10-05-2021, 12:00 | Qarabağda vuruşmuş erməni terrorçuları ilə bağlı cinayət işi yekunlaşmaq üzrədir - Kamran Əliyev

Qarabağda vuruşmuş erməni terrorçularının hər biri ilə bağlı konkret cinayət işləri var.
Trend xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev deyib. O bildirib ki, bununla bağlı istintaq işləri davam etdirilir:
"Onlara qarşı konkret cinayət işi ilə bağlı ittiham irəli sürülüb. Bunlardan biri - Livan vətəndaşı ilə bağlı cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib. Onun barəsindəki cinayət işinə beynəlxalq konvensiyalara uyğun baxılması təmin ediləcək. Digər terrorçularla bağlı cinayət işi yekunlaşmaq üzrədir. Bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək"
10-05-2021, 11:53 | Prezident İlham Əliyev Naxçıvanda Süni Mayalanma Mərkəzinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Süni Mayalanma Mərkəzinin açılışında iştirak edib.
AZƏRTAC bildirir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına Mərkəzdə görülən işlər barədə məlumat verdi.
Xəbər yenilənəcək
10-05-2021, 11:51 | Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Naxçıvan filialının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının açılışında iştirak edib.
AZƏRTAC bildirir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Xəbər yenilənəcək
10-05-2021, 11:49 | Prezident İlham Əliyev Naxçıvan şəhərində “ASAN xidmət” binasının tikintisi ilə tanış olub

AZƏRTAC bildirir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Xəbər yenilənəcək
10-05-2021, 11:47 | Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.
AZƏRTAC bildirir ki, dövlətimizin başçısı abidənin önünə gül dəstəsi qoydu, Ulu Öndərin xatirəsini ehtiramla yad etdi.
10-05-2021, 11:38 | Müstəqil Azərbaycanın iqtisadi inkişaf modeli

Hər xalqın taleyində onun yetirdiyi dahi şəxsiyyətlərin rolu əvəzsizdir. Tarixin ayrı-ayrı dövrlərində hər bir ölkə ağır sınaqlarla üzləşəndə bütün xalqı öz ətrafında birləşdirib vəziyyətdən çıxış yolu tapa bilən liderə ehtiyac duyur. Bütöv bir millət belə liderin sayəsində məhv olmaqdan xilas olub yenidən həyata qayıdır. Ümummilli lider, dahi şəxsiyyət, əbədiyaşar Heydər Əliyev xalqımızın taleyində məhz belə rol oynamış, millət qarşısında əvəzsiz xidmətləri ilə adını həmişəlik tarixin yaddaşına həkk etmişdir. Ulu öndər ölkəyə rəhbərlik etdiyi dövrlərdə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə fəxr etdiyi doğma Azərbaycanı bir xalq və dövlət kimi zamanın sərt sınaqlarından çıxarmışdır. Bəli, ümummilli liderimiz, milli dövlətimizin memarı və qurucusu Heydər Əliyevin həyatı, siyasi və idarəçilik fəaliyyəti tariximizdə müstəsna yer tutur.
1993-cü ilin yayında xalqımız son ümid yeri kimi ona üz tutanda Azərbaycan “ölüm-dirim” dilemması qarşısında qalmışdı. Məhz bu tarixi şəxsiyyət ölkəmizi parçalanmaq, məhv olmaq təhlükəsindən qurtardı, müstəqilliyimizi dönməz etdi, sabitlik və təhlükəsizliyin qarantı oldu, Azərbaycanı inkişafa, firavanlığa doğru addımlayan, dünya birliyində layiqli yerini tutmuş bir dövlətə çevirdi. Ulu öndər Heydər Əliyev siyasətçi və dövlət xadimi kimi üzərinə düşən ən uca missiyanı gerçəkləşdirdi: Müasir Azərbaycan dövlətini yaratdı və onun şanlı tarixini öz əlləri ilə yazdı. Azərbaycanda milli şüurun və milli özünüdərkin bütün formalarının yüksək vüsət almasına imkan verən sürətli inkişaf strategiyasının seçilməsi, uğurla həyata keçirilməsi dahi Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda müstəqil dövlət quruculuğu ardıcıl və məqsədyönlü proses olaraq, əslində 1993-cü ildə ulu öndərimizin hakimiyyətə qayıdışından sonra başlamışdır. Həmin tarixdən etibarən Azərbaycanda əldə olunmuş müstəqilliyin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərilmişdir. Dövlətçilik üçün ciddi təhlükə törədən silahlı birləşmələr ləğv edildikdən və dövlət orqanlarında müəyyən idarəçilik təcrübəsinə malik olan adamların bilik və qabiliyyətindən optimal surətdə istifadə olunduqdan sonra daxili sabitlik dövrü başlandı ki, bu da quruculuq işləri üçün ilkin zəruri şərait yaratdı.
Gənc, müstəqil dövlətin keçdiyi inkişaf yolunun zaman baxımından mərhələləri ilə dövlət quruculuğunun istiqamətləri arasında sıx dialektik əlaqə vardır. Təbii ki, dövlət quruculuğu heç də sadəcə dövlət idarəçilik orqanlarının formalaşması ilə başa çatmır. Sözün geniş mənasında, müstəqil dövlətin qərarlaşması onun öz maraqlarına və beynəlxalq siyasi reallıqlara uyğun müstəqil xarici və daxili siyasət xəttinin formalaşmasını, uzunmüddətli proqnoz əsasında müəyyənləşmiş inkişaf strategiyasının yaradılmasını və həyata keçirilməsini nəzərdə tutur. Ölkəmizdə aparılan hüquqi islahatlar ciddi konsepsiyaya söykənir və onun əsasında inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsi, ümumbəşəri demokratik prinsiplər, eyni zamanda, Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri dayanır. Ulu öndərin həyatı və fəaliyyəti Azərbaycan tarixinin bir hissəsi və mübaliğəsiz deyə bilərik ki, bu tarixin ən şanlı səhifələrindəndir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövrdə ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oynayıb ki, bu, əsrlər boyu unudulmayacaqdır. Azərbaycanın hər bir bölgəsində Heydər Əliyevin quruculuq fəaliyyətinin silinməz izləri var. Ulu öndər həyatı boyu həmişə xalqına arxalanıb və bunu fəxrlə bəyan edib: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.
Müstəqil Azərbaycan dövlətinin üzləşdiyi sınaqlar, dövlətimizin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Ulu öndərin Azərbaycanla, xalqıyla bağlı arzuları bitib-tükənməz, Vətənə, xalqa olan məhəbbəti hədsiz idi. Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir. Ulu öndərin xalq qarşısında göstərdiyi misilsiz xidmətləri sadalamaqla qurtarmaz. Eyni zamanda, Heydər Əliyevi olduğu kimi təsvir etməyə bəlkə sözün də qüdrəti çatmaz. Burada böyük həqiqət vardır, respublikamızın hər bir vətəndaşının, xaricdəki minlərlə soydaşımızın, hətta əcnəbi dostlarımızın qəlbində Heydər Əliyev olduğu kimidir, o öz nəhəngliyi ilə daim gözlərimiz önündə canlanır, onun parlaq ideyaları həmişə yollarımızı işıqlandırır. Hamı bilir ki, Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladığı vaxtdan ölkəmizdə hər şey dəyişdi, irəliyə doğru sıçrayış baş verdi. O, xalqımızın iradəsi əleyhinə yönəldilmiş bütün cəhdləri qətiyyətlə rədd etdi, millətlərin, etnik azlıqların respublikada bərabər hüquqlar əsasında yaşamaq haqqını təmin etdi. Ulu öndərimiz bununla bir sıra rəhbərlərə nümunə göstərdi, nəticədə onlar ulu öndərlə hesablaşmalı oldular. Heydər Əliyevin təkidləri nəticəsində respublikada qısa müddətdə iri sənaye müəssisələri yaradıldı, yeni mədəniyyət ocaqları fəaliyyətə başladı, yaşayış binaları, yollar, körpülər inşa edildi, insanların yaşayış səviyyəsi qat-qat yüksəldi, Azərbaycan dinamik inkişaf və tərəqqi yoluna qədəm qoydu. Bütün bunlar, şübhəsiz, Azərbaycanın gələcək müstəqilliyinə hesablanmış siyasət, düşünülmüş addımlar idi.
Heydər Əliyev Sovet rejimi illərində xalqının gələcəyini düşünürdü, bilirdi ki, bir vaxt gələcək, Azərbaycan müstəqilliyinə qovuşacaq, bunun üçün isə möhkəm təməl olmalıdır. Qətiyyətlə söyləmək olar ki, Azərbaycanın bugünkü iqtisadi inkişafı o vaxt Heydər Əliyevin yaratdığı möhkəm təmələ söykənir. Təəssüf ki, müstəqilliyimizin ilk illərində səriştəsiz rəhbərlərin günahı üzündən böyük zəhmət bahasına yaradılmış bu təmələ ağır zərbə vuruldu. Hətta bəzi üzdəniraq qüvvələr Heydər Əliyevin doğma xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə qayıdışına qarşı çıxırdılar, onun Bakıya gəlməsinə mane olmağa çalışırdılar. Lakin xalq öz sözünü dedi və dahi oğlunu yenidən Azərbaycanda hakimiyyətə çağırdı. Heydər Əliyevin xalqın xahişi ilə hakimiyyətə qayıdışı ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxaran siyasi böhranın, Gəncə hadisələrinin, separatçılıq meyillərinin, 1994 və 1995-ci illərdə dövlət çevrilişinə yönəldilən cəhdlərin qarşısını aldı. Xalq bir nəfər kimi ayağa qalxıb ulu öndərə sipər oldu, onun arxasında durdu. Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan həmin müdhiş bəlalardan xilas oldu, onun müstəqilliyi, əmin-amanlıq və sabitlik qorunub saxlanıldı, ölkəmizin haqq işi dünya miqyasında müdafiə edildi. Bu gün dərin iftixar hissi ilə söyləmək olar ki, milli-siyasi məngənələr arasında sıxılan Azərbaycan məhz ümummilli liderimizin gərgin zəhməti, uğurlu siyasəti sayəsində nicatını tapdı, bundan sonrakı illər də onun siyasətinin nə qədər doğru olduğunu bir daha təsdiqlədi. İndi respublikamızın hər sahədə qazandığı uğurlara görə ilk növbədə Heydər Əliyev dühasına minnətdarıq.
Azərbaycan xalqının keçdiyi tarixi mərhələlərdə Heydər Əliyev kimi unikal, fenomenal, bənzərsiz dövlət xadiminə rast gəlmirik. O, ən humanist, ən demokratik ideyaları özündə ehtiva edən və bunu israrla həyata keçirən dahi rəhbər idi. Ulu öndərimiz doğma xalqın milli şüurunu dirçəldərək, onda gələcəyə tükənməz ümidlərlə baxmaq vərdişi yaratdı. Heydər Əliyev Azərbaycan xalqının malik olduğu potensialın, enerjinin daşıyıcısı olmaqla bu keyfiyyətlərin parlaq nümunəsi oldu. Məhz həmin keyfiyyətlər demokratik, hüquqi, dünyəvi dövlətin bərqərar olmasında və inkişafında mühüm rol oynadı. Ulu öndərimizin yaradıcılıq gücünə, dərin və parlaq zəkasına, uzaqgörənliyinə və müdrikliyinə heyran qalmamaq olmur. Heydər Əliyevin sağlığında hazırladığı və yürütdüyü siyasət həmişə müasirdir, hər bir dövrün tələbini ödəyən müdrik siyasətdir. Bu gün hər birimiz şahidik ki, bu siyasi kurs nə qədər dəqiq düşünülmüşdür, bizi xoşbəxt gələcəyə aparır. Bütün şüurlu həyatını ölkəmizin çiçəklənməsinə həsr etmiş Heydər Əliyevin müqəddəs ideyaları artıq neçə illərdir ki, bu siyasi kursun ən layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Prezidentin amalı, əqidəsi və ən başlıca məqsədi xalqa, dövlətə sədaqətlə xidmət etmək, vətəndaşların həyat səviyyəsinin daha da yüksəlməsinə nail olmaqdır.
Dövlətimizin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında misilsiz dəyişikliklər baş vermişdir. Bundan ötrü Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının həyata keçirilməsinin yekunlarına diqqət yetirmək kifayətdir. Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş sosial inkişaf strategiyası son 18 ildə praqmatik dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Respublikamızın iqtisadi göstəricilərinin yüksəlməsi vətəndaşların sosial təminatının güclənməsi ilə müşayiət olunur. Azərbaycan dövlətinin bugünkü reallıqları onu göstərir ki, Heydər Əliyev siyasəti yaşayır, dövlətin inkişafına, xalqın rifahının yüksəldilməsinə xidmət edir. Azərbaycanın bugünkü və gələcək inkişafına, modernləşdirilməsinə hədəflənmiş bu siyasət ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ötən dövrdə daha da zənginləşdirilib və dövlətimizin, xalqımızın maraqlarını layiqincə ifadə edib. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinin, islahatların, Qarabağın dirçəlişinin fonunda respublikamızın gələcəyə gedən yolunun konturları aydındır. Bugünkü uğurlarımız və gələcəyə doğru atılan hər bir addım bizə perspektivə daha inamla və daha nikbin baxmağa imkan verir.
Elman Nuriyev,
Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi,
10-05-2021, 10:47 | Mütərəqqi islahatların banisi

Sərdar Əhmədov,
Bərdə suvarma sistemləri idarəsinin rəis.
10-05-2021, 10:31 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Mayın 10-da xalqımızın xilaskar oğlu, ümummilli lider Heydər Əliyevin anadan olmasından 98 il ötür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.
"Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub", - deyən Heydər Əliyev bütün mənalı ömrü boyu qüdrətli Azərbaycan yaratmaq uğrunda çalışıb. Dahi Liderin xidmətləri sayəsində dövlətçilik, azərbaycançılıq, dünyəvilik, müasirlik kimi ideyalar cəmiyyətin dünyagörüşü sisteminin ayrılmaz hissəsinə çevrilib, müasir Azərbaycanın mövcudluğunun və inkişafının ideya əsasını təşkil edib. Ümummilli lider Heydər Əliyev öz fəaliyyəti ilə vətənpərvər cəmiyyət formalaşdırmaq kimi tarixi missiyanın öhdəsindən uğurla gəlib. Ulu Öndərin yaratdığı və inkişaf etdirdiyi Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı düşmən tapdağından azad edib, xalqımız tarixi hədəflərinə qovuşub, Vətənimiz bütövləşib. Bununla da "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!" deyən Ulu Öndərin ən böyük arzularından biri də həyata keçib, Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Xalqımız böyük dövlət xadimi, müasir müstəqil Azərbaycanın banisi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünü 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbənin doğurduğu sevinc hissi ilə qeyd edir.
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil, birinci xanım Mehriban Əliyeva gül dəstəsi qoydular, Ulu Öndərin xatirəsini ehtiramla andılar.
Azərbaycan Respublikasının dövlət himni səsləndi.
Sonra dövlətimizin başçısı və xanımı Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoydular.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzdülər.
Azərbaycan tarixinin bütöv bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin mənalı ömrünün əsas qayəsi Vətənə, xalqa məhəbbətdir. Məhz bu keyfiyyətlərinə görə Heydər Əliyev xalqımızın qəlbində əbədi məskən salıb. Onun qurduğu dövlət indi qalib dövlətdir və bu dövlətin dəmir yumruğu yeni reallıqlar yaradıb. AZƏRTAC
10-05-2021, 10:21 | TARİX YARADAN ƏBƏDİYAŞAR LİDER

Azərbaycanın yeni tarixi böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Hər il olduğu kimi, bu il də bütün dünya azərbaycanlıları tərəfindən ulu öndər Heydər Əliyevin anadan olmasının növbəti ildönümü böyük ehtiramla qeyd edilir.
Heydər Əliyev 1969-cu ilin iyul ayının 14-də Azərbaycana rəhbər seçildi. Əfsuslar olsun ki, o illərdə sosial-iqtisadi göstəricilərin əksəriyyətinə görə respublikamız sovetlər birliyində axırıncı yerlərdən birini tuturdu. Tədricən ölkədə geriliyin, sosial ətalətin aradan qaldırılmasına nail oldu. Heydər Əliyevin rəhbərliyi ilə 1969-1982-ci illərdə iqtisadiyyatın bütün sahələrində köklü dəyişikliklər aparıldı. Kənd təsərrüfatı, yüngül və yeyinti sənayeləri və digər sahələr sürətlə inkişaf etdi, mühüm sosial dəyişikliklər həyata keçirildi, insanların güzəranı yaxşılaşdı. Sənayedə struktur dəyişiklikləri edildi, mövcud sahələr modernləşdirildi.
O vaxt sənaye məhsulunun əsas həcmi neft maşınqayırması və neft emalı zavodlarının payına düşürdü. Heydər Əliyevin rəhbərliyi ilə sənayenin inkişaf proqramı həyata keçirildi. Azərbaycanda elektrotexnika, cihazqayırma, elektronika, dəzgahqayırma kimi mütərəqqi, elmtutumlu sahələrə aid yüzlərlə müəssisə və zavodlar yaradıldı. Energetika, neft kimyası, tikinti sənayesi güclü təkan aldı. Neft maşınqayırması və neftayırma zavodları modernləşdirildi.
1982-ci ildə Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin I müavini vəzifəsinə irəli çəkildi. Siyasi Büroya üzv seçildi. Bu vəzifədə Heydər Əliyevin fəaliyyəti əvvəlki dövrlə müqayisə olunmayan bir miqyas almışdı. Ancaq bu yüksək və məsuliyyətli vəzifədə o, heç vaxt Azərbaycanı unutmur, respublikanın iqtisadi və sosial inkişafı barəsində düşünür, bunun üçün lazımi tədbirlər görürdü.
Sovet İttifaqının yeni rəhbərliyinə gələn M. Qorbaçov və tərəfdarları Heydər Əliyevin xalq arasında artan nüfuzunu qısqanclıqla qəbul edirdilər. Onun fəaliyyətinin və şəxsiyyətinin ittifaq miqyasında və beynəlxalq ictimaiyyət qarşısında təhrif olunması prosesinə başlanıldı. 1987-ci ildə Heydər Əliyev Moskvada tutduğu vəzifədən istefa vermək qərarına gəldi.
Heydər Əliyevin respublikamızda hakimiyyətə ikinci gəlişi Azərbaycanın müasir tarixində - 1993-cü ildə baş vermişdi. Xalqın təkidli xahişi ilə 9 iyunda Bakıya qayıdan, həmin ayın 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayan Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi, milyonların etimadı nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu öndər 10 oktyabr 1993-cü ildə keçirilən andiçmə mərasimində dövlət başçısı kimi müstəqilliyimizin əbədiliyi naminə qarşıda duran vacib məsələlərdən danışdı, müstəqilliyimizi tarixi nailiyyətimiz kimi dəyərləndirərək onu qorumağı hər kəsin vətəndaşlıq borcu kimi qarşıya qoydu. Ümummilli lider ilk gündən bu çağırışı etdi ki, suverenliyimizi daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur. Dahi şəxsiyyət bu reallığı da diqqətə çatdırırdı ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, əbədi olması bundan da çətindir.
Ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü dövlətinə, xalqına bağlılığı və bu fonda atdığı biri-birindən əhəmiyyətli addımları ilə xarakterizə olunur. Xalqa verdiyi vədləri həmişə olduğu kimi sədaqəti ilə doğruldan, “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayacam” söyləyən ümummilli lider: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” fikirləri ilə də Vətəninə, xalqına bağlılığını ifadə etmişdi. Hakimiyyətə gəldiyi ilk gündən müharibə şəraitində yaşayan ölkəmizdə müdafiə və ordu quruculuğu ilə məşğul olan ulu öndər, eyni zamanda, sülhpərvər diplomatik yanaşmaya üstünlük verərək Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün vasitələrdən istifadə edirdi. Onun səyləri nəticəsində artıq başlanmış Vətəndaş müharibəsinin alovları söndürüldü. 1993-cü ildə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı yenicə əldə edilmiş müstəqilliyimizi, dağılmaqda olan dövlətçiliyimizi və bütövlükdə millətimizin şərəf və ləyaqətini qorudu. Bu dövrdə demokratik inkişafın əsasları yaradılmaqla, uğurlu iqtisadi siyasət müəyyən edilib, həyata keçirildi. Xəzər dənizinin neft və qaz ehtiyatlarının işlənməsi, yeni tranzit xətlərin çəkilməsi, qədim İpək yolunun bərpası, digər transkontinental layihələrin reallaşdırılması nəticəsində Azərbaycana beynəlxalq siyasi və maliyyə marağı yarandı. Respublikamız dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrildi.
İqtisadiyyatın sürətli inkişafı, ardıcıl, yüksək professionallıqla aparılan səmərəli xarici siyasət ölkənin maliyyə imkanlarının artmasına, bir çox sosial problemlərin həllinə, ordumuzun müasir hərbi silah-sursatla təmin edilməsinə, ölkəmizin nüfuzunun beynəlxalq aləmdə yüksəlməsinə gətirib çıxardı. Heydər Əliyev iki dəfə respublikanın rəhbəri olduğu 30 ildən artıq bir dövr Azərbaycanın çoxəsrlik tarixində kiçik bir müddətdir. Lakin bu dövr dövlətçiliyimizin və xalqımızın milli şüurunun formalaşmasında tarixi bir mərhələdir.
Ümummilli liderin prinsiplər əsasında həyata keçirdiyi xarici siyasət kursunun da son 17 ildə möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi əldə olunan nəticələrdə öz aydın ifadəsini tapır. Ulu öndər bu mühüm vəzifəni də qarşıya qoymuşdur ki, müstəqilliyimizi, suverenliyimizi daimi etdirmək üçün güclü ordumuz olmalıdır. Həmçinin güclü, qüdrətli ordu sülh danışıqlarının daha cəsarətlə aparılması üçün vacib şərtlərdən biri idi. Ulu öndərin ordu quruculuğu istiqamətində atdığı addımların da bünövrəsi məhz respublikamıza rəhbərliyinin birinci dövründə qoyulmuşdur. Cəmşid Naxçıvanski adına hərbi liseyin əsası məhz həmin zamanlarda ümummilli liderin gərgin səyləri nəticəsində qoyulmuşdur. Bu gün böyük fəxr hissilə qeyd edirik ki, Azərbaycan Ordusunda xidmət edən zabitlərin böyük əksəriyyəti bu liseyin yetirmələridir. Ulu öndər Heydər Əliyevin ordu quruculuğu, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş ruhunun artması, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində atdığı addımların nəticəsi bugünkü reallıqlarımızda öz aydın ifadəsini tapır. 1993-cü ildə ulu öndərin hakimiyyətə qayıdışından sonra digər sahələr kimi, ordu quruculuğunda da atılan addımlar gənclərin daha yüksək əhval-ruhiyyə ilə hərbi xidmətə getmələrini stimullaşdırdı. 44 günlük İkinci Qarabağ müharibəsi ordumuzun hansı imkanlara malik olduğunu nümayiş etdirməklə yanaşı, gənclərdə məhz həmin dövrdə qoyulan möhkəm təmələ əsaslanaraq formalaşmış vətənpərvərlik ruhunun, torpaq sevgisinin təqdimatı oldu.
Ümummilli lider cənab İlham Əliyevə özü qədər inandığını, axıra qədər çatdıra bilmədiyi işlərin onun xalqın dəstəyi ilə sona yetirəcəyini böyük əminliklə qeyd etmişdi. 2003-cü ilin oktyabrın 15-də keçirilən seçkilərində Prezident seçilən, növbəti 2008, 2013, 2018-ci illərin seçkilərində də qələbəsini təkrarladı. İlham Əliyev 2003-cü ildə ilk dəfə prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimində: “Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyev siyasətini davam etdirəcəyəm” vədinin əməli işdə təsdiq etdiyini nümayiş etdirməklə Azərbaycanın qarşısında böyük imkanlar açdı.
Bu gün İkinci Qarabağ müharibəsində qazanılan Zəfərimiz ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində qurulan möhkəm təməlin nəticəsidir. Xalqımız tam əmin idi ki, Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən möhtərəm Prezidentin rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsi də öz ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar. Prezident İlham Əliyev daim öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız üçün lazım olan şəraiti yaratdıqda, çadırları şəhərciklərlə əvəzləyəndə bu fikri də diqqətə çatdırırdı ki, bunlar müvəqqəti xarakter daşıyır. Tezliklə torpaqlarımız işğaldan azad olunacaq, üçrəngli bayrağımız bu ərazilərdə dalğalanacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdaraq yeni həyata başlayacaqlar. Dövlət başçısı ən yüksək tribunalardan bəyan edirdi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. Cənab İlham Əliyevin bəyanatları sırasında: “Biz imkan vermərik ki, torpaqlarımızda ikinci erməni dövləti yaradılsın” fikri də xüsusi yer tuturdu. İlham Əliyevin özünün də qeyd etdiyi kimi, nəyi nə zaman etdiyini yaxşı bilir. Azərbaycan bu müddət ərzində gücləndi, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində erməni qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu öz əksini tapıb. Bütün bunlar rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazmasında mühüm rol oynadı. 30 ilə yaxın dövrdə aparıcı dövlətlərin, nüfuzlu beynəlxalq təşkilatların edə bilmədiklərini Şanlı Azərbaycan Ordusu igidlik, qəhrəmanlıq göstərərək 44 gün ərzində etdi. Torpaqlarımızın işğalına son qoyuldu, ədalət bərpa edildi, milli qürurumuz özümüzə qayıtdı. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, 2003-cü ildən bu günə qədər yetişən Azərbaycan gənclərinin vətənpərvərlik hissinin, torpaq sevgisinin böyüklüyü İkinci Qarabağ müharibəsində Qələbəmizin mühüm amilidir. Gənclərimiz öz qanı, canı ilə Zəfər tariximizi yazdılar. Bundan sonra qürur hissi ilə yaşayacağıq: Müzəffər xalq, güclü dövlət, yenilməz ordu, güclü iradə sahibi kimi. Artıq işğaldan azad edilmiş torpaqlarımızda yeni həyat başlayıb. Tezliklə bu torpaqlarımız cənnətməkana çevriləcək, soydaşlarımızın Böyük Qayıdışı reallaşacaq.
İlham Çıraqov ,
Laçın Rayon Çıraqlı kənd tam orta məktəbinin direktor.
10-05-2021, 09:15 | Azərbaycanı yenidən bəşəriyyətə bəxş edən DAHİ

Bugün Azərbaycan regionun ən qüdrətli dövləti, keçmiş Sovet İttifaqı respublikaları içərisində istər iqtisadi inkişaf tempinə, istərsə də beynəlxalq arenadakı nüfuzuna görə 3 ölkədən biridir. Üstəlik Azərbaycan həlli mümkünsüz kimi görünən, artıq az qala unudularaq tarixin yaddaşına köçmək üzrə olduğu fikirləri dolaşan, 30 illik uzun bir dövrü əhatə edən Qarabağ münaqişəsinə son qoymağı bacardı, öz doğma yurd-yuvasına sahib çıxdı. Lakin bunlar bir günün, bir ilin, 10 ilin işi deyil.
Ermənilər uzun illər Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi üçün mübarizə aparıblar. Bu mübarizəni Sovet İttifaqı zamanı da güclü şəkildə davam etdiriblər. Lakin onların bu çirkin niyyətlərini həyata keçirməyə mane olan əsas amil - Heydər Əliyev amili idi. Sovet İttifaqı rəhbərliyində Heydər Əliyev amili erməniləri uzun illər separatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdi. Yalnız onun Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar. Və nəticəsi hər kəsə məlumdur.

Dünya tarixinə nəzər saldıqda xalqların taleyinə, bəşəriyyətin gələcəyinə təsir edən həlledici amillər sırasında lider faktorunun rolu xüsusidir. 1990-cı illlərin əvvəllərində talehin ümidinə qalan Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə olduğu dönəmdə meydana lider faktoru çıxdı - Azərbaycan xalqının xilaskarı Heydər Əliyev! Məhz, o, 20%-dən çox ərzilərimizin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinə, ölkədə bütün sahələr üzrə xaos durumun hökm sürməsinə baxmayaraq bütün yükü təkbaşına çiyinlərinə götürdü.
Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, dinamik inkişafı, beynəlxalq münasibətlər sistemində davamlı yüksəlişi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. O, xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik misilsiz işlər gördü. Bu işlərin əsas məğzi isə işğal altında olan torpaqların düşmən tapdağından azad edilməsi konsepsiyası təşkil edirdi. Bu konsepsiyanın bir hissəsi iqtisadi Azərbaycan iqtisadiyyatını iqtisadi xaos və tənəzzül dövründən çıxarmaq təşkil edirdisə, ikinci hissə milli mənəviyyatımızı, kimliyimizi, keçmişimizi unutmamaq üçün tədbirlər planından ibarət idi.

Bunun təsdiqi kimi 1994-cü il 24 fevralda Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı "Xocalı soyqırımı günü" kimi yad olunması qərarını göstərə bilərik. Heydər Əliyevin təşəbbüsü ilə əsrin bu böyük faciəsi dövlət tərəfindən öz qiymətini almaqla həmən tarixdən etibarən mütəmadi olaraq hər il fevralın 26-sı erməni vəhşiliyi, amansızlığı Xocalı soyqırımı qurbanlarının anım günü kimi vasitəsi ilə istər yeni yetişən nəsillərə aşılanmağa başlanıldı.
Bununla pararalel olaraq dünya miqyaslı iqtisadi layihələrə start verildi ki, onların başlanğıcı kimi Heydər Əliyevin ən mühüm nailiyyətlərindən biri kimi səciyyələndirilən Azərbaycan neftinin dünya bazarına çıxarılması və neftdən əldə olunan gəlir ilə milli büdcəni bərpa etmək mümkün olmağa başladı. 1994-cü il sentyabrın 20-də Bakıda Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının işlənməsi müqavilə imzalandı. Bu müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlandı.

Güclü ordu qurmaq üçün güclü iqtisadiyyatın nə qədər əhəmiyyətli olduğunu yaxşı anlayan Heydər Əliyev Azərbaycan xalqının XX əsrin sonlarında ard-arda yaşadığı ağır faciələrin girdabından xilas olmaq üçün həm milli mənəvi ruhun yüksəldilməsini, həm də yaşayış səviyyəsini qaldırmağın vacibliyini yaxşı anlayırdı. Heydər Əliyevin ən güclü silahlarından biri söz idi. O, böyük xalq kütlələrini öz arxasınca aparmaq lazım gələndə də, sözdən ustalıqla istifadə edirdi. Natiqlik ona Allah vergisi idi. Onun natiqlik məharəti incəliklərinə qədər cilalanmışdı. Heydər Əliyev bu məharətindən həm natiq, həm diplomat, həm də həssas bir psixoloq kimi istifadə edirdi. O, xalqla elə danışırdı ki, ölkənin hər bir vətəndaşı hamıya deyilən sözləri şəxsən ona ünvanlanmış kimi qəbul edirdi.
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin 17 illik hakimiyyəti dövründə ölkənin müxtəlif sahələri üzrə həyata keçirdiyi islahatlar, verdiyi qərarlar, beynəlxalq arenada ölkənin adından sərgilədiyi mövqe Qarabağın və ətraf rayonların 30 illik işğalına birdəfəlik son qoyması ilə nəticələndi.

Heydər Əliyevin ölkədə qurub yaratdığı siyasi mühitin uğurla önündə dayanan Prezident İlham Əliyev bu ənənəni ağsatmadı, əksinə daha da inkiaş etdirdi. Təxminən 30 il sonra Azərbaycan Ordusunun qəhrəmanlığı, Ali Baş Komandanının siyasi iradəsi və qətiyyəti ilə sonra bütövlüyümüzün təmin olunması, dövlətimizin və dövlətçiliyimizin daha da möhkəmlənməsi, milli kimliyimizin özümüzə qayıtması kimi faktorlar məhz Heydər Əliyevin yaratdığı ictimai-siyasi sabitlik və müstəqil siyasətin davamı kontekstində baş tutdu.
Məhz 2020-ci il 8 noyabrda Prezident İlham Əliyevin Şuşanın işğaldan azad edildiyini elan edərkən dediyi "Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim" sözləri onun Heydər Əliyev siyasi kursuna sadiqliyini, Azərbaycan dövlətinin nə qədər etibarlı əllərdə olduğunu bütün dünyaya nümayiş etdirdi.
Təhməz Əsədov
Milli.Az