26-08-2021, 10:52 | Mehriban xanım Əliyeva: Şəfqət, mərhəmət, dövlətə və xalqa xidmət nümunəsi

XXI əsr qədim dövlətçilik tarixinə malik Azərbaycanın böyük nailiyyətlər və dayanıqlı inkişaf dövrüdür. Bu elə bir dövrdür ki, Azərbaycan həm siyasi, iqtisadi gücünü, həm də dünya arenasındakı önəmli yerini nümayiş etdirdi. Son illərdə ölkəmizin keçdiyi inkişaf yolu, xalq-hakimiyyət vəhdəti Azərbaycanın bugünki gücünün ən mühüm təqdimatlarıdır. Təbii ki, bu inkişaf və güc möhkəm təmələ əsaslanan siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Dövlət başçısının atdığı hər bir addım, irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar dövlətimizin və xalqımızın bu gününə və gələcəyinə xidmət edərək daim böyük dəstək qazanır və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını Onun ətrafında bir yumruq kimi birləşməyə çağırış edir. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan bu birliyi, gücü nümayiş etdirdi və tarixi torpaqlarımıza qovuşduq.
Bütün bu uğurlarda ölkə Prezidenti, Müzəffər Ali Baş Komandanın ən yaxın silahdaşı Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rolu böyükdür. Xeyirxahlıq, mərhəmət, humanizm kimi ali dəyərləri fəaliyyətinin əsasında saxlayan Mehriban xanım Əliyevanın hər addımının, gördüyü işin mərkəzində dövlətə və xalqa xidmət dayanır. Bunun nəticəsidir ki, hər bir Azərbaycan vətəndaşının qəlbində Mehriban xanım Əliyevaya sonsuz sevgi vardır.
Sosial məsələlərin həllini, insanların rifahının daha da yaxşılaşdırılmasını fəaliyyətinin əsas istiqamətlərindən biri kimi qəbul edən Mehriban xanım Əliyevanın sahib olduğu humanizm prinsipləri bu gün bütün dünyaya ən vacib çağırışlardır. Belə ki, dünyanın müxtəlif yerlərində baş verən fəlakətlərin, qarşıdurmaların, xaosun ən başlıca səbəbləri insanların mənəvi dəyərlərdən, mərhəmət hissindən uzaqlaşmasıdır. Bu gün Azərbaycanın dünyada tolerantlığın ünvanı, mutikultural dəyərlərin yüksək səviyyədə qorunduğu ölkə kimi tanınmasında və nüfuz qazanmasında Mehriban xanım Əliyevanın humanizm prinsiplərinə əsaslanan fəaliyyətinin böyük rolu vardır.
Heydər Əliyev Fondu həm ölkəmizdə, həm də bütün dünyada bir çox vacib layihələrə, təşəbbüslərə imza atmış qurum kimi tanınır. Mehriban xanım Əliyevanın hər zaman diqqət və qayğıya ehtiyacı olan insanların yanında olması, Azərbaycanın təqdimatında əsas amil olan tariximizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin, bir sözlə, kimliyimizin qorunması və təbliğində, o cümlədən bir çox xarici ölkələrdə dünya mədəni irsinin nadir incilərinin bərpasında, mühafizəsində Heydər Əliyev Fondunun fəaliyyəti bu böyük nüfuzun əsas qaynağıdır. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə işğaldan azad olunmuş Şuşamızda, mədəniyyət mərkəzimizdə çox qısa zamanda möhtəşəm “Xarıbülbül musiqi festivalı”nın keçirilməsi də Mehriban xanım Əliyevanın Azərbaycanın beynəlxalq nüfuzunun və mövqeyinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətinin ən bariz nümunələrindəndir. Bu möhtəşəm festival vasitəsilə Azərbaycan bütün dünyaya mədəni-intellektual potensialını bir daha təqdim etdi.
Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin birinci müavini Mehriban xanım Əliyeva dövlət və milli maraqları hər şeydən üstün tutduğunu atdığı mühüm addımları ilə təsdiqləyir. Yeni Azərbaycan Partiyasının rəhbərliyində Mehriban xanım Əliyevanın təmsil olunması ümummilli lider Heydər Əliyevin siyasi xəttinə sadiqliyinin təcəssümüdür. Mehriban xanım Əliyevanın siyasi xadim kimi fəaliyyəti Azərbaycanın sahib olduğu tarixi dövlətçilik ənənələrini qorumaqla yanaşı, müasir dövrün tələblərinin, modern çağırışların Azərbaycan dövlətçiliyində ən uğurlu şəkildə tətbiqində önəmli rol oynayır. Böyük əzm və fədakarlıq nümunəsi olan bu yorulmaz fəaliyyətin müsbət nəticələri ölkəmizdə xalq-hakimiyyət birliyində özünü əks etdirməkdədir.
Dövlətimizin siyasətində vətəndaş amilinə verilən yüksək dəyər, önəm Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanam Əliyevanın fəaliyyətində də əsas yer tutur. Şəhid və qazi ailələrinə hər zaman böyük diqqətin göstərilməsi, Azərbaycan vətəndaşına qayğı Mehriban xanım Əliyevanın öz xalqına bəxş etdiyi şəfqət və mərhəmətin nəticəsidir. Mehriban xanım Əliyevanın ən böyük mükafatı xalqın sevgisidir. Məhz bu sevgini dəyişməz prinsipləri, amalları, Azərbaycanın bu günü və gələcəyi üçün gördüyü işlər ilə qazanıb.
Mehriban xanın Əliyevanın təqdimatını ümumi şəkildə söylədiyi fikirlərinə istinadən təqdim edə bilərik: “Mən doğma Azərbaycanımı və öz müdrik, mərd və mərhəmətli xalqımı hədsiz dərəcədə sevirəm! Bizim işimiz haqq işidir və Tanrı bizimlədir! Uca Tanrı Azərbaycanı qorusun!”.
Azərbaycanın qarşısında yeni imkanlar yaranıb. Ölkəmizi möhtəşəm uğurlar gözləyir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində Qarabağımızda bərpa və quruculuq işləri başa çatacaq, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaq, torpaqlarımıza yeni nəfəs gələcək. Mehriban xanım Əliyeva bundan sonra da möhtərəm Prezidentimiz İlham Əliyevin ən yaxın silahdaşı kimi böyük, şərəfli və nəcib fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşının qəlbində ən ali yeri tutmağa davam edəcək.
İlham Əhmədov,
Göygöl Rayon İcra Hakimyyətonin Başçısının Qızılqaya qəsəbə üzrə ərazi icra nümayəndəsi.
26-08-2021, 10:44 | Mehriban xanım Əliyeva: Şəfqət, mərhəmət, dövlətə və xalqa xidmət nümunəsi

Göygöl Rayon İcra Hakimyyətinin başçısının Qızılqaya qəsəbə üzrə ərazi icra nümayəndəsi.
26-08-2021, 10:36 | Xalqa, dövlətə sadiqlik və sevgi nümunəsi

Azərbaycan dövlətinin çoxəsrlik şanlı tarixinin ən parlaq intibah dövrünü yaşadığını qürurla söyləyə bilərik. Bu gün dünya dövlətləri arasında ləyaqətlə ucalaraq sahibləndiyimiz mövqe hər bir azərbaycanlının qürur mənbəyidir. Bu qürurun əsasında isə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Vətən və xalq naminə gərgin və miqyaslı fəaliyyəti, yüksək intellekt və dünyəvilik kimi şəxsi keyfiyyətlərinin möhtəşəm harmoniyası dayanır.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ümumxalq sevgisini və hörmətini qazanmış nüfuzlu ictimai və dövlət xadimidir. Təşəbbüskarlığı və yüksək təşkilatçılıq bacarığı ilə Azərbaycanın bir çox uğurlarına imza atan Mehriban Əliyeva Azərbaycan qadınlarının ən parlaq nümayəndəsidir.
Mehriban Əliyeva işgüzarlığı, vətəndaş mövqeyi, humanizmi, insanların problemlərinə həssas münasibəti, qayğıkeşliyi, həlli vacib məsələlərdə prinsipiallığı ilə həm də bir vətəndaş modeli yaradır. Mehriban Əliyevanın Vətənə xidmət amalı isə bütün fəaliyyətinin fövqündə dayanır. Məhz bu yüksək dəyərlər Mehriban xanımı əksəriyytin nümunəvi insan idealına çevirib. Ali dəyərləri özündə birləşdirən şəxsiyyət kimi Mehriban xanım hazırda cəmiyyətin tərəqqisində göstərdiyi səyləri ilə də intellektual qadının çağdaş nümunəsini canlandırır.
Azərbaycanın yeni tarixini yaradan Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyeva sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində yeni idarəçilik modeli ortaya qoyub. Əminliklə söyləyə bilərik ki, Mehriban xanım çoxşaxəli fəaliyyəti ilə cəmiyyətin inklüziv inkişafını təmin etmiş, öz dərin biliyinə əsaslanaraq mədəniyyət, təhsil, səhiyyə, idman sahəsində misilsiz irəliləyişə müvəffəq olmuşdur.
Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən tədbirlər və layihələr təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda dünyada sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual istiqamətləri də əhatə edir.
Azərbaycan xalqına məxsus milli mədəniyyət və incəsənət nümunələrinin qorunması, bərpası, dünyada tanıdılması da Mehriban xanımın fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Mehriban xanım Əliyeva cəmiyyətimizə xas olan multikultural dəyərləri və tolerant mühiti bütün dünyada layiqincə təbliğ edir.
Xeyirxahlıq, mərhəmət, insanpərvərlik nümunəsi olan Mehriban xanım Əliyevanın ölkə daxilində həyata keçirdiyi humanitar fəaliyyəti heyranlıq doğurur. İnsanların sağlamlığının qorunması, xəstələrə, kimsəsizlərə, ahıllara və ehtiyacı olan digər insanlara qayğı ən vacib missiya kimi həyata keçirilməkdədir.
Xüsusi qayğıya ehtiyacı olanlara ana nəvazişi ilə yanaşan Mehriban xanım Əliyeva cəmiyyətin bu həssas təbəqəsinin təhlükəsiz və sağlam həyatının təmin olunmasında yorulmaz fəaliyyət göstərir, onların sosial inteqrasiyası və keyfiyyətli yaşamı üçün bütün lazımı addımları atır.
Azərbaycanda təhsilin inkişafını, təhsil şəraitinin yaxşılaşdırılmasını hər zaman diqqətdə saxlayan Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən yüzlərlə yeni məktəb binaları tikilib, yenidən qurulub, müasir avadanlıqlarla təchiz edilib.
2020-ci il bütün dünyada ağır və məsuliyyətli bir dövr oldu. COVİD-19 pandemiyası həm sosial, həm də iqtisadi problemlərlə ölkələri qayğılandırdı. Azərbaycan dövlətinin zamanında həyata keçirdiyi mübarizə tədbirləri ölkəmizi bu bəladan az itki ilə qurtarmağa, xəstəliyin miqyasını kiçiltməyə imkan verdi. Ağır dönəmdə Mehriban xanım Əliyevanın peşəkarlığı sayəsində pandemiya səbəbindən yaranan böhranın dərinləşməməsi və fəsadlarının qarşısının alınması üçün idarəetmədə güc birliyi təmin olundu. "Vətənimizə, bizim ümumi evimizə bəla gəlib" - deyə, xalqa müraciət edən Mehriban xanım vətəndaşlarımızı koronavirusla mübarizədə birliyə və həmrəyliyə, vətəndaş məsuliyyəti nümayiş etdirməyə səslədi.
Mehriban xanımın çevik qərarları ilə Heydər Əliyev Fondu tərəfindən pandemiya dövründə ailələrin sosial ehtiyaclarının qarşılanması, onların ərzaq və tibbi ləvazimatlarla təminatı həyata keçirilir. Bakı və regionlardakı körpələr və uşaq evləri, internat məktəbləri, Uşaq Psixonevroloji Mərkəzi, bütün sosial xidmət müəssisələri, o cümlədən pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi belə koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələrlə, maskalar, digər qoruyucu vasitələr və zəruri ehtiyaclarla mütəmadi təmin edilir.
2020-ci ildə ölkəmizin tarixinin qızıl səhifəsi yazıldı - Azərbaycan qələbə nuruna boyandı. Vətən torpaqları işğaldan azad olundu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi qarşısında düşmən diz çökdü, düz sərhədinə qədər qovuldu. Müqəddəs bayrağımız 30 il həsrət qaldığımız ərazilərdə - doğma Qarabağımızda və Şərqi Zəngəzurda dalğalandı. Bu, ləyaqət tarixi, şərəf salnaməsidir. Bu möhtəşəm səhifəni Müzəffər Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Ordusu yazdı.
Öz canı-qanı bahasına Vətən torpaqlarını düşmən tapdağından azad edən igid oğullarımızın əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Şəhid ailələri, Azərbaycanın ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş şəxslər daim Birinci vitse-prezidentin xüsusi diqqət mərkəzindədir, onlar lazımı dövlət qayğısı ilə əhatə olunublar.
Ölkəmizin həyatında yeni dövr başlayır - işğaldan azad olunmuş ərazilərdə quruculuq, bərpa işləri, maddi-mənəvi dəyərlərimizə sahiblənmək. Xalqımız səbirsizliklə Böyük Qayıdışı gözləyir. Böyük Qayıdışın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində möhtəşəm, parlaq olacağına əminik.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı ad günü münasibətilə ürəkdən təbrik edir, ailə səadəti, can sağlığı, Vətənimizin rifahı naminə möhtəşəm fəaliyyətində uğurlar və tükənməz xalq sevgisi arzu edirəm.
Oktay Abdullayev,
Xızı Rayon Təhsil Şöbəsinin müdiri.
Əməkdar müəllim.
16-06-2021, 07:29 | Azərbaycan və Türkiyə Prezidentləri Şuşada birgə nahar ediblər

İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə nahar ediblər.
AZƏRTAC
16-06-2021, 07:05 | Fulya Öztürkdən Şuşa paylaşımı

"CNN Türk" telekanalının əməkdaşı Fulya Öztürk Şuşa şəhərilə bağlı paylaşım edib.
Özünün "Instagram" səhifəsində Azərbaycan əsgərlərilə çəkdirdiyi fotosunu paylaşan jurnalist "Şuşadakı əsgərlərlə xatirə fotomuz", - yazaraq qeyd edib.
Xatırladaq ki, F.Öztürk 44 günlük Vətən müharibəsini işıqlandıran ən fəal əcnəbi media nümayəndələrindən biri olub.
Xüsusilə də Gəncənin raket atəşinə tutulmasından sonra o, canlı efirə çıxaraq baş verən faciəni obyektiv və operativ şəkildə dünya ictimaiyyətinə çatdırıb.//milli.az//
15-06-2021, 15:33 | Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilir - CANLI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilir.
Trend xəbər verir ki, səfər zamanı Rəcəb Tayyib Ərdoğanı xanımı Əminə Ərdoğan, Türkiyənin Milli müdafiə naziri Hulusi Akar, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun və digər rəsmi şəxslər müşayiət edir.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
15-06-2021, 13:33 | Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Füzuli rayonunda qarşılayıb

İyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərinə yola düşüb.
AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Füzuli rayonunda qarşılayıb.
Xəbər yenilənəcək
15-06-2021, 10:45 | Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Milli Qurtuluş Günü münasibətilə paylaşım edib.
Paylaşımda deyilir:
"Əziz həmvətənlər!
Sizi Milli Qurtuluş Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram! Arzu edirəm ki, Azərbaycanın uğurlu inkişafı davamlı olsun, ölkəmizdə həmişə sülh, əmin-amanlıq, sabitlik, birlik və rifah hökm sürsün! Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!"

15-06-2021, 09:31 | "İnkişaf siyasəti Azərbaycan dövlətinin daimi prioritetidir"

Azərbaycan Prezidenti cənab İlham Əliyev xarici ölkə səfirlərinin etimadnaməsini qəbul etdiyi tədbirdə çıxışı zamanı bir sıra aktual mövzulara toxundu və öz mükəmməl nitqi üzərindən bütün dünyaya növbəti mesajlarını verdi. Dövlət başçısı dəqiq təhlillərə əsaslanaraq qeyd etdi ki, 2-ci Qarabağ savaşındakı qələbədən sonra Azərbaycanın yeni inkişaf mərhələsi başlayıb və həmin mərhələdə ölkəmiz daha böyük uğurlara imza atacaq.
Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.
Deputat bildirib ki, bizim bu günə qədər ən böyük problemimiz torpaqlarımızın 30 ilə yaxın işğal altında qalması idi: "İndi isə Azərbaycanın suverenliyi tam bərpa olub, doğma Qarabağımız müzəffər Ali Baş Komandan İlham Əliyev və qəhrəman əsgərlərimizin sayəsində işğaldan azad olub. Demək ki, artıq qarşımızda maneə yoxdur, iqtisadi resurslarımız, gücümüz bundan sonra daha da artacaq, mövqeyimiz daha da güclənəcək.
İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi dövlətimiz üçün həm də yeni stimul, mənəvi rahatlıq anlamını daşıyır. Bu stimul, rahatlıq isə işıqlı gələcəyin növbəti müjdəçisidir. Artıq işğaldan azad olunan torpaqlarda yenidənqurma, bərpa işləri gedir. Dövlətimiz bütün gücünü səfərbər edib ki, həmin torpaqlar yenidən dirçəlsin, insanlar tezliklə öz doğma yurd-yuvalarına qayıtsın. Üstəlik, bu planlı işlər olduqca sürətlə gedir. Həm də inanılmaz sürətlə. Ağıllı şəhər və kənd ideyası ilk gündən öz realizəsinə başlayıb, infrastrukrurun qurulması prosesi günbəgün irəliləyir, regiona böyük dövlət sərmayəsi cəlb edilib, yollar çəkilir, elektrik stansiyaları tikilir. Bir azdan Qarabağ çox dəyişəcək, çox gözəlləşəcək. Çünki artıq azaddır, çünki artıq rahat nəfəs alır, çünki artıq onun qeydinə qalan, onun qayğısını çəkən var".
E.Musayev əlavə edib ki, inkişaf siyasəti Azərbaycan dövlətinin daimi prioritetidir: "Ulu Öndər Heydər Əliyevin, möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə həmin inkişaf daim hiss edilib, Azərbaycan yalnız irəli gedib, uğurlara imza atıb, zəfər qazanıb. Heç şübhəsiz ki, məlum siyasət bundan sonra da ölkəmizi daha böyük inkişafa doğru aparacaq".
15-06-2021, 09:13 | "Kanal İstanbul" Türk Boğazlarından istifadə edən bütün ölkələr üçün böyük əhəmiyyət daşıyır - Adil Karaismailoğlu

"Kanal İstanbul" layihəsi Türkiyə ilə yanaşı Türk Boğazlarından istifadə edən bütün ölkələr üçün böyük əhəmiyyət daşıyır.
Bunu Trend-ə özəl müsahibəsində Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.
A.Karaismailoğlu qeyd edib ki, Türkiyə tarixi imkanları qazanca çevirmək üçün müasir nəqliyyat infrastrukturu yaratmaqdadır.
Nazirin sözlərinə görə, nəqliyyatın bütün sahələrində dünyamiqyaslı layihələr planlaşdırılarkən bölgədəki dəyişən ehtiyaclar və qlobal ticarət inkişafları prioritet olaraq nəzərə alınır və bu baxımdan "Kanal İstanbul"un təcili şəkildə həyata keçirilməsi strateji önəm daşıyır:
"Gəmilərin İstanbul boğazından keçidini tənzimləyən Montrö Boğazlar Konvensiyasının imzalandığı dövrdə boğazdan keçən gəmi sayı ildə 3000-ə yaxın idi. Bu gün, dünya ticarətində və Qara dəniz hövzəsindəki iqtisadi fəaliyyətdə dəniz yollarının əhəmiyyətinin artması səbəbindən, hazırda Bosfor boğazından keçən gəmilərin illik orta sayı 50 mini keçir. Bu rəqəmin növbəti onilliklərdə daha da artacağını və 86 minə çatacağını gözləyirik. Digər tərəfdən gəmilərin həcminin böyüməsi, təhlükəli, zəhərli maddələr daşıyan tankerlərin və onların yüklərinin artması İstanbul üçün ciddi risk qaynağıdır. Bünün bunlar - risklər və gəmi sayında artım "Kanal İstanbul" layihəsinə ciddi ehtiyac olduğunu ortaya qoydu".
A.Karaismailoğlu onu da bildirib ki, "Kanal İstanbul" layihəsi boğazlara düşən yükü azaldacaq və bu layihə sayəsində boğazlarda yükdaşımalarda yaranan tıxaclar və gözləmə müddəti azalacaq.
Nazir yeni kanalda ağıllı naviqasiya sistemlərindən istifadə edilərək gəmilərin tam etibarlı və sürətli keçidinin mümkün olacağını qeyd edib.
Onun sözlərinə görə, İstanbulun Küçükçekmece-Durusu dəhlizində yerləşəcək "Kanal İstanbul"un uzunluğu 45 kilometr, eni minimum 275 metr, dərinliyi təxminən 21 metr olacaq:
"Layihə başa çatdıqdan sonra uzunluğu 275 metr və eni 48 metr olan neft tankerləri, həmçinin uzunluğu 350 metr və eni 49 metr olan konteyner gəmiləri bu kanaldan keçə biləcəklər. "Kanal İstanbul" sayəsində Türkiyə "ticarət gölünə" çevrilmiş Qara dənizin lider ölkəsi olacaq, qlobal ticarətdə daha aktiv rol oynayacaq və beləliklə, beynəlxalq logistika dəhlizlərinin daha böyük bir hissəsini əldə edəcək".
A.Karaismailoğlu bildirib ki, kanalın inşası üçün hazırlıq işləri tamamlanıb və Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Hesabatının alınması üçün müsbət qərar qəbul edilib.
"Kanalın inşası üçün yaxın zamanda tender elan ediləcək və inşaat prosesinə başlanılacaq. İyun ayında "Kanal İstanbul"da inşa ediləcək ilk körpünün təməlqoyma mərasimini keçirəcəyik"