23-12-2023, 09:30 | Gülçöhrə Şəfiyeva vəfat etdi

Gülçöhrə Şəfiyeva vəfat etdi


Əməkdar mədəniyyət işçisi, rejissor Gülçöhrə Şəfiyeva vəfat edib.

Bu barədə aparıcı Hacı Nuran Hüseynov instaqram səhifəsində məlumat yayıb.

G.Şəfiyeva 74 yaşında vəfat edib. Sənətkar uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkirdi, iyun ayında bir ayağı amputasiya edilmişdi.

Dəfn mərasimi bu gün saat 12:00-da olacaq.

Allah rəhmət eləsin!

Respublica.Az


22-12-2023, 13:33 | Abşeronda özünü binadan atan yeniyetmələrlə bağlı - Açıqlama

Abşeronda özünü binadan atan yeniyetmələrlə bağlı - Açıqlama






"Son zamanlar azyaşlıların özünü binadan atması cəmiyyətdə sensasiya yaratdı".

Respublica.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri Abşeron Rayon Prokurorluğunda keçirilən "Açıq qapı" günündə rayon prokuroru Qabil Qasımov deyib.

Onun sözlərinə görə, müəyyən edilib ki, Xırdalanda özünü binadan atan azyaşlıların bir-biri ilə əlaqəsi yoxdur. Onlar ayrı-ayrı məktəblərdə oxuyurlar: "İntihar hadisələrinin sensasiya xarakterli hadisə kimi təqdim olunması, növbəti dəfə eyni cür intiharlara gətirib çıxarır".

Qeyd edək ki, bu ilin avqust-sentyabr aylarında Xırdalan şəhərində 3 yeniyetmə qız özünü binadan ataraq intihar edib. Onlardan ikisinin eyni binadan özlərini atması xüsusilə diqqət çəkib və geniş müzakirələrə səbəb olub.


Respublica.Az


20-12-2023, 18:11 | Əməkdar artistin səhhətində problem yarandı: "Onkologiya Mərkəzinə getdim"

Əməkdar artistin səhhətində problem yarandı: "Onkologiya Mərkəzinə getdim"


Əməkdar artist Aybəniz Haşımovanın səhhətində problem yaranıb.

Respublica.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda özü məlumat yayıb. O bildirib ki, ötən gün müayinə üçün Milli Onkologiya Mərkəzinə yollanıb:

"Səhhətimdə ciddi problem yaranmışdı. Bu məni çox ciddi narahat etdi. Milli Onkologiya Mərkəzinə üz tutdum. Onlar mənə çox yaxşı xəbər verdilər. Dedilər ki, səhhətində heç bir problem yoxdur. Məndə ciddi bir xəstəliyin olmadığını söylədilər. Bu müjdəni verdikləri üçün həkimlərə sonsuz təşəkkürümü bildirirəm".

Respublica.Az



18-12-2023, 13:10 | Bu mərkəzin vəzifəli şəxslərinə cinayət işi açıldı

Bu mərkəzin vəzifəli şəxslərinə cinayət işi açıldı




Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Milli Hematologiya və Transfuziologiya Mərkəzi" publik hüquqi şəxsin əməkdaşlarının qanunsuz əməlləri barədə həmin qurumdan daxil olmuş məlumat əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmışdır.

Baş Prokurorluğun Mətbuat xidmətindən milli.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırma zamanı 2023-cü ilin fevral-may aylarında qeyd olunan tibb müəssisəsinin vəzifəli şəxsləri tərəfindən Mərkəzə müraciət etmiş çoxsaylı sağlam vətəndaşın hematoloji müayinədən keçirilmədən adlarına qanın bədxassəli xəstəliyi ilə bağlı saxta diaqnozların rəsmiləşdirilməsinə, bu yolla da onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq qurumlarına təqdim etmələri üçün əlilliyin təyin olunması və hərbi xidmətdən azad olunma hüququ verən saxta tibbi sənədlərlə təmin edilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin və onların əlbir olduğu digər şəxslərin dəqiq dairəsinin müəyyən olunması istiqamətində istintaq davam etdirilir.

Respublica




18-12-2023, 06:55 | "Gənclik" metrosu yaxınlığında ağır qəza: sürücü komaya düşdü

"Gənclik" metrosu yaxınlığında ağır qəza: sürücü komaya düşdü



Bakının Nərimanov rayonunda ağır yol qəzası baş verib.

Respublica.Az APA-ya istinadən xəbər verir ki, hadisə metronun "Gənclik" stansiyasının yaxınlığında qeydə alınıb.

2002-ci il təvəllüdlü Yaqubov Muhamməd Azər motosikletlə hərəkətdə olarkən onu minik avtomobili vurub.

Daha sonra maşının sürücüsü ərazidən uzaqlaşıb.

Yaralı komatoz vəziyyətində Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Respublica.Az



18-12-2023, 06:34 | Bir kişi boşadığı arvadı ilə təzədən evlənsə, ona yenə mehir verməlidirmi?

Bir kişi boşadığı arvadı ilə təzədən evlənsə, ona yenə mehir verməlidirmi?


Boşandıqdan sonra barışıb təkrar evlənmək istəyən kişi, avradına bir daha təzədən mehir vermək məcburiyyətindədir. Çünki, əvvəlki mehrini və evliliyini b itirmiş, sıfırlamış və yenidən evlilik həyatına başlamışdır. //milli.az

Respublica.Az



17-12-2023, 12:04 | Bakıda mikroavtobus kanala düşüb

Bakıda mikroavtobus kanala düşüb



Bakının Suraxanı rayonunda avtomobil kanala düşüb.

Respublica.Az APA-ya istinadən xəbər verir ki, qəza Hövsan yolunda qeydə alınıb. Nazir Mansurovun idarə etdiyi "Ford Tranzit" markalı mikroavtobus şəhər istiqamətində hərəkət edərkən kanala düşüb. Sürücü xəsarət almayıb və nəqliyyat vasitəsində tək olub. Avtomobil kanaldan çıxarılaraq ərazidən kənarlaşdırılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Respublica.Az



17-12-2023, 10:46 | Sumqayıtda polis faciəvi şəkildə öldü

Sumqayıtda polis faciəvi şəkildə öldü



Dekabrın 16-da saat 23 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, "KİA" və "BMV" markalı avtomobillər toqquşub.

Nəticədə "BMV" markalı şəxsi avtomobildə sərnişin olan polis nəfəri 1990-ci il təvəllüdlü İlqar Sadıqov hadisə yerində həyatını itirib. Avtomobillərin sürücüləri xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

Respublica.Az



17-12-2023, 10:33 | Qazaxda avtomobil sərxoş piyadanı vuraraq öldürüb

Qazaxda avtomobil sərxoş piyadanı vuraraq öldürüb





Qazaxda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Respublica.Az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan report.az-a daxil olan sorğuya cavab olaraq bildirilib ki, bu gün 20:30 radələrində Qazax rayon Daş Salahlı kəndiində piyada Təvəkkül Musayev sərxoş halda yolu keçmək istəyərkən VAZ-21099 markalı avtomobilin yan güzgüsünə dəyib, sonra arxadan gələn "Mercedes" markalı avtomobil tərəfindən vurulub.

Nəticədə piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir.


Respublica.Az

15-12-2023, 14:19 | Azərbaycanda sürücünü döyüb “Prius”unu əlindən aldılar

Azərbaycanda sürücünü döyüb “Prius”unu əlindən aldılar



Samux polisi sürücünü döyərək avtomobilini qaçıran şəxsləri saxlayıb.

Bu barədə milli.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.


Bildirilib ki, dekabr ayının 14-də axşam saatlarında Gəncə şəhər sakini A. Abdürrəhmanov DİN-in 102 Zəng Mərkəzi Xidmətinə müraciət edərək müştəri qismində əyləşən 2 nəfər naməlum şəxsin onu döyərək "Toyota-Prius" markalı avtomobilini əlindən alaraq qaçırdıqlarını bildirib.

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Sərxan Mürsəlov və Eşqin Mustafayev Samux rayon ərazisində saxlanılaraq aidiyyəti üzrə istintaqa təhvil verilib.

Respublica.Az






������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.