11-12-2020, 05:07 | Azərbaycan Prezidenti: Bu gün əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə dünyada güc mərkəzinə çevrilib


Azərbaycan Prezidenti: Bu gün əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə dünyada güc mərkəzinə çevrilib


Mən hər zaman əziz qardaşımı qarşılayarkən, yaxud ki, qardaş Türkiyədə olarkən deyirdim ki, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr tapılmaz. Bu həqiqətdir. Bu gün dünya xəritəsinə baxsaq, görərik ki, bizim qədər bir-birinə bağlı olan, bir-birinin hər zaman yanında olan ikinci ölkələr yoxdur.

AZƏRTAC bildirir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə mətbuata bəyanatında söyləyib.

Dövlətimizin başçısı deyib: "Bizi birləşdirən həm ortaq tarix, din, mədəniyyət, dil, ədəbiyyat, eyni zamanda, bizim siyasətimizdir. Türkiyə və Azərbaycan dünya miqyasında müstəqil siyasət yürüdən ölkələrdir. Türkiyənin gücü bizim gücümüzü artırır. Bu gün əziz qardaşımın liderliyi sayəsində Türkiyə dünya miqyasında güc mərkəzinə çevrilib. Dünyanın bir çox ölkələrində Türkiyə haqqı, ədaləti qoruyur, müdafiə edir. Əzilmiş xalqların mənafelərini müdafiə edir. Ədaləti, beynəlxalq hüququ bərpa edir".

9-12-2020, 07:26 | Ceyhun Bayramov İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi ilə görüşüb


Ceyhun Bayramov İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi ilə görüşüb



Xarici işlər naziri Ceyhun Bayramov İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Ceyhun Bayramov cari ilin 19-21 fevral tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliya Respublikasına tarixi dövlət səfərini xatırladaraq, səfər zamanı imzalanmış "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə" ilə tərəflərin bir-birlərini strateji tərəfdaş kimi qəbul etdiklərini söylədi.

C.Bayramov Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən Müharibəsi barədə qarşı tərəfə ətraflı məlumat verdi. Nazir ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu, bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini bildirdi.

Tərəflər Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığı, o cümlədən enerji və nəqliyyat layihələrində, xüsusilə Cənub Qaz Dəhlizi layihəsində iştirakı ilə bağlı fikir mübadiləsi apardılar.

Dövlət katibi Manlio Di Stefano regionda baş verən hadisələrlə bağlı yerində məlumat alınmasının daha faydalı olduğunu, bu səbəbdən Azərbaycana səfər etdiyini söylədi.

Görüş zamanı tərəflər, həmçinin ölkələrimiz arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq perspektivləri ilə bağlı məsələləri müzakirə etdilər.

9-12-2020, 04:37 | Birinci vitse-prezident Mehriban Əliyeva: Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayır - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva: Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayır - FOTO



Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayır.

Trend bildirir ki, bu barədə Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstaqram" səhifəsində paylaşım edilib.

Paylaşımda deyilir:

"Əziz həmvətənlər!

Bu günlər biz hamımız Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının qürurunu və sevincini yaşayırıq. 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edilmişdir.

Əlbəttə, işğaldan azad olunmuş torpaqlarımızdakı hazırkı mənzərəni hər birimiz ürək ağrısı ilə seyr edirik. Erməni təcavüzkarları bu illər ərzində şəhər və rayonlarımızı, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətlərimizi talan etmiş, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimizi vandalizm aktlarına məruz qoymuşdur. Bir vaxtlar Azərbaycanın dilbər guşəsi olan Qarabağ bölgəsindəki abadlıqdan əsər-əlamət qalmamışdır.

Amma əminliklə bildirmək istəyirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün Qarabağ bölgəsini Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirəcəyik. Burada yenidən həyat canlanacaq, bütün rayonlarımız bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarında yaşayıb, yaradacaqlar.

Əziz həmvətənlər,

Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır.

Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır!

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN"


9-12-2020, 02:53 | Qələbəmizlə qürur duyuram

Qələbəmizlə qürur duyuram


Noyabrın 10-da gecə saatlarında Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında videokonfrans formatında görüşə baxanda özümü dünyanın ən xoşbəxt insanı hesab etdim. Dağlıq Qarabağ münaqişəsinə nöqtə qoyulduğunu eşitdikdə bir daha torpağımızda günahsız insanların qanının tökülməyəcəyini düşünərək sevindim. Üçtərəfli bəyanatı imzalayarkən Prezidentin də sevindiyini duyduqda bütün ailəliklə xoşbəxt olduq.

Elə cənab Putinin də yaranmış vəziyyətdən razı qaldığı görünürdü. O bildirdi ki, birgə bəyanatda şərh edilmiş qərar nəinki Ermənistan ilə Azərbaycan arasında çoxillik qarşıdurmaya son qoyacaq, bu torpaqlarda qan tökülməsini dayandıracaq, həm də təsbit edilmiş razılaşmalara etibarlı nəzarət mexanizmi, regionda münasibətlərin inkişafı üçün əlverişli şərait yaradacaq.

Prezident İlham Əliyev isə Ermənistan ilə Azərbaycan arasında çoxillik münaqişənin nizamlanması işinə nöqtə qoyulduğunu qeyd etdi: “Deməliyəm ki, indi bizim gördüyümüz münaqişənin hərbi-siyasi nizamlanması işi, əminəm ki, regionumuzda uzunmüddətli sülhə, həmrəyliyə gətirib çıxaracaq, qarşıdurmaya və qan tökülməsinə son qoyacaq”.

Azərbaycan lideri bu münaqişənin nizamlanmasında Rusiya Federasiyasının xüsusi rolunu xatırladaraq, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana da təşəkkürünü bildirdi. Bizim üçün ən sevindirici məqam bəyanatın bəndlərindən birində Rusiya və Türkiyənin birgə sülhməramlı missiyasında işrirakının göstərilməsidir. İnanırıq ki, bundan sonra problemin həlli Azərbaycanın istədiyi şəkildə baş tutacaq. Bunun üçün Prezident İlham Əliyev böyük diplomatik fəaliyyət göstərib. Bütün xalqımız onun hər bir addımını dəstəkləyib. Bu gün də hamılıqla dövlət başçımıza güvənirik və onun dəstəyindəyik.

Şanlı ordumuzun Şuşanı alması ölkəmiz üçün böyük qürurdur. Xüsusilə, demək olar ki, silah işlətmədən, əlbəyaxa döyüşlər nəticəsində bu qədim şəhərimiz azad olundu. Həm də heç bir dağıntıya yol verilmədi. Bu, xüsusi bir qəhrəmanlıqdır. Rus jurnalistlərindən birinin məqaləsində oxudum ki, Azərbaycan əsgərləri yaralanmış, hətta həlak olmuş yoldaşlarını belə yolda atmayaraq, çiyinlərinə alıb üzüyuxarı – Şuşaya qaldırırlarmış.

Şübhəsiz ki, bütün bunlar Ali Baş Komandanımızın böyük sərkərdəlik məharətinin nəticəsidir. Döyüşdə yaxşı komandan, əlbəttə, böyük perspektiv deməkdir. Bizdə də belə oldu. Cəsur komandanın əmri ilə ordumuz, demək olar ki, heç bir güllədən, mərmidən çəkinmədən irəlilədi və böyük uğurlar qazandı.

Hesab edirəm ki, birgə bəyanatda heç bir statusdan söhbət getməməsi də mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev dəfələrlə müsahibələrində qeyd edib ki, Azərbaycan yeni reallıq yaradıb və indi hamı bununla hesablaşmalıdır. Bu da Ali Baş Komandanımızın cəsarəti sayəsində əldə olundu. Bu məsələdə Xalq-Prezident birliyi öz sözünü dedi. Prezident xalqa arxalandı, ondan güc aldı. Bütün Azərbaycan xalqı da gecə-gündüz Prezidentimiz, ordumuz üçün dualar etdi.

Bu gözəl hadisə münasibətilə bütün Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!



Rəfail Mehralıyev,
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi.

9-12-2020, 02:19 | Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub


Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub


Cari ilin 8 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

9-12-2020, 02:06 | Ömər Çelik: “Ərdoğanın Azərbaycana səfəri tarixi əhəmiyyətə sahibdir”


Ömər Çelik: “Ərdoğanın Azərbaycana səfəri tarixi əhəmiyyətə sahibdir”


"Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri tarixi əhəmiyyətə sahibdir".

"Haber Global"ın məlumatına görə, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik deyib.

"9-10 dekabrdakı bu ziyarətlər azərbaycanlı qardaşlarımızla görüşəcəyik. Azərbaycana aid olan torpaqlar əsl sahibinə (Azərbaycana) qayıtmışdır.

Silahlı qüvvələrimiz birgə fəaliyyət üçün hazırlıqlarını tamamladı, vəzifəyə hazırdır. Tezliklə atəşkəsi müşahidə üçün əsgərlərimiz bölgədə olacaq", - deyə Ö.Çelik bildirib.

4-12-2020, 14:41 | Birinci vitse-prezident Mehriban Əliyeva: Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva: Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq - FOTO

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstaqram" səhifəsində Vətən müharibəsində şəhid olanların xatirəsinin yad edilməsilə bağlı paylaşım edilib.

Paylaşımda deyilir:

"Əziz qardaşlar və bacılar!

Bu gün biz Vətən müharibəsi döyüşlərində həlak olmuş şəhidlərin xatirəsini yad edirik.

Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçib.
Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir.

Bu gün mən şəhidlərimizin ailələri ilə birlikdə kədərlənir, Vətən naminə canından keçməyə hazır olan oğullar tərbiyə etmiş valideynlərin qarşısında baş əyirəm. Şəhidlərimizin qanı nahaq yerə tökülmədi - biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu!

Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq! Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq.

Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara tezliklə şəfa, onların ailələrinə və yaxınlarına güc və səbir versin! Uca Tanrı Azərbaycanı və Azərbaycan xalqını qorusun! ( Trend)



4-12-2020, 13:43 | Şəhidlərimizin ruhu qarşısında baş əyir, ehtiramla yad edirik - Spiker

Şəhidlərimizin ruhu qarşısında baş əyir, ehtiramla yad edirik - Spiker

Milli Məclisin sədri Sahibə Qafarova şəhidlərimizlə bağlı paylaşım edib.

, S.Qafarova deyib: "Allah bütün Şəhidlərimizə rəhmət eləsin, bütün Qazilərimizə şəfa versin. Şəhidlərimizin ruhu qarşısında baş əyir, ehtiramla yad edirik".Trend

4-12-2020, 13:00 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhidlərimizin xatirəsini yad ediblər - VİDEO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhidlərimizin xatirəsini yad ediblər - VİDEO

Dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanında olub və şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

AZƏRTAC bildirir ki, dövlətimizin başçısı "Əbədi məşəl" abidəsinin önünə əklil, birinci xanım Mehriban Əliyeva gül dəstəsi qoydular.

Azərbaycanın dövlət himni səsləndirildi.

3-12-2020, 12:44 | Zəfər Günü hər il noyabrın 8-də qeyd ediləcək - Prezident Administrasiyası

Zəfər Günü hər il noyabrın 8-də qeyd ediləcək - Prezident Administrasiyası

Ermənistanın ardıcıl təxribatları və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda Vətən müharibəsinə qalxmışdır. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazanmış, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatında deyilir.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Bununla yanaşı, noyabrın 10-u Türkiyə Cümhuriyyətinin qurucusu, adı türk dünyasının tarixinə qızıl hərflərlə həkk olunmuş böyük şəxsiyyət Mustafa Kamal Atatürkün anım günüdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: "Mustafa Kamal Atatürk sizin üçün nə qədər əziz və hörmətli olubsa, o qədər də azərbaycanlılar üçün əziz və hörmətlidir". Azərbaycanı ürəkdən sevən, "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" deyən Mustafa Kamal Atatürk hər bir azərbaycanlının qəlbində özünə yer etmişdir, onun xatirəsi ölkəmizdə də böyük ehtiramla yad olunur.

Noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir.

Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynamış, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olmuşdur.

Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcəkdir.Ermənistanın ardıcıl təxribatları və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda Vətən müharibəsinə qalxmışdır. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazanmış, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Bununla yanaşı, noyabrın 10-u Türkiyə Cümhuriyyətinin qurucusu, adı türk dünyasının tarixinə qızıl hərflərlə həkk olunmuş böyük şəxsiyyət Mustafa Kamal Atatürkün anım günüdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: "Mustafa Kamal Atatürk sizin üçün nə qədər əziz və hörmətli olubsa, o qədər də azərbaycanlılar üçün əziz və hörmətlidir". Azərbaycanı ürəkdən sevən, "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" deyən Mustafa Kamal Atatürk hər bir azərbaycanlının qəlbində özünə yer etmişdir, onun xatirəsi ölkəmizdə də böyük ehtiramla yad olunur.

Noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir.

Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynamış, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olmuşdur.

Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcəkdir.(milli.az)

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.