7-11-2021, 21:22 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəfər yolunun açılışında iştirak ediblər - FOTO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəfər yolunun açılışında iştirak ediblər - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərinə səfərə gəliblər.

AZƏRTAC bildirir ki, dövlətimizin başçısı və birinci xanım əvvəlcə Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak ediblər.

Prezident İlham Əliyev Zəfər yolu lövhəsinin üzərindən ağ örtüyü götürdü.

Zəfər yolunun tikintisinin qısa vaxtda həyata keçirilməsi Azərbaycan xalqının qazandığı parlaq Qələbənin simvoludur. Ali mühəndislik düşüncəsinin, yüksək texnoloji imkanların istifadə olunduğu bu layihə ilin bütün fəsillərində çətin relyef şəraitində, keçilməz dağ yolları yarılaraq həyata keçirilib. Belə bir qısa vaxtda icra olunan və dünyada analoqu olmayan layihə Azərbaycan dövlətinin gücünü, onun malik olduğu potensialı və ən əsası Prezident İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərdi. Şanlı Ordumuzun ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən "Zəfər yolu" adlandırılan avtomobil yolunun inşası dövlətimizin başçısının daimi nəzarəti altında icra olunub.

Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən 101 kilometrlik Zəfər yolu Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən Zəfər yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla bu rayonların onlarla yaşayış məntəqəsini əhatə edir. Bu layihə həm də ona görə müstəsna əhəmiyyət daşıyır ki, o, ilk növbədə, öz doğma yurdlarına qayıdacaq insanların rahatlığının təmin olunmasına, onlar üçün yüksək səviyyəli həyat və yaşayış standartının yaradılmasına xidmət edir.

Düz bir il bundan öncə Azərbaycan xalqı, dövləti və Ordusu elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 illik işğala cəmi 44 gündə son qoydu. Tariximizdə yeni səhifə yazıldı. Şanlı Ordumuz yağı düşmənin üstümüzə atdığı ləkəni təmizlədi, biz qamətimizi düzəltdik, illərlə həsrətində olduğumuz torpaqlarımıza qovuşduq. Biz heç nəyi unutmadıq, unutmadıqca da möhkəmləndik, gücləndik və nəhayət, dünyanın illərdir göz yumduğu ədalətsizliyi özümüz təkbaşına aradan qaldırdıq. Prezident İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti ilə qəhrəman Ordumuzun Vətən müharibəsində qazandığı Qələbə Azərbaycan xalqının Zəfər məramına, milli kimlik mücadiləsinə, torpaq və Vətən sevgisinə şahidlik etdi.







7-11-2021, 20:59 | Şuşa Radio-Televiziya Yayım Stansiyası tikiləcək - SƏRƏNCAM

Şuşa Radio-Televiziya Yayım Stansiyası tikiləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa Radio-Televiziya Yayım Stansiyasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

AZƏRTAC bildirir ki, sərəncamda deyilir:

1. Şuşa Radio-Televiziya Yayım Stansiyasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ilkin olaraq 200,0 (iki yüz) min manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


7-11-2021, 20:55 | Prezident İlham Əliyev Şuşa Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Şuşa Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Şuşa Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

AZƏRTAC bildirir ki, sərəncamda deyilir:

Şuşa rayonunda 90 çarpayılıq mərkəzi xəstəxananın layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılsın.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


7-11-2021, 20:49 | Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva VIII Qlobal Bakı Forumunun iştirakçıları ilə görüşüb

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva VIII Qlobal Bakı Forumunun iştirakçıları ilə görüşüb


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərinə səfərə gəliblər.

AZƏRTAC bildirir ki, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva VIII Qlobal Bakı Forumunun iştirakçıları ilə görüşüb, söhbət edib və Cıdır düzündə olublar.

Xəbər yenilənəcək


7-11-2021, 20:33 | Daşaltıda məscidin, Şuşa Radio-Televiziya yayım qülləsinin, şəhər xəstəxanasının təməli qoyulub

Daşaltıda məscidin, Şuşa Radio-Televiziya yayım qülləsinin, şəhər xəstəxanasının təməli qoyulub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşaltı kəndində məscidin, Şuşa Radio-Televiziya yayım qülləsinin, Şuşa şəhər xəstəxanasının təməllərini qoyublar.

AZƏRTAC bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərinə səfərə gəliblər.

Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak ediblər.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər Ağa məscidində və Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış olublar.

Sonra dövlətimizin başçısı və birinci xanım VIII Qlobal Bakı Forumunun iştirakçıları ilə görüşüb, söhbət edib və Cıdır düzündə olublar.


7-11-2021, 20:30 | Füzulidə Zəfər yolunun açılışı olub - FOTO

Füzulidə Zəfər yolunun açılışı olub - FOTO

Füzuli rayonunda Zəfər yolunun açılışı olub.

AZƏRTAC bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərinə səfərə gəliblər.

Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak ediblər.









7-11-2021, 20:24 | İlham Əliyev və Mehriban Əliyeva Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olublar

İlham Əliyev və Mehriban Əliyeva Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olublar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər Ağa məscidində və Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış olublar.

AZƏRTAC bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərinə səfərə gəliblər.


7-11-2021, 20:21 | Kreml üçtərəfli görüşün keçiriləcəyini təsdiqlədi

Kreml üçtərəfli görüşün keçiriləcəyini təsdiqlədi

Rəsmi Kreml gələn həftə Rusiya, Azərbaycan və Ermənistan liderləri - Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın üçtərəfli görüşünün keçirilməsi planını təsdiqləyib.

Milli.Az "İnterfaks"a istinadən bildirir ki, Rusiya Federasiysının Prezidentinin mətbuat katibi Dmitri Peskov "İnterfaks"a açıqlamasında deyib: "Bəli, həqiqətən də, belə bir görüş hazırlanır və bu görüş videokonfrans formatında olacaq".

Rusiyanın "Rossiya-1" telekanalı da ötən ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinin gerçəkləşdirilməsi prosesinin də müzakirə ediləcək üçtərəfli görüşün keçiriləcəyini təsdiqləyən məlumat yayıb.

7-11-2021, 20:16 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərinə səfərə gəliblər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərinə səfərə gəliblər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərinə səfərə gəliblər.

AZƏRTAC bildirir ki, dövlətimizin başçısı və birinci xanım əvvəlcə Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak ediblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşaltı kəndində məscidin, Şuşa Radio-Televiziya yayım qülləsinin, Şuşa şəhər xəstəxanasının təməllərini qoyublar.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər Ağa məscidində və Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış olublar.

Sonra dövlətimizin başçısı və birinci xanım VIII Qlobal Bakı Forumunun iştirakçıları ilə görüşüb, söhbət edib və Cıdır düzündə olublar.


7-11-2021, 08:49 | 44 günlük Vətən müharibəsinin xronikası: 7 noyabr

44 günlük Vətən müharibəsinin xronikası: 7 noyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Vətən müharibəsinin xronikasını təqdim edir.

- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Xocalının iki kəndinin işğaldan azad etməsi ilə bağlı paylaşım edib.

- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarının bir neçə kəndini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.

- Düşmənin D-30 artilleriya divizionunun 3-cü batareyasının topları darmadağın edilib. Düşmənin texnikası və canlı qüvvəsi məhv edilib.

- Düşmənin xüsusi təyinatlı hərbi hissəsinin şəxsi heyəti mühasirəyə alınaraq məhv edilib.

- Düşmən Tərtər və Ağcabədini artilleriya atəşinə tutub. Düşmən Ağdamın kəndlərini atəşə tutub.

- Ermənistanın Bərdəyə raket atəşi nəticəsində 16 yaşlı yeniyetmə həlak olub.

- Cəbrayıl rayonunun işğaldan azad olunan kəndlərinin növbəti videogörüntüsü yayılıb.

- Cəbhənin Ağdam istiqamətində düşmən itki verib. Düşmənin növbəti hərbi kolonu məhv edilib.


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.