq edilib.







12-02-2024, 11:41 | Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başladı

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başladı



Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin iştirakı ilə keçirilən növbəti təlim toplanışı başlayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçən ehtiyatdan çağırılan hərbi vəzifəlilər hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunublar.

Qeyd edək ki, toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının daha da artırılması məqsədilə müxtəlif tapşırıqlar yerinə yetiriləcək.

Toplanışda əsas məqsəd onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etmək, istismar qaydalarını öyrətməkdir.

12-02-2024, 11:36 | Yeni tarixi mərhələdə milli ideya və milli ideologiya

Yeni tarixi mərhələdə milli ideya və milli ideologiya


Zamin İbrahimov,
Astara Rayon Məhkəməsinin sədri.



Azərbaycan: Otuz ildən çox bizi birləşdirən milli ideya – erməni işğalına son qoyulması və ölkəmizin ərazi bütövlüyünün bərpası – hörmətli Prezidentimiz, Ali Baş Koman­dan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Milli Ordumuz tərəfindən gerçəkləş­dirildi. Şəhidlərimizin qanı yerdə qalmadı, Azərbaycanın bütöv ərazisində suve­ren hüquqlarımız bərpa edildi.

Bu gün bizi birləşdirən əsas ideya milli birlikdir. Avropa Parlamenti, AŞPA, ABŞ Konqresi, Dövlət Departamen­ti, Fransa Senatı, Almaniya ölkəmizə qarşı xoşagəlməz addımlar atırlar. Ta­rixi şəraitin özü, xalqımızın beynəlxalq arenada üzləşdiyi ədalətsizlik və ikili standartlar, indiyəcən məruz qaldığı çətin sınaqlar milli birlik ideyasını bizə diktə edir. Yalnız vahid xalq olaraq və güclü lider ətrafında birləşərək, əsrlər­lə arzusunda olduğumuz azad, güclü, firavan, çiçəklənən Azərbaycan qura bilərik. Qarşıda bizi böyük hədəflər göz­ləyir: dövlətimizin müstəqilliyini möh­kəmləndirmək, azad edilmiş əraziləri bərpa etmək, böyük qayıdışı tamamilə gerçəkləşdirmək, sosial-iqtisadi inkişafı sürətləndirərək Azərbaycanı qabaqcıl ölkəyə çevirmək.

Əlbəttə, demokratik və plüralist cəmiyyətdə, çoxpartiyalılıq şəraitin­də siyasi mübarizə, siyasi maraqların toqquşması, ideoloji və taktiki fikir ayrı­lıqları təbii haldır. Lakin ümummilli ideya baxımından ən mühüm məsələ, fəlsəfi dillə desək, mübarizə edən əksliklərin vəhdətini qorumaqdan, yəni siyasi eh­tirasların cəmiyyətimizi parçalamasına imkan verməməkdən, mübarizə və mü­zakirələrin konstruktiv məcrada aparıl­masına nail olmaqdan ibarətdir. Müasir sivil dünyada bərqərar olmuş parlament quruluşunun özü də məhz bu zərurət­dən doğmuşdur və bunu tələb edir.

Biz daxili problemlərin həllinə siyasi şüar və bəyanatlarla deyil, sosial-iqtisa­di məsələlərin çözümünü təmin edəcək hüquqi baza və mexanizmlərin işlənib hazırlanması ilə nail ola bilərik. Bu da son nəticədə cəmiyyətin ahəngdar inki­şafının başlıca şərti kimi sosial ədalətin bərqərar olması ilə nəticələnməlidir.

Son illərdə ölkəmizin qazandığı böyük nailiyyətlərdən biri də, heç şü­bhəsiz, nəhəng səylər bahasına əldə olunmuş siyasi sabitlikdir. Bəşəriyyətin tarixi belə bir mühüm həqiqəti ortaya qoymuşdur: müdrik dövlət xadimi о kəsdir ki, cəmiyyətdəki stabilliyi qo­rumaqla, onun xaos və hərc-mərclik girdabına yuvarlanmasına imkan ver­mədən müxtəlif islahatlar aparmağı ba­carır. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev bu illər ərzində məhz belə bir müdriklik və məharət nü­mayiş etdirmişdir. Hesab edirəm ki, bu sabitliyi qorumaq, əslində, hər bir vətən­daşın borcudur. Odur ki, mövcud icti­mai-siyasi sabitliyi hər vəchlə qoruma­ğı, milli birliyin pozulmasına səbəb ola biləcək bütün cəhdlərə qarşı qətiyyətlə mübarizə aparmağı birinci dərəcəli və­zifə kimi qarşıya qoymalıyıq. Birlik və həmrəyliyimizin sarsılmazlığını təmin etmək üçün konstruktiv qüvvələrlə di­aloqu və əməkdaşlığı inkişaf etdirmək, vətəndaş həmrəyliyinin və milli birliyin həmişəlik bərqərar olmasına çalışmaq, ölkədə mülki cəmiyyətin möhkəm əsas­larının qurulmasına nail olmaq lazımdır. Bunlar həyata keçərsə, milli birliyimizin pozulmasına yönəlmiş cəhdlər təkcə dövlət strukturlarının deyil, bütövlükdə, cəmiyyətin müqaviməti ilə rastlaşar və təbii ki, uğursuzluğa düçar olar.

Bəllidir ki, ölkədə sabitliyin qorun­masında daxili amillərlə yanaşı, xarici faktorlar da mühüm rol oynayır. Odur ki, ölkəmizin müstəqilliyinin möhkəm­lənməsinə və beynəlxalq birliyə daha six inteqrasiyasına yönəlmiş tarazlaş­dırılmış xarici siyasət xətti dönmədən inkişaf etdirilməlidir.

Bu gün Azərbaycan ictimaiyyətini düşündürən məsələlər içərisində ikisi xüsusi əhəmiyyətə malikdir. Qazandığı­mız nailiyyətlər və ərazi bütövlüyümü­zün bərpası arxayınlıq doğurmamalı, Milli Ordumuzun döyüş qabiliyyətinin ar-tırılması istiqamətində fəaliyyət daim gücləndirilməlidir. Necə deyərlər, “sülh istəyirsənsə, müharibəyə hazır olmalı­san!”.

Sosial ədalətə yönəlmiş hüquqi mexanizmlərin işlənməsi ölkəmizdə azad vətəndaş cəmiyyətinin qurulması üçün etibarlı bünövrə rolunu oynaya­caqdır ki, bu da dövlətimiz üçün stra­teji bir vəzifədir. Göstərilən vəzifələrin yerinə yetirilməsi üçün xalqın bütün tə­bəqələri 7 fevral Prezident seçkilərində olduğu kimi, Vətənimizin cari və strateji maraqlarını təmin etmək qüdrətində olan güclü liderimiz, mahir diplomat, böyük qurucu şəxsiyyət, Qarabağ fate­hi İlham Əliyevin ətrafında birləşməli və bu milli birliyimizi bədxahlarımızın hər cür təcavüzkarlığı qarşısında möhkəm sipərə çevirməliyik

12-02-2024, 11:09 | Ölüm xəbəri yayılan Cavanşir Quliyevdən Açıqlama

Ölüm xəbəri yayılan Cavanşir Quliyevdən Açıqlama



Dualara görə hər kəsə təşəkkür edirəm. Babatam".

Bu sözləri konkret.az-a açıqlamasında Türkiyədə müalicə olunan əməkdar incəsənət xadimi Cavanşir Quliyev vəfat edib.

Xatırladaq ki, sənətkar fevralın 5-də İstanbulun Acı Badem xəstəxanasına yerləşdirilmişdi, hazırda müalicəsi davam edir.

12-02-2024, 11:00 | Həcc ziyarəti üçün sənəd qəbuluna başlanıldı

Həcc ziyarəti üçün sənəd qəbuluna başlanıldı



Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbuluna başlanılıb.

Qafqaz Müsəlmanları İdarəsindən Milli.Az-a verilən xəbərə görə, sənədlərin qəbulu bu gündən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

Ziyarət üçün tələb olunan sənədlər ümumvətəndaş pasportu; şəxsiyyət vəsiqəsinin surəti; 3.5 × 4.5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda) və sağlamlıq haqqında arayışdır.

Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

8-02-2024, 09:13 | Uşaqlar telefondan istifadəni “ana bətnində öyrənir”..

Uşaqlar telefondan istifadəni “ana bətnində öyrənir”..




Telefona aludəçiliyin fəsadları yaxın illərdə üzə çıxacaq

Uşağın telefondan istifadəsini məhdudlaşdırarkən kəskin etirazla qarşılaşmamaq üçün tədricən hərəkət etmək vacibdir. Bu barədə rusiyalı müəllim və psixoloq Viktoriya Savkova danışıb.

“Hər hansı qayda və məhdudiyyətlərin mərhələli şəkildə tətbiq edilməsi, uşağa bu barədə əvvəlcədən xəbərdarlıq edilməsi, qadağanın şərtlərinin dəqiqləşdirilməsi tövsiyə olunur. Əgər yeniyetməlik dövründə olan insandan danışırıqsa, ardıcıl və öncədən düşünülmüş formada davranmaq xüsusilə vacibdir. İzahat olmadan nəyisə məhdudlaşdırmaq olmaz”, - psixoloq vurğulayıb. Valideynlər unutmamalıdır ki, telefon şəxsi əşyadır və onu xəbərdarlıq etmədən götürmək uşağın şəxsi sərhədlərini pozmaq deməkdir.

“Telefonu niyə uşaqdan götürməliyəm” sualını özünüzə verib cavablandıra bilməlisiniz. “Ola bilsin ki, bu, uşağın tapşırığı yerinə yetirməkdən yayınması və ya onlayn oyunlara daha az vaxt sərf etməsi üçün lazımdır. İndi cavabınızı müsbət şəkildə yenidən formalaşdırmağa çalışın”, - deyə Savkova tövsiyə edib.

Cavab belə səslənə bilər: “Mən istəyirəm ki, uşağım daha çox gəzsin, məktəbdə və həyətdə dostları ilə daha çox ünsiyyətdə olsun, ailəsi ilə vaxt keçirsin”. Mütəxəssis belə qənaətə gəlib ki, bu formul bizə bütün pisliklərin mənbəyi kimi telefonu görməməyə imkan verəcək və uşağın düzgün inkişafına yönəldəcək.

Mütəxəssislər bildirir ki, uşaqlara mobil telefon verilməsinin fəsadları bu gündən çox, gələcəkdə hiss olunacaq. Məlumatlara görə, hazırda dünyada 4 milyarddan çox insan mobil telefon istifadəçidir. Qabaqcıl telefon markaları isə bir-biriləri ilə rəqabət fonunda daim inkişaf halındadır. Artıq elə bir zaman yetişib ki, bu gün alınan mobil telefon bir neçə ay sonra köhnə model sayılır. Çünki telefon istehsalı ilə məşğul olan şirkətlər tələbə uyğun olaraq daim yenilik axtarıb, bazara daha fərqli modellər çıxarırlar.

İngilis mütəxəssislər 18-29 yaşlı gənclər arasında sorğu keçiriblər. Məlum olub ki, onlar hər gün 19 mətn mesaj, 113 qısa mesaj və 60 telefon zəngi edirlər (qəbul edirlər). Bu isə gün ərzində 7 saat telefonla zaman keçirmək deməkdir.

Məlumatlarda bildirilir ki, ağıllı telefonla uzun müddət yazışmaq insanın hisslərinin, bacarıqlarının getdikcə itməsinə səbəb olur. Eləcə də kalkulyator, əlyazmalar və digər bu kimi vəsaitləri də mobil telefonda daşımaq mümkündür. Bu isə insanda yaddaşın zəifləməsinə yol açır.
Araşdırmaya görə, ağıllı telefon istifadə edərək insan beyninin quruluşunu dəyişdirmək mümkündür. Sürix və Fribourg universitetlərinin araşdırma qrupu müəyyən edib ki, ağıllı mobil telefon istifadəçilərinin baş barmaqları ilə beyinləri arasında hissi bağlılıq var.

Türkiyəli professor Mehmet Yavuz bildirib ki, yol gedən zaman mobil telefonda naviqasiyadan tez-tez istifadə etmək də beyinin fəaliyyətini yavaşıdır və beyin artıq düşünüb, ünvanı tapmaq funksiyasından getdikcə məhrum olur.

Həmçinin məlumatlara görə, son illərdə insanlar arasında panikaya düşmə, depressiya, eləcə də Alzheimer və Parkinson kimi üzvi beyin xəstəlikləri qeyri-adi dərəcədə artıb. Şübhəsiz ki, bu vəziyyət körpə və uşaqlar üçün daha təhlükəlidir. Üstəlik, normadan artıq mobil telefonla məşğul olan uşaqlarda diqqətsizlik sindromu yaranır.


Hamilə qadınların telefondan çox istifadə etməsi doğulacaq körpənin radiasiyaya məruz qalmasına səbəb ola bilər. Telefonun nə qədər radiasiya yaydığını öyrənmək üçün “Sar” dəyərinə diqqət etmək lazımdır. “Sar” faizi aşağı olan telefonlar daha az radiasiya yayırlar.

Mobil telefonların uşaqlara təsiri MR görüntüləri ilə sübut olunub. Telefon danışıqlarının uşaqlarda korteksə daha çox təsir etdiyi araşdırılmışdır. Yəni mobil telefonlardan 15 yaşından əvvəl istifadə etmək daha çox təsir edir. Çünki o yaşda uşaqların şəxsiyyətinin formalaşdığı dövrlərdir. Mobil telefonun istifadəsinin dəqiq bir yaşı yoxdur. Belə bir yaş qrupu müəyyənləşməmişdir. Ancaq kiçik yaşlarda uşaqlarda elektromaqnetik zonaların həssaslığı daha çox olur. Buna görə kiçik məktəblilərə mobil telefonların alınması məsləhət görülmür. Psixoloqların tövsiyəsini nəzərə alsaq, lazım olmadıqda uşaqlara telefon alınmamalıdır. Uşaqlar üçün cib telefonu çox zərərlidir. Yeniyetmələrin bundan uzun müddət istifadəsinin nəticələrini hələ bilmirik. Əgər bu, çox vacib olarsa, uşağa, sadəcə, mesaj şəklində istifadəsi uyğun görülə bilər. Böyük şəhərlərdə uşaqların cib telefonuna ehtiyacı ola bilər. Ancaq onun fiziki və mənəvi ziyanlarını düşünsək, kiçik məktəbli uşaqların çox da ehtiyacı yoxdur və mümkün qədər alınmamalıdır. Nə qədər gec istifadə etsələr o qədər faydalıdır. Ətraf mühit çox önəmlidir. Bəzən valideynlər bəhsə girir uşaqların yerinə. Ancaq mobil telefon valideynlərin bir zənginlik simvolu olmamalıdır. Ailələr cəza və mükafat sistemində də cib telefonundan istifadə edə bilərlər. Çünki ondan müəyyən qaydalara uyğun istifadə edilərsə, (məsələn, dərs saatlarının çıxış saatlarında valideynlərlə əlaqə saxlamaq üçün) çox da ciddi problemlər olmaz. Uşaqlara telefon almadan əvvəl ailə uşaqla bir şərt kəsməlidir. Müəyyən qaydalar çərçivəsində istifadəsinə icazə verilməlidir.


Ağlayaraq istəyən uşağa əsla cib telefonu alınmamalıdır. Bu zaman uşağa “bizim pulumuz yoxdur onu almağa” deyilməməlidir. Çünki bu zaman uşaq şüuraltı bunun onun haqqı olduğunu və valideynlərin telefonu ala bilməyəcəyini düşünürlər. Amma doğrusu, bunu uşağa izah etmək, hələ telefona ehtiyacı olmadığını ona başa salmaq lazımdır. Bəzən valideynlər pulumuz yoxdur deyə qısa izahat verirlər ki, bu da uşaq üçün yetərli bir cavab deyil. Bunu valideyn qərarlı bir şəkildə izah etməli və sözündə durmalıdır.

Amma uşaqların teıefondan istifadə müddəti ilə bağlı mütəxəssis məsləhətləri də var. Azyaşlıların telefonlardan istifadəsi zamanı valideynlər müəyyən nüanslara diqqət etməlidir. 3 yaşa qədər uşaqlar 4 saat fasilə ilə gündə 30 dəqiqə, 7-8 yaşa qədər uşaqlar isə gündə 3 dəfə 1 saat olmaqla telefondan istifadə edə bilər. 10 yaşa qədər uşaqların texnoloji vasitələrdən həddindən artıq istifadəsi daha ciddi fəsadlara gətirib çıxara bilər. Bununla bağlı uşaq bağçası, məktəblərdə xüsusi təlimlərə ehtiyac var, uşaqlar elə kiçik yaşlarından bu barədə savadlanmalı, özləri də dərk etməlidirlər. Ən yaxşı yol isə valideynlərin uşaqları ilə daha çox praktik vaxt keçirmələridir.

musavat.com

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.