25-12-2020, 10:43 | Özünü prokurorluq əməkdaşı kimi təqdim edən şəxs həbs edildi

Özünü vəzifəli şəxs kimi təqdim edən vətəndaşın qanunsuz əməlləri ifşa olunub.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən milli.az-a verilən məlumata görə, Qəhrəmanov Pərvin İftixar oğlunun qanunsuz hərəkətləri barədə müraciət əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.
Aparılmış ilkin istintaqla Qəhrəmanov Pərvin İftixar oğlunun özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Azərbaycan Respublikasının Baş Prokurorluğunun yüksək vəzifəli əməkdaşı kimi təqdim edib vətəndaşa Dövlət Neft Şirkətində mühafizəçi vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib sonuncuya məxsus 5 min manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Qeyd edilən qanunsuz hərəkətləri ilə Pərvin Qəhrəmanov prokurorluq orqanı əməkdaşının cəmiyyətdə qəbul edilən nüfuzuna xələl gətirməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Pərvin Qəhrəmanov Cinayət Məcəlləsinin 178.1 (dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda törədilmiş cinayətin təfərrütlarının, eləcə də hər hansı digər şəxslərin cinayətdə iştirakının müəyyən edilməsi istiqamətində tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla fiziki şəxsin pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri tədbirlər davam etdirilir.
25-12-2020, 10:39 | Zeynəb Xanlarovanın istintaqdan qaçıb gizlənən bacısı oğlu ələ keçdi

Sabiq deputat, xalq artisti Zeynəb Xanlarovanın istintaqdan qaçıb gizlənən bacısı oğlu Daşqın Nəsirov saxlanılıb.
D. Nəsirov hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində tutularaq istintaqa təhvil verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Bildirlib ki, D. Nəsirov ötən gün saxlanılaraq, istintaqa təhvil verilib.
Qeyd edək ki, Daşqın Nəsirov Türkan qəsəbəsində yaşayan 91 yaşlı Xumara Şabanova və 81 yaşlı Əzizəxanım Atayevanın torpaqlarını saxta sənədlər satıb.
O bir neçə nəfərlə əlbir olaraq qadınlara sağ ola-ola ölüm kağızı çıxardaraq əmlaklarını mənimsəməkdə ittiham edilir.
D. Nəsirovdan başqa bu iş üzrə Türkan qəsəbə sakini Çingiz Xeyrəli oğlu Səfərov, əzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə sabiq icra nümayəndəsi Rahil Babayev də həbs olunub.
25-12-2020, 10:31 | XİN-in idarə rəisi vəfat etdi

Xarici İşlər Nazirliyinin Arxiv İdarəsinin rəisi Famil Əliyev vəfat edib.
Bu barədə "Azərbaycan" qəzetində məlumat verilib.
XİN rəhbərliyi F.Əliyevin ölümü ilə bağlı mərhumun yaxınlarına başsağlığı verib.
Allah rəhmət eləsin!
8-12-2020, 02:38 | Ana və qızı dəm qazından zəhərlənib

Goranboyda ana və qızı yaşadıqları evdə dəm qazından zəhərlənib.
Hadisə axşam saatlarında Səfikürd kəndində baş verib.
Hər iki zərərçəkən şəxs yaxınlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Onlar reanimasiya şöbələrinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.(apa)
8-12-2020, 02:28 | Minik avtomobili yanıb

Zaqatala rayonunun İkinci Tala kəndində "Mitsubishi" markalı minik avtomobilinin salonu yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
4-12-2020, 13:42 | Ötən gün 21 koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb

Analiz nəticələri pozitiv çıxan COVID-19 xəstələrinin evdə məcburi özünü təcrid qaydalarına əməl edilməsi daxili işlər orqanları tərəfindən nəzərətdə saxlanılır.
Bu barədə milli.az-a Daxili İşlər Naziryindən (DİN) bildiriblər. Respublika ərazisində dekabrın 3-də epidemiya əleyhinə, sanitariya-gigiyena, karantin rejimlərinin pozulmasına səbəb olan 21 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılaraq, evə qaytarılıblar.
17 nəfər barəsində CM-nin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.
Aktiv koronavirus xəstələrinin, eləcə də onların yaxınlarının diqqətinə çatdırırıq ki, pandemiyaya qarşı görülən tədbirlərin səmərəli olması vətəndaşların qaydalara əməl etməsindən asılıdır.
4-12-2020, 13:15 | Taksi fəaliyyəti ilə məşğul olan COVİD-19 xəstəsi saxlanıldı

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirus xəstəsinin taksi fəaliyyəti ilə məşğul olduğu müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər sakini Loğman Səfərovun COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, karantin qaydaları izah olunub. Buna baxmayaraq L.Səfərov olunan xəbərdarlığa məhəl qoymayaraq yaşadığı evi tərk edib və özünə məxsus 02-BS-645 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə sərnişindaşıma fəaliyyəti ilə məşğul olub.
L.Səfərov yaşadığı ünvanı tərk etməklə və taksi fəaliyyəti ilə məşğul olmaqla karantin rejimi qaydalarını kobud şəkildə pozub, digər şəxslərin də infeksiyaya yoluxmasına şərait yaratmaqla onların sağlamlığını təhlükə altında qoyub.
Polis əməkdaşları tərəfindən həmin şəxs idarə etdiyi avtomobillə şəhər ərazisində olarkən saxlanılıb, əraziyə Təcili Tibbi Yardımın həkim briqadası dəvət olunub və o, yaşadığı ünvana geri qaytarılıb.
L.Səfərov barəsində Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb.
4-12-2020, 13:13 | Bakıda ev yanıb

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 50 kv.m olan birmərtəbəli evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin tavanı 20 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə yanıb.
Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
30-11-2020, 14:30 | Bakıda 8 yaşlı qız özünü binadan atdı - TƏFƏRRÜAT

Bakıda intihar hadisəsi baş verib.
Hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Belə ki, 2012-ci il təvəllüdlü Nadirova Fərəh Vahid qızı özünü yaşadığı evin 13-cü mərtəbəsindən atıb.
Aparılan araşdırmalar zamanı müəyyən olunub ki, intihar edən qızın atası Vahid Nadirov evə mütəmadi olaraq sərxoş halda gəlib. Bunun fonunda V. Nadirov öz həyat yoldaşını döyüb, qızını isə otağına kilidləyib.
F. Nadirovanın intihar etməmişdən öncə otağına bağlandığı ehtimal edilir.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.(mediapost)
30-11-2020, 12:10 | Bakıda 8 yaşlı qız özünü binadan atdı - TƏFƏRRÜAT

Bakıda intihar hadisəsi baş verib.
Hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Belə ki, 2012-ci il təvəllüdlü Nadirova Fərəh Vahid qızı özünü yaşadığı evin 13-cü mərtəbəsindən atıb.
Aparılan araşdırmalar zamanı müəyyən olunub ki, intihar edən qızın atası Vahid Nadirov evə mütəmadi olaraq sərxoş halda gəlib. Bunun fonunda V. Nadirov öz həyat yoldaşını döyüb, qızını isə otağına kilidləyib.
F. Nadirovanın intihar etməmişdən öncə otağına bağlandığı ehtimal edilir.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.(mediapost)




















