5-11-2021, 06:06 | Dünya Bankı "Doing Business" reytinqinin nəşrini bərpa edə bilər

Dünya Bankı "Doing Business" reytinqinin nəşrini bərpa edə bilər


Dünya Bankı "Doing Business" reytinqinin nəşrini bərpa edə bilər.

Bunu Trend-ə Dünya Bankının vitse-prezidenti Mats Karlsson deyib.

O bildirib ki, reytinqin mümkün nəşri məsələsi Bankın rəhbərliyi səviyyəsində müzakirə olunacaq.

Xatırladaq ki, Dünya Bankı 2018 və 2020-ci illər üzrə hesabatların tərtibində saxtakarlıq faktlarının üzə çıxdığı "Doing Business" reytinqinin nəşrini dayandırıb. Dünya Bankının daxili auditində qeyd olunur ki, söhbət Çin, Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Səudiyyə Ərəbistanından gedir. Qiymətləndirmə işləri zamanı məlum olub ki, Azərbaycanla bağlı məlumatlar süni şəkildə azaldılıb, ölkədə həyata keçirilən bəzi islahatlar isə hesabatda əksini tapmayıb.

Məlumatların saxtalaşdırılması ilə əlaqədar Dünya Bankı kənardan auditor şirkəti (WilmerHale) cəlb edib və son beş ilin qiymətləndirilməsi aparılıb. Nəticədə 2017 və 2019-cu illərdə nəşr olunmuş "Doing Business 2018" və "Doing Business 2020" hesabatlarında məlumatların dəyişdirilməsi ilə bağlı pozuntular aşkar edilib.

3-11-2021, 06:47 | Avtomobillərin qiyməti cüzi bahalaşa bilər - Ekspert

Avtomobillərin qiyməti cüzi bahalaşa bilər - Ekspert

Avtomobil sahəsinə aid təklif olunan rüsumların qəbul edilməsi maşınların qiymətində cüzi artımlara səbəb olacaq.

Bunu Trend-ə açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, bunun bazara fantastik təsir edəcəyi gözlənilmir: "Dünən təklif olunan rüsumlar hələ Milli Məclisdə müzakirə olunacaq. Hansı dəyişikliklərin olacağı qərar veriləndən sonra bilinəcək. Amma sırf avtomobil sahəsinə aid təklif olunan rüsumlarla bağlı onu demək olar ki, qeydiyyat rüsumlarında müəyyən artımlar var. Əvvəlki hesablamalar fərqli idi. İndi yeni qaydalar qəbul olunsa, tamam fərqli formada hesablanacaq.

Məsələn, minik avtomobilinin mühərrikinin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikinin həcminin hər kubsantimetrinə görə əvvəl 3 qəpik alınırdısa, indi 5 qəpik olacaq. Yeni avtomobillərə gəlincə, məsələ bir qədər qaranlıqdır. Çünki yeni avtomobillərdə ilinə görə qeydiyyatın qiyməti aşağı düşürdü. İndi hansı formada aparılacağı açıqlanmadı.

Ümumilikdə, artımın avtomobil bazarına fantasik təsiri olacağını zənn etmirəm, amma cüzi də olsa təsir edəcək. Çünki istənilən halda avtomobilin ölkəyə gətirilərkən qeydiyyat rüsumu həm də mühərrikin gücü ilə bağlı hesablanan məsələdir".

Ekspert bildirib ki, həmçinin təkrar qeydiyyat prosesində dövlət nömrə nişanlarının alınmasına görə rüsum da artdığına görə, avtomobil bazarında maşınların qiymətində 200-300 manat bahalaşma baş verə bilər: "Amma bizim bazarı alverçilər idarə etdiyi üçün yuvarlaq qiymət qoyurlar. Məsələn, artımı 1000 manat edirlər. Soruşanda da deyirlər ki, qeydiyyatın qiyməti qalxıb. Qeydiyyatın qiyməti 50 manat qalxıb, sürücülük vəsiqəsinin alqı-satqıya ümumiyyətlə aidiyyəti yoxdur, nömrə də əvvəl 22 manat idi, indi 30 manat olur. Yəni, təxminən 60 manat artım var. Amma alverçi onu elə formada təqdim edir ki, hamı qiymətin bahalaşmasına bunların təsir etdiyini düşünür. Dediyim kimi, artım cüzidir".

Qeyd edək ki, Azərbaycanda minik avtomobilinin mühərrikinin həcminə görə dövlət rüsumlarına dəyişiklik edilməsi təklif olunub. Belə ki, dəyişikliyə əsasən, minik avtomobilinin mühərrikinin həcmi 2000 kubsantimetrədək olduqda - mühərrikinin həcminin hər kubsantimetrinə görə 0,05 manat; 3000 kubsantimetrədək olduqda - 100 manat + mühərrikinin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrinə 0,1 manat; 4000 kubsantimetrədək olduqda - 200 manat + mühərrikinin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,2 manat dövlət rüsumu tutulacaq.


1-11-2021, 20:55 | Mərkəzi Bankın valyuta ehtiyatları 10 faizdən çox artıb

Mərkəzi Bankın valyuta ehtiyatları 10 faizdən çox artıb

2021-ci il noyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 7,041 milyard dollar təşkil edib.

Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz artıb.

Ötən ayla müqayisədə isə valyuta ehtiyatları 0,1 faiz və ya 7,3 milyon dollar artıb.

1-11-2021, 20:40 | Bu postda Rövnəq Abdullayevin yerinə nazir seçildi

Bu postda Rövnəq Abdullayevin yerinə nazir seçildi

Azərbaycan Cüdo Federasiyasının prezidenti postunda Rövnəq Abdullayevi Rəşad Nəbiyev əvəzləyib.

Barədə qərar federasiyanın bu gün keçirilən növbədənkənar komfransında qəbul edilib.

Rəşad Nəbiyev növbəti 4 il ərzində quruma rəhbərlik edəcək.

Trend-

21-10-2021, 12:06 | Azərbaycan neftinin qiyməti 87 dolları ötüb

Azərbaycan neftinin qiyməti 87 dolları ötüb

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,37 ABŞ dolları və ya 0,43% artaraq 87,13 dollar təşkil edib.

10-10-2021, 10:10 | Azərbaycanda bu avtomobillərin qiyməti ucuzlaşıb

Azərbaycanda bu avtomobillərin qiyməti ucuzlaşıb

Azərbaycanda sentyabr ayında mühərrik gücü böyük olan avtomobillərin qiymətində ucuzlaşma müşahidə olunub.

Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Mərkəz tərəfindən aparılan monitorinq nəticəsində müəyyən olunub ki, bazarda qiymətlər iki seqment üzrə dəyişib.

Birinci seqment üzrə ili yeni və mühərrik gücü 2.5 L və daha böyük olan avtomobillərin qiymətində 4 faizə yaxın azalma qeydə alınıb. Səbəb "Aİ-95" markalı benzinin qiymətindəki son artımla əlaqələndirilir.

İkinci seqment üzrə isə Aİ 92 markalı benzin istifadə edən avtomobillərin qiyməti 5 faizə yaxın bahalaşıb. Bütövlükdə, sentyabr ayında avtomobil bazarında 1.2 faiz qiymət artımı müşahidə olunub.

Qeyd edək ki, Azərbaycanda sentyabrın 14-dən "Aİ-95" (Premium) markalı benzinin qiyməti 1.45 manatdan 1.6 manata, "Aİ-98" (Super) isə 1.6 manatdan 1.9 manatadək bahalaşıb.


9-10-2021, 09:50 | Almaniyanın ən böyük elektrik təchizatçısı qiymətlərin artması səbəbindən fəaliyyətini dayandırır

Almaniyanın ən böyük elektrik təchizatçısı qiymətlərin artması səbəbindən fəaliyyətini dayandırır

Almaniyanın ilk böyük elektrik təchizatçısı, daha çox "Meisterstrom" kimi tanınan "Immergruen" şirkəti gözlənilmədən fərqli bölgələrdən olan müştərilərinə xidmətlərin dayandırılması barədə məlumat yayıb.

Trend "Qazeta.ru"ya istinadən xəbər verir ki, bu, enerjinin qiymətinin kəskin artması ilə əlaqələndirilir.

Qeyd edildiyi kimi, şirkət oktyabrın 19-dan etibarən elektrik enerjisini verməyi dayandıracaq, lakin şirkət səbəbini rəsmi olaraq açıqlamır.

Öz növbəsində, şirkət müqayisələr aparan platforma "Verivox"dan istifadəçilərə 6 oktyabrdan "Meisterstrom"a aid elektrik və qaz tariflərinin nəşrində vasitəçiliyi dayandırmağı xahiş edib.

9-10-2021, 09:47 | "KamAZ" Azərbaycanda yeni servis mərkəzləri açacaq

"KamAZ" Azərbaycanda yeni servis mərkəzləri açacaq

Rusiyanın "KamAZ" şirkəti yaxın gələcəkdə Azərbaycanda yeni servis mərkəzlərinin açılmasını və tərəfdaşı "Gəncə Avtomobil Zavodu" müəssisəsinin servis şəbəkəsinin modernləşdirilməsini planlaşdırır.

Bu barədə Trend-ə şirkətin mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, "KamAZ"ın strateji planları sırasına Cəbrayıl şəhəri yaxınlığında servis mərkəzinin tikintisi də daxildir:

"Biz həmçinin "Gəncə Avtomobil Zavodu"nun Bakı və Gəncə şəhərlərində servis şəbəkəsinin modernləşdirilməsini planlaşdırırıq. Bundan başqa, müştərilərimizə yüksək keyfiyyətli və ərazi baxımından əlçatan xidmətlərin təklif olunması üçün yeni servis mərkəzlərinin açılması imkanları nəzərdən keçirilir".

Şirkətdən onu da bildiriblər ki, Azərbaycanın perspektiv kommersiya bazarına çıxış məqsədilə "KamAZ" və Gəncə Avtomobil Zavodu" birgə lizinq şirkəti açacaq.

22-09-2021, 06:21 | Azərbaycanda İran kartofuna məhdudiyyət qoyuldu

Azərbaycanda İran kartofuna məhdudiyyət qoyuldu

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından fiziki şəxs Yalçın Nemət Oqtay oğlu tərəfindən bu il sentyabrın 6 və 10-da idxal edilən ümumi çəkisi 47 min 600 kiloqram, hüquqi şəxs "Salamoğlu-2020" MMC tərəfindən isə sentyabrın 7, 8 və 14-də idxal edilən ümumi çəkisi 70 min 800 kiloqram olan ərzaqlıq kartof məhsul partiyalarına baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Nümunələrin götürülməsi prosesində yük sahibinin və onun səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilib və ekspertiza keçirilənə qədər məhsul partiyasının toxunulmazlığı ilə əlaqədar xəbərdarlıq olunaraq onların bu barədə iltizamı alınıb.

Aparılmış ekspertizanın nəticələrinə əsasən, beş idxal partiyasının hər birində ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilmiş zərərverici - tırtıl mərhələsində kartof güvəsi aşkar edilib.

Karantin tətbiq edilmiş həmin zərərli orqanizmlər ətraf mühitə, ölkənin iqtisadi potensialına təhlükə yaradır. Belə ki, kartof güvəsi kartof məhsuluna ziyan vuraraq onu tez bir zamanda xarab etməklə yanaşı, həmin xəstəliyin ölkə ərazisində yayılmasına və digər təsərrüfatlarda da böyük iqtisadi zərərlərin meydana gəlməsinə səbəb ola bilər. Həmin zərərli orqanizmlər kütləvi yayıldıqda sahədə və ya çardaq altında müvəqqəti saxlanılan kartof məhsulunu 2-3 həftə ərzində tamamilə məhv edir.

Qanunvericiliyə əsasən, hər hansı məhsul partiyasının zərərli orqanizmlərlə sirayətlənməsi müəyyən edildiyi halda həmin məhsul partiyasının məhv edilməsi və ya zərərsizləşdirilməsi zəruridir. Həmçinin müvafiq qanunvericiliyə görə, karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısını almaq və ya məhdudlaşdırmaq üçün lazımi fitosanitar tədbirlərin yerinə yetirilməsi hüquqi və fiziki şəxslərin fitosanitar nəzarəti sahəsində başlıca vəzifə və öhdəliklərindəndir. Lakin ekspertizanın nəticələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçirilməsi üçün yüklərin saxlanıldığı anbarlara təkrar baxış zamanı yük sahibinin səlahiyyətli nümayəndəsindən iltizamnamənin alınmasına baxmayaraq, yük partiyalarının satıldığı faktı aşkar olunub və bununla da yazılı tələblərin yerinə yetirilmədiyi müəyyən edilib.

Faktla əlaqədar qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülməsinə başlanılıb.


20-09-2021, 09:06 | Bu gündən SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı başlayır - Diqqət!

Bu gündən SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı başlayır - Diqqət!

Bu gündən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni istiqrazlarına abunə yazılışı başlayır.

“Report” xəbər verir ki, proses oktyabrın 29-na qədər davam edəcək.

Qiymətli kağızları həm ölkə vətəndaşları, həm də Azərbaycanda qeydiyyatdan keçmiş yerli və xarici hüquqi şəxslər ala bilər. Satışlarda üstünlük ilk növbədə fiziki şəxslərə veriləcək (xarici fiziki və hüquqi şəxslər də təkrar bazarda istiqraz sahiblərindən satın ala biləcəklər).

SOCAR istiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərində yaradılmış köşkləndən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək əldə etmək mümkündür. Proses "Plato Capital and Co. İnvestisiya Şirkəti" ASC istisna olmaqla bütün investisiya şirkətlərini əhatə edəcək.

Bu, SOCAR-ın ölkə daxilində 2-ci istiqraz emissiyasıdır. Belə ki, şirkət ilk dəfə 2016-cı ildə dövriyyəyə hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min ədəd istiqraz (100 milyon dollarlıq) buraxıb. Qiymətli kağızlar kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC-də yerləşdirilib. 5 il müddətinə buraxılmış və gələn ay tədavül müddəti başa çatan istiqrazların illik gəlirliliyi 5%-dir. Faizlər rüblük ödənilir.

Bu dəfəki istiqraz emissiyası da eyni şərtlərlə həyata keçiriləcək. Sadəcə istiqrazların illik gəlirliliyi 0,5 faiz bəndi az - 4,5 % təşkil edəcək.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.