22-04-2021, 12:14 | Nazir müşavirindən gözlənilməz addım: Hüseynbala Mirələmovu müdafiə etdi

Nazir müşavirindən gözlənilməz addım: Hüseynbala Mirələmovu müdafiə etdi

Yeni Azərbaycan Partiyası (YAP) Xətai Rayon Təşkilatının sədri, sabiq millət vəkili, yazıçı Hüseynbala Mirələmovla bağlı yayılan qeyri-əxlaqi video cəmiyyətin böyük narazılığına və geniş müzakirəsinə səbəb olub.

Sosial şəbəkədə aparılan belə müzakirələrdə 76 yaşlı siyasətçinin nəvəsi yaşda qızla qeyri-əxlaqi rəftarı mütləq əksəriyyət tərəfindən qınanılıb. Təəssüf doğuran haldır ki, bəzi hallarda ayrı-ayrı şəxslər eks-deputatın çirkin davranışlarını hansısa məqsəd, yaxud daşıdığı status naminə "malalamağa" çalışıblar.

Belələrindən biri də Təhsil Nazirinin müşaviri Elnur Nəsibovdur. O, "Facebook" hesabında hadisəyə münasibət bildirib. Böyük ehtimalla yazıçı H.Mirələmovu nəzərdə tutaraq yazıb ki, "Ölkədə hamı əxlaqlı imiş, bir o kişidən başqa..". Nazir müşavirinin statusuna görə, sanki ölkədə hamı Hüseynbala Mirələmov ağıldadır, hamı əxlaqsızdır və bu, adi haldır.

Nazir müşavirinin dostluğunda olanların əksəriyyəti onun bu statusuna "like" qondurub. Lakin aralarında vicdanlı tərpənib nazir müşavirinin rəyini düzgün yanaşma hesab etməyənlər də tapılıb.(yenisabah.az)

28-12-2020, 09:34 | Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi


Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Belə ki, Sumqayıt şəhər 1 saylı Poliklinikanın həkim-nevropatoloqu Kazım Kərimli bir müddət əvvəl COVİD-19-a yoluxub.

O, əvvəl Sumqayıt xəstəxanasında müalicə alıb, daha sonra vəziyyətinin ağırlaşması ilə əlaqədar Zığda yerləşən modul tipli xəstəxanada müalicəsini davam etdirib.

Lakin, həkimlərin bütün səylərinə baxmayaraq, Kazım Kərimli ötən gün koronavirusdan vəfat edib.

Allah rəhmət eləsin!(azxeber.com)

25-12-2020, 10:54 | Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və birinci müavinin məhkəməsi başlayır

Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və birinci müavinin məhkəməsi başlayır

Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini olmuş Ramiz Tatarovun barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinyayət işi hakim Məhəmməd Bağırovun icraatına verilib.

Qeyd edək ki, DTX-nın yaydığı məlumata görə, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb.

Belə ki, Nizaməddin Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Nizaməddin Quliyevin müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb.

Nizaməddin Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.(apa)

25-12-2020, 10:43 | Özünü prokurorluq əməkdaşı kimi təqdim edən şəxs həbs edildi

Özünü prokurorluq əməkdaşı kimi təqdim edən şəxs həbs edildi

Özünü vəzifəli şəxs kimi təqdim edən vətəndaşın qanunsuz əməlləri ifşa olunub.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən milli.az-a verilən məlumata görə, Qəhrəmanov Pərvin İftixar oğlunun qanunsuz hərəkətləri barədə müraciət əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.

Aparılmış ilkin istintaqla Qəhrəmanov Pərvin İftixar oğlunun özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Azərbaycan Respublikasının Baş Prokurorluğunun yüksək vəzifəli əməkdaşı kimi təqdim edib vətəndaşa Dövlət Neft Şirkətində mühafizəçi vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib sonuncuya məxsus 5 min manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Qeyd edilən qanunsuz hərəkətləri ilə Pərvin Qəhrəmanov prokurorluq orqanı əməkdaşının cəmiyyətdə qəbul edilən nüfuzuna xələl gətirməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Pərvin Qəhrəmanov Cinayət Məcəlləsinin 178.1 (dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda törədilmiş cinayətin təfərrütlarının, eləcə də hər hansı digər şəxslərin cinayətdə iştirakının müəyyən edilməsi istiqamətində tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla fiziki şəxsin pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri tədbirlər davam etdirilir.

25-12-2020, 10:39 | Zeynəb Xanlarovanın istintaqdan qaçıb gizlənən bacısı oğlu ələ keçdi

Zeynəb Xanlarovanın istintaqdan qaçıb gizlənən bacısı oğlu ələ keçdi

Sabiq deputat, xalq artisti Zeynəb Xanlarovanın istintaqdan qaçıb gizlənən bacısı oğlu Daşqın Nəsirov saxlanılıb.

D. Nəsirov hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində tutularaq istintaqa təhvil verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Bildirlib ki, D. Nəsirov ötən gün saxlanılaraq, istintaqa təhvil verilib.

Qeyd edək ki, Daşqın Nəsirov Türkan qəsəbəsində yaşayan 91 yaşlı Xumara Şabanova və 81 yaşlı Əzizəxanım Atayevanın torpaqlarını saxta sənədlər satıb.

O bir neçə nəfərlə əlbir olaraq qadınlara sağ ola-ola ölüm kağızı çıxardaraq əmlaklarını mənimsəməkdə ittiham edilir.

D. Nəsirovdan başqa bu iş üzrə Türkan qəsəbə sakini Çingiz Xeyrəli oğlu Səfərov, əzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə sabiq icra nümayəndəsi Rahil Babayev də həbs olunub.

25-12-2020, 10:31 | XİN-in idarə rəisi vəfat etdi

XİN-in idarə rəisi vəfat etdi

Xarici İşlər Nazirliyinin Arxiv İdarəsinin rəisi Famil Əliyev vəfat edib.

Bu barədə "Azərbaycan" qəzetində məlumat verilib.

XİN rəhbərliyi F.Əliyevin ölümü ilə bağlı mərhumun yaxınlarına başsağlığı verib.

Allah rəhmət eləsin!

8-12-2020, 02:38 | Ana və qızı dəm qazından zəhərlənib


Ana və qızı dəm qazından zəhərlənib


Goranboyda ana və qızı yaşadıqları evdə dəm qazından zəhərlənib.

Hadisə axşam saatlarında Səfikürd kəndində baş verib.

Hər iki zərərçəkən şəxs yaxınlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Onlar reanimasiya şöbələrinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.(apa)

8-12-2020, 02:28 | Minik avtomobili yanıb

Minik avtomobili yanıb



Zaqatala rayonunun İkinci Tala kəndində "Mitsubishi" markalı minik avtomobilinin salonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


4-12-2020, 13:42 | Ötən gün 21 koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb

Ötən gün 21 koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb

Analiz nəticələri pozitiv çıxan COVID-19 xəstələrinin evdə məcburi özünü təcrid qaydalarına əməl edilməsi daxili işlər orqanları tərəfindən nəzərətdə saxlanılır.

Bu barədə milli.az-a Daxili İşlər Naziryindən (DİN) bildiriblər. Respublika ərazisində dekabrın 3-də epidemiya əleyhinə, sanitariya-gigiyena, karantin rejimlərinin pozulmasına səbəb olan 21 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılaraq, evə qaytarılıblar.

17 nəfər barəsində CM-nin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

Aktiv koronavirus xəstələrinin, eləcə də onların yaxınlarının diqqətinə çatdırırıq ki, pandemiyaya qarşı görülən tədbirlərin səmərəli olması vətəndaşların qaydalara əməl etməsindən asılıdır.

4-12-2020, 13:15 | Taksi fəaliyyəti ilə məşğul olan COVİD-19 xəstəsi saxlanıldı

Taksi fəaliyyəti ilə məşğul olan COVİD-19 xəstəsi saxlanıldı

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirus xəstəsinin taksi fəaliyyəti ilə məşğul olduğu müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər sakini Loğman Səfərovun COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, karantin qaydaları izah olunub. Buna baxmayaraq L.Səfərov olunan xəbərdarlığa məhəl qoymayaraq yaşadığı evi tərk edib və özünə məxsus 02-BS-645 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə sərnişindaşıma fəaliyyəti ilə məşğul olub.

L.Səfərov yaşadığı ünvanı tərk etməklə və taksi fəaliyyəti ilə məşğul olmaqla karantin rejimi qaydalarını kobud şəkildə pozub, digər şəxslərin də infeksiyaya yoluxmasına şərait yaratmaqla onların sağlamlığını təhlükə altında qoyub.

Polis əməkdaşları tərəfindən həmin şəxs idarə etdiyi avtomobillə şəhər ərazisində olarkən saxlanılıb, əraziyə Təcili Tibbi Yardımın həkim briqadası dəvət olunub və o, yaşadığı ünvana geri qaytarılıb.

L.Səfərov barəsində Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.