1-03-2022, 10:01 | Kiyev istiqamətində uzunluğu 64 kilometrə çatan kalon irəliləyir

Kiyev istiqamətində uzunluğu 64 kilometrə çatan kalon irəliləyir


Maxar Technologies” şirkətinin yaydığı yeni peyk fotolarına əsasən Rusiya ordusu Ukraynaya qarşı hərbi təcavüzün 6-cı günündə Kiyev istiqamətində nəhəng sayda qüvvə səfərbər edib. Peyk fotolarında Kiyev istiqamətində hərəkət edən və uzunluğu 64 kilometrə çatan Rusiya hərbi kalonu görünür. Hərbi kalonun böyük hissəsi tanklardan və digər zirehli maşınlardan, özüyeriyən artilleriya qurğularından və digər nəqliyyat vasitələrindən ibarətdir. Ötən gün fevralın 28-də axşam saatlarında çəkilmiş fotoya əsasən kalonun bir ucu Kiyev yaxınlığındakı Antonov bazasına qədər çatıb, sonu isə Belarus-Ukrayna sərhədi yaxınlığındakı Priborsk yaşayış məntəqəsi yaxınlığında bitir.



Ötən gün habelə ABŞ administrasiyasının nümayəndələri Konqres üzvləri ilə qapalı brifinq keçiriblər və xəbərdarlıq ediblər ki, Rusiya Ukraynayada hücumun ikinci dalğasını başladır. Administrasiya nümayəndələri bu hücum dalğasının “çox güman ki, Putinin Ukraynada mövqeyini möhkəmləndirəcəyini” bildiriblər. Belə ki, say üstünlüyü hesabına işğalçılar Ukrayna qüvvələrinin müqavimətini qıra və Kiyevi tuta bilərlər. Brifinqdə iştirak etmiş mənbə təqdim edilən məlumatların “heyrətamiz” olduğunu bildirib.


Bu arada ötən gecə Sum vilayətinin Axtırka şəhərində Rusiya artilleriyasının kütləvi zərbələri nəticəsində Ukrayna ordusunun hərbi hissəsi dağıdılıb, 70-dən çox döyüşçü həlak olub. Sum vilayət administrasiyasının sədri Dmitri Jivitski bu haqda bildirib. Deyib ki, hazırda dağıntılar altından cəsədlərin çıxarılması davam edir. Jivitski düşmənin də itkilərinin böyük olduğunu bildirib: “Rusların cəsədləri şəhərin hər yerinə səpələnib, toplayırıq. Qırmızı Xaçın əməkdaşları onları evlərə yığır”.


Herson istiqamətində isə ötən gün axşam saatlarında Rusiya ordusunun daha bir hərbi kalonu darmadağın edilib. Hərbi müxbir Andrey Sapliyenko bu barədə videokadrları özünün telegram-kanalında yayıb. “Herson yaxınlığında Ukrayna Silahlı Qüvvələri elə indi, fevralın 28-də axşam saat 19.40 radələrində düşmən texnikasının böyük kalonunu darmadağın etdi”, - jurnalist bildirib. (video)

virtualaz.org

1-03-2022, 09:56 | ABŞ Rusiyanı NATO üçün təhlükəli hesab etmir

ABŞ Rusiyanı NATO üçün təhlükəli hesab etmir


ABŞ Rusiyadan NATO müttəfiqləri üçün heç bir təhlükə görmür.

"qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Pentaqonun sözçüsü Con Kirbi bildirib.

Kirbi bu barədə verilən suala cavabında təhlükə görmədiyini qeyd edib.

1-03-2022, 09:23 | "General Motors" Rusiyaya avtomobil yollamayacaq

"General Motors" Rusiyaya avtomobil yollamayacaq


Amerikanın avtomobil istehsalçısı "General Motors" Rusiyaya avtomobil ixracını dayandırır.

Trend-ə istinadən bildirir ki, bu barədə şirkətin bəyanatına istinadən "Fox Business" telekanalı xəbər yayıb.

Məlumata əsasən, avtomobillərin tədarükü qeyri-müəyyən vaxta qədər dayandırılır. Şirkətdən bildirilib ki, Ukrayna ətrafındakı vəziyyətin inkişafının izlənməsi davam etdirilir və sanksiyaların "mənfi təsirini azaltmaq" üçün tədbirlər görülür.

1-03-2022, 09:18 | Avropa İttifaqı Belarusa qarşı sanksiyaları gücləndirəcək

Avropa İttifaqı Belarusa qarşı sanksiyaları gücləndirəcək


Ukraynaya qarşı hərbi təcavüzdə iştirak edənlərə qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.

"Report"a istinadən bildirir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Josep Borrel bildirib.

"Biz Belarus rejiminə qarşı sanksiyalar paketini gücləndirəcəyik və Ukraynaya qarşı təcavüzdə iştirak edənləri hədəf alacağıq ", - Josep Borrel əlavə edib.

Borrell həmçinin vurğulayıb ki, Belarusda ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üçün respublika referendumu demokratik keçirilib.

1-03-2022, 09:17 | Ərdoğanla Lukaşenko arasında telefon danışığı olub

Ərdoğanla Lukaşenko arasında telefon danışığı olub




Belarus və Türkiyə Prezidentləri Aleksandr Lukaşenko və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Trend-ə istinadən bildirir ki, bu barədə Belarus prezidentinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, söhbətin əsas mövzusu Avropanın mərkəzində baş verən hadisələr və bununla bağlı müharibə və sülh məsələləri olub.

"Belarus və Türkiyə liderləri ətraflı şəkildə Ukraynadakı münaqişəni, həmçinin fevralın 28-də Belarusda keçirilən Rusiya-Ukrayna danışıqlarını və sülh prosesinin təşviqinə diqqəti müzakirə ediblər.

Türkiyə Prezidenti Ukraynadakı münaqişənin həllinə hər cür töhfə verməyə hazır olduğunu bəyan edib, Aleksandr Lukaşenko da öz növbəsində qeyd edib ki, bu mövqe Belarus mövqeyi ilə tamamilə üst-üstə düşür.

Bundan əlavə, bir saatdan çox davam edən söhbətdə vaxtın əhəmiyyətli hissəsi Qərbin Belarus və Rusiyaya qarşı sanksiyalar siyasəti məsələlərinə həsr olunub", - deyə açıqlamada deyilir.

1-03-2022, 09:12 | Rusiya və Belarus bu beynəlxalq qurumdan da uzaqlaşdırıldı

Rusiya və Belarus bu beynəlxalq qurumdan da uzaqlaşdırıldı


Beynəlxalq Hokkey Federasiyasının (BHF) növbəti iclası keçirilib.

iclasda Rusiya və Belarusun beynəlxalq quruma üzvlüyü dayandırılıb.

BHF-in qərarına əsasən, Rusiya və Belarus millilərinin və klublarının bütün yaş kateqoriyaları üzrə komandalarının ali qurumun bayrağı altında keçirilən yarışlarda iştirakına qadağa qoyulub. Beləliklə, Rusiya və Belarus yığmalarının bu il Finlandiyada keçiriləcək dünya çempionatında iştirak etməyəcəyi dəqiqləşib.

Həmçinin, Rusiya 2023-cü ildə təşkil olunacaq gənclər arasında dünya çempionatına ev sahibliyi etməkdən məhrum olub. BHF yaxın vaxtlarda mundiala ev sahibliyi edəcək ölkənin adını açıqlayacaq.

1-03-2022, 09:08 | Rusiya hərbi hissəni darmadağın etdi: 70 ölü, onlarla yaral

Rusiya hərbi hissəni darmadağın etdi: 70 ölü, onlarla yaral


Ukraynanın Axtırka şəhərində hərbi hissə darmadağın edilib

Milli.Az Ukrayna mediasına istinadən bildirir ki, Ukraynanın Sumı vilayətinin Axtırka şəhərində Rusiya ordusunun atəşi nəticəsində hərbi hissə dağıdılıb.

Rusiyanın Silahlı Qüvvələri hərbi hissəni "İsgəndər" operativ-taktiki raket kompleksi ilə vurublar.

70 döyüşçünün həlak olduğu bildirilir. Onlarla yaralı var.

Sumı vilayətinin qubernatru Dmitri Jivitski bombardman olunmuş hərbi hissədə xilasetmə işlərinrin davam etdiyini vurğulayıb.

1-03-2022, 09:05 | "ABŞ-ın bu qərarı düşmənçilikdir" - Rusiya səfiri

"ABŞ-ın bu qərarı düşmənçilikdir" - Rusiya səfiri


Rusiya ABŞ-ın BMT-yə 12 rus diplomatını persona non qrata elan etməsini düşmənçilik kimi qiymətləndirir.

Trend-bildirir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib.

"Administrasiyanın bu hərəkətləri dərin məyusluq hissi yaradır. ABŞ hökuməti dünya təşkilatındakı xarici nümayəndəliklər üçün normal iş şəraitinin təmin edilməsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri bir daha pozub. Zərbə növbəti dəfə rus diplomatlarına gəldi. Bu, ölkəmizə qarşı düşmənçilikdir", - deyə səfir bildirib.

31-12-2021, 09:13 | Britaniyada hökumət rəsmilərinə bu sözü demək qadağan olundu

Britaniyada hökumət rəsmilərinə bu sözü demək qadağan olundu



Britaniyada hökumət rəsmilərinə "Brexit" sözünü işlətmək qadağan edilib.

"qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Daily Mail" yazıb. Bildirilir ki, bundan sonra "brexit" yerinə "Britaniyanın Avropa İttifaqından çıxması" demək lazımdır. "Brexit"dən yalnız "tarixi kontekstdə" lazım olduqda istifadə edilməlidir.

Qəzet yazır: "Həmçinin hökumət işçilərinə Böyük Britaniya və Brüsselin gələcək münasibətlərinin şərtlərini işləyib hazırladıqları aylara aid olan "keçid dövrü" terminindən çəkinmək də tapşırılıb".

Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı referendum 2016-cı ildə keçirilib. "Brexit" tərəfdarları referendumda 51,9% səslə qalib gəlib, 48,1% isə əleyhinə çıxıb. Krallığın müxtəlif yerlərində səsvermənin nəticələri fərqli olub: Şotlandiya və Şimali İrlandiyanın sakinləri əsasən çıxışın əleyhinə olublar, İngiltərədə (London istisna olmaqla) və Uelsdə isə "Brexit"i dəstəkləyiblər.

Bununla belə, 2016-cı ilin dekabrında məlum olub ki, "Brexit" Oksford İngilis dili lüğətinə "Birləşmiş Krallığın Avropa İttifaqından çıxması və bununla bağlı siyasi proses" kimi əlavə edilib. Bu termin həm də 23 iyun 2016-cı ildə Böyük Britaniyada keçirilən və əksəriyyətin Aİ-dən çıxmağın lehinə səs verdiyi referendum üçün istifadə olunur.


31-12-2021, 09:11 | Türkiyə və Ermənistan rəsmiləri bu tarixdə görüşə BİLƏR

Türkiyə və Ermənistan rəsmiləri bu tarixdə görüşə BİLƏR


"Türkiyə və Ermənistanın münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndələrinin ilk görüşü 2022-ci ilin yanvarında baş tuta bilər".

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "TV24" kanalına müsahibəsi zamanı məlumat verib.

O bildirib ki, görüşün dəqiq vaxtı hələ razılaşdırılmayıb, lakin yanvarda baş tutacağı gözlənilir.

Qeyd edək ki, Türkiyə və Ermənistan münasibətlərin normallaşması üçün qarşılıqlı nümayəndələr təyin edib.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.