21-11-2023, 06:38 | Market və apteklərdə qiymətlər ucuzlaşa bilər – Tariflər azaldılıb

Market və apteklərdə qiymətlər ucuzlaşa bilər – Tariflər azaldılıb


Mərkəzi Bank tərəfindən bir sıra "interchange" tariflər üzrə yuxarı hədlərin müəyyənləşməsi sahibkarların xərclərinin azaldılması məqsədi daşıyır.

Bu barədə Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, eyni zamanda burada əsas məqsədlərdən biri də, banklar tərəfindən təklif edilən xidmətlər üzrə xərclərin azaldılması və buna uyğun olaraq əlçatanlığın genişləndirilməsindən ibarətdir.


"Ona görə də hesab edirəm ki, bu istiqamətdə tariflərin azaldılması, eyni zamanda həmin sahibkarların, ərzaq və dərman satan obyektlərin xərclərinin azalmasına gətirib çıxaracaq. Gözləntilər ondan ibarətdir ki, xərclərin azalması həmin məhsulların daha ucuz qiymətə təklif edilməsinə səbəb ola bilər", - deyə o, qeyd edib.

Qeyd edək ki, AMB interchange tariflərinin yuxarı-orta həddini müəyyən edib. Bu hədd orta hesabla 36 % azaldılıb. Xüsusilə bu hədd həssas xidmət növləri olan ərzaq mağazaları, apteklər üzrə qəbul edilən ödənişlər üzrə 33 %, yanacaq doldurma məntəqələrində 55 %, digər proqramlar üzrə isə 22 % azaldılıb.


19-10-2023, 12:50 | Ələt Azad İqtisadi Zonasında şirkətlərin fəaliyyət göstərməsi üçün şərtlər açıqlandı

Ələt Azad İqtisadi Zonasında şirkətlərin fəaliyyət göstərməsi üçün şərtlər açıqlandı




Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərməsi üçün şirkətlərə müəyyən tələblər qoyulub.

Respublica.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib.

O qeyd edib ki, şirkətlər ixrac üçün yüksək əlavə dəyərli məhsullar istehsal etməlidir. Eyni zamanda, istehsal məhsullarının 75 faizi xarici bazarlara çıxarılmalıdır. V.Ələsgərov əlavə edib ki, ən əsas tələblərdən biri də məhsulların beynəlxalq standartlara cavab verməsinin təmin olunmasıdır.

Qeyd edək ki, bu gün Bakı Ekspo Mərkəzində 3-cü Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - "Rebuild Karabakh", 28-ci Azərbaycan Beynəlxalq İnşaat - "BakuBuild" və 15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu - "Aquatherm Baku" sərgilərini birləşdirən Xəzər İnşaat Həftəsi işə başlayır. Oktyabrın 19-dan 21-dək keçiriləcək sərgidə 23 ölkədən 391 şirkət iştirak edir. Bu isə ötən illə müqayisədə 20 faiz artım deməkdir.

Sərgilərdə Azərbaycan, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çexiya, Çin, Fransa, Böyük Britaniya, Niderland, Finlandiya, İspaniya, İtaliya, Qazaxıstan, Macarıstan, Özbəkistan, Rusiya Federasiyası, Sloveniya, Türkiyə, İran, Hindistan və digər ölkələrdən olan şirkətlər yer alır. Almaniya, Macarıstan, Özbəkistan və Rusiya milli və regional stendlərlə təmsil olunurlar.

Respublica.Az


15-10-2023, 06:31 | Bakıda böyük söküntü olacaq rayonların adları açıqlandı

Bakıda böyük söküntü olacaq rayonların adları açıqlandı


Qəzalı vəziyyətdə olan binaların söküntüsü əsasən Bakı şəhərinin mərkəzi rayonlarını əhatə edəcək.

Bunu əmlak eksperti Elnur Fərzəliyev Xəzər xəbər-ə deyib.

Onun sözlərinə görə, indiyə qədər Bakının müxtəlif ərazilərində istismar müddətini başa vurmuş bir neçə bina sökülüb, amma bəzi yerlərdə çox sayda belə bina qalmaqdadır.

Elnur Fərzəliyev açıqlayıb ki, ən çox qəzalı vəziyyətdə olan bina Nəsimi, Nərimanov, Yasamal və Səbail rayonlarındadır.

Əmlak eksperti Ramil Osmanlı isə bildirib ki, nəninki mərkəzi hissələrdə, paytaxtın digər ərazilərində də onlarla qəzalı vəziyyətdə olan bina var.

Ekspertin sözlərinə görə, Bakıda 1970-ci ildən əvvəl tikilmiş yaşayış binaları var ki, onlar ipoteka üçün də yararsız hesab olunur.

O əlavə edib ki, qəzalı vəziyyətdə olan binalar çox olduğuna görə onların söküntüsü mərhələli şəkildə həyata keçirilə bilər.


15-10-2023, 06:28 | Gələn il üçün dövlət büdcəsinin gəlir və xərcləri açıqlandı

Gələn il üçün dövlət büdcəsinin gəlir və xərcləri açıqlandı


Gələn il üçün dövlət büdcəsinin gəlir və xərcləri məlum olub.

Bu, "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində proqnozlaşdırılır.


13-10-2023, 10:07 | Bu tələbləri pozanlar 10 min manatadək cərimə ediləcək

Bu tələbləri pozanlar 10 min manatadək cərimə ediləcək


Xarici elektron pul təşkilatının yerli filialı tərəfindən pul vəsaitlərinin təhlükəsizliyinə dair tələbləri pozanlar 10 min manatadək cərimə ediləcək.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 439-2-ci maddə (Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericiliyin pozulması) əlavə edilir.

Dəyişikliklə elektron pul təşkilatı, o cümlədən xarici elektron pul təşkilatının yerli filialı tərəfindən pul vəsaitlərinin təhlükəsizliyinə dair qanunla müəyyən olunmuş tələblərin pozulmasına görə vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək miqdarda, hüquqi şəxslər 7 000 manatdan 10 000 manatadək məbləğdə cərimə olunacaq.


5-11-2022, 13:33 | Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir



ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, "Brent" neftinin ixracına dair 2023-cü ilin yanvar müqaviləsinin dəyəri 4,31% artaraq, 1 barelə görə 98,75 dollar təşkil edib.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 5,02% artaraq, 92,6 dollara yüksəlib.

26-08-2022, 11:16 | Neftimiz bahalaşır

Neftimiz bahalaşır


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 25-də 102,58 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,06 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 100,58 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,68 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 78,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 0,96 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 100,04 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,15 dollar/barel çoxdur.

27-06-2022, 11:25 | Dünya bazarında neft neçəyədir?

Dünya bazarında neft neçəyədir?


ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin avqust müqaviləsinin dəyəri 0,19% artaraq 1 barelə görə, 113,34 dollar təşkil edib.

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında bu ilin avqustunda ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti 0,09% artaraq 107,72 dollara bərabər olub.


23-06-2022, 14:35 | Ərzaq qiymətlərinin süni artımının qarşısı alnacaq - Nazir

Ərzaq qiymətlərinin süni artımının qarşısı alnacaq - Nazir


Azərbaycanda ərzaq qiymətlərinin süni artımının qarşısının alınması üzrə tədbirlər görülür.

Trend-ə istinadən bildirir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.

"Müvafiq dövlət orqanlarına bu məsələnin həlli üçün tapşırıqlar verilib", - nazir deyib.

Onun sözlərinə görə, sahibkarlarla da müvafiq işlər aparılır.

"Sahibkarların öz məsuliyyətlərini başa düşməsi, vəziyyətdən sui-istifadə etməməsi lazımdır", - S.Şərifov bildirib.

28-12-2021, 09:41 | Manatın məzənnəsi

Manatın məzənnəsi


Azərbaycan Mərkəzi Bankı 28 dekabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1.9256 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.1461 manat, 1 Rusiya rublu 0.0231, 100 İran rialı 0.0040 manat, 1 Gürcüstan larisi 0.5523 manatdır.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.