1-03-2022, 09:23 | "General Motors" Rusiyaya avtomobil yollamayacaq

"General Motors" Rusiyaya avtomobil yollamayacaq


Amerikanın avtomobil istehsalçısı "General Motors" Rusiyaya avtomobil ixracını dayandırır.

Trend-ə istinadən bildirir ki, bu barədə şirkətin bəyanatına istinadən "Fox Business" telekanalı xəbər yayıb.

Məlumata əsasən, avtomobillərin tədarükü qeyri-müəyyən vaxta qədər dayandırılır. Şirkətdən bildirilib ki, Ukrayna ətrafındakı vəziyyətin inkişafının izlənməsi davam etdirilir və sanksiyaların "mənfi təsirini azaltmaq" üçün tədbirlər görülür.

1-03-2022, 09:18 | Avropa İttifaqı Belarusa qarşı sanksiyaları gücləndirəcək

Avropa İttifaqı Belarusa qarşı sanksiyaları gücləndirəcək


Ukraynaya qarşı hərbi təcavüzdə iştirak edənlərə qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.

"Report"a istinadən bildirir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Josep Borrel bildirib.

"Biz Belarus rejiminə qarşı sanksiyalar paketini gücləndirəcəyik və Ukraynaya qarşı təcavüzdə iştirak edənləri hədəf alacağıq ", - Josep Borrel əlavə edib.

Borrell həmçinin vurğulayıb ki, Belarusda ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üçün respublika referendumu demokratik keçirilib.

1-03-2022, 09:17 | Ərdoğanla Lukaşenko arasında telefon danışığı olub

Ərdoğanla Lukaşenko arasında telefon danışığı olub




Belarus və Türkiyə Prezidentləri Aleksandr Lukaşenko və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Trend-ə istinadən bildirir ki, bu barədə Belarus prezidentinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, söhbətin əsas mövzusu Avropanın mərkəzində baş verən hadisələr və bununla bağlı müharibə və sülh məsələləri olub.

"Belarus və Türkiyə liderləri ətraflı şəkildə Ukraynadakı münaqişəni, həmçinin fevralın 28-də Belarusda keçirilən Rusiya-Ukrayna danışıqlarını və sülh prosesinin təşviqinə diqqəti müzakirə ediblər.

Türkiyə Prezidenti Ukraynadakı münaqişənin həllinə hər cür töhfə verməyə hazır olduğunu bəyan edib, Aleksandr Lukaşenko da öz növbəsində qeyd edib ki, bu mövqe Belarus mövqeyi ilə tamamilə üst-üstə düşür.

Bundan əlavə, bir saatdan çox davam edən söhbətdə vaxtın əhəmiyyətli hissəsi Qərbin Belarus və Rusiyaya qarşı sanksiyalar siyasəti məsələlərinə həsr olunub", - deyə açıqlamada deyilir.

1-03-2022, 09:12 | Rusiya və Belarus bu beynəlxalq qurumdan da uzaqlaşdırıldı

Rusiya və Belarus bu beynəlxalq qurumdan da uzaqlaşdırıldı


Beynəlxalq Hokkey Federasiyasının (BHF) növbəti iclası keçirilib.

iclasda Rusiya və Belarusun beynəlxalq quruma üzvlüyü dayandırılıb.

BHF-in qərarına əsasən, Rusiya və Belarus millilərinin və klublarının bütün yaş kateqoriyaları üzrə komandalarının ali qurumun bayrağı altında keçirilən yarışlarda iştirakına qadağa qoyulub. Beləliklə, Rusiya və Belarus yığmalarının bu il Finlandiyada keçiriləcək dünya çempionatında iştirak etməyəcəyi dəqiqləşib.

Həmçinin, Rusiya 2023-cü ildə təşkil olunacaq gənclər arasında dünya çempionatına ev sahibliyi etməkdən məhrum olub. BHF yaxın vaxtlarda mundiala ev sahibliyi edəcək ölkənin adını açıqlayacaq.

1-03-2022, 09:08 | Rusiya hərbi hissəni darmadağın etdi: 70 ölü, onlarla yaral

Rusiya hərbi hissəni darmadağın etdi: 70 ölü, onlarla yaral


Ukraynanın Axtırka şəhərində hərbi hissə darmadağın edilib

Milli.Az Ukrayna mediasına istinadən bildirir ki, Ukraynanın Sumı vilayətinin Axtırka şəhərində Rusiya ordusunun atəşi nəticəsində hərbi hissə dağıdılıb.

Rusiyanın Silahlı Qüvvələri hərbi hissəni "İsgəndər" operativ-taktiki raket kompleksi ilə vurublar.

70 döyüşçünün həlak olduğu bildirilir. Onlarla yaralı var.

Sumı vilayətinin qubernatru Dmitri Jivitski bombardman olunmuş hərbi hissədə xilasetmə işlərinrin davam etdiyini vurğulayıb.

1-03-2022, 09:05 | "ABŞ-ın bu qərarı düşmənçilikdir" - Rusiya səfiri

"ABŞ-ın bu qərarı düşmənçilikdir" - Rusiya səfiri


Rusiya ABŞ-ın BMT-yə 12 rus diplomatını persona non qrata elan etməsini düşmənçilik kimi qiymətləndirir.

Trend-bildirir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib.

"Administrasiyanın bu hərəkətləri dərin məyusluq hissi yaradır. ABŞ hökuməti dünya təşkilatındakı xarici nümayəndəliklər üçün normal iş şəraitinin təmin edilməsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri bir daha pozub. Zərbə növbəti dəfə rus diplomatlarına gəldi. Bu, ölkəmizə qarşı düşmənçilikdir", - deyə səfir bildirib.

31-12-2021, 09:13 | Britaniyada hökumət rəsmilərinə bu sözü demək qadağan olundu

Britaniyada hökumət rəsmilərinə bu sözü demək qadağan olundu



Britaniyada hökumət rəsmilərinə "Brexit" sözünü işlətmək qadağan edilib.

"qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Daily Mail" yazıb. Bildirilir ki, bundan sonra "brexit" yerinə "Britaniyanın Avropa İttifaqından çıxması" demək lazımdır. "Brexit"dən yalnız "tarixi kontekstdə" lazım olduqda istifadə edilməlidir.

Qəzet yazır: "Həmçinin hökumət işçilərinə Böyük Britaniya və Brüsselin gələcək münasibətlərinin şərtlərini işləyib hazırladıqları aylara aid olan "keçid dövrü" terminindən çəkinmək də tapşırılıb".

Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı referendum 2016-cı ildə keçirilib. "Brexit" tərəfdarları referendumda 51,9% səslə qalib gəlib, 48,1% isə əleyhinə çıxıb. Krallığın müxtəlif yerlərində səsvermənin nəticələri fərqli olub: Şotlandiya və Şimali İrlandiyanın sakinləri əsasən çıxışın əleyhinə olublar, İngiltərədə (London istisna olmaqla) və Uelsdə isə "Brexit"i dəstəkləyiblər.

Bununla belə, 2016-cı ilin dekabrında məlum olub ki, "Brexit" Oksford İngilis dili lüğətinə "Birləşmiş Krallığın Avropa İttifaqından çıxması və bununla bağlı siyasi proses" kimi əlavə edilib. Bu termin həm də 23 iyun 2016-cı ildə Böyük Britaniyada keçirilən və əksəriyyətin Aİ-dən çıxmağın lehinə səs verdiyi referendum üçün istifadə olunur.


31-12-2021, 09:11 | Türkiyə və Ermənistan rəsmiləri bu tarixdə görüşə BİLƏR

Türkiyə və Ermənistan rəsmiləri bu tarixdə görüşə BİLƏR


"Türkiyə və Ermənistanın münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndələrinin ilk görüşü 2022-ci ilin yanvarında baş tuta bilər".

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "TV24" kanalına müsahibəsi zamanı məlumat verib.

O bildirib ki, görüşün dəqiq vaxtı hələ razılaşdırılmayıb, lakin yanvarda baş tutacağı gözlənilir.

Qeyd edək ki, Türkiyə və Ermənistan münasibətlərin normallaşması üçün qarşılıqlı nümayəndələr təyin edib.

28-12-2021, 09:14 | Braziliya prezidenti qızını peyvənd etdirmək niyyətində deyil

Braziliya prezidenti qızını peyvənd etdirmək niyyətində deyil


Braziliya prezidenti Jair Bolsonaro kiçik qızı Lauranı koronavirusa qarşı peyvənd etdirmək niyyətində deyil.

Trend-ə istinadən bildirir ki, bunu Braziliya prezidenti "Facebook" səhifəsindəki canlı yayımda deyib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi ölkədə 5-11 yaşlı uşaqların koronavirusa qarşı peyvənd olunmasının qaydasını yanvarın 5-i təsdiqləyəcək.

"Biz bunu səhiyyə naziri Marselo Keyroqa ilə müzakirə edirik. Yanvarın 5-i o, uşaqların peyvənd edilməsi qaydasını müəyyən etməlidir. Ümid edirəm ki, məhkəmə bu işə müdaxilə etməyəcək. Ona görə ki, qızıma peyvənd vurulmayacaq və mən istəyirəm ki, hamı bunu başa düşsün. Onun 11 yaşı var", - deyə J.Bolsonaro bildirib.

28-12-2021, 09:13 | Yaponiyada güclü qar həyatı iflic edib

Yaponiyada güclü qar həyatı iflic edib


Yaponiyanın mərkəzi və Qərb prefekturalarına normadan artıq qar yağması nəticəsində nəqliyyatın hərəkəti çətinləşib.

APA-ya istinadən xəbər verir ki, Kyotonun yaxınlığındakı Şiqa şəhərinə sutka ərzində 68 sm qar yağıb. Bu da illik normadan 200 dəfə çoxdur. Hava şəraitinə görə, 200 sərnişin daşıyan regional qatar yolda qalıb. Qarlı havada yük avtomobilinin aşması nəticəsində Kyotoya gələn magistral yol bir neçə saatlıq bağlanıb. Ölkədə sutka ərzində 200-dək aviareys ləğv edilib.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.