15-06-2022, 09:14 | Erməni mediasında sensasiya: “Azərbaycan nə pislik edib, biz quldurluq etdik”

Erməni mediasında sensasiya: “Azərbaycan nə pislik edib, biz quldurluq etdik”


Ermənistan vətəndaşı ermənilərin Milli Qəhrəman hesab etdiyi Leonid Azqaldiyanın abidəsini murdarlayaraq heykəlin burnunu sındırıb.

"Ölkə.az"a istinadən xəbər verir ki, heykəli murdarlayıb, sındıran İrəvan sakini Karen Xaçatryan "Hraparak"ın redaksiyasına gedərək, niyə belə bir addım atdığının səbəbini açıqlayıb:

"Bir daha deyirəm, Leonid Azqaldiyanın heykəlini murdarladım və zədələdim. Çünki xalqımız onun və onun kimilərin ucbatından bu günə düşüb. İstər 2020-ci ildə, istərsə də ondan əvvəl, 30 ildə çox şeyləri qurban vermişik..."

Xaçatryan daha sonra deyib ki, baş nazir Nikol Paşinyana hörmət edir. O iddia edir ki, bu gün Ermənistanda baş verənlərin, Nikol Paşinyanın günahı yoxdur, günahkarlar 1988-ci ildə Leonid Azqaldiyan başda olmaqla meydana çıxan insanlardır.

"90-cı illərdə qonşu dövlətimizə qarşı mənasız quldur hücumu təşkil olundu. 30 ildir onların torpaqlarını işğal etmişik, indi cavabını veririk. Mən ədalətin tərəfdarıyam, ədalətli olanları müdafiə edirəm. Üstəlik, demək istəyirəm ki, erməni millətimiz hələ də o vətənin xaini Azqaldiyanın ucbatından əziyyət çəkir. Biz niyə Azərbaycanın düşməniyik, axı, bizə nə pislik edib? Torpağı işğal etdilər, nə etdilər, qətllər etdilər, bizə nə etdilər? Nəhayət ki, torpaqlarını azad etdilər, bizim torpaqlarımızı işğal edə bilərlərmi? Erməni millətinin satqınları Azərbaycanın torpaqlarını işğal edib, bizi yandırıblar. Onu da qeyd edim ki, itkin düşən fizik Azqaldiyanın heykəlinin burnunu sındırdığım üçün polis idarəsində iki polis əməkdaşı tərəfindən işgəncələrə məruz qaldım. Vazgen Sarkisyan daha bir satqın idi...", - Xaçatryan qeyd edib.

O daha sonra Azərbaycanın istintaq orqanlarına üz tutaraq müraciət edib: "Məsələyə Azərbaycanın istintaq orqanlarının diqqətini cəlb etmək istəyirəm. Bütün şikayətlərimə baxsınlar. Əminəm ki, onlar doğru olanı edəcəklər. Azərbaycanın hüquq-mühafizə orqanlarını Ermənistana dəvət etmək pis olmazdı. Azərbaycan hüquq-mühafizə orqanları ancaq Ermənistanda nizam-intizam yarada, Fransa meydanını o müxalifətdən təmizləyə bilər. Paşinyan ədalətli insandır, onun əməllərində, hər şeydə ədalət görürəm. İnsana doğru işini görməyə icazə verilmir. Hüquq mühafizəçiləri mənim Nikol Paşinyanla bağlı fikirlərimi bölüşmürlər. Mən deyəndə ki, Qarabağ Azərbaycana məxsusdur, dərhal qəzəbləndilər. Ölkəmizin rəhbərinin fikirləri bir çox polislərin xoşuna gəlmir".


10-05-2022, 09:04 | ABŞ KXDR ilə bağlı BMT TŞ-nın çağırılmasını tələb edib

ABŞ KXDR ilə bağlı BMT TŞ-nın çağırılmasını tələb edib


ABŞ mayın 11-də Koreya Xalq Demokratik Respublikasının (KXDR) raket sınaqları ilə bağlı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsi ilə bağlı sorğu göndərib.

"ABŞ çərşənbə günü (11 may - Red) günortadan sonra görüş tələb edib", - mənbə bildirib.

KXDR nüvə sınaqlarını bərpa etdiyini açıqlayıb. "Yeni tip taktiki idarəolunan silah qabaqcıl uzaqmənzilli artilleriya bölmələrinin atəş gücünü kəskin şəkildə yaxşılaşdırmaq və taktiki nüvə silahlarının effektivliyini artırmaq üçün böyük əhəmiyyət kəsb edir", - KXDR bildirib.

Cənubi Koreya ordusu şimalın dənizə qısa mənzilli iki raket buraxdığını təsdiqləyib.

Koreya Respublikası Milli Kəşfiyyat Xidmətinin başçısı Pak Çje Von isə bildirib ki, Koreya Xalq Demokratik Respublikası mayın ortalarında nüvə sınağı keçirə bilər.

10-05-2022, 09:02 | Kubada oteldə partlayış nəticəsində 40 nəfər ölüb

Kubada oteldə partlayış nəticəsində 40 nəfər ölüb


Kubanın Havana şəhərinin mərkəzində "Saratoqa" mehmanxanasında baş verən partlayışda ölənlərin sayı artıb.

APA-ya istinadən xəbər verir ki, baş verən qaz partlayışı nəticəsində 40 nəfər ölüb.

Xəstəxanada müalicə alan 18 nəfərdən altısının vəziyyəti ağırdır.

10-05-2022, 09:00 | İsveçdə iki partiya NATO-ya müraciəti dəstəkləmir

İsveçdə iki partiya NATO-ya müraciəti dəstəkləmir


"Sol" və "Yaşıllar" Partiyası İsveçin NATO-ya üzvlüyü ilə bağlı Sosial Demokrat İşçi Partiyasının yekun qərarının əsasını təşkil edəcək təhlükəsizlik siyasəti vəziyyəti ilə bağlı hesabatı şərh edib.

"Report"a istinadən bildirir ki, "Sol" partiya hesab edir ki, hesabatda giriş üçün ilkin şərtlərin ciddi təhlili yoxdur. O, həmçinin İsveç üçün həm onun ərazisində xarici hərbçilərin olması, həm də nüvə silahı məsələsi ilə bağlı müəyyən risklər görür.

"Yaşıllar" da oxşar tənqidlər səsləndirsələr də, hələlik məzmununu açıqlamayıblar.

10-05-2022, 08:54 | Odessaya atılan raketlər nəticəsində ölən olub

Odessaya atılan raketlər nəticəsində ölən olub


Rusiya qoşunları Odessaya 7 raket zərbəsi endirib. Zərbələr nəticəsində bir nəfər ölüb, daha beş nəfər xəstəxanaya yerləşdirilib.

APA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə "Cənub" əməliyyat komandanlığından məlumat verilib.

Eyni zamanda, Rusiya raketləri ticarət mərkəzini və istehlak malları anbarını vurub.

Hadisə nəticəsində bir nəfər həlak olub, beş nəfər yaralanıb.

Xilasedicilər yanğınları söndürməkdə davam edir.

10-05-2022, 08:53 | Bu həftə Ukraynaya 40 milyard dollarlıq yardım ayrıla bilər

Bu həftə Ukraynaya 40 milyard dollarlıq yardım ayrıla bilər


Ukraynaya 40 milyard ABŞ dollarına yaxın yardım paketinin bu həftə ABŞ Nümayəndələr Palatasında səsverməyə çıxarılacağı gözlənilir.

"Report"a istinadən bildirir ki, bu barədə "The Wall Street Journal" Demokratlar Partiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, müvafiq paket çərşənbə axşamı ( 12 may - red) konqresmenlərin təsdiqinə təqdim edilə bilər.

Ötən həftə ABŞ prezidenti Cozef Bayden Ukraynaya əlavə hərbi yardım elan edib. Eyni zamanda, Amerika lideri xatırladıb ki, Konqres tərəfindən Ukraynaya bu cür yardımın göstərilməsi üçün ayrılan vəsait demək olar ki, tükənib. Bununla bağlı dövlət başçısı yenidən qanunvericiləri Vaşinqton administrasiyasının Kiyevə əlavə 33 milyard ABŞ dolları yardım üçün göndərdiyi sorğunu təsdiqləməyə çağırıb.

10-05-2022, 08:39 | Avropa İttifaqının Rusiyaya neft embarqosundan hansı tərəf ZƏRƏRLİ çıxacaq?

Avropa İttifaqının Rusiyaya neft embarqosundan hansı tərəf ZƏRƏRLİ çıxacaq?


Xəbər verdiyimiz kimi, Avropa İttifaqı yaxın 9 ay ərzində Rusiya neftindən imtina edəcəkləri ilə bağlı açıqlama verib.

Belə ki, İqtisadi məsələlər üzrə Avropa komissarı Paolo Centiloninin sözlərinə görə neft embarqosu Rusiya iqtisadiyyatına Aİ-dən daha çox zərər verəcək.

Məsələ ilə bağlı fikirlər isə haçalanır. Rusiyalı ekspertlər Aİ-nin neft qadağası tətbiq etməsinin Birliyə daha ciddi zərər verəcəyini, əvəzində Moskvanın ixrac üçün yeni alıcılara yönələ biləcəklərini qeyd edirlər.Qərb mütəxəssisləri isə, bu qərarın Rusiya iqtisadiyyatının onurğa sütunu sayılan xammal ixracına böyük zərbə vuracağı qənaətindədirlər.

Məlumat üçün qeyd edək ki, ABŞ və bir sıra başqa ölkələr artıq Rusiya neftindən imtina ediblər, lakin onlar Rusiyadan Avropa ölkələrindən daha az neft alıblar. Aİ ölkələri neftin 30%-ni Rusiyadan alır. Neft və qaz Rusiyanın dövlət büdcəsinin gəlirlərinin az qala yarısını təşkil edir.

Eyni zamanda, Rusiya qazının ixracının 70%-i, neftin 60%-i Aİ-nin payına düşür. Müharibənin iki ay yarımı ərzində Avropa İttifaqı Rusiyaya neftə görə 20 milyard avro pul ödəyib.

Neftin 1 bareli 150 dolları keçə bilər...

Milli.Az bizim.media-ya istinadən bildirir ki, İlham Şabanın sözlərinə görə, Rusiya neftindən imtina məsələsinə bazarda etiraz edən kifayət qədər qüvvələr də var:

"Məsələn, OPEC Baş katibi Məhəmməd Barkindo OPEC+ Texniki Komitəsinin iclasında çıxış edərək bildirib ki, Rusiya gündəlik olaraq bazarlara 7 milyon barelə qədər həcmdə neft və neft məhsulları ixrac edir və hazırda dünyada bu həcmləri əvəz etmək üçün imkan yoxdur".

"Aydındır ki, biz bu həcmləri Rusiyadan kənardakı hansısa mənbələr hesabına başqa yerdən götürə bilmərik, sərbəst neft həcmləri sadəcə yoxdur. Sanksiyalara görə onun potensial itkisini və ya könüllü olaraq edilən məhdudiyyətləri enerji bazarı mütləq hiss edəcək", -deyə OPEC Baş katibi deyib.

İlham Şaban qeyd edib ki, embarqo dünya üzrə neft hasilatının azalması ilə nəticələnəcək:

"Əslində onun dediklərində bir həqiqət var ki, bu gün Rusiya təbii qazının 70%-nə yaxını, ixrac neft və neft məhsullarının isə 60%-i məhz Qərb bazarlarında satılır. Alıcı qıtlığı şəraitində təbii olaraq hasilat da aşağı düşməli olacaq. Bu fakt artıq Rusiya Maliyyə Nazirliyinin də proqnozunda öz əksini tapıb. Belə ki, 2022-ci ildə Rusiyada neft hasilatının 17% azalması proqnoz edilir".

Göründüyü kimi, Rusiyaya neft embarqosunun tətbiqi hasilatın azalmasına və neft qiymətlərində ciddi yüksəlişə gətirib çıxara bilər. Ekspertlərin qənaətinə görə, 1 barrel neftin qiyməti embarqolar tətbiq edilərsə, 150 dollar həddini belə keçə bilər.

Rusiya və Aİ-ni nə gözləyir?

Ekspert neft bazarının böyük oyunçularından birinin tamamilə uzaqlaşdırılmasının illər tələb edəcəyini də sözlərinə əlavə edib:

"Neft ixracı və qiymətləri məsələsində hər şey kommersiya üzərindəndir. Bunun üçün əlavə yataqlar qazılmalı, logistik imkanlar genişlənməlidir. Bu da minimum 1-2 il zaman tələb edir. Ümumilikdə isə, birinin bazardan sıxışdırılıb çıxarılması təqribən 3 il vaxt tələb edir".

Rusiya nefti üçün isə əsas alternativ bazar kimi Çin göstərilir. Belə ki, Ukraynada müharibənin başlamasından 2 gün öncə "Rosneft"lə Çin hökuməti arasında imzalanmış 10 illik müqaviləyə əsasən, Rusiya 100 milyon ton neft ixrac edəcək ki, bu da ümumi ixracın 25%-i deməkdir. Bir sözlə, Çinin Rusiya üçün Qərbə tam alternativ olacağı mümkün görünmür.

Avropa İttifaqı üçün isə əsas alternativlərin Səudiyyə Ərəbistanı, Qətər və Norveç olacağı gözlənilir. Lakin bunun üçün lazımi infrastrukturun yaradılması 1-2 il vaxt alacaq.

Lakin ümumilikdə, neft embarqosunun sanksiyalar altında olan Rusiya iqtisadiyyatına təsirləri, təbii ki, dəfələrlə güclü (ÜDM nisbətində 8 dəfə) iqtisadiyyata malik Aİ-dən daha artıq olacaq.

10-05-2022, 08:38 | Moskva Avropa ölkələrindəki səfirlikləri bağlayacaq?

Moskva Avropa ölkələrindəki səfirlikləri bağlayacaq?


Moskva Avropa ölkələrindəki səfirlikləri bağlmaq fikrində deyil.

Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

O bildirib ki, Moskva qeyri-dost adlandırdığı ölkələrin Avropadakı səfirliklərinin bağlanması təşəbbüsündə deyil.

"Bu, bizim ənənəmizdə yoxdur. Ona görə də biz hesab edirik ki, diplomatik nümayəndəliklərin işi vacibdir", - deyə Qruşko bildirib.

Onun sözlərinə görə, ölkəsi diplomatik müharibəyə, qovma kampaniyasına başlamayıb.

1-03-2022, 10:14 | Zelenski Rusiya ilə danışıqlarda heç bir nəticənin olmadığını bəyan etdi

Zelenski Rusiya ilə danışıqlarda heç bir nəticənin olmadığını bəyan etdi


Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev Moskva ilə danışıqlarda hələ də istənilən nəticəni əldə etməyib. Bu barədə Ukrayna lideri videomüraciətdə bildirib.

Onun sözlərinə görə, Kiyev öz nümayəndə heyətinin qayıtmasından sonra Rusiya ilə danışıqların nəticəsini təhlil edəcək və danışıqların ikinci raundunun hansı formatda keçiriləcəyinə qərar verəcək.

Qeyd edək ki, fevralın 28-də Belarus ərazisində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılıb.

1-03-2022, 10:07 | Kanada Ukraynaya tank əleyhinə silahlar göndərəcək

Kanada Ukraynaya tank əleyhinə silahlar göndərəcək



Kanada hakimiyyəti Ukraynanı tank əleyhinə silahlarla təmin etmək niyyətindədir. Bunu Kanadanın baş naziri Castin Tryudo mətbuat konfransında deyib.

“Bu gün biz Ukraynanı tank əleyhinə silah sistemləri və modernləşdirilmiş döyüş sursatları ilə təchiz edəcəyimizi elan edirik”, - o deyib.

Fevralın 27-də Kanada hakimiyyəti Ukraynaya 25 milyon Kanada dolları (19,6 milyon ABŞ dollar - red.) dəyərində silahlar tədarük etmək barədə qərar

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.