5-01-2024, 13:11 | Ucuz ət satışı gündəmdə - bazarda 8 manata ət satılır - VİDEO

Ucuz ət satışı gündəmdə - bazarda 8 manata ət satılır - VİDEO



Bakının "8-ci km bazarı"nda dana əti 15 manat, qoç əti 14 manata təklif olunur.

Ət kəsimi məntəqlərindəki satıcılar deyir ki, hazırda alıcılıq qabiliyyət yüksək olduğundan qiymətlər də münasibdir.

Bazarda hətta kiloqramı 10 manata satılan qoyun əti də var.

İlin-günün bu vaxtında kiloqramı 10 manata satılan ətin alıcıları isə digərlərindən çoxdur.. Niyəsinə gəlincə...

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

29-12-2023, 06:36 | Mənzil bazarında alıcı qıtlığı yaranıb - SƏBƏBLƏR

Mənzil bazarında alıcı qıtlığı yaranıb - SƏBƏBLƏR


Hazırda Bakıda mənzil bazarında stabillikdir, əhəmiyyətli dəyişiklik müşahidə olunmur, qiymətlər stabildir.

Respublica.Az xəbər verir ki, bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

O qeyd edib ki, bazarda alıcı qıtlığı var.

"Vəziyyət ötən ilin müvafiq dövrü ilə müqayisəolunmaz hala gəlib. Ötən il bazarda Rusiyadan, Ukraynadan çox böyük axın var idi, həm insanların axını, həm də pul axını var idi. Ona görə də ötənilki bazar tamamilə fərqli idi.

Bu il isə biz qayıtmışıq təqribən 2017-ci il səviyyəsinə. Bütün hallarda qiymətdə azalma yoxdur.

Ancaq artım da yoxdur, stabildir. Şirkətlər də müxtəlif kampaniyalar keçirir. Görürlər ki, alıcı qıtlığıdır və ona görə də kampaniyalara getməyə məcburdurlar", - deyə R.Osmanlı əlavə edib.

Respublica.Az






24-12-2023, 15:57 | Bu məhsul Yeni il gəlməmiş KƏSKİN BAHALAŞDI - VİDEO

Bu məhsul Yeni il gəlməmiş KƏSKİN BAHALAŞDI - VİDEO


Yeni il bayramı yaxınlaşdıqca bazarlarda hinduşkaya təlabat artır.

Respublica.Az Xəzər TV-yə istinadən bildirir ki, satıcıların sözlərinə görə, tələb artsa da qiymətlər dəyişməyib.

Satıcılar bildirir ki, ən çox alınan dişi hinduşkalardır.

Hinduşka alarkən bir iki məqama xüsusi diqqət etmək lazımdır.

Respublica.Az

Daha ətraflı videomaterialı təqdim edirik:



20-12-2023, 18:20 | Veteranlara verilən 80 manat müavinətlə bağlı YENİ XƏBƏR - 2024-cü ildə...

Veteranlara verilən 80 manat müavinətlə bağlı YENİ XƏBƏR - 2024-cü ildə...


Yanvarın 1-dən dövlət müxtəlif kateqoriyaya aid altı minə yaxın vətəndaşın təqaüdünü, müavinətini və əmək haqqını artırıb. Onlar arasında keçmiş hərbiçilər də var.

SSRİ-nin Almaniyaya qarşı müharibəsinin veteranlarına ödənişlər artıb (ayda 330 manat, 2022-ci ildə 81 nəfər). Qarabağ müharibələri zamanı yaralanan əlillərin müavinətləri artırılıb. Amma dövlət veteranların aldığı yardımı artırmayıb. Bu kateqoriyaya aid vətəndaşlar ayda 30, sonradan 50 manat ölçüsündə veteran təqaüdü alırdılar. 1 aprel 2019-cu ildən etibarən Prezidentin fərmanı ilə Qarabağ veteranları üçün 80 manat ölçüsündə prezident təqaüdü təsis edilib. Fərmanda deyilir ki, təqaüd kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinətin əvəzinə verilir.

Amma 2019-cu ildən bu günə qədər bütün kommunal xərclər bir neçə dəfə artıb, veteranların pensiyasına əlavə olaraq verilən prezident təqaüdü isə dəyişməyib. Hazırda Azərbaycanda 70 minə yaxın Birinci Qarabağ müharibəsi veteranı yaşayır.

Bəs onların təqaüdü növbəti illərdə artırılacaqmı?

Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Vüqar Bayramov Referans.az-a deyib ki, veteran pulunun artırılması ilə bağlı məsələ Milli Məclisdə bir neçə dəfə müzakirə olunub:

"Millət vəkilləri tərəfindən bu istiqamətdə təkliflər səsləndirilib. Eyni zamanda büdcə müzakirələrində də mən veteran pulunun artırılması ilə bağlı yeni mexanizmanın hazırlanmasını və tətbiqini təklif etmişəm. Bununla bağlı da dövlət qurumunun şərhi ondan ibarət olub ki, ümumiyyətlə sosial müavinətlərin artırılması imkanları ilə bağlı müzakirələr davam etdirilir və bu növbəti il fiskal gəlirlərimizdən asılı olaraq qərarların veriləcəyi gözlənilir. O baxımdan biz bu istiqamətdə artımların olmasını təklif edirik. Xüsusən fiskal gəlirlərimizə uyğun olaraq sosial müavinətlərdə artımların həyata keçirilməsini dəstəkləyirik".

Deputatın sözlərinə görə, nəzərə alsaq ki, son illər praktik olaraq hər il minimum pensiya, minimum əməkhaqqı və eləcə də digər sosial müavinətlərdə artımlar olub. O, qeyd edib ki, 2024-cü ildə də fiskal gəlirlərimizə uyğun olaraq sosial paketlərimizin dərinləşəcəyi və həmin sosial təminatın gücləndirilməsi ilə bağlı yeni addımların atılacağı gözlənilir.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə bildirir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bir nəfərin kommunal və nəqliyyat xərclərini ödəmək üçün cəmi 62 manat vəsait lazımdır:

"Bu məlumatı da bütün dövlət təşkilatları, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verirlər. Onlar da bildirir ki, biz hələ 62 manat olduğu halda onlara 80 manat veririk. Amma bu məsələ gündəmdədir. Baş nazirə də bu barədə müraciət olunub. Bu məsələyə mütləq baxılmalıdır. Yəni biz hesab edirik ki, 80 manat çox az məbləğdir. Bu məsələni Milli Məclisin iclaslarında dəfələrlə qaldırmışıq. İlk qaldıran da mən olmuşam".

Gələn il büdcə gəlirləri nəzərə alınmaqla bu məsələyə ciddi şəkildə baxılmalı və həmin vəsait artırılmalıdır - deyə Vahid Əhmədov əlavə edib.

Respublica.Az










13-12-2023, 12:30 | Azad edilən ərazilərdə yüzminlərlə iş yeri yaradılacaq

Azad edilən ərazilərdə yüzminlərlə iş yeri yaradılacaq


Azad edilən ərazilərdə yüzminlərlə iş yerinin yaradılacağı gözlənilir.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" adlı konfransda çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, həmin ərazilərdə sosial infrastrukturun qurulması və oraya qayıdan şəxslərin dayanıqlı məşğulluğu önəmlidir: "Çünki orada bütün infrastruktur tamamilə məhv edilib. Bütün bunlar ölkə qarşısında əhalinin məşğulluqla təmin edilməsi baxımından ciddi çağırışlar qoyur. Hesab edirəm ki, Azərbaycan bütün çağırışların öhdəsindən uğurla gəlir, görülən işlər də buna bariz nümunəsidir".

Nazirliyin prosesdə yaxından iştirak etdiyinə diqqət çəkən A.Əliyev vurğulayıb ki, azad olunan ərazilərə qayıdan şəxslərlə işin aparılması, məşğulluq imkanlarının qiymətləndirməsi təşkil olunur: "Prioritet ixtisası və peşəsi olanlara, eləcə də məşğulluq tarixçəsi olan şəxslərə üstünlük verilir. Peşə hazırlığı alətinə də önəm verilir. Əmək bazarının öyrənilməsi ilə bağlı mütəmadi fəaliyyət göstəririk. Bu gün cəmiyyətdə peşə təhsilinin nüfuzunun artırılmasına ehtiyac var. Gənclərin bu sahəyə marağı güclənməlidir".Report

24-11-2023, 05:57 | DƏHŞƏT: Bakıda üçü 10 manata satılan toyuq əti... - VİDEO

DƏHŞƏT: Bakıda üçü 10 manata satılan toyuq əti... - VİDEO


Bəzən yol qıraqlarında, maşın baqajlarında toyuqlar satılır.

Bu qədər ucuz, üçü 10 manata satılan toyuqların mənşəyi haqqında ağıllarda bir xeyli sual yaranır.

Bu toyuqların mənşəyi nədir? Niyə belə ucuzdur? İnsan üçün ziyanı varmı?


Respublica.Az Manset.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı ATV-nin "Xəbərin olsun" proqramı videosüjet hazırlayıb.

Ətraflı süjetdə:

Respublica.Az

20-10-2023, 09:27 | Mingəçevirin yeni elektrik stansiyası BELƏ OLACAQ

Mingəçevirin yeni elektrik stansiyası BELƏ OLACAQ


Mingəçevirdə 1280 meqavatlıq yeni elektrik stansiyası tikilir.

Artıq İtaliyanın Ansaldo Energia şirkətinin istehsalı olan qaz turbinləri və generatorlar gəmiyə yüklənərək Azərbaycana göndərilib və sabah Bakı limana çatacaq. Bu günə kimi 4 ədəd qaz turbinlərinin, generatorların və qazanların bünövrə, betonlanma işləri görülərək yekunlaşdırılıb, qaz kompressor binası, Rəqəmsal İdarəetmə Mərkəzinin binası, Nəqliyyat Sahəsi və digər sahələrdə binaların tikintisi, o cümlədən stansiya üzrə metal-konstruksiya işlərinin böyük hissəsi görülüb.

1280 meqavatlıq yeni elektrik stansiyası və "Azərbaycan" İstilik Elektrik Stansiyasının mövcud 7 və 8-ci bloklarının əlaqələndirməsi nəticəsində ümumi güc 1880 meqavat olacaq. Bununla da faydalı iş əmsalı 18% artırılaraq 56%-ə çatdırılacaq.


1280 meqavatlıq yeni elektrik stansiyasının qaz turbinlərində bir dəfə işlənmiş qaz, utilizasiya yolu ilə suyu buxara çevirəcək və "Azərbaycan" İES-in 7 və 8-ci bloklarının buxar turbinlərində əlavə qaz işlətmədən enerji almağa imkan verəcək. Əlaqələndirmə nəticəsində ildə 800 milyion kubmetr qaza qənaət olunacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:Xezerxeber.az



26-06-2022, 08:01 | Yay aylarında uşaqlarınızı bu xəstəlikdən qoruyun - VACİB XƏBƏRDARLIQ - VİDEO

Yay aylarında uşaqlarınızı bu xəstəlikdən qoruyun - VACİB XƏBƏRDARLIQ - VİDEO

Yay fəsli ilə əlaqədar olaraq travmatoloji xəstəliklərin sayında artım yaranıb. Bu barədə Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutundan məlumat verilib.

Xəzər TV-yə istinadən xəbər verir ki, bildirilib ki, gün ərzində 140-160 müraciət daxil olur. Onların 35-40 faizi uşaq travmalarının payına düşür. Travmatoloq-ortoped Eldar Əsədli bildirir ki, xüsusilə uşaqlarda belə travmaların yay aylarına daha çox təsadüf etməsi əsasən skuter və velosipeddən istifadə etmələridir. Ona görə də valideynlər bu məsələlərdə diqqətli olmalıdırlar.


24-06-2022, 13:28 | Dönərxanalarda yoxlama aparılıb

Dönərxanalarda yoxlama aparılıb


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi üzrə aparılan nəzarət tədbirlərini davam etdirir.

Agentlikdən milliaAz-a verilən məlumata görə, həmin tədbirlər çərçivəsində Agentlik tərəfindən 2022-ci ilin 1 may - 22 iyun tarixlərində ümumilikdə dönər istehsalı və satışı ilə məşğul olan 9 müəssisədə yoxlama həyata keçirilib.

Yoxlamalar zamanı sahibkarlar tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət olunmadığı müəyyən edilib. Belə ki, 9 müəssisədə sanitariya-gigiyena norma və qaydalarına əməl edilməməsi, 3 müəssisədə məhsulların saxlanması zamanı mal qonşuluğu qaydalarının və temperatur rejiminin pozulması, 1 müəssisədə isə məhsulun etiketlənməsinə dair tələblərə riayət olunmaması faktı aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla əlaqədar sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, inzibati xəta haqqında protokol tərtib olunmaqla cərimə tətbiq edilib.

17-06-2022, 07:40 | Bakı məqsədinə çatacaq - Öncə Laçın dəhlizi bağlanır, sonra da Xankəndində ...

Bakı məqsədinə çatacaq - Öncə Laçın dəhlizi bağlanır, sonra da Xankəndində ...


"Bu gün Qlobal Bakı Forumunun açılışında Prezident İlham Əliyev bir daha Azərbaycanın Ermənistanla bağlı, xüsusən də Zəngəzur dəhlizi və ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı məsələlərə bir daha aydınlıq gətirdi".

Bunu milli.az-a açıqlamasında hərbi-siyasi ekspert, ermənişünast Telman Qasımov deyib.

O bildirib ki, Azərbaycan qarşısına qoyduğu məqsədinə çatacaq:

"Azərbaycan 50-dən çox ölkənin təmsil olunduğu bu Forumda bundan sonra və gələcəkdə də yürüdəcəyi siyasətin kontrlarını demək olar ki, bir daha cızdı. Təbii ki, Prezidentin toxunduğu iki əsas məsələdən biri kimi "Minsk Qrupuna ehtiyac qalmayıb" deməsi, işğal dövründə ərazilərin azad olması istiqamtində bir addım atamamasından irəli gələn məsələdir. Dövlət başçısı bu çıxışı zamanı münaqişə bitdikdən sonra onların fəaliyyətinə hər hansı ehtiyacın qalmaması məsələni yenidən gündəmə gətirdi, bir daha sübut etdi ki, bu məsələ artıq kökündən həll olunub.

İlham Əliyevin burada xüsusilə üzərində dayandığı məsələ Zəngəzur dəhlizinin açılması məsələsidir. Dövlət başçısı Laçın dəhlizinə alternativ olaraq Gorus-Laçın-Xankəndi yolunun çəkilmək məsələsini, yeni kommunikasiya yollarının istifadəyə verilməsinin regionda bir daha sülhün, əmin-amanlığın, istiqadi vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcəyini qeyd etdi.

Zəngəzur dəhlizi mütləq açılacaqdır. Artıq bu istiqamətdə Azərbaycan tərəfindən xeyli işlər görülübdür. Bu istiqamətdə Azərbaycan tərəfindən heç bir maneələr yoxdur. Çox güman ki, tezliklə yəqin ki, bir-iki aya Zəngəzur dəhlizinin, Laçına alternativ yolun açılması barədə yeni məlumatlar eşidəcəyik. Təbii ki, bundan sonra Xankəndində yaşayan həmin o erməni icmasının üzünə Laçın dəhlizi bağlanacaqdır.
Ətraflı

Bunun üçün də ermənilər indi çox böyük maneələr törətməyə çalışırlar. Ara-sıra xüsusən o istiqamətdə atışmalar da olur, mövqelərimiz atəşə tutulur. Amma bütün bunlara rəğmən Azərbaycan qarşısına məqsəd qoyub və bu məqsədə çatacaq. Çünkü başqa yolu yoxdur. İndi alternativ Gorus-Laçın-Xankəndi yolunun açılması Azərbaycanın regionda qlobal bir güc, söz sahibi olduğunu, hansı qərarı verirsə, həmən o qararın, sözün arxasında dayandığını bir daha sübut edəcəkdir.

Baxmayaraq ki, ermənilər indi çox tərəddüd edirlər, çox çalışırlar ki, bu məsələlər başa çatmasın, amma bütün bunların həyata keçirilməsi ilə bağlı Nikol Paşinyan 10 noyabr bəyanatında üzərinə öhdəlik götürüb, sənədə imza atıb. Konkret desək, rəsmi İrəvan tərəfindən həm rəsmi, həm qeyri-rəsmi olaraq bu məsələlərin reallaşdırılmasına razılıq verilib".

Qeyd edək ki, Prezident İlham Əliyev "Qlobal dünya nizamına təhdidlər" mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib:

"Düşünürük ki, Ermənistan 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına, o cümlədən kommunikasiyaların açılmasına əməl edəcək. Təəssüf ki, Ermənistan kapitulyasiya aktına imza atmasına baxmayaraq, bir il yarımdan çoxdur heç nə dəyişməyib. Bu, qəbuledilməzdir.

Əvvəla, bu, regionda disbalans yaradır. Çünki həmin Bəyanatın əsasında Azərbaycan Qarabağın ermənilər yaşayan hissəsindən Ermənistana keçidi təmin edib. Bir il yarımdır ermənilər bu yollardan istifadə edirlər. Lakin azərbaycanlılar bizi Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizindən, Ermənistandan keçən yoldan istifadə edə bilmirlər. Bu, ədalətli deyil və biz bununla razılaşmayacağıq".

Təhməz Əsədov

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.