11-11-2020, 12:00 | "2020-ci il noyabrın 10-u Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı"

"2020-ci il noyabrın 10-u Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı"

2020-ci il noyabrın 10-u Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Otuz il ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistan nəhayət ki, ölkəmiz qarşısnda diz çökdü. Mən bu qələbə sevincini bizə bəxş edən cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, o cümlədən rəşadətli ordumuza özüm və seçicilərim adından dərin təşəkkür edirəm.

Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərfindən imzalanan birgə bəyanat işğalçı ölkənin təslimçilik aktıdır: "Lakin ölkəmiz bu uğuru heç də asanlıqla əldə etməyib. Bu uğurun əsas qəhrəmanı cənab Ali Baş Komandan İlham Əliyevdir. Məhz sentyabrın 27-də işğalçı ölkənin növbəti genişmiqyaslı hərbi təxribatına cavab olaraq başlanan Vətən müharibəmiz cənab İlham Əliyev başda olmaqla Azərbaycan Ordusunun və xalqımızın düşmən üzərində həlledici qələbə qazanması ilə başa çatdı".

"Noyabrın 10-da Azərbaycan xalqına müraciətində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu məqama xüsusi olaraq toxundu. Cənab Prezident dedi ki, "biz döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda gücümüzü göstərmişik, müstəqilliyimizi göstərmişik. Gün gələcək müharibə dövrünün ictimaiyyətə açıqlana biləcək bəzi məqamları yəqin ki, açıqlanacaq. Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə, dayanın, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq". Bəli, cənab Prezidentin bəyan etdiyi kimi, bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz. Biz xalqımızla, ordumuzla fəxr edirik" deyə, deputat əlavə edib.

Əldə edilən razılaşmanın tarixi əhəmiyyətinə gəlincə Vüqar İskəndərov deyib ki, bununla da Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu: "Eyni zamanda, Qarabağa heç bir status verilməyəcək, Naxçıvanla Azərbaycanın quru əlaqəsi açılacaq, Naxçıvan blokadadan çıxacaq, qardaş Türkiyə sülhməramlı prosesində iştirak edəcək. Bütün bunlar Azərbaycanın tarixi qələbəsi, işğalçı Ermənistanın və dünya erməniliyinin isə ölümcül məğlubiyyətidir".

9-11-2020, 20:04 | İlham Əliyev Şuşa və Xankəndi arasındakı kəndlərin də azad olunduğunu elan etdi

İlham Əliyev Şuşa və Xankəndi arasındakı kəndlərin də azad olunduğunu elan etdi

Müzəffər Azərbaycan Ordusu Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər, Xocalının Şuşakənd, Muxtar, Daşaltı, Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq, Zəngilanın Sobu, Qaragöz, İsgəndərbəyli kəndlərini, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyini (2300 metr), Sığırt yüksəkliyini (1370 metr), Şükürataz yüksəkliyini (2000 metr) və əlavə 5 adsız strateji yüksəkliyi, Cəbrayılın Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər, Qubadlının Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli, Laçının Güləbürd, Səfiyan, Türklər kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində yazıb.
Müzəffər Azərbaycan Ordusu Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər, Xocalının Şuşakənd, Muxtar, Daşaltı, Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı,

— İlham Əliyev (@azpresident) November 9, 2020

(Virtualaz.org)

9-11-2020, 05:36 | Mehriban Əliyeva: "Biz Şuşamızı qaytardıq"

Mehriban Əliyeva: "Biz Şuşamızı qaytardıq"

Mehriban Əliyeva: "Biz Şuşamızı qaytardıq"
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İnstaqram hesabında Şuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

"Bu anlarda bütün xalqımız təsvirəgəlməz qürur və sevinc hissləri keçirir! Şuşa işğaldan azad edilib! Bu münasibətlə bütün həmvətənlərimizə səmimi təbriklərimi çatdırıram! İllər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olunur! Vətənimizi müdafiə edən və əzəli Azərbaycan torpaqlarını işğaldan azad edən qəhrəmanlar nəslinin bugünkü igidlikləri Azərbaycan tarixinə əbədi daxil olacaq və hər birimizin yaddaşında həmişəlik qalacaq! Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi bizim rəşadətli əsgərlərimizin qəhrəmanlığı və igidliyi, dözümlülüyü və qələbə əzmi sayəsində mümkün olur! Vətən naminə canlarından keçmiş şəhidlərimizə Allah rəhmət eləsin!

Əziz qardaşlar və bacılar!


Biz Şuşamızı qaytardıq! Bu əlamətdar tarixi hadisə münasibətilə hamınızı bir daha təbrik edirəm. Qoy bizim bütün uğurlarımızın və nailiyyətlərimizin, bütün qələbələrimizin qarantı olan xalq-Prezident birliyi günbəgün möhkəmlənsin!

Bu gün məhz bu birlik Azərbaycanın öz gücünü nümayiş etdirməsinə imkan yaradır! Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində bizim Prezidentimiz bütün mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyi bacarır! Qoy Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!".

Посмотреть эту публикацию в Instagram

Bu anlarda bütün xalqımız təsvirəgəlməz qürur və sevinc hissləri keçirir! Şuşa işğaldan azad edilib! Bu münasibətlə bütün həmvətənlərimizə səmimi təbriklərimi çatdırıram! İllər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olunur! Vətənimizi müdafiə edən və əzəli Azərbaycan torpaqlarını işğaldan azad edən qəhrəmanlar nəslinin bugünkü igidlikləri Azərbaycan tarixinə əbədi daxil olacaq və hər birimizin yaddaşında həmişəlik qalacaq!Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi bizim rəşadətli əsgərlərimizin qəhrəmanlığı və igidliyi, dözümlülüyü və qələbə əzmi sayəsində mümkün olur! Vətən naminə canlarından keçmiş şəhidlərimizə Allah rəhmət eləsin! Əziz qardaşlar və bacılar! Biz Şuşamızı qaytardıq! Bu əlamətdar tarixi hadisə münasibətilə hamınızı bir daha təbrik edirəm. Qoy bizim bütün uğurlarımızın və nailiyyətlərimizin, bütün qələbələrimizin qarantı olan xalq-Prezident birliyi günbəgün möhkəmlənsin! Bu gün məhz bu birlik Azərbaycanın öz gücünü nümayiş etdirməsinə imkan yaradır! Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində bizim Prezidentimiz bütün mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyi bacarır! Qoy Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaij(
(Virtualaz.org)

8-11-2020, 14:13 | Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğalçılara layiqli cavab verir - Türkiyə hökuməti

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğalçılara layiqli cavab verir - Türkiyə hökuməti


Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu cəbhənin büün istiqamətlərində işğalçı qüvvələrə layiqli cavab verir.

Bunu Trend-ə Türkiyə hökumətindən bildiriblər.

Qeyd olunub ki, Azərbaycanın bütün uğurları, o cümlədən Şuşa şəhərinin azad olunması Türkiyənin hədsiz sevindirir:

"Şuşa Azərbaycanın əzəli torpağıdır və bu gün bu şəhər erməni işğalından azad edilib".

Türkiyə hökumətindən bildiriblər ki, Azərbaycan özü öz ərazilərini azad etməklə, faktiki olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini icra edir.

8-11-2020, 13:58 | Siyasi partiyalar Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar


Siyasi partiyalar Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar

Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Şuşanın işğaldan azad edilməsi münasibətilə Ali Baş Komandan, Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.


"Cənab Ali Baş Komandan!

Zati-alinizin hakimiyyətdə olduğu illərdə uğurla həyata keçirdiyiniz siyasət nəticəsində Azərbaycanın ən yeni tarixi qızıl hərflərlə yazılır. Heç şübhəsiz, bu, Sizin geniş dünyagörüşünüzün, siyasi uzaqgörənliyinizin, diplomatik bacarıqlarınızın, hərbi-strateji dühanızın, iqtisadi islahatlarınızın, xalqımızın Sizə göstərdiyi yüksək etimadın, xalq-dövlət-vətəndaş cəmiyyəti arasında qarşılıqlı anlayış və hörmətin ən ali təcəssümüdür.

Sizin ölkə rəhbəri kimi, sadəcə, iqtisadi, sosial və siyasi sahələrdə deyil, müasir ordu quruculuğu sahəsində də gördüyünüz böyük işlər danılmazdır. Ali Baş Komandan olaraq ordumuzun həm maddi-texniki təminatının və döyüş qabiliyyətinin, həm də şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyünüz işlər bugünkü Qələbəmizi təmin edən əsas amillərdir.

Cari il sentyabrın 27-də Ermənistanın atəşkəs razılaşmasını pozaraq, genişmiqyaslı hərbi əməliyyatlara başlamasından dərhal sonra Sizin əks-hücum əmrinizlə şanlı Azərbaycan Ordusu 30 ilə yaxındır Ermənistanın işğalında olan Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl şəhərlərini və 200-dən çox kəndlərimizi qısa müddətdə işğaldan azad etdi. Digər rayon və şəhərlərimizin azad edilməsi uğrunda Azərbaycanın şanlı ordusunun hərbi əməliyyatları uğurla davam edir.

Azərbaycan işğal atındakı torpaqlarını azad etmək üçün uğurlu hərbi əməliyyatlara davam etdiyi zaman Ermənistan və onun havadarlarının ölkəmizə təzyiq cəhdləri Sizin diplomatik bacarığınız, beynəlxalq münasibətləri doğru dəyərləndirməyiniz, məntiqli arqumentləriniz sayəsində qısa zamanda iflasa uğradı.

Torpaqlarımızın düşmən işğalından azad edilməsi, əlbəttə, bizim və Azərbaycan xalqının illərdir arzu etdiyi xəyalların gerçəkləşməsi deməkdir.

Əks-hücum əməliyyatları başladığı gündən bütün Azərbaycan xalqı kimi, ölkədə fəaliyyət göstərən siyasi partiyalar da ətrafınızda yumruq kimi birləşərək, Sizi qeyd-şərtsiz dəstəklədi. Qələbəyə təşnə olan xalqımız Sizin apardığınız böyük qalibiyyət yolu ilə inamla addımladı.

Vətən torpağının hər bir qarışı bizim üçün müqəddəsdir. Ermənistanın işğalından azad olunan bütün torpaqlarımıza qısa zamanda sülh və əmin-amanlıq gələcək.

Sizin dediyiniz "Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar" ifadəsi artıq vətənpərvərlik harayına çevrilib. Şuşa Azərbaycanın incisidir, mədəniyyət və musiqi beşiyidir. Şuşa, heç şübhəsiz, işğaldan azad edilməli idi. Bu böyük işi Sizin komandanlığınız ilə müzəffər Azərbaycan Ordusu bacardı. Şuşanın Azərbaycana, Azərbaycanın Şuşaya olan 28 illik həsrətinə Siz son verdiniz. Xalqımızın 30 ilə yaxındır həsrətində olduğu Şuşa şəhəri artıq düşməndən geri alınıb. Şəhidlərimizin qanı yerdə qalmadı! Şəhidlərimizin ruhu şaddır!

Əlbəttə, hərbi əməliyyatlar hələ də davam edir. Amma Şuşa qələbəsi Böyük Zəfərin ilk müjdəçisidir və Ermənistanın işğalı altında olan bütün torpaqlarımız azad edilənə qədər Azərbaycan mübarizəyə davam edəcək.

Bu mübarizədə hər zaman olduğu kimi, Azərbaycan xalqı ilə birlikdə Sizin yanınızdayıq və hər bir əmrinizə tabeyik.

İşğal altında olan hər qarış Vətən torpağının, xüsusilə də Şuşanın düşmən tapdağından azad edilməsi üçün göstərdiyiniz dəyanət, qətiyyət və səbrə görə Sizi və Azərbaycan xalqını ürəkdən təbrik edirik.

Şuşa qələbəsindən sonra Böyük Zəfər müjdənizi səbirsizliklə gözləyirik!

Yaşasın Azərbaycan!

Yaşasın Ali Baş Komandan!

Yaşasın müzəffər Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!

8 noyabr 2020-ci il

1. Yeni Azərbaycan Partiyası - Əli Əhmədov

2. Vətəndaş Həmrəyliyi Partiyası - Sabir Rüstəmxanlı

3. Ana Vətən Partiyası - Fəzail Ağamalı

4. Böyük Quruluş Partiyası - Fazil Mustafa

5. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası - Qüdrət Həsənquliyev

6. Demokratik İslahatlar Partiyası - Asim Mollazadə

7. Vəhdət Partiyası - Tahir Kərimli

8. Vətəndaş Birliyi Partiyası - Sabir Hacıyev

9. Azərbaycan Demokratik Maarifçilik Partiyası - Elşən Musayev

10. Milli Cəbhə Partiyası - Razi Nurullayev

11. ReAL Partiyası - İlqar Məmmədov

12. Azərbaycan Ümid Partiyası - İqbal Ağa-zadə

13. Milli Dirçəliş Hərəkatı Partiyası - Fərəc Quliyev

14. Azərbaycan Demokrat Partiyası - Sərdar Cəlaloğlu

15. Azərbaycan Xalq Partiyası - Pənah Hüseyn

16. Ədalət Partiyası - İlyas İsmayılov

17. Klassik Xalq Cəbhəsi Partiyası - Mirmahmud Fəttayev

18. Azad Demokratlar Partiyası - Sülhəddin Əkbər

19. Azərbaycan Liberal Partiyası - Əvəz Temirxan

20. Azərbaycan Milli İstiqlal Partiyası - Arzuxan Əlizadə

21. Aydınlar Partiyası - Qulamhüseyn Əlibəyli

22. Azərbaycan Respublikaçılar Partiyası - Sübut Əsədov

23. Azərbaycan Sosial Demokrat Partiyası - Araz Əlizadə

24. Azərbaycan Sosial Rifah Partiyası - Əsli Kazımova

25. Böyük Azərbaycan Partiyası - Elşad Musayev

26. Milli Vəhdət Partiyası - Yunus Oğuz

27. AĞ Partiya - Tural Abbaslı

28. Müasir Müsavat Partiyası - Hafiz Hacıyev

29. Azərbaycan Liberal Demokrat Partiyası - Fuad Əliyev

30. Azərbaycan Yurddaş Partiyası - Mais Səfərli

31. Azadlıq Partiyası - Əhməd Orucov

32. Azərbaycan Naminə Alyans Partiyası - Abutalıb Səmədov

33. Azərbaycan Azad Respublikaçılar Partiyası - Kamil Seyidov

34. Cümhuriyyət Xalq Partiyası - Bədrəddin Quliyev

35. Milli Həmrəylik Partiyası - Əlisahib Hüseynov

36. Yeni Zaman Partiyası - Musa Ağayev

37. Vətəndaş və İnkişaf Partiyası - Əli Əliyev

38. Azərbaycan Xalq Demokratik Partiyası - Rafiq Turabxan

39. Azərbaycan Kommunist Partiyası - Hacı Hacıyev və Rauf Qurbanov

40. Milli Konqres Partiyası - İxtiyar Şirinov

41. Müstəqil Xalq Partiyası - Əflan İbrahimov

42. Vahid Azərbaycan Milli Birlik Partiyası - Hacıbaba Əzimov

43. Azərbaycan Milli Demokrat Partiyası - Tufan Kərimov

44. Azərbaycan Təkamül Partiyası - Teyyub Əliyev

45. Birlik Partiyası - Xudadat Xudiyev

46. Gələcək Azərbaycan Partiyası - Ağasif Şakiroğlu

47. Azərbaycan Milli Hərəkat Partiyası - Samir Cəfərov

48. Azərbaycan Mübarizləri Partiyası - Ağadur Müslümov

49. Qorqud Partiyası - Firudin Kərimov

50. Milli Demokrat İdrak Partiyası - Osman Əfəndiyev".(AZƏRTAC)

8-11-2020, 13:48 | Mövlud Çavuşoğlu: "Şuşanın azadlığı mübarək olsun

Mövlud Çavuşoğlu: "Şuşanın azadlığı mübarək olsun

“Azərbaycanın mədəni paytaxtı, qədim Şuşa şəhərinin azadlığı mübarək və uğurlu olsun. Bayraq günündə şanlı Azərbaycan bayrağı bir daha enməməklə Şuşada da dalğalanacaq. Üçrəngli bayrağınla məsud yaşa, Azərbaycan!”

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Tvitter”də yazıb.

Azerbaycan’ın kültür başkenti kadim şehir Şuşa’nın azatlığı kutlu ve uğurlu olsun. Bayrak gününde şanlı Azerbaycan bayrağı bir daha inmemek üzere Şuşa’da da dalgalanacak.
Üç renkli bayrağınla mesut yaşa AZERBAYCAN!

— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) November 8, 2020

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə Şuşa şəhərinin işğaldan azad edildiyini bəyan edib.(Virtualaz.org)

8-11-2020, 13:36 | Hikmət Hacıyev Şuşanın azadlığından yazdı


Hikmət Hacıyev Şuşanın azadlığından yazdı


Prezident İlham Əliyev, Müzəffər Ali Baş Komandana Şuşanın azad olunmasını xalqımıza yaşatdığına görə sonsuz təşəkkürlər!

Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev öz Tvitter hesabında yazıb.

"Yaşasın Ali Baş Komandan, Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaralı əsgər və zabitlərimiz şəfa tapsınlar!", - deyə H. Hacıyev qeyd edib.

8-11-2020, 13:24 | Prezident İlham Əliyev: "Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm"

Prezident İlham Əliyev: "Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm"


Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

"Biz mülki vətəndaşlara qarşı heç vaxt müharibə aparmamışıq, bu dəfə də aparmamışıq. Baxmayaraq ki, mənfur düşmən 93 mülki şəxsi namərd atəşlə öldürüb, 400-dən çox mülki şəxs yaralanıb. Amma mən dedim yox, biz azərbaycanlıyıq! Biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq! Onların ordusunu məhv etmişik, texnikasını məhv etmişik, məhv edirik və edəcəyik. Düşməni qovuruq və qovacağıq!", - deyə dövlətimizin başçısı vurğulayıb.(AZƏRTAC)

8-11-2020, 13:02 | Azərbaycan Prezidenti: "28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcək"

Azərbaycan Prezidenti: "28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcək"


Şuşa 28 il yarım işğal altında idi. Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi.

Bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə qeyd edib.

"Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Bir neçə il bundan əvvəl - 2016-cı ilin aprel döyüşlərindən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində mənim göstərişimlə tikilmiş məscidin açılışında bəyan etmişdim ki, bu məscid Şuşa məscidinin bənzəridir, ölçülərinə, memarlıq üslubuna görə eynidir. Demişdim ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə bu xoş xəbəri qarşılayır", - dövlətimizin başçısı bildirib.

8-11-2020, 12:53 | Prezident İlham Əliyev: "Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda ən xoşbəxt günlərimdən biridir"

Prezident İlham Əliyev: "Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda ən xoşbəxt günlərimdən biridir"


"Əziz həmvətənlər, əziz bacılar və qardaşlar.

Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bütün şuşalıları ürəkdən təbrik edirəm!"

Bu tarixi müjdəni Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə verib.

Dövlətimizin başçısı deyib: "Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.