6-11-2021, 09:06 | Məşhurların 17 il öncəki görüntüləri - VİDEO

Məşhur aparıcı Lamiyə Ələkbərova toy görüntüləri təqdim olunub.
olay-a xəbər verir ki, "Günün Sədası" proqramında qonaq olan Ələkbərovanın 17 il əvvəl baş tutan məclisinin görüntüləri göstərilib.
Sözügedən özəl gündə şou-biznesin populyar simaları da yer alıb.
Xatırladaq ki, tanınmış simanın Nicat və Ayxan adlı iki oğlan övladı var.
Həmin süjeti təqdim edirik:
5-11-2021, 05:35 | "Əgər məni kəsəcəkdinsə, qapıda niyə gözlədin?"

"Aşk mantık intikam" serialında Esra obrazına həyat verən Burcu Özberk maraqlı hadisə ilə üzləşib.
O, aktyor İlhan Şenlə birlikdə pərəstişkarlarından birinin istəyini geri çevirməyərək foto çəkdirib. Həmin şəxs Burcunu şəkildən kəsərək, ancaq İlhanla olan hissəni paylaşıb.
Burcu fotonu paylaşaraq həmin xanıma bu hərəkəti nə üçün etdiyini soruşub:
"Əgər məni kəsəcəkdinsə, İlhan və mənimlə foto çəkdirmək üçün qapıda niyə gözlədin? Üstəlik İlhanı yanımıza mən çağırdım".
axşam.az
5-11-2021, 05:31 | Aşıq Əliyə irad: “20 kiloqram arıqlamalıdır” - VİDEO

Aşıq Əli şəxsi həyatı ilə gündəmə gəlib.
"1 dəqiqə" proqramına qonaq olan sənətçi atasının xəstəliyindən danışıb. Əli hələ ki, valideyninin səhhətinin qənaətbəxş olduğunu qeyd edib. Daha sonra sənətçinin əmisi onun haqda fikirlərini bildirib. O, Əlinin sağlamlığı üçün ən az 20 kloqram arıqlamalı olduğunu deyib:
"Əli uşaq vaxtı xəstə olub. Ürəyində parok adlı bir şey var idi. 4-5 yaşı olanda ürəyindən əməliyyat olundu. Daha sonra böyüdü, aktiv uşaq oldu.
9-10 yaşından aşıq olmağa başlayıb. Həmişə onu gəzdirirdim. Sazını mən kökləmişəm. Peşəkar olduqdan sonra ondan ayrıldım.
Mənfi cəhəti var. Mən bunu onun özünə də deyirəm ki, sağlamlığın üçün ən az 20 kiloqram arıqlamalısan. Yaşı azdır, amma çəkisi yaşına görə çoxdur".
baku.ws
5-11-2021, 05:27 | Manaf Ağayev: "Mənim ölümüm də reytinqdir"

Müğənni Manaf Ağayev səhhəti ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
"Günün sədası" verilişində qonaq ola sənətçi bu məlumatların reytinq xatirinə edilən reklam olduğunu bildirib:
"Göz qabağındayam. İnsan xəstələnər də - burada ayıb bir şey yoxdur. Mən bu xəbərləri eşidəndə toyda idim. Bunu yayan sənət yoldaşlarımızdandır. Bilirik kim edir. Haqqımda yalan xəbərlər yazdırırlar. Bunun axırı yaxşı qurtarmayacaq. Kim mənə bunu arzulayırsa, inşallah özünə və yaxınlarına qismət olar. Mən başa düşürəm, ölümüm də reytinqdir".
5-11-2021, 05:20 | Günel Məhərrəmova oğlu ilə

Müğənni Günel Məhərrəmova sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.
Günel "Instagram" hesabında yeni foto paylaşıb. Fotoda Günelin oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağna səbəb olub.
Həmin fotonu təqdim edirik:
big.az
5-11-2021, 05:10 | "İnsanların psixoloji durumu bərbad vəziyyətdədir" - Xatun

"Hamımıza məlumdur ki, çox ağır günlərdən keçmişik və hələ də keçirik. Həm müharibə, həm də pandemiya zamanı saysız-hesabsız itkilər verdik".
Bu sözləri müğənni Xatun Əliyeva sosial şəbəkədə yazıb. Stilist qardaşı Balaşı itirən ifaçı maddi və mənəvi sıxıntılar yaşadığını bildirib:
"Maddi və mənəvi çox sarsıldıq, ən əsası da insanların psixoloji durumu bərbad vəziyyətdədir. Həyat davam edir, səbrlə güc tapıb yaşamaq lazımdır. Mənə də bu çətin günlərdə barmaqla sayılacaq dostlarım və xalq dəstək oldu".
5-11-2021, 05:00 | "Yayda münasibətə qurmağı sevirəm" deyən müğənni çılpaq pozaları ilə qalmaqal yaratdı - VİDEO - FOTO

Son illər müğənnilikdən çox aktyorluğu ilə gündəm olan Ledi Qaqa jurnallardan biri üçün verdiyi çılpaq pozlarla gündəm olub.
Yeni filmindən danışan Qaqa obrazı canlandırarkən bəzi psixoloji çətinliklər yaşadığını açıqlayıb. Britaniyanın "Vogue" jurnalının yeni sayının qonağı olan 35 yaşlı məşhur yeni filmi "Gucci evi" haqqında danışıb.
Son müsahibələrindən birində seksuallığından danışan Qaqa "yayda cinsi əlaqəyə girməyi sevirəm. Partnyorumun istəklərini sorğu-sualsız qəbul edirəm. Təəccüblənəcəksiniz, amma bəzən hisslərimi beynimdə canlandıraraq orqazm da edə bilərəm" deyib.
5-11-2021, 04:55 | Məşhur aktyor "Sadakatsiz"də - FOTO

Baş rollarında Cansu Dere və Caner Cindorukun çəkildiyi "Sadakatsiz" serialının heyətinə yeni sima daxil olub.
Ekran işində aktyor Alp Korkmaz rol alacaq.
Qeyd edək ki, aktyor bir müddət əvvəl 15 ildir yer aldığı "Arka sokaklar" serialından ayrılıb.

axşam.az
4-11-2021, 06:20 | Yaşı 30-dan aşağı ən varlı ulduzlar kimdir?

İngiltərədə yaşı 30-dan aşağı olan ən varlı məşhurların siyahısı hazırlanıb.
Bu il 11-ci dəfə tərtib olunan sıralamada müğənni Ed Şiran 236, 5 milyon sterlinq sərvəti ilə birinci yerdədir.
Onun ardınca həmkarı Herri Stayls 80 milyon sterlinq var-dövlətlə ikincidir. Üçüncü "Little Mix" qrupunun üzvləri ümumilikdə 66,7 milyon sterlinq sərvətin sahibidir.
4-cü sırada yer alan Nayl Horan 57,5 milyon, 5-ci Cara Delevingenin 52 milyon, altıncı Lui Tomlinsonun 47 milyon, Dua Lipanın 43,5 milyon, Zayn Malikin 38 milyon, Sam Smitin isə 36, 8 milyon sterlinqi var. olay
4-11-2021, 06:16 | Nigar Şabanova və hərbçi həyat yoldaşından YENİ GÖRÜNTÜLƏR

Əməkdar artist Nigar Şabanovadan xəbər var.
big.az xəbər verir ki, Nigar "İnstagram" hesabında həyat yoldaşı Xəyyamla yeni görüntülərini paylaşıb. Xəyyam XTQ hərbçisi olduğu üçün Nigar görüntülərdə onun üzünü gizli saxlayır.
Qeyd edək ki, cütlüyün nikahı olsa da toyları şəhidlərin ilindən sonra olacaq.


















