2-06-2021, 19:57 | Azərbaycanda V sinif şagirdi vəfat etdi - SƏBƏB

Azərbaycanda V sinif şagirdi vəfat etdi - SƏBƏB

Salyan rayonunda V sinif şagirdi vəfat edib.

Hadisə Arbatan kəndində qeydə alınıb.

Belə ki, Arbatan kənd orta məktəbinin V sinif şagirdi Həvva Əlizadə dünyasını dəyişib.

Məktəbdən bildirilib ki, şagird uzun sürən ağır xəstəlikdən, qaraciyər serrozundan vəfat edib.

Allah rəhmət eləsin!

report-a

2-06-2021, 14:00 | Sumqayıtda 49 yaşlı qadın zorlandı

Sumqayıtda 49 yaşlı qadın zorlandı



Sumqayıt şəhərində 49 yaşlı qadın zorlanıb.

Bu barədə Oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, 1972-ci təvəllüdlü R.M. Sumqayıt şəhər 3-cü Polis Bölməsinə müraciət edərək bildirib ki, bir neçə gün əvvəl şəhərin 9-cu mikrorayon ərazisində yerləşən fərdi evlərin birində C.A adlı şəxs tərəfindən zorlanıb.

Məsələ barədə araşdırma aparılır.

2-06-2021, 08:27 | Abşeron sakini özünü 14-cü mərtəbədən atıb

Abşeron sakini özünü 14-cü mərtəbədən atıb

Abşeronda intihar hadisəsi baş verib.

Hadisə Saray qəsəbəsində yerləşən hündürmərtəbəli binaların birində qeydə alınıb.

Hələlik şəxsiyyəti bilinməyən, təxminən 45-50 yaşlı kişi özünü binanın 14-cü mərtəbəsindən atıb. O, hadisə yerində ölüb.

Meyit müayinə olunması üçün morqa təhvil verilib. İntiharın səbəbləri və ölən şəxsin kimliyi araşdırılır.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb. APA

2-06-2021, 08:22 | Məşhur azərbaycanlı teleaparıcı vəfat edib

Məşhur azərbaycanlı teleaparıcı vəfat edib

Məşhur azərbaycanlı teleaparıcı Şamil Famillİ vəfat edib.

Bu barədə ARB telekanalı məlumat yayıb.

Qeyd edək ki, Ş.Famillinin ölüm səbəbi açıqlanmayıb.

Xatırladaq ki, Ş.Familli 1990-cı illərdən bəri televiziyada çalışıb. Son illərdə ARB televiziyasında "Bazar Düzü" proqramının aparıcısı idi.

2-06-2021, 07:59 | Bakıda zəncirvari qəza: Üç maşın bir-birinə çırpıldı

Bakıda zəncirvari qəza: Üç maşın bir-birinə çırpıldı

Paytaxtın Nizami rayonunda zəncirvari avtomobil qəzası baş verib.

Hadisə "Xalqlar Dostluğu" metrostansiyasının yaxınlığında qeydə alınıb.

İlkin məlumata əsasən, qəza "Toyota Prius", "Hyundai Elantra" və "Toyota Prado" markalı avtomobillərin toqquşması nəticəsində baş verib.

Hadisə yerinə Nizami rayon Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, qəzanın təfərrüatı araşdırılır. oxu.az

31-05-2021, 09:31 | Bakıda məhkəmə hakimi arvadını tüfənglə öldürdü

Bakıda məhkəmə hakimi arvadını tüfənglə öldürdü

Bakıda məhkəmə hakimi arvadını öldürməkdə ittiham edilir.

Hadisə bu gecə paytaxtın Sabunçu rayonu, Ləhiş bağlarında baş verib.

Sabunçu rayon məhkəməsinin hakimi Fəqan Əhmədov evində ov tüfəngindən açılan atəşlə həyat yoldaşının ölümünə səbəb olub. Hadisənin ehtiyatsızlıqdan, yaxud qəsdən törədildiyi məlum deyil.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Məlumata görə, cütlüyün 3 övladı var.

Qeyd edək ki, 1976-cı il təvəllüdlü Fəqan Rövşən oğlu Əhmədov 2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimidir.

"qafqazinfo"

31-05-2021, 09:23 | Göyçayda ev yanıb

Göyçayda ev yanıb

Göyçay rayonunun İnçə kəndində fərdi evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 160 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 125 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

28-05-2021, 14:36 | Cəlilabadda qadın qətlə yetirildi

Cəlilabadda qadın qətlə yetirildi

Cəlilabadda qadın qətlə yetirilib.

Qətl hadisəsi rayonun Təzəkənd kəndində baş verib.

Kənd sakini olan qadının öldürüldüyü bildirilir.

Hazırda öldürülən qadının və qətli törədənin kimliyi müəyyənləşdirilir.

Faktla Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

APA

17-05-2021, 07:54 | Gəncədə 2 təcili yardım maşını toqquşub, xəsarət alanlar var


Gəncədə 2 təcili yardım maşını toqquşub, xəsarət alanlar var

Gəncədə 2 təcili yardım maşınıtoqquşub.

Hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsi ilə Əziz Əliyev prospektinin kəsişməsində qeydə alınıb.

Qəza zamanı bir həkim və bir sürücü xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

APA

13-05-2021, 08:14 | Bakıda birmərtəbəli evdə yanğın olub

Bakıda birmərtəbəli evdə yanğın olub

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 25 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.