24-12-2021, 05:41 | Türkiyə səfirliyi Prezident İlham Əliyevi təbrik edib

Türkiyə səfirliyi Prezident İlham Əliyevi təbrik edib


Türkiyənin Azərbaycandakı Səfirliyi rəsmi "Twitter" səhifəsində Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Trend-ə istinadən bildirir ki, paylaşımda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirik. Cənab Prezidentə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, fəaliyyətlərində uğurlar arzulayırıq".




23-12-2021, 20:59 | AZTV Prezident İlham Əliyevin fəaliyyəti haqqında - VİDEO

AZTV Prezident İlham Əliyevin fəaliyyəti haqqında - VİDEO

Azərbaycan Televiziyası Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi münasibətilə maraqlı videoçarx hazırlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, videoçarxda müxtəlif peşə sahibləri iş başında görüntülənib.

Qeyd edək ki, həmin şəxslər öz işinin peşəkarı olan real şəxslərdir.

Sonda isə ən çətin vəzifənin ən layiqli sahibi kimi Prezident, Ali Baş Komandan İlham Əliyevin gərgin və əvəzsiz xidməti qeyd olunur: "Onun işi daha çətindir. Çünki xalqın və dövlətin taleyi onun əllərindədir. Ən çətin vəzifənin ən layiqli sahibi: İlham Əliyev".


15-12-2021, 07:41 | Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək

Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək


Dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib.

Trend-ə istinadən bildirir ki, konstruktiv mühitdə keçən görüşdə bir sıra önəmli məsələlər müzakirə olunub.

Görüşdə kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Bildirilib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcəkdir. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib.

15-12-2021, 07:38 | Yens Stoltenberq: NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyir

Yens Stoltenberq: NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyir


İlk növbədə biz qarşıdurmanın bitməsi və hərbi əməliyyatların dayandırlması imkanının əldə edilməsini alqışlayırıq. İkincisi, biz qəti şəkildə inanırıq ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırlmasını davam etdirmək vacibdir.

AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq Alyansın mənzil-qərargahında Prezident İlham Əliyev ilə birgə keçirilən mətbuat konfransında söyləyib.

"NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və dialoqun qurulması səylərini dəstəkləyir. Bugünkü görüşümüzdə Prezident və mən bu məsələləri ətraflı müzakirə etdik və mən bu gün üçtərəfli görüşün keçirilməsini də alqışlayıram. Bu, onu nümayiş etdirir ki, dialoq davam edir, münasibətlərin normallaşdırılması düzgün məcrada gedir. Əsas məsələ zorakılığın yenidən alovlanmasına rəvac verə biləcək addımlardan çəkinmək və qalan məsələləri diplomatik yollarla həll etməkdir", - deyə Yens Stoltenberq əlavə edib.

Baş katib vurğulayıb ki, NATO diplomatik səyləri, üçtərəfli səyləri dəstəkləyir və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərini də güclü şəkildə dəstəkləyir.

15-12-2021, 07:35 | Azərbaycan Prezidenti: Regional nəqliyyat əlaqələrinin inteqrasiyası region üçün böyük imkandır

Azərbaycan Prezidenti: Regional nəqliyyat əlaqələrinin inteqrasiyası region üçün böyük imkandır


Regional nəqliyyat əlaqələrinin inteqrasiyası həqiqətən də region üçün böyük imkandır. Çünki Zəngəzur dəhlizi təkcə bizim Naxçıvan Muxtar Respublikasına çıxış əldə etməyimiz üçün deyil, həm də Ermənistanın Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi üçündür.

AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev NATO-nun mənzil-qərargahında Alyansın Baş katibi Yens Stoltenberq ilə birgə keçirilən mətbuat konfransında deyib.

"Bununla, həmçinin Ermənistan da Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi əldə edir. Ermənistan Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu əlaqəsi əldə edir. Bu gün onların belə bir dəmir yolu əlaqəsi yoxdur. Bu, regionda həqiqətən müsbət ab-hava yarada bilər və bu, hər kəsin xeyrinə olacaqdır. Hesab edirəm ki, bu imkanların düzgün dəyərləndirilməsi dinc gələcəyimizin planlaşdırılması baxımından olduqca vacibdir", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

15-12-2021, 07:33 | Azərbaycan Prezidenti: Regional nəqliyyat əlaqələrinin inteqrasiyası region üçün böyük imkandır

Azərbaycan Prezidenti: Regional nəqliyyat əlaqələrinin inteqrasiyası region üçün böyük imkandır


Regional nəqliyyat əlaqələrinin inteqrasiyası həqiqətən də region üçün böyük imkandır. Çünki Zəngəzur dəhlizi təkcə bizim Naxçıvan Muxtar Respublikasına çıxış əldə etməyimiz üçün deyil, həm də Ermənistanın Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi üçündür.

AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev NATO-nun mənzil-qərargahında Alyansın Baş katibi Yens Stoltenberq ilə birgə keçirilən mətbuat konfransında deyib.

"Bununla, həmçinin Ermənistan da Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi əldə edir. Ermənistan Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu əlaqəsi əldə edir. Bu gün onların belə bir dəmir yolu əlaqəsi yoxdur. Bu, regionda həqiqətən müsbət ab-hava yarada bilər və bu, hər kəsin xeyrinə olacaqdır. Hesab edirəm ki, bu imkanların düzgün dəyərləndirilməsi dinc gələcəyimizin planlaşdırılması baxımından olduqca vacibdir", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

15-12-2021, 07:32 | Prezident İlham Əliyev: Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübuta yetirib

Prezident İlham Əliyev: Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübuta yetirib


Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübuta yetirib. Biz Əfqanıstandakı sülhməramlı missiyamıza 2002-ci ildə başladıq və bu il avqustun sonunda onu bitirdik.

AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev NATO-nun mənzil-qərargahında keçirilən mətbuat konfransında bildirib.

Azərbaycan hərbiçilərinin Əfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələrinin hərbçiləri arasında olduğunu qeyd edən Azərbaycan Prezidenti deyib: "Əlbəttə ki, bu birlikdə işləməyin böyük bir təcrübəsidir. Bu gün biz, həmçinin əməkdaşlıqla bağlı gələcək planlarımızı müzakirə etdik. Azərbaycan NATO-nun hərbi təlimlərində iştirak edir. Eyni zamanda, biz NATO-nun hazırkı və aparıcı üzvlərindən biri olan Türkiyə ilə yalnız bu il yeddi birgə hərbi təlim keçirmişik. Bu da regionda sülh və sabitlik işinə xidmət edir".

15-12-2021, 07:30 | Azərbaycan Prezidenti: Biz NATO ilə yüksəksəviyyəli qarşılıqlı fəaliyyətdə olmaqdan çox şadıq

Azərbaycan Prezidenti: Biz NATO ilə yüksəksəviyyəli qarşılıqlı fəaliyyətdə olmaqdan çox şadıq


Biz, həmçinin cənab Baş katiblə regionda enerji təhlükəsizliyi məsələlərini müzakirə etdik. Mən cənab Baş katibə məlumat verdim ki, bu gün Azərbaycan NATO-ya üzv dörd ölkənin etibarlı təbii qaz təchizatçısıdır. Əminəm ki, qarşıdakı illərdə onların sayı arta bilər.

AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev NATO-nun mənzil-qərargahında Alyansın Baş katibi Yens Stoltenberq ilə birgə keçirilən mətbuat konfransında bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, enerji sahəsindəki əməkdaşlığın regional sabitlik, təhlükəsizlik üçün də mühüm əhəmiyyəti var. Çünki enerji təhlükəsizliyi artıq ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir.

"Ümumilikdə biz NATO ilə yüksəksəviyyəli qarşılıqlı fəaliyyətdə olmaqdan çox şadıq. Biz çox şadıq ki, NATO bizim səylərimizi qiymətləndirir və bu gün biz regionun xeyrinə və dünyada təhlükəsizlik üçün birgə səyləri davam etdirməklə bağlı razılığa gəldik", - deyə Prezident İlham Əliyev vurğulayıb.

15-12-2021, 07:23 | İlham Əliyev: “NATO-nun 20-yə yaxın ölkəsi Azərbaycandan neft idxal edir”

İlham Əliyev: “NATO-nun 20-yə yaxın ölkəsi Azərbaycandan neft idxal edir”


"NATO-nun 20-yə yaxın ölkəsi Azərbaycandan neft idxal edir" .

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belçika Krallığının paytaxtı Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı həmçinin Alyansın 4 ölkəsinin, o cümlədən Türkiyənin Azərbaycandan qaz idxal etdiyini və gələcəkdə bu coğrafiyanın genişləndirilməsi imkanlarının olduğunu diqqətə çatdırıb.

Azərbaycanın enerji təchizatı sahəsində etibarlı tərəfdaş olduğu, alternativ mənbə və alternativ xətt üzrə Avropanın enerji təhlükəsizliyinə töhfəsini verdiyi qeyd edilib.

Prezident İlham Əliyev Azərbaycanın regionda oynadığı rol, xüsusilə Vətən müharibəsinin başa çatmasından sonra bölgədə yaranmış yeni geosiyasi vəziyyət, Azərbaycanın Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazır olması, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə hazırlıq kimi məsələlər haqqında ətraflı məlumat verib.


15-12-2021, 07:21 | NATO-ya üzv dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyiblər

NATO-ya üzv dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyiblər


Belçika Krallığının paytaxtı Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

İclasda NATO-ya üzv dövlətlər tərəfindən ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına bir daha dəstək ifadə olunub. Bu mövqenin NATO-nun Sammit sənədlərində də dəfələrlə təsbit olunduğu qeyd edilib. NATO-ya üzv dövlətlər tərəfindən Azərbaycanın "Qətiyyətli dəstək" missiyasındakı rolu xüsusi vurğulanıb. Azərbaycan hərbçilərinin Kabul hava limanı vasitəsilə 120 mindən çox mülki şəxsin təxliyəsində oynadığı rol NATO rəsmiləri tərəfindən xüsusi qeyd edilib. Azərbaycanın 2002-ci ildən 2021-ci il avqustun 27-dək bu əməliyyatda iştirak etdiyi və Əfqanıstanı ən son tərk edən ölkələrdən biri olduğu bildirilib.

İclasda, həmçinin Azərbaycan və NATO silahlı qüvvələri arasında operativ hərbi uzlaşma məsələsinin artırılması da qeyd olunub.

Tədbir çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və üzv dövlətlərin nümayəndələri tərəfindən verilən suallar cavablandırılıb.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.