26-11-2020, 14:45 | Ceyhun Bayramovla Əfqanıstanın xarici işlər naziri arasında telefon danışığı olub

Bu ilin 25 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Məhəmməd Hənif Atmar arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyəti müzakirə ediblər. 9 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatın icrasının vacibliyi qeyd olunub. Bəyanatdan irəli gələn bir sıra məsələləri müzakirə edən tərəflər razılaşmanın bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından vacibliyini vurğulayıblar.
Nazirlər, eyni zamanda, ölkələr arasında ikitərəfli müstəvidə əməkdaşlığın inkişafını məmnunluqla qeyd edib, eləcə də çoxtərəfli platformalarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.
Tərələr, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
26-11-2020, 11:13 | Milli Məclis Fransa Senatında qəbul edilmiş qərarla bağlı bəyanat verəcək

Milli Məclis Fransa Senatında qondarma "Dağlıq Qarabağ respublikasının" tanınmasına dair qətnamə layihəsinin qəbulu ilə bağlı bəyanat verəcək.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
S.Qafarova bildirib ki, Fransanın bu mövqeyi qərəzli xarakter daşıyı və Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlib.
Spiker bildirib ki, Milli Məclis bununla bağlı bəyanat qəbul edəcək.
26-11-2020, 11:07 | Dekabrın 1-ə qədər Laçın Azərbaycana təhvil veriləcək - Sahibə Qafarova

Bildiyiniz kimi 10 noyabrda Azərbaycan və Rusiya Prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanmış bəyanata əsasən, dünən Kəlbəcər rayonu erməni silahlı qüvvələrindən təmizlənib Azərbaycana təhvil verilib. Bu münasibətlə hər birinizi təbrik edirəm.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
S.Qafarova deyib ki, dekabrın 1-ə qədər Laçın rayonu Azərbaycana təhvil veriləcək və Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək: "Eşq olsun Ali Baş Komandan İlham Əliyevə, eşq olsun Azərbaycan Ordusuna, yaşasın Azərbaycan!".(Trend)
26-11-2020, 11:05 | Milli Məclisin növbəti iclası öz işinə başlayıb

Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).
2. "Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adının təsis edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
3. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).
4. "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).
5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
6. "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
26-11-2020, 10:09 | Baş infeksionistdən əhaliyə müraciət - Koronavirusa yoluxanlar...

Bu gün COVİD-19-a yoluxan bəzi insanlar virusu ciddi qəbul etməyərək özünümüalicə ilə məşğuldurlar.
Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, belə insanlar yalnız vəziyyətləri ağırlaşdığı-nəfəs darlığı yaranan zaman həkimə müraciət edirlər:
"Bəzi insanlar görürlər ki, ətrafındakı insanlar evdə qalmaqla, internetdən reseptlər götürməklə özlərini müalicə edirlər və onların səhhətində heç bir mənfi hal baş vermir. Lakin nəzərə alınmalıdır ki, virusa yoluxan insan risk qrupuna daxil ola, onda ağırlaşdırıcı halların baş verməsi mümkün ola bilər. Cavan-yaşlı olmasından asılı olmayaraq, orqanizmin xüsusiyyətlərinə uyğun olaraq, insanlar xəstəliyi ağır keçirə bilərlər".
T.Eyvazov qeyd edib ki, özünümüalicə nəticəsində vəziyyəti ağırlaşmış insanlar xəstəxanaya daxil olduqları zaman onlara qarşı görülən müalicə tədbirləri effektiv olmaya bilər:
"Ona görə də əhalidən xahiş edilir ki, yoluxduqları ilk gündən həkimə müraciət etsinlər. Müalicələrini evdə etsələr belə, bunu həkim nəzarəti altında etsinlər".( Trend)
26-11-2020, 10:03 | Ermənilər təkcə xalqımıza qarşı deyil, dini abidələrimizə qarşı da soyqırım törədiblər

Ermənistan 20 faiz torpaqlarımızı 30 ilə yaxın müddət ərzində işğal altına saxlamaqla təkcə xalqımıza qarşı deyil, eyni zamanda tariximizə, dini-tarixi abidələrimizə qarşı da etnik təmizləmə və soyqırım siyasəti həyata keçirib.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, bu illər ərzində erməniər müsəman dininə məxsus abidələri vəhşicəsinə dağıdıb və bununla kifayətlənməyən mənfur düşmən dini abidələrə, məscidlərə qarşı təhqirəmiz hərəkətlər edib, məscidlərdə heyvan saxlayıblar.
A.Həsənova vurğulayıb ki, işğaldan azad edilən ərazilərdəki dəhşətli vəziyyət ermənilərin işğal altında olmuş bütün torpaqlarımzda, o cümlədən dini-tarixi abidələrimizə qarşı törətdyi vəhşilikləri əyani şəkildə ortaya qoyur:
"Ermənistan Azərbaycanın işğal altındakı ərazilərində müharibə cinayətləri törədib. Müxtəlif mədəni, dini və tarixi abidələrimizi dağıdaraq qanunsuz fəaliyyət həyata keçiriblər. Dağlıq Qarabağ və ətraf ərazilərdə rəsmi fəaliyyət göstərən 72 müsəlman məscidi və 140 inanc yeri olub. İşğaldan sonra ermənilər həmin ərazilərdəki abidə və ziyarətgahları məhv ediblər. Həmin tarix-mədəniyyət abidələrinin 4-nün görkəmi dağıdılaraq forması dəyişdirilib. Ümumilikdə 210-dan çox məscid və ziyarət yeri təmamilə dağıdılaraq yer üzündən silinib. İşğal altında olan ərazilərin adları dəyişdirilərək erməniləşdirilməyə cəhd edilib. Bir sözlə ermənilər həmin ərazilərdən Azərbaycan tarixinə aid bütün əsasları silməyə cəhd ediblər".
Deputat bildirib ki, erməilər təkcə İslam dininə deyil, digər dinlərə də məxsus abidələrə qarşı vəhşilik nümayiş etdirib və həmin abidələri də erməniləşdirməyə cəhd ediblər: "Ermənilər işğal etdikləri ərazilərimizdə alban dövrü dini abidələrin üzərindəki ornament və simvolları dəyişdirərək erməni mədəniyyətinə uyğunlaşdırmağa çalışıblar, hətta xaç daşları, başdaşları və nişan daşları yonaraq işğal olunmuş ərazilərimizdə kütləvi şəkildə yerləşdiriblər.
Lakin ermənilərin bütün bu cəhdləri mənasız oldu, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu torpaqlarımızın işğalına son qoydu. Azərbaycan multikultural dövlət olaraq işğaldan azad olunmuş ərazilərində dağıdılmış islam və qeyri-islam dininə mənsub bütün abidələri bərpa edəcək və onların dövlət səviyyəsində qorunmasını təmin edəcək.
Bildiyiniz kimi Azərbaycanda etnik və dini zəmində tolerantlıq yüksək səviyyədədir, Azərbaycanda digər dinlərə məxsus abidələrin mövcud vəziyyəti də bunu təsdiq edir. Dövlət başçısı cənab İlham Əliyevin də açıqlamalarında daim qeyd etdiyi kimi, erməni şovinizminin havadarlarının Azərbaycan ərazisindəki dini abidələrlə bağlı narahatlığının heç bir əsası yoxdur".
26-11-2020, 09:51 | Fransa XİN: Senatın qərarı Fransa hökumətinin siyasətini əks etdirmir

Rəsmi Paris qondarma rejimi tanısa belə, bu, heç kimə fayda gətirməyəcək.
Bunu Fransanın Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lemuan ölkə Senatının qondarma "Dağlıq Qarabağ respublikasının" tanınmasına dair qətnamə layihəsinin qəbuluna münasibət bildirərkən deyib.
O, qeyd edib ki, Fransa tərəfindən birtərəfli tanınma nə Ermənistan, Qarabağ əhalisi, Fransa, Minsk qrupunun başqa həmsədrləri, nə də Avropa üçün faydalı olardı.
Fransa XİN rəsmisinin sözlərinə görə, bu addım Fransa hökumətinin, rəsmi Parisin başqa tərəfdaşlarının siyasətini əks etdirmir:
"Hökumətin məsuliyyəti sual verməkdən ibarətdir: belə bir jest faydalı və təsirli olardımı?".
25-11-2020, 14:42 | Azərbaycanlı hərbçilər Kəlbəcərdə - FOTO

Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri artıq Kəlbəcər rayonundadır.
Kəlbəcər rayonu bu gün Azərbaycana təhvil verilib.
Bu, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiyanın Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanata əsasən Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Kəlbəcər rayonunu təhvil verməsi planına əsasən həyata keçirilib.(oxu.az)








25-11-2020, 14:36 | "Türkiyə bütün savaş müddətində Azərbaycana qarşı siyasi təzyiqlərə cavab verib" - Səfir

Türkiyə bütün savaş müddətində Azərbaycana qarşı edilən siyasi təzyiqlərə cavab verib, çünki biz iki dövlət, bir millətik.
Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Onun sözlərinə görə, Azərbaycanla Türkiyənin münasibətləri qardaşlıq münasibətləridir, dünyanın heç bir millətləri arasında belə münasibət yoxdur:
"Azərbaycan da bizim vətənimizdir. Ürəyimiz eyni hisslərlə vurur. Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. Bu gün kəlbəcərlilər yenidən doğma torpaqlarına qayıdır. Bu, Azərbaycanın böyük zəfərinin nəticəsidir. Türkiyə hər zaman Azərbaycanın yanında olub. Hazırda da Türkiyə bütün imkanları ilə Azərbaycanın yanındadır".(Trend)
25-11-2020, 13:25 | “Qafqazda yeni bir dövr başlayır” - Ərdoğanın sözçüsü

Qarabağ əsl kimliyinə qovuşur.
Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın öz Tvitter hesabında Kəlbəcərin işğaldan azad olunması münasibətilə bildirib.
"Azərbaycan ordusu 27 ildir işğal altında olan Kəlbəcəri bu gecə azad etdi. Daşlar yerinə oturur. Qarabağ əsl kimliyinə qovuşur. Qafqazda yeni bir dövr başlayır. Türkiyə yaxın tarixdə Qafqazda aktiv rol oynamağa davam edəcək",- Kalın qeyd edib.