Bakı məqsədinə çatacaq - Öncə Laçın dəhlizi bağlanır, sonra da Xankəndində ...
Bakı məqsədinə çatacaq - Öncə Laçın dəhlizi bağlanır, sonra da Xankəndində ...


"Bu gün Qlobal Bakı Forumunun açılışında Prezident İlham Əliyev bir daha Azərbaycanın Ermənistanla bağlı, xüsusən də Zəngəzur dəhlizi və ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı məsələlərə bir daha aydınlıq gətirdi".

Bunu milli.az-a açıqlamasında hərbi-siyasi ekspert, ermənişünast Telman Qasımov deyib.

O bildirib ki, Azərbaycan qarşısına qoyduğu məqsədinə çatacaq:

"Azərbaycan 50-dən çox ölkənin təmsil olunduğu bu Forumda bundan sonra və gələcəkdə də yürüdəcəyi siyasətin kontrlarını demək olar ki, bir daha cızdı. Təbii ki, Prezidentin toxunduğu iki əsas məsələdən biri kimi "Minsk Qrupuna ehtiyac qalmayıb" deməsi, işğal dövründə ərazilərin azad olması istiqamtində bir addım atamamasından irəli gələn məsələdir. Dövlət başçısı bu çıxışı zamanı münaqişə bitdikdən sonra onların fəaliyyətinə hər hansı ehtiyacın qalmaması məsələni yenidən gündəmə gətirdi, bir daha sübut etdi ki, bu məsələ artıq kökündən həll olunub.

İlham Əliyevin burada xüsusilə üzərində dayandığı məsələ Zəngəzur dəhlizinin açılması məsələsidir. Dövlət başçısı Laçın dəhlizinə alternativ olaraq Gorus-Laçın-Xankəndi yolunun çəkilmək məsələsini, yeni kommunikasiya yollarının istifadəyə verilməsinin regionda bir daha sülhün, əmin-amanlığın, istiqadi vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcəyini qeyd etdi.

Zəngəzur dəhlizi mütləq açılacaqdır. Artıq bu istiqamətdə Azərbaycan tərəfindən xeyli işlər görülübdür. Bu istiqamətdə Azərbaycan tərəfindən heç bir maneələr yoxdur. Çox güman ki, tezliklə yəqin ki, bir-iki aya Zəngəzur dəhlizinin, Laçına alternativ yolun açılması barədə yeni məlumatlar eşidəcəyik. Təbii ki, bundan sonra Xankəndində yaşayan həmin o erməni icmasının üzünə Laçın dəhlizi bağlanacaqdır.
Ətraflı

Bunun üçün də ermənilər indi çox böyük maneələr törətməyə çalışırlar. Ara-sıra xüsusən o istiqamətdə atışmalar da olur, mövqelərimiz atəşə tutulur. Amma bütün bunlara rəğmən Azərbaycan qarşısına məqsəd qoyub və bu məqsədə çatacaq. Çünkü başqa yolu yoxdur. İndi alternativ Gorus-Laçın-Xankəndi yolunun açılması Azərbaycanın regionda qlobal bir güc, söz sahibi olduğunu, hansı qərarı verirsə, həmən o qararın, sözün arxasında dayandığını bir daha sübut edəcəkdir.

Baxmayaraq ki, ermənilər indi çox tərəddüd edirlər, çox çalışırlar ki, bu məsələlər başa çatmasın, amma bütün bunların həyata keçirilməsi ilə bağlı Nikol Paşinyan 10 noyabr bəyanatında üzərinə öhdəlik götürüb, sənədə imza atıb. Konkret desək, rəsmi İrəvan tərəfindən həm rəsmi, həm qeyri-rəsmi olaraq bu məsələlərin reallaşdırılmasına razılıq verilib".

Qeyd edək ki, Prezident İlham Əliyev "Qlobal dünya nizamına təhdidlər" mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib:

"Düşünürük ki, Ermənistan 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına, o cümlədən kommunikasiyaların açılmasına əməl edəcək. Təəssüf ki, Ermənistan kapitulyasiya aktına imza atmasına baxmayaraq, bir il yarımdan çoxdur heç nə dəyişməyib. Bu, qəbuledilməzdir.

Əvvəla, bu, regionda disbalans yaradır. Çünki həmin Bəyanatın əsasında Azərbaycan Qarabağın ermənilər yaşayan hissəsindən Ermənistana keçidi təmin edib. Bir il yarımdır ermənilər bu yollardan istifadə edirlər. Lakin azərbaycanlılar bizi Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizindən, Ermənistandan keçən yoldan istifadə edə bilmirlər. Bu, ədalətli deyil və biz bununla razılaşmayacağıq".

Təhməz Əsədov
Tarix: 17-06-2022, 07:40