25-11-2020, 10:31 | Yaşayış yerini tərk edən daha 2 koronavirus xəstəsi məsuliyyətə cəlb edildi

Yaşayış yerini tərk edən daha 2 koronavirus xəstəsi məsuliyyətə cəlb edildi


Samuxda yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayon sakini, Fəxrəddin Quliyev və rayonun Sərkar kənd sakini Sevinc İsgəndərovanın ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadıqları ünvanı tərk etmələri müəyyən edilib.

Polis əməkdaşları dərhal onların rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvana göndərib.

Həmin şəxslər barəsində RPŞ-nin İstintaq Qrupunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə canyət işi başlanıb, faktla bağlı araşdırmalar davam etdirilir.

25-11-2020, 10:03 | Bakıda Uşaq Musiqi Məktəbinin direktoru yarım milyon manatlıq İTTİHAM

Bakıda Uşaq Musiqi Məktəbinin direktoru yarım milyon manatlıq İTTİHAM

Bakı şəhəri Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Мehriban Əsgər qızı Rüstəmova barəsində cinayət işi başlanılıb.

M. Rüstəmova dövlət əmlakını xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir.

İş üzrə zərərçəkən şəxs qismində Mədəniyyət Nazirliyi tanınıb.

Dəymiş zərər yarım milyon manatdan çoxdur.

M. Rüstəmova barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.

Onun barəsində başlanan cinayət işinin istintaqı başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib.

11-11-2020, 13:50 | Bakıda nənə və nəvəni avtomobil vurdu: ölən var

Bakıda nənə və nəvəni avtomobil vurdu: ölən var

Bakıda yolu keçən nənə və nəvəni avtomobil vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Səbail rayonunun Neftçilər prospektində Bakı şəhər sakini A.Alıyev idarə etdiyi "KİA" markalı avtomobillə yolu keçən Tovuz rayon sakini Məsmə Alıyevanı və nəvəsi Turanı vurub. Qəza nəticəsində ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən qadın ölüb, nəvəsinin vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.(milli.az)

11-11-2020, 12:32 | Bakıda gənc oğlanı küçədə 36 yaşlı kişini bıçaqlayıb öldürdü

Bakıda gənc oğlanı küçədə 36 yaşlı kişini bıçaqlayıb öldürdü

Noyabrın 10-da saat 16 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində 1984-cü il təvəllüdlü Zeynalov Əli Aydın oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon Prokurorluğundan milli.az-a verilən xəbərə görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla 2000-ci il təvəllüdlü Rəhimli Elnur Marif oğlunun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Əli Zeynalovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elnur Rəhimli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

10-10-2020, 08:57 | Abşeronda yaşayış binasında yanğın olub, 20 nəfər təxliyə edilib

Abşeronda yaşayış binasında yanğın olub, 20 nəfər təxliyə edilib


Abşeron rayonunun Ceyranbatan qəsəbəsində beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində ümumi sahəsi 75 m² olan mənzilin yanar konstruksiyaları 25 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın zamanı tüstülənmiş mənzillərdən 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

2-09-2020, 11:35 | BŞİH-in vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərildi

BŞİH-in vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərildi

Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin vəzifəli şəxsi barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, xidməti vəzifələrinin icrası zəmanı qanunsuz hərəkətləri ilə vətəndaşların hüquqlarını pozan vəzifəli şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunması istiqamətində prokurorluq orqanlarının məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir.

Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 117 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi vəzifəsində işləmiş Mansurov İsmayıl Gündüz oğlunun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında aparılmış araşdırma zamanı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla İsmayıl Mansurovun qeyd edilən vəzifədə işləyərkən vətəndaşa Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsində yerləşən yaşayış evinin tikintisi üçün guya həmin rayonun icra hakimiyyəti aparatında yüksək vəzifədə işləyən şəxslərlə yaxın əlaqələrindən istifadə edərək tələb olunan qanuni sənədlərin verilməsində köməklik göstərilməsini vəd etməsinə, bununla da 2019-cu ilin sentyabr-oktyabr aylarında vətəndaşdan ümumilikdə 10 min 370 manat məbləğdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında İsmayıl Mansurov 21 avqust 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.

İstintaq zamanı zərərçəkmiş şəxsə dələduzluq əməli üzrə vurulmuş ziyanın ödənilməsi tam təmin edilmiş, ibtidai istintaq tamamlanaraq cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


2-09-2020, 11:30 | Arvadını 5-ci mərtəbədən atan xalq artistinin nəvəsindən xəbər var

Arvadını 5-ci mərtəbədən atan xalq artistinin nəvəsindən xəbər var

Bakı Apellyasiya Məhkəməsində arvadını 5-ci mərtəbədən ataraq öldürməkdə təqsirləndirilən Ramiz Taxveli barəsindəki hökmdən zərərçəkmiş şəxsin hüquqi varisinin verdiyi şikayətə baxılıb.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, R. Taxvelinin barəsində eskpertiza təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsininin hökmünə əsasən Ramiz Taxvelinin barəsində olan cinayət işi üzrə icraat dayandırılıb. Onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi haqda qərar qəbul edilib.

Xatırladaq ki, hadisə paytaxtın Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi, ev 65, mənzil 51-də baş verib.

Həmin ünvanda yaşayan Taxveli Ramiz Pərviz oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atıb. Nəticədə qadın aldığı xəsarətdən hadisə yerində keçinib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adamöldürmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ittihamı irəli sürülüb.

Onu da qeyd edək ki, Taxveli Ramiz Pərviz oğlu "Buta Palace"nin art-direktorudur. O, Azərbaycanın Xalq artisti Gülağa Məmmədovun qız nəvəsidir.

Qətlə yetirilən Adelya Taxveli isə "Atəşgah Sığorta" şirkətinin əməkdaşı olub.

30-07-2020, 17:59 | Göygöldə faciə: ər-arvad maşında yanaraq öldü

Göygöldə faciə: ər-arvad maşında yanaraq öldü

Göygöl rayonunda maşın qəzaya düşüb, iki nəfər yanaraq ölüb.

Hadisə bu gün rayonun Hacıməlik kəndi yolunda baş verib.

Daşkəsən rayon sakini, 1978-ci il təvəllüdlü Verdiyev Bayram Zakir oğlunun idarə etdiyi "VAZ 21099" markalı avtomobillə qəzaya düşüb və maşın yanıb.

Sürücü və sərnişini, 1984-cü il təvəllüdlü Verdiyeva Fəridə Allahverən qızı yanaraq ölüb.

Məlumata görə, onlar ər-arvad olublar. Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)

20-07-2020, 13:52 | Sumqayıtda 77 yaşlı atasını öldürən şəxs tutuldu

Sumqayıtda 77 yaşlı atasını öldürən şəxs tutuldu

İyulun 19-da saat 22 radələrində Sumqayıt şəhəri ərazisində 1943-cü il təvəllüdlü Azad Rzayevin yaşadığı evdə öldürülməsi barədə məlumat daxil olub.

Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla psixi xəstəlikdən əziyyət çəkən 1984-cü il təvəllüdlü Aydın Rzayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı atası Azad Rzayevə çoxsaylı bıçaq zərbələri vurub onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Aydın Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

15-06-2020, 20:48 | Tanınmış azərbaycanlı həkim koronavirusdan dünyasını dəyişdi - FOTO

Tanınmış azərbaycanlı həkim koronavirusdan dünyasını dəyişdi - FOTO

Bu gün Azərbaycanda tanınmış həkim koronovirus səbəbindən dünyasını dəyişib.

Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının dosenti, tanınmış həkim-onkoloq Fikrət Namazov bu gün günorta saatlarında koronovirusa yoluxmadan vəfat edib.

O, Azərbaycan Tibb Universitetinin Terapevtik Klinikasında dünyasını dəyişib.(medicina.az)

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.