17-11-2020, 16:30 | Prezident İlham Əliyev: Bizim erməni xalqı ilə işimiz yoxdur

Prezident İlham Əliyev: Bizim erməni xalqı ilə işimiz yoxdur

Bizim erməni xalqı ilə işimiz yoxdur.

Bunu Prezident İlham Əliyev Noyabrın 16-da işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı deyib.

Dövlət başçısı bildirib:

"Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi Azərbaycan dövləti var. Bütün Azərbaycan vətəndaşları, bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur. Mən bu 44 gün ərzində çoxsaylı müsahibələrimdə demişəm, onlar bizim vətəndaşlarımızdır və onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar, onlar kriminal, qorxaq xunta rejimindən öz yaxasını qurtarmalıdırlar. Dağlıq Qarabağın separatçı rəhbərləri qorxaqdırlar. Onların qorxaqlığını orada yaşayan ermənilər görüblər, Ermənistanda yaşayan ermənilər görüblər. Nə qədər adam fərarilik edib. Onların o xunta başçısı bunkerdə gizlənmişdi, burnunu belə bayıra çıxara bilmirdi. Bəs hanı sənin hünərin, cəsarətin?!"Trend

17-11-2020, 16:28 | Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Milli Dirçəliş Günü münasibətilə paylaşım edilib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Milli Dirçəliş Günü münasibətilə paylaşım edilib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Milli Dirçəliş Günü münasibətilə paylaşım edilib.

Paylaşımda deyilir:

"Bütün Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, həmvətənlərimizin hər birinə möhkəm cansağlığı, sevgi və səadət diləyirəm!

Bu gün bizim hamımızı Vətənimizə ən nurlu, səmimi hisslər, ona, onun uğurlarına, nailiyyətlərinə və qələbələrinə görə qürur duyğuları birləşdirir! Qoy Azərbaycan xalqının həmrəyliyi və dövlət müstəqilliyimiz əbədi olsun! Qoy Azərbaycanda daim sülh, firavanlıq və təhlükəsizlik hökm sürsün! Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!"Trend


17-11-2020, 05:42 | Hikmət Hacıyev: Ermənistanın vandalizminin miqyası təsəvvür olunmazdır

Hikmət Hacıyev: Ermənistanın vandalizminin miqyası təsəvvür olunmazdır



"Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva azad olumuş Cəbrayılın mərkəzində. Hər şey yerlə-yeksan edilib. Ermənistanın vandalizminin miqyası təsəvvür olunmazdır.

Prezident İlham Əliyev vurğuladı ki, əsaslı bərpa işləri görüləcək".

Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdəki hesabında yazıb.

17-11-2020, 05:00 | İlham Əliyev və Mehriban Əliyeva hərbi geyimdə ön xətdə

İlham Əliyev və Mehriban Əliyeva hərbi geyimdə ön xətdə

Daha əvvəl də xəbər verildiyi kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl bölgələrini, Füzuli və Cəbrayıl şəhərlərini ziyarət ediblər.

Azərbaycan televiziyası səfərin qısa videosunu yayımlayıb. Daha ətraflı məlumat sabah yayımlanacaq.(Virtualaz.org)


11-11-2020, 15:48 | Prezident İlham Əliyev: Paşinyan, sən harada imzalamısan bu sənədi?

Prezident İlham Əliyev: Paşinyan, sən harada imzalamısan bu sənədi?

Paşinyan, sən harada imzalamısan bu sənədi?

Bunu Prezident İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Noyabrın 9-da imzalanmış birgə bəyanat faktiki olaraq Ermənistan sülh kapitulyasiya aktı idi. Necə ki, vaxtilə İkinci Dünya müharibəsi başa çatandan sonra Hitlerin əlaltıları müttəfiq ölkələrin hərbi rəhbərlərinin qarşısında kapitulyasiya aktını imzalamışlar, mən də deyirdim ki, eyni qaydada Paşinyan canlı formatda, videokonfrans şəklində kapitulyasiya aktını imzalamalıdır. Amma açığını deyim, ondan sonra Rusiya Prezidenti Vladimir Putin məndən xahiş etdi ki, mən bu məsələdə çox da təkid etməyim. Mən hesab etdim ki, onsuz da Paşinyan kifayət qədər alçaldıldı, öz çirkin əməllərinə görə cəzalandırıldı, faktiki olaraq diz çökdü, mənim bütün şərtlərimi qəbul etdi. İmzalanmış bəyanatda Ağdam, Laçın, Kəlbəcər rayonlarından işğalçı qüvvələrin çıxarılmasının cədvəli də təsdiq olundu. Dedim etiraz etmirəm. Dedim getsin harada istəyir imzalasın, qaranlıq bir otaqda, bir anbarda, kameralardan uzaq bir yerdə imzalasın. Belə də oldu. Mənim və Prezident Putinin imzalanma mərasimini bütün Azərbaycan xalqı gördü. Paşinyan, sən harada imzalamısan bu sənədi? O qədər də əhəmiyyətli deyil. Çünki indi onu tapmaq mümkün deyil. Heç kim də soruşa bilməz, ay Paşinyan, sən bunu harada imzalamısan?".
AZƏRTAC

11-11-2020, 15:36 | Türkiyənin Azərbaycan xalqının mübarizəsinə verdiyi tam dəstəyi gördük - Ceyhun Bayramov

Türkiyənin Azərbaycan xalqının mübarizəsinə verdiyi tam dəstəyi gördük - Ceyhun Bayramov

Son 44 gün ərzində Türkiyə dövlətinin, türk xalqının, millət vəkillərinin, ictimai xadimlərinin Azərbaycan xalqının mücadiləsinə verdiyi tam dəstəyi gördük.

Bunu Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycan bu dəstəyi hər gün hiss edib: "Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu qısa müddətdə 5 dəfə Azərbaycanda olub".Trend

11-11-2020, 14:48 | Azərbaycan idmançıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ediblər

Azərbaycan idmançıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ediblər

Azərbaycan idmançıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ediblər.


Müraciəti təqdim edir.

Hörmətli cənab Prezident, Ali Baş Komandan İlham Əliyev!

Azərbaycan xalqının 30 illik həsrətinə son qoyub, işğal edilmiş ərazilərimizin azad olunmasında qazandığınız tarixi zəfər münasibətilə idman ictimaiyyəti adından Sizə səmimi təbriklərimizi və dərin təşəkkürümüzü çatdırırıq.

Cari ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq törətmiş olduğu genişmiqyaslı təxribatlarına cavab olaraq Sizin rəhbərliyiniz və komandanlığınız altında rəşadətli Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində uğurlu və sürətli əks-hücum əməliyyatı həyata keçirib. Şanlı Ordumuz Sizin rəhbərliyiniz altında gərgin və tarixi döyüş əməliyyatları gerçəkləşdirərək qısa zaman müddətində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, yüzlərlə qəsəbə və kəndlərimizi işğaldan azad edib.

8 noyabr tarixi isə Azərbaycan xalqının ürəyinə, yaddaşına qızıl hərflərlə yazıldı. Azərbaycanın fədakar oğulları hər hansı texnikanın iştirakı olmadan əsl möcüzə göstərərək, Qarabağın incisi qədim Şuşa şəhərini işğalçılardan təmizləyib, düşmən ordusuna sarsıdıcı zərbə endirdilər. Bu hadisə müharibənin gedişində əsl dönüş nöqtəsi oldu və nəticə etibarilə düşməni kapitulyasiya imzalamağa məcbur etdi.

Azərbaycan idmançıları daim Sizin siyasətinizi dəstəkləmiş, atdığınız hər bir addımda yanınızda olduqlarını söyləmişlər.

Biz daim Sizinləyik Ali Baş Komandanımız cənab Prezident İlham Əliyev!

Sizinlə fəxr edirik məğrur və mübariz Azərbaycan Ordusu!

Bizə bu günləri yaşatdığınız üçün Sizə minnətdarıq!

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!. AZƏRTAC

11-11-2020, 14:16 | Azərbaycan heç bir zaman mülki şəxsləri hədəf almayıb və almayacaq - Ərdoğan

Azərbaycan heç bir zaman mülki şəxsləri hədəf almayıb və almayacaq - Ərdoğan

Azərbaycan heç bir zaman mülki şəxsləri hədəf almayıb və almayacaq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, bundan sonra da Azərbaycanla ortaq gələcəyimizin qurulması üçün birlikdə çalışacağıq
Trend

11-11-2020, 14:14 | Rusiya ilə Türkiyə atəşkəs monitorinq mərkəzinin yaradılması haqqında razılaşma imzalayıb - Ərdoğan

Rusiya ilə Türkiyə atəşkəs monitorinq mərkəzinin yaradılması haqqında razılaşma imzalayıb - Ərdoğan

Qarabağın işğaldan azad olunması ilə bağlı Azərbaycanı təbrik edirəm.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bildirib: "Rusiya ilə Türkiyə atəşkəs monitorinq mərkəzi haqqında imzalayıb.

O qeyd edib ki, Türkiyə Rusiya ilə birgə sülhməramlıların tərkibində yer alacaq. Bəyanatın imzalanması ilə Azərbaycan xalqını və qardaşım İlham Əliyevi təbrik edirəm. Hər zaman olduğu kimi biz Azərbaycanın yanında olduq və işğalın sona çatması üçün hər bir şeyi etdik".Trend

11-11-2020, 13:01 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər

Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər.

Xəbər yenilənəcək.AZƏRTAC

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.