8-02-2024, 09:09 | Qusarda silah satmaq istəyən və işlədiyi obyektən oğurluq edənlər saxlanılıblar

Qusarda silah satmaq istəyən və işlədiyi obyektən oğurluq edənlər saxlanılıblar



Qusarda tapdığı silahı satmaq istəyən və işlədiyi obyektən oğurluq edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Teymur Ağaməmmədov saxlanılıb.

Həmin şəxsin üzərindən satmaq məqsədilə daşıdığı 1 ədəd "Kalaşnikov" markalı avtomat, 1 ədəd həmin silaha məxsus patron darağı və 30 ədəd güllə aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı Xaçmaz rayon sakini Ramazan Əliyev saxlanılıb. Həmin şəxs ayrı-ayrı vaxtlarda kirayə qaldığı evdən və işlədiyi obyektdən soyuducu, televizor və pul oğurlamaqla zərərçəkmişlərə ümumilikdə 1 512 (min beş yüz on iki) manat ziyan vurub.

Faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Teymur Ağaməmmədovun barəsində həbs, Ramazan Əliyevin barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

8-02-2024, 08:55 | Bakıda avtomobil 22 yaşlı gənci vuraraq ağır xəsarət yetirib

Bakıda avtomobil 22 yaşlı gənci vuraraq ağır xəsarət yetirib



Bakının Binəqədi rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

report.az-a istinadən xəbər verir ki, metronun "Azadlıq" stansiyasının yanında avtomobil yolu keçən 2002-ci il təvəllüdlü Səmədov Murad Qurban oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüklərinin açıq yerdəyişən sınıqları diaqnozu qoyulub.

Fakt araşdırılır.

23-01-2024, 15:27 | Bakıda sərnişin avtobusu qəza törətdi - VİDEO

Bakıda sərnişin avtobusu qəza törətdi - VİDEO



Bakıda sərnişin avtobusu qəza törədib.

Bu barədə sosial şəbəkədə video yayılıb. Sərnişin daşınması ilə məşğul olan nəqliyyat vasitəsi minik avtomobilinə çırpılıb.

Qəzanın detalları barədə məlumat yoxdur

5-01-2024, 13:25 | Bakı-Qazax yolunda dəhşətli qəza - Ölən var - VİDEO

Bakı-Qazax yolunda dəhşətli qəza - Ölən var - VİDEO



Bakı-Qazax yolunun 245-ci kilometrliyində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində bir nəfər həyatını itirib.

29-12-2023, 14:35 | Bakıda körpüdə qəza oldu

Bakıda körpüdə qəza oldu



Bakıda körpünün üzərində qəza olub.

NİİM-dən milli.az-a verilən xəbərə görə, yol-nəqliyyat hadisəsi Nərimanov rayonu, Ziya Bünyadov prospekti, "Çermet" körpüsünün üzərində baş verib.

Qəza səbəbindən metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb.

Respublica.Az

29-12-2023, 14:33 | Sabirabadda 12 yaşlı qız nişanlandı - Ombudsman məsələni nəzarətə götürdü

Sabirabadda 12 yaşlı qız nişanlandı - Ombudsman məsələni nəzarətə götürdü



Sabirabad rayonunun Məmişli kəndində azyaşlı qızın evliliyə cəlb olunması ilə bağlı məlumat yayılıb.

Respublica.Az xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Bildirilib ki, Sabirabad rayonunun Məmişli kəndində 12 yaşlı qızın evliliyə cəlb olunması ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumat araşdırılaraq Ombudsman tərəfindən nəzarətə götürülüb.

"Azyaşlının hüquqlarının təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsi və məsələnin nəzarətdə saxlanılması məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, Sabirabad Rayon İcra Hakimiyyətinə və Sabirabad Rayon Polis Şöbəsinə müvafiq sorğular göndərilib.

Ombudsman Aparatının aidiyyəti struktur bölməsi tərəfindən uşağın ailə üzvləri ilə maarifləndirici söhbət aparılıb, onlara qanunvericiliyin tələbləri, erkən evliliyin fəsadları izah edilib, uşağın təhsilinin davam etdirilməsinin vacibliyi vurğulanıb".

Respublica.Az



26-12-2023, 09:47 | Azərbaycanda DƏHŞƏT: Oğurluğa girdiyi evi yandırdı

Azərbaycanda DƏHŞƏT: Oğurluğa girdiyi evi yandırdı





Lənkəranda oğurluq etdiyi evi izi itirmək üçün yandıran şəxs saxlanılıb.

Bu barədə milli.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, bu ilin fevral ayının 2-də Lənkəran rayon Boladi kəndinin ərazisindəki evlərdən birinin yanması və həmin evdən 1 ədəd ov tüfənginin oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində həmin yaşayış evinin Boladi kənd sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Şaiq Mirzəyev tərəfindən yandırıldığı məlum olub. Belə ki, həmin şəxs həmkəndlisinin evinə gizli yolla daxil olaraq oradan "İJ" markalı ov tüfəngini oğurladıqdan sonra həmin evi yandırıb.

Ş.Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb və oğurlanan silah aşkarlanaraq maddi sübut kimi götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Respublica.Az

26-12-2023, 09:41 | Magistral yolda TIR aşdı

Magistral yolda TIR aşdı


Bakı-Astara yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Respublica.Az xəbər verir ki, bu barədə baku.ws-in "qaynar xətti"nə məlumat daxil olub.

Hadisə zamanı idarəetməni itirən TIR aşıb.

Xəsarət alanlar barədə məlumat yoxdur.

Respublica.Az



26-12-2023, 09:38 | Bakıda bina yandı

Bakıda bina yandı



Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 80 kvadratmetr olan ikiotaqlı mənzilin eyvanında 3 kvadratmetr sahədə ev əşyaları yanıb, yüksək temperaturdan bir ədəd plastikdən ibarət qapı və bir ədəd pəncərə qarsalanıb.

Respublica.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat yayıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Respublica.Az

26-12-2023, 09:21 | Bakıda toydan çıxan ər və arvadı maşın vurdu

Bakıda toydan çıxan ər və arvadı maşın vurdu



Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ağır xəsarət alıb.

Respublica.Az APA-ya istinadən bildirir ki, hadisə Mehdi Abbasov küçəsində baş verib.

Şadlıq sarayından çıxaraq əks tərəfə keçmək istəyən 1969-cu il təvəllüdlü Mirəziz Ramiz oğlu Heydərov və onun həyat yoldaşı, 1973-cü il təvəllüdlü Sevinc Nadir qızı Heydərovanı minik avtomobili vurub.

Yaralılar ağır vəziyyətdə özəl xəstəxanaların birinə yerləşdiriliblər.

M.Heydərovun sağ baldır və sol bazu sümüyü sınıb. S.Heydərovaya qapalı kəllə-beyin travması və qabırğaların sınığı diaqnozu qoyulub.

Fakt üzrə Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Respublica.Az


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.