10-05-2024, 08:19 | PA rəhbəri: Laçın, Füzuliyə, Zəngilan, Ağdərəyə 1 727 keçmiş məcburi köçkün ailəsi qayıdıb

PA rəhbəri: Laçın, Füzuliyə, Zəngilan, Ağdərəyə 1 727 keçmiş məcburi köçkün ailəsi qayıdıb


2022-ci il iyulun 19-dan bu günədək Laçın və Füzuli şəhərlərinə, Zəngilan rayonunun Ağalı, Ağdərə rayonunun Talış, Laçın rayonunun Zabux kəndlərinə ümumilikdə 1 727 keçmiş məcburi köçkün ailəsinin (6 754 nəfər) qayıdışı baş tutmuşdur.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev AZƏRTAC-dakı məqaləsində bildirib.

S.Nuriyev qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə hazırda böyükmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, insanlar doğma yurd-yuvalarına dönürlər: "Azərbaycan dövlətinin heç bir kənar yardım olmadan, öz gücünə gördüyü işlərin miqyası həqiqətən də heyrət doğurmaya bilməz. Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasına şəxsən nəzarət edir, dövlətimizin başçısının tapşırıqları və dəyərli tövsiyələri işlərin tam və məsuliyyətlə icrasına etibarlı zəmin yaradır. 2020-2023-cü illərdə cənab Prezident işğaldan azad edilmiş ərazilərdə 400-ə yaxın tədbirdə iştirak etmiş, o cümlədən 8 şəhər, 32 kənd və qəsəbə olmaqla, 120 layihənin təməlini qoymuş, müxtəlif təyinatlı 71 tikinti obyektinin açılışını etmişdir".

Yaşayış məntəqələrinin salınması ilə yanaşı, bölgədə geniş bərpa-quruculuq işləri aparılır: "Orta ümumtəhsil məktəbləri, körpələr evi-uşaq bağçaları, xəstəxanalar, mədəniyyət və turizm obyektləri kimi sosial təyinatlı obyektlərin bərpası və yenidən qurulması ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. İnfrastruktur layihələri sırasında Füzuli və Zəngilan şəhərlərində beynəlxalq hava limanları istismara verilmiş, Laçın rayonunda hava limanının tikintisi davam etdirilir. Həmçinin avtomobil yolları, tunellər, körpülər, dəmir yolları, magistral qaz xətləri tikilir, su elektrik stansiyaları və yarımstansiyalar, su anbarları inşa edilir".



10-05-2024, 07:05 | Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür - VİDEO

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür - VİDEO


Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsinə daxil olmuş, lakin İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar təhsili yarımçıq qalmışdır.

Heydər Əliyev 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında şöbə müdiri və Xalq Komissarları Sovetində məsul vəzifələrdə çalışmış, 1944-cü ildən isə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədr müavini, 1967-ci ildən sədri vəzifələrində işləmiş və general-mayor rütbəsinə yüksəlmişdir.

Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur.

1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etmişdir.

Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olmuş və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışmışdır.

1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermişdir.

Heydər Əliyev 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. SSRİ rəhbərliyinin ikiüzlü siyasəti nəticəsində Dağlıq Qarabağda yaranan kəskin münaqişə vəziyyətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Məclisinin sədr müavini vəzifələrində çalışmışdır. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.

1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi nəticəsində ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və Azərbaycanın o dövrkü rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etməli oldu.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilmiş, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır.

Heydər Əliyev 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

1998-ci il oktyabrın 11-də keçirilmiş seçkilərdə o, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Öz namizədliyinin növbəti prezident seçkilərində irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə bağlı 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə iştirakdan imtina etmişdir.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur.

Artıq Azərbaycanın müstəqillik tarixində Ulu öndər Heydər Əliyevin əziz xatirəsi ölkəmizin ərazi bütövlüyü şəraitində anılır. Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı qələbəsi məhz Ümummilli Lider Heydər Əliyevin ölkəyə yenidən rəhbərliyə qayıtdığı vaxtdan başlanılan genişmiqyaslı dövlətçilik, quruculuq, iqtisadiyyatın inkişaf etdirilməsi, ordunun gücləndirilməsi işlərindən başlayıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızın işğaldan azad edilməsi çoxəsrlik Azərbaycan tarixinin çox şərəfli səhifəsidir. Bu Zəfər Ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının böyük təntənəsidir.





29-04-2024, 14:18 | Ceyhun Bayramov Qətərə getdi

Ceyhun Bayramov Qətərə getdi



Bu gün xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinə işgüzar səfərə yola düşüb.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində nazirin 30 aprel tarixində Doha şəhərində keçiriləcək Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun 3-cü iclasında iştirak və çıxışı, habelə tədbir çərçivəsində ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

29-04-2024, 13:34 | İlham Əliyev iki nazir müavini təyin etdi

İlham Əliyev iki nazir müavini təyin etdi





Prezident İlham Əliyev rəqəmsal inkişaf və nəqliyyat nazirinə 2 yeni müavin təyin edib.

AZƏRTAC-a istinadən bildirir ki, dövlət başçısının müvafiq sərəncamları ilə Elmin Məmmədov və Şahin Babayev rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinləri təyin olunublar.




Qeyd edək ki, Elmin Fikrət oğlu Məmmədov 1987-ci ildə anadan olub.

O, 2005-2009-cu illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2009-2010-cu illərdə Almaniyanın Saarland Universitetində Avropa hüququ üzrə magistr təhsili alıb.

Elmin Məmmədov 2011-2013-cü illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsində, 2013-2015-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsində, 2015-2021-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində müxtəlif vəzifələrdə çalışıb.

2021-ci ildən bu təyinata qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri vəzifəsində işləyib.

Şahin Tofiq oğlu Babayev 1988-ci ildə anadan olub.



O, 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə təhsil alıb.

Beynəlxalq İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (Association of Chartered Certified Accountants, ACCA) üzvüdür.

Əmək fəaliyyətinə 2011-ci ildə Sumqayıt Texnologiyalar Parkında başlayıb. 2012-ci ildən Azərkosmosda çalışan Şahin Babayev 2021-ci ilə qədər Azərkosmosun Maliyyə departamentinin rəhbəri vəzifəsində işləyib.

Şahin Babayev bu təyinata qədər rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri olub



29-04-2024, 13:27 | Aİ-nin enerji təhlükəsizliyinə Azərbaycanın töhfəsi - VİDEO

Aİ-nin enerji təhlükəsizliyinə Azərbaycanın töhfəsi - VİDEO



Milli Məclisin deputatları Tural Gəncəliyev, Vüqar Bayramov və "Club Climate Europe" təhlil mərkəzinin baş katibi Angele Kudaytene "Baku Network" platformasında Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyinə Azərbaycanın töhfəsini müzakirə ediblər.

Trend-ə istinadən xəbər verir ki, müzakirə iştirakçıları Azərbaycanın bu istiqamətdə mühüm rol oynadığını vurğulayıblar.

Belə ki, azərbaycanlı deputatların sözlərinə görə, Bakı Brüsselin əsas tərəfdaşlarından biri olmaqla, üçüncü ölkələrdən Aİ bazarlarına enerji ehtiyatlarının tədarükündə və çatdırılmasında mühüm rol oynayır.

Müzakirə iştirakçılarının qeyd etdiyi kimi, Azərbaycanın coğrafi mövqeyi onu həm də Mərkəzi Asiya ölkələrindən Avropaya enerji resurslarının tranziti üçün həlledici ölkələrdən biri edir.

Trend BİA verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırır:

14-03-2024, 12:24 | "Ermənistan bütün bu pulları haradan götürüb?"

"Ermənistan bütün bu pulları haradan götürüb?"


Sonuncu antiterror əməliyyatından sonra hərbi sursatları, ağır silahları, zirehli maşınları müsadirə etdik ki, onların dəyəri bir milyard dollara yaxın idi. İkinci Qarabağ müharibəsində götürülmüş hərbi qənimətlərin dəyəri isə beş milyard ABŞ dollarına yaxın idi.

AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev martın 14-də Bakıda işə başlayan "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.
Ətraflı

"Sual ondan ibarətdir ki, Ermənistan bütün bu pulları haradan götürüb? Aydın idi ki, onların bizə qarşı istifadə etdiyi bütün silahlar onlara pulsuz verilmişdi", - deyə dövlətimizin başçısı qeyd edib.

14-03-2024, 12:20 | Prezident Jelka Tsviyanoviçi qəbul edib

Prezident Jelka Tsviyanoviçi qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviçi qəbul edib.


AZƏRTAC

14-03-2024, 12:16 | Prezident: Biz göstərdik ki, güclü siyasi iradəmiz, potensialımız var

Prezident: Biz göstərdik ki, güclü siyasi iradəmiz, potensialımız var



Azərbaycan qeyri-qanuni işğalın qurbanı idi, etnik təmizləməyə məruz qalmışdı.

AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

Dövlətimizin başçısı, həmçinin qeyd edib: "Bütün tarixi faktlar tam aydın idi və biz ədaləti, beynəlxalq hüququ özümüz bərpa etdik. Heç kəs bizə kömək etmədi. Biz bunu özümüz etdik və göstərdik ki, güclü siyasi iradəmiz, həmçinin potensialımız var. Çünki güclü hərbi imkanlar və xalqın birliyi olmadan biz uğur qazana bilməzdik".


5-03-2024, 12:48 | Zahid Oruc: Bu azərbaycanlıların vətəndaşlığı ləğv olunmalıdır

Zahid Oruc: Bu azərbaycanlıların vətəndaşlığı ləğv olunmalıdır



Suriya və İraqda döyüşən bir qrup azərbaycanlı kimi Ukrayna savaşında hər iki səngərdə savaşanların da vətəndaşlığı ləğv olunmalıdır.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi"nin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, məruzədə İraq və Suriyada döyüş zonalarında qalan 469 qadın və uşağın ölkəyə qaytarılması-repatriasiyası əksini tapıb: "Xüsusi vurğulayaq ki, terrorçu dəstələrə qoşulanlara və onların yaxınlarına münasibət dünyada birmənalı deyil. Yaxın Şərqdə qeyri-qanuni silahlı qruplaşmalarda iştirak edənlərin və qohumlarının öz ölkələrinə qayıtması təhlükə sayılır. Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi məlumatına görə, Suriyaya gedən vətəndaşlarımızın sayı 1000-dən çox olub. İndi Rusiya-Ukrayna müharibəsində də eyni vəziyyət yaranıb. Səngərin hər iki tərəfində bir-birinə güllə atanların həm də azərbaycanlılar olduğuna acıyırıq. Ona görə də Suriya və İraqda döyüşən bir qrup azərbaycanlı kimi, Ukrayna savaşında hər iki səngərdə savaşanların da vətəndaşlığı ləğv olunmalıdır. Sözügedən insanların, hətta uşaqlarının belə psixoloji durumunda dərin kök salan zədələr onların inteqrasiyası və reabilitasiyasını çətinləşdirir. Ona görə qanunvericilik sistemi daha da sərtləşməyə ehtiyac var".//APA

5-03-2024, 12:06 | Milli Məclisin yeni işçi qrupu yaradılır

Milli Məclisin yeni işçi qrupu yaradılır



Milli Məclisin parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupu yaradılır.

Trend-ə istinadən xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Azərbaycan-Filippin parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır.

Deputat Müşfiq Cəfərovun Azərbaycan-Filippin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri təyin edilməsi təklif edilir.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.



������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.