29-12-2020, 10:20 | Dekabrın 29-da xarici valyutaların manata qarşı məzənnələri

Dekabrın 29-da xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 29 dekabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan milli.az-a verilən məlumata görə, dekabrın 29-da olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 2.0805 manat təşkil edir. 1 türk lirəsi 0.2282 manat, 1 rus rublu 0.0230, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi 0.5202 manatdır.

28-12-2020, 11:40 | 2021-ci ildə yaşayış minimumunun məbləği ikinci oxunuşda təsdiq edildi

2021-ci ildə yaşayış minimumunun məbləği ikinci oxunuşda təsdiq edildi

Azərbaycanda 2021-ci ildə yaşayış minimumunun məbləği təsdiq edilib.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun layihəsində əksini tapıb.

2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196,0 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207,0 manat, pensiyaçılar üçün 162,0 manat, uşaqlar üçün 175,0 manat məbləğində proqnozlaşdırılır ki, bu da 2020-ci illə müqayisədə müvafiq olaraq orta hesabla 6,0 manat və ya 3,1 faiz çoxdur.

Bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

28-12-2020, 11:34 | İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi təsdiq edilib

İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi təsdiq edilib



İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi təsdiq edilib.

Trend bildirir ki, bu ba rədə məsələ parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsinin gəlirləri 157 769 146,0 manat, xərcləri 157 769 146,0 manat məbləğində təklif edilib.

Təklif səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

28-12-2020, 10:11 | Manatın məzənnəsi


Manatın məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 28 dekabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan milli.az-a verilən məlumata görə, dekabrın 25-də olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 2.0763 manat təşkil edir. 1 türk lirəsi 0.2246 manat, 1 rus rublu 0.0229, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi 0.5196 manatdır.

25-12-2020, 16:31 | 2021-ci ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi

2021-ci ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi

2021-ci ilin dövlət büdcəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında birinci oxunuşda qəbul edilib.

Milli Məclisə təqdim olunan layihədə 2021-ci il icmal büdcəsinin gəlirləri 23828,1 milyon manat proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 1 465,1 milyon manat və yaxud 6,6 % çoxdur.

İcmal büdcənin xərcləri 31 163,4 milyon manat olacaq ki, bu da 2020-ci illə müqayisədə 855,1 milyon manat və yaxud 2,8 % çoxdur.

2021-ci ilin icmal büdcəsinin kəsiri 7 335,3 milyon manat təşkil etməklə 2020-ci illə müqayisədə 610,1 milyon manat və yaxud 7,7 % azdır. Kəsir proqnozlaşdırılan ÜDM-in 9,7 %-nə bərabər olacaq ki, bu da 2020-ci illə müqayisədə 1,4 faiz-bənd azdır.

25-12-2020, 10:46 | Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,08 ABŞ dolları və ya 2,07% azalaraq 50,97 dollar təşkil edib.

25-12-2020, 10:29 | Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin mart müqaviləsinin dəyəri 0,25% artaraq 1 barelə görə 51,37 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,37% artaraq 48,3 dollar təşkil edib.

24-12-2020, 12:52 | Azad edilmiş ərazilər iqtisadiyyatımızın inkişafına böyük töhfə verəcək - Nazir


Azad edilmiş ərazilər iqtisadiyyatımızın inkişafına böyük töhfə verəcək - Nazir

Dünya Bankı 2021-ci ildə Azərbaycan iqtisadiyyatının 1.9 faiz artması proqnozlaşdırılıb. Beynəlxalq təşkilatların isə proqnozlarına əsasən, Azərbaycan iqtisadiyyatı növbəti il 2 faiz artacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zaman deyib.

M.Cabbarov bildirib ki, İqtisadiyyat Nazirliyi daha nikbin proqnozlarla çıxış edir. Nazir bildirib ki, pandemiya səbəbindən hazırda proqnozlar qeyri-müəyyənlik şəraitində aparılır: "Lakin biz daha nikbinik və nikbinliyimiz Qarabağa böyük qayıdış və həmin ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiya edilməsi ilə bağlıdır. Həmin ərazilər iqtisadiyyatımızın inkişafına böyük töhfə verəcək".

16-12-2020, 06:38 | Hyundai Motors Boston Dynamics şirkətini 1 milyard dollara yaxın qiymətə alıb


Hyundai Motors Boston Dynamics şirkətini 1 milyard dollara yaxın qiymətə alıb


Hyundai Motors şirkəti robot istehsalı ilə məşğul olan Boston Dynamics şirkətini alıb. Hər iki şirkət arasındakı müqavilə demək olar yekunlaşma mərhələsindədir. Analitiklərin sözlərinə əsasən sözügedən müqavilənin dəyəri 1 milyard dollara yaxındır. Bu barədə 4pda saytı xəbər verib. 2017-ci ildə Yaponiyanın Softbank holdinqi Boston Dynamics şirkətini Alphabet holdinqindən almışdı. Lakin yaxın zamanda müxtəlif növ robot istehsalı ilə məşğul olan bu şirkətin sahibi Hyundai Motos olacaq.

Əsasən Spotmini adlı 4 ayaqlı robotu yaratmaqla məşhurluq qazanmış Boston Dynamics-in qiyməti 921 milyon dollar dəyərində qiymətləndirilib. Bu məbləğin yarısını Hyundai Motors şirkəti digər yarısını isə onun daxilində fəaliyyət göstərən müəyyən şöbələr ödəyəcəklər. Hyundai şirkətinin hal hazırki direktorlar şurasının fikrincə robototexnika sahəsi ən perspektivli sahələrdən biridir və onu gələcək üçün inkişaf etdirməkdə fayda var. Qeyd etmək lazımdır ki, Boston Dynamics şirkətinin kataloquna bir neçə növ robot daxildir. Onların arasında insana bənzər Atlas robotu, 4 ayaqlı Spotmini robotu və hətta quşu xatırladan robot da var.(milli.az)

11-12-2020, 05:24 | Azərbaycanda bu xidmətlərin qiyməti bahalaşıb


Azərbaycanda bu xidmətlərin qiyməti bahalaşıb


Ötən ay ərzində Azərbaycanda əhaliyə göstərilən bir sıra xidmətlərin qiymətində bahlaşma müşahidə olunub.

Cari ilin noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı xidmət növlərindən daha çox bahalaşma dişlərin müaliсəsi, minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi, bərbərxana və kosmetoloji xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur.

Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.