15-06-2020, 20:35 | Çayda batan gəncin meyiti tapılıb

Çayda batan gəncin meyiti tapılıb


Lənkərançay çayının Lənkəran şəhəri, Yuxarı Nüvədi kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2001-ci il təvəllüdlü Əliyev Elgün Asif oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, E.Əliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

--------

20:35

Lənkərançay çayında 1 nəfər boğulub.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd edilir ki, FHN-in "112" qaynar telefon xəttinə, Lənkərançay çayının Lənkəran şəhəri, Yuxarı Nüvədi kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.


14-06-2020, 16:34 | Ceyranbatan su anbarının yaxınlığında yenidən yanğın başlayıb - FOTO

Ceyranbatan su anbarının yaxınlığında yenidən yanğın başlayıb - FOTO


Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanır.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Abşeron rayonunda Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri aparılır.




14-06-2020, 15:55 | Baş prokurorluqdan Gəncədəki məmur həbsləri xəbərinə REAKSİYA

Baş prokurorluqdan Gəncədəki məmur həbsləri xəbərinə REAKSİYA

Bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhər Kəpəz rayon şöbəsində guya əməliyyat tədbirləri keçirilməsi nəticəsində bir sıra vəzifəli şəxslərin saxlanılması ilə bağlı informasiyalar yayılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin vəzifəli şəxslərinin 2015-2017-ci illərdə yol verdikləri qanun pozuntuları barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Cinayət işinin təfərrüatları barədə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə yaxın zamanda əlavə məlumat veriləcək.

6-05-2020, 13:46 | Tovuzda vətəndaşı işə düzəltmək adı ilə aldadan şəxs saxlanıldı - FOTO

Tovuzda vətəndaşı işə düzəltmək adı ilə aldadan şəxs saxlanıldı - FOTO

Tovuzda dələduzluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən milli.az-a verilən məlumata görə, Tovuz rayonunda vətəndaşın etimadından sui-istifadə etməklə dələduzluq yolu ilə onu işə düzəltmək adı altında aldadan və maddi vəsaitini ələ keçirən şəxs saxlanılıb.

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon sakinindən daxil olan müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən əvvəllər cinayət məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş, Ağcabədi rayon sakini, Zaur Sadıqov saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, Z.Sadıqov bir neçə ay əvvəl Tovuz rayonu ərazisində rayon sakininə işlə təmin edəcəyinə söz verərək onu dələduzluq yolu ilə aldadıb.

Hələlik polisə rəsmi şəkildə müraciət edə edən 1 nəfər zərərçəkəni bu üsulla aldadan Z. Sadıqov ümumilikdə onun 1000 manata yaxın pulunu ələ keçirdiyini etiraf edib.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa "102" Zəng Mərkəzinə, Tovuz Rayon Polis Şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Faktla bağlı araşdırmalar davam etdirilir.




20-02-2020, 09:11 | Azərbaycanda şok hadisə: nənə ərinin dostu ilə qaçdı

Azərbaycanda şok hadisə: nənə ərinin dostu ilə qaçdı

İsmayıllıda iki uşaq anası həyat yoldaşının dostu ilə qaçıb.

Bir müddətdir M.H. ilə əri arasında münasibətlər pozulub və onlar boşanma həddinə çatıblar.

Qadın aralarındakı münaqişə səbəbindən bir dəfə ərindən küsüb və ata evinə qayıdıb.

Sonradan əri ilə barışsa da, bu, uzun sürməyib. Qadın boşanmaq üçün məhkəməyə müraciət edib. Hazırda ərizəsi rayon məhkəməsinin icraatındadır. Buna baxmayaraq, M.H. ərini tərk edərək, başqası ilə yaşamaq qərarına gəlib.

Qadının ailəsi ilə qoşulub qaçdığı kişinin ailəsinin uzunmüddətli dostluq münasibətləri olub.

Onların Türkiyəyə qaçdığı bildirilir.

M.H.-nın ailəsi uzun müddət Rusiyada yaşayıb, onlar bir müddətdir ki, İsmayıllıya qayıdıblar. İki övladları var. Qızları qoşulub qaçıb. Oğlanları isə rayondan olan qızla nişanlanıb, sonra onu tərk edərək, Rusiyaya gedib. Orada ailə qurub və övlad sahibidir./Publika.az


17-02-2020, 12:31 | Bakıda "Hyundai" və “Mercedes” toqquşdu: 1 yaralı var

Bakıda "Hyundai" və “Mercedes” toqquşdu: 1 yaralı var

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda "Hyundai" markalı minik avtomobili və "Mercedes" markalı yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

17-02-2020, 12:11 | Qaxda bir gündə 4 nəfəri it dişləyib - İkisi azyaşlıdır

Qaxda bir gündə 4 nəfəri it dişləyib - İkisi azyaşlıdır

Qaxda bir gündə ikisi azyaşlı olmaqla 4 nəfəri it dişləyib.

ötən gün axşam saatlarında rayonun Güllük kənd sakini, 2016-cı il təvəllüdlü Rəşid Şahin oğlu Mirzəyev başın və üzün cırılmış-didilmiş yarası xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı məlum olub ki, sahibsiz it 4 yaşlı R. Mirzəyevin yaşadığı evin həyətyanı sahəsinə soxularaq ona xəsarət yetirib. R. Mirzəyevə lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Məlumatda bildirilir ki, fevralın 16-sı gün ərzində ikisi azyaşlı olmaqla dörd nəfər it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub.

12-02-2020, 09:06 | Ana 9 yaşlı övladına işgəncə verib yandırdı - Azərbaycanda

Ana 9 yaşlı övladına işgəncə verib yandırdı - Azərbaycanda

Tərtər rayonunda ana azyaşlı övladını işgəncə məqsədilə yandırıb.

Hadisə rayonun Azadqaraqoyunlu kəndində baş verib.

Kənd sakini Dünyamalıyeva Könül Bəhlul qızı yaşadığı evdə himayəsində olan oğlu, 2011-ci il təvəllüdlü Dünyamalızadə Telman Rafiq oğlunu nadinclik etdiyi üçün cəzalandırıb. Qadın şişi qaz sobasında qızdıraraq azyaşlının bud, çanaq, qol və əlinə basıb.

Hadisədən xəbər tutan uşağın atası R.Dünyamalıyevin şikayətindən sonra Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsilə cinayət işi başlanıb.

10-02-2020, 09:33 | Bakıda binanın dam örtüyü uçdu

Bakıda binanın dam örtüyü uçdu

Bakının Binəqədi və Nəsimi rayonlarında su çəni və dam örtüyü insanların həyatı üçün təhlükə yaradıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda, binanın damında su çəninin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər su çənini yerinə bərkidib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.

Bundan başqa FHN-nin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nəsimi rayonunda binanın dam örtüyünün bir hissəsinin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər qopan hissəni yerinə bərkidib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.

7-02-2020, 13:23 | Ata qızını öldürüb, təslim oldu - Cinayət səbəbi dəhşətə gətirir

Ata qızını öldürüb, təslim oldu - Cinayət səbəbi dəhşətə gətirir

Ata qızının sevgilisi olduğuna görə onu öldürüb.

Milli.Az DHA-ya istinadla xəbər verir ki, dəhşətli olay Türkiyənin paytaxtı Ankara şəhərində yaşanıb. Ankaranın Çubuk mahalında yaşayan H. Yıldız adlı kişi qızını odlu silahla öldürüb. O, daha sonra polisə təslim olub.

Şeyma Yıldız adlı gənc qızın cəsədini görən şəxslər polisə xəbər veriblər. Araşdırmalar aparılan əsnada qızın atası polis idarəsinə gedərək cinayəti etiraf edib.

O, qızını oğlanla münasibət yaşadığına görə öldürdüyünü söyləyib.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.