10-05-2021, 12:23 | Bakıda zibilxanada insan ayağı tapıldı

Bakıda zibillərin arasından insan ayağı aşkarlanıb.
report-un əldə etdiyi məlumata görə, hadisə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodunda qeydə alınıb.
Belə ki, həmin əraziyə çeşidlənmək üçün gətirilən tullantıların arasından insan ayağı tapılıb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
10-05-2021, 10:37 | Siyəzəndə narkotik tərkibli bitkilər becərən şəxs ələ keçdi

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Zarat kənd sakini Ramil İlyasov saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evin yaxınlığında yerləşən və nəzarət etməsi üçün ona tapşırılan bağ sahəsinə keçirilən baxış zamanı, oradan R.İlyasov tərəfindən xüsusi aqrotexniki qayda ilə qulluq edilərək becərilmiş 120 ədəd çətənə kollarının şitilləri aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı R.İlyasov narkotik tərkibli bitkiləri becərdiyini etiraf edib.
Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırmalar aparılır.(virtualaz.org)
10-05-2021, 09:42 | Ağcabədidə yol qəzası baş verib, xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağcabədi rayonu ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Nazirlikdən verilən məlumata görə, hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qrupu cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə 1 nəfər deformasiyaya uğrayan "LADA" markalı minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
10-05-2021, 09:34 | Güclü külək mülki obyektlərin damını uçurdu - FOTO

Güclü külək mülki obyektlərin damını uçurub.
Hadisə Bakı-Qazax magistralının Lökbatan qəsəbəsinə düşən hissəsində baş verib.
Nəticədə yol infrastrukturuna da ziyan dəyib. Hadisə yerinə aidiyyəti qurumlar cəlb olunublar.Trend


10-05-2021, 09:27 | Güclü külək mülki obyektlərin damını uçurdu - FOTO

Güclü külək mülki obyektlərin damını uçurub.
Hadisə Bakı-Qazax magistralının Lökbatan qəsəbəsinə düşən hissəsində baş verib.
Nəticədə yol infrastrukturuna da ziyan dəyib. Hadisə yerinə aidiyyəti qurumlar cəlb olunublar.Trend


10-05-2021, 09:23 | Bakıda "Mercedes" yanıb

Bakı şəhərinin Sabunçu rayonunda "Mercedes" markalı minik avtomobilinin salonu qismən yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
10-05-2021, 09:17 | Bakıda yaşayış binasında yanğın - Xəsarət alanlar var

Bakı şəhərinin Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində ümumi sahəsi 64 m² olan mənzildə ev əşyaları 4 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın zamanı ev sahibi və onun həyat yoldaşı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
8-05-2021, 08:23 | Abşeron Rayon Polis İdarəsinin qarşısında yol qəzası baş verib - FOTO

Abşeron rayonunun Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə Heydər Əliyev prospektində baş verib.
"Hyundai" markalı nəqliyyat vasitəsi qəfil dönmə əməliyyatı edərək "KİA" markalı nəqliyyat vasitəsinə çırpılıb.
Hadisə yerinə polis əməkdaşlarl cəlb edilib.//APA//


8-05-2021, 06:45 | Abşeronda qadını naməlum avtomobil vuraraq öldürüb

Abşeron rayonunda ölüm hadisəsini törədən sürücü ərazidən yayınıb.
Hadisə Novxanı-Binəqədi yolunda qeydə alınıb.
1984-cü il təvəllüdlü Xəlilova Səadət Çərkəz qızı "Noil" yanacaq doldurma məntəqəsinin qarşısında yolu keçərkən onu naməlum avtomobil vurub. Daha sonra piyadanın öldüyünü görən sürücü hadisə yerindən yayınıb. Yoldan keçən digər nəqliyyat vasitələri piyadanın üzərindən keçib.
Abşeron Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları hadisəni törədən sürücünün axtarışına başlayıb.
Ölən şəxsin meyiti aidiyyəti üzrə təhvil verilib.
23-04-2021, 07:13 | Saatlıda avtomobil piyadanı vuraraq öldürüb

Saatlı rayonunun Soltanabad kəndində yol qəzası qeydə alınıb.
"VAZ 2106" markalı avtomobil yolu keçən Saatlı rayonunun Soltanabad kənd sakini, 1971-ci il təvəllüdlü Mirzəyev Qədir Fazil oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.