10-05-2026, 13:34 | Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşüb, “Zangilan City Park Hotel”in təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Zəngilan şəhərində inşa edilmiş 104 mənzilli birinci yaşayış kompleksinin açılışında iştirak edib, buraya köçən ailələrlə görüşüb, çıxış edib və sakinlərə mənzillərin açarlarını təqdim edib.
Sonra dövlətimizin başçısı Zəngilan şəhərində "Zangilan City Park Hotel"in təməlini qoyub.
10-05-2026, 12:48 | Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşüb, “Zangilan City Park Hotel”in təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Zəngilan şəhərində inşa edilmiş 104 mənzilli birinci yaşayış kompleksinin açılışında iştirak edib, buraya köçən ailələrlə görüşüb, çıxış edib və sakinlərə mənzillərin açarlarını təqdim edib.
Sonra dövlətimizin başçısı Zəngilan şəhərində "Zangilan City Park Hotel"in təməlini qoyub.
10-05-2026, 12:44 | Prezident İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir

Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitsonun "X" sosial media hesabında etdiyi paylaşıma eyni platformada verdiyi cavabda qeyd edib.
"Əziz Robert, Azərbaycan haqqında doğru və dəyərli sözlərinizə görə təşəkkür edirəm. Tərəfdaşlığımızı yüksək qiymətləndirirəm, Slovakiyaya səfərim zamanı qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm və tezliklə sizi Bakıda görməyi səbirsizliklə gözləyirəm", - İlham Əliyev bildirib.
10-05-2026, 12:42 | Ceyhun Bayramov Naxçıvana dron hücumundan danışıb

İran tərəfinin yanaşması ondan ibarətdir ki, dronlar İran tərəfindən atılmayıb, hansısa 3-cü ölkələrin təxribatı həyata keçirilib.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.
"İrandan Naxçıvana dron hücumu baş verərkən dərhal Azərbaycan tərəfinin buna reaksiya olmuşdur. Bundan sonra İran tərəfi ilə çoxsaylı təmaslarımız olmuşdur. İran İslam Respublikasının Prezidenti tərəfindən cənab Prezidentə zəng olunmuşdur. O cümlədən bu məsələ ilə bağlı mən bir neçə dəfə İran xarici işlər naziri Abbas Əraqçi ilə danışıqlar aparmışam. İran tərəfinin yanaşması ondan ibarətdir ki, dronlar İran tərəfindən atılmayıb, hansısa 3-cü ölkələrin təxribatı həyata keçirilib. Onlar bu məsələnin ciddi şəkildə araşıdırılması barədə Azərbaycan tərəfinə vəd vermişlər. Bundan sonra bizim hərbçilər xətiilə də təmaslar olub", - nazir vurğulayıb.
10-05-2026, 12:40 | Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq
[center]
[/center]Delimitasiya, demarkasiya çox böyük bir prosesdir.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.
"Delimitasiya, demarkasiya çox böyük bir prosesdir. Burada çox texniki məsələlər var. Bu, qısa müddətdə baş verən bir proses deyil. Burada işlər gedir. Biz bir daha şahid olduq ki, səhv etmirəmsə aprelin 29-da Azərbaycan Azərbaycan nümayəndə heyəti, Baş nazirin müavini Şahin Musayafayev və onun rəhbərliyi ilə Ermənistana səfər edildi. Orada komissiyaların növbəti iclası keçirildi. Reqlament tipli 3 sənəd razılaşdırıldı. Bu reqlament sonrakı işlərin sturkturunu müəyyən edir", - nazir bildirib./Trend.Az
10-05-2026, 12:35 | Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
"Heydər Əliyev - 103. Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Xatirimizdədir, sevgi ilə anırıq"
10-05-2026, 12:33 | İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.
Paylaşımda deyilir:
"Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir".

10-05-2026, 12:30 | Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günüdür.
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub.
1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib.
Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib.
1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.
1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib.
1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsini bitirib.
1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilib.
1966-cı ildə Moskvada DTK-nın F. E. Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirib.
1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilib və həmin ildə də ona general-mayor rütbəsi verilib.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.
Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutub.
1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib.
1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışıb.
Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilib.
1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olub.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.
O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.
2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.
Heydər Əliyev beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülüb.
12-04-2026, 08:37 | Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Pasxa bayramı ilə əlaqədar paylaşım edib.
Respublica.Az xəbər verir ki, Mehriban Əliyeva Azərbaycanın xristian icmasını bayram münasibətilə təbrik edib.
Paylaşımı təqdim edirik:
Respublica.Az

12-04-2026, 07:00 | Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələr yazıb? - VİDEO

Prezident İlham Əliyev aprelin 6-da Gürcüstana dövlət səfəri zamanı xatirə kitabına ürək sözlərini yazıb.
Respublica.Az xəbər verir ki, xatirə kitabından kadrları AZTV yayımlayıb.
Həmin görüntüləri təqdim edirik.
Respublica.Az
[media=https://youtube.com/shorts/oRX2OJ0X8Js?si=dopSml3pG1jlGQW1]




















