4-11-2021, 06:08 | Müğənni hər şeydə anasını günahlandırdı

Müğənni Britni Spirs atası Ceymi Spirsin qəyyumluğundan çıxması üçün apardığı mübarizədə anasını yanında olmamaqda günahlandırıb.
İllərdir davam edən məhkəmə işinin yeni təfərrüatları ortaya çıxıb. İfaçı ötən gün instaqram hesabında yeni paylaşım edib. O, 13 il boyunca həyatına təkcə atasının deyil, anası Linnin də müdaxilə etdiyini açıqlayıb. Britni daha sonra həmin paylaşımı silib.
O, sildiyi paylaşımda anasının həmişə bu hekayənin kölgəsində qalmağa üstünlük versə də, ilk gündən qəyyumluqla birbaşa bağlı olduğunu bildirib:
"Dünyanın ən təhlükəli heyvanı səssiz gülən qadındır. Bəli, atam 13 il əvvəl mənə qəyyumluq etməyə başlayıb, amma çoxları bilmir ki, ona bu fikri anam verib. Həmin illəri geri qaytara bilməyəcəyəm... Həyatımı gizlincə məhv etdi".
Britni Ceymini idarə edənin, ona ağıl verənlərin anası Linn və həyatının digər sahələrinə nəzarət edən biznes meneceri Lou Taylorın olduğunu açıqlayıb.
3-11-2021, 06:51 | "Bir tərbiyəsiz götürüb videomu montaj edib, manyakdır"

"TikToku qəbul etmirəm. Bir tərbiyəsiz götürüb videomu montaj edib. Manyakdır, belələri hər zaman olur. Başqaları da onlardan götürüb paylaşır. İnsanın daxilində əqidə, vicdan olmalıdır. Onların vicdanı yoxdur".
Bu sözləri Xalq artisti Məleykə Əsədova sosial şəbəkədə yayılan montaj edilmiş videosu haqda danışarkən deyib. "7 canlı" verilişinə qonaq olan aktrisa ona qarşı "qara piar" edildiyini bildirib:
"Boş insanlar da oturub videoya şərh yazır. Mənim səhifəmdə niyə elə şərh yazan yoxdur? Belələrinə vətən düşməni deyirəm. Sənətkara, Bəxtiyar Vahabzadəyə elə hərəkət edən düşməndir. Sənin nə ixtiyarın var, mənim dediyim şeiri yozasan? Onun səviyyəsində olanlar da ona şərh yazır. Kiməsə cavab vermirəmsə, səviyyəmi endirmək istəmirəm. Bunu belə etməkləri məni ruhlandırır. Bilsəniz nə qədər yazarlar kitab göndərir ki, səsləndirin.
Məleykə sevilir, hara çıxır reytinq toplanır. Belə addım atdılar ki, reytinq qazansınlar. Sizlərlə Allah bilsin, siz bədbəxtsiniz. Hərdən deyirəm ki, nahaq bu səhnəyə gəldim. Mən hamıya yaxşılıq diləyən, sadə insanam. Burada nə işim var".
axşam.az
3-11-2021, 06:31 | Məryəm Üzərli "Möhtəşəm 100 il"dən belə gedib

Məryəm Üzərlinin "Möhtəşəm 100 il"dən getməsi sürpriz oldu. Böyük qardaşı işə qarışdı, başqaları da müdaxilə etməyə çalışdı, amma mən dedim ki, bitdi, artıq geri dönüşü yoxdur".
Bu sözləri məşhur prodüser Timur Savcı Simge Fıstıkoğlunun yutub kanalında deyib. O bildirib ki, serialın ən önəmli hissələrində Məryəmin layihəni tərk etməsi bütün heyətə və tamaşaçılara qarşı sayğısızlıq, ərköyünlükdür.
Xatırladaq ki, aktrisa Məryəm Üzərli 2013-cü ildə tükənmişlik sindromu adı ilə layihəni gözlənilmədən tərk etmişdi. Bu hadisə manşetlərdə "Hürrəm tükəndi" başlığı ilə getmişdi. Yeri gəlmişkən, ondan bəri aktrisa uzunmüddətli layihələrdə iştirak etməyib.
//publika.az//
3-11-2021, 06:27 | Türkiyənin dünya şöhrətli moda və film ulduzu, aparıcı... - Azərbaycan əsilli gözəl

Tək yaşadığı ölkədə deyil, dünyada məşhur olan azərbaycanlıların bir çoxunu tanımırıq.
Qaynarinfo müxtəlif sahədə məşhurluq qazanan azərbaycanlılar haqqında məlumatı təqdim edir. Onlardan biri məşhur model, aktirisa, sevilən ekran siması olan Çağla Şikeldir.
Həyatı və təhsili
Hazırda aktrisa, model və aparıcı kimi fəaliyyət göstərən Çağla Şikel 2 yanvar 1979-cu ildə İstanbulda qarslı bir azərbaycanlının ailəsində dünyaya gəlib. Anası adanalı olduğundan o ərazilərdə o qədər də yaşamayıblar. Sənətçi hazırda türk kino və serial biznesinin uğurlu simalarından sayılır.
Çağla Şikel 1993-1996-cı illərdə Memar Sinan Universiteteti Dövlət Konservatoriyası nəzdində orta məktəbi bitirib. O, elə eyni universitet də ali təhsil alaraq, 1999-cu ildə məzun olub.
Çala Şikel tanınmış türk pop ulduzu Əmrə Altuğla 4 illik münasibətdən sonra 10 avqust 2008-ci ildə evlənib.
İki oğlanları olan sənətçilər bu evliliyi 2015-ci ilin 12 yanvarında bitirib.
İlk səhnə həyatı
O, ilk dəfə tamaşaçı qarşısına 1996-cı ildə "Odessia" adlı filmlə çıxıb. 1997-ci ildə "Miss Turkey" gözəllik müsabiqəsinin birincisi olub. Daha sonra Seyşel adalarında keçirilən "Miss World 97" gözəllik müsabiqəsində dünya dördüncüsü seçilib. "Avropa Gözəli" (Europe's Queen of Beauty) mükafatına layiq görülüb.
Modellik və aparıcılıq fəaliyyəti
Bu günə qədər model kimi dəfəalliyyət göstərən Çağla Şikel həm də Fransa, ABŞ, Almanya, Rusiya, Yunanıstan, İsveçrə, Misirdə moda gecələrində iştirak edib. Çağla Şikel türk kanallarında şou proqramları aparıcısı kimi də fəaliyyət göstərir. O, müxtəlif illərdə "Ailə boyu", "Şəhərlər yarışır", "Hər şey daxil" və s. kimi proqramların aparıcısı olub. Onu insanlara daha çox tanıdan və sevdirən işi isə "Cənnət məhəlləsi" serialında çəkildiyi rolu olub.
3-11-2021, 06:22 | Qocalmaqdan qorxan İzzət bu yola əl atdı

Müğənni İzzət Bağırov yaşlanmaqdan qorxduğunu etiraf edib.
Sənətçi formada qalmaq üçün daim üzərində çalışdığını deyib. O bildirib ki, ciddi pəhriz saxlayır:
"46 yaşıma yaxınlaşıram. Səhnə adamı olmsaydım, yaşlanmaqdan qorxmazdım. Bir az qorxuram. Saçım tökülməyib, ağarmayıb. Bir də gərək özünü saxlayasan. 45 yaşım var, heç vaxt spirtli içki içməmişəm, siqaret çəkməmişəm. Gündə cəmi bir dəfə yemək yeyirəm, çörək istifadə etmirəm. Səhnə adamıyam, çalışıram formada qalım. Bizdə belədir. Xaricdə belə deyil: üz qırışır, saç tökülür. Onlarda yaşlandıqca, sənə daha da dəyər verirlər".
//axşam.az//
3-11-2021, 06:18 | "Güclü olsaq da, bəylərə ehtiyacımız var”

"Xanımlar hər zaman güclü, uğurlu və öz ayaqları üzərində durmağı bacarmalıdır. Amma nə qədər uğurlu olsaq da, etiraf etməliyik ki, bizdən güclü olan cinsin nümayəndələrinin dəstəyinə ehtiyacımız var".
Bu sözləri müğənni-aparıcı Mehin Hümbətova instaqram səhifəsində yazıb. O, izləyicilərin verdiyi suala cavab olaraq bildirib ki, qadınların hər zaman kişilərə ehtiyacı var:
"Burada həm fiziki, həm də psixoloji dəstəkdən söhbət gedir. Demək istəyirəm ki, nə qədər güclü olsaq da, bəylərə ehtiyacımız var". // olay//
2-11-2021, 07:56 | Xüsusi təyinantlı ilə nikaha girən Nigar toyunun olmama səbəbini açıqladı

Əməkdar artist Nigar Şabanova nişanlısı Xəyyamla rəsmi nikaha girsə də, toylarının olmama səbəbini açıqlayıb.
Xanəndə "7 canlı" verilişində toysuz ərə getməsindən danışıb:
"Onu toya tələsdirmək istəmədim, çünki hərbiçidir. O da dedi ki, çox uzatmayaq, söz-söhbətlər olur. uzun müddətdir nişanlıyıq. Qayınanam və qayınatam Bakıda yaşamır. Xəyyam tək yaşayır. Ailələrin halallığı olmalıdır. Qərara gəlindi ki, nikah olsun. Toy da şəhidlərin ilindən sonra olsun. Bu ərəfədə çox söz-söhbətlərə rast gəldik".
2-11-2021, 06:44 | Pərvinin aylıq xərci: "10-15 min çıxır"

Aktrisa Pərvin Abıyeva açıqlaması ilə yenidən gündəmə gəlib.
Serial və kino ulduzu "Fəlidən doğru xəbər" proqramına qonaq olarkən aylıq xərcləri barədə danışıb.
Pərvin aparıcı Fəlakətin "Aylıq xərcin nə qədərdir? Min manat?", - sualına aktrisa "Minin üstünə 10-15 qat gəl",- cavabını verib.
Bundan əlavə, Abıyeva şəxsi həyatı haqqında da danışıb:
"Hamıdan uzaqlaşmışam. Məsafəli şəkildə yaşayıram. Həm İstanbulda, həm də Bakıda qalıram. Orada da, burada da işlərim var. Sevgilim də yoxdur, subayçılıqdır".
2-11-2021, 06:40 | Xalq artisti iki oğlu ilə kamera qarşısında...

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi övladları ilə kamera qarşısına keçib.
olay-a istinadən xəbər verir ki, 66 yaşlı bəstəkar iki oğlu ilə aparıcı Kamilə Babayevanın proqramında yer alıb.
Qeyd edək ki, Xalq artisti ikinci dəfə Günay adlı xanımla ailə qurub.
2-11-2021, 06:29 | Əməkdar artist: "Musiqidə "tərbiyəsiz" müğənnilərin diskləri daha çox satılır"

Əməkdar artist Teymur Əmrah yeni açıqlaması ilə gündəmə gəlib.
"Tarixin bir günü" proqramına qonaq olan musiqiçi "tərbiyəsiz" ifaçıların disklərinin daha çox satıldığını bildirib:
"O vaxtlar yadınıza gələr, bəzi studiyalar original disklər buraxırdılar. Orada klassik şöbənin rəhbəri mən idim. Rəşid Behbudov, Şövkət Ələkbərova, Əlibaba Məmmədov kimi sənətkarların disklərinə təşkilatçı olaraq mənim adım qeyd edilirdi.
Bir gün bir alıcı gəlib toy müğənnisinin diskini soruşdu. O, tərbiyəsiz müğənni idi. Musiqidə "tərbiyəsiz" idi. Dedi ki, "Bunun diski yaxşı satılır, yoxsa Rəşid Behbudovun diski?" Dedim ki, o, hər il mahnı oxumalıdır ki, gündəmdə qalsın və diskləri daha çox satılsın. Amma Rəşid Behbudovun diskləri isə azad satılır, hər zaman da satılacaq".
oxu.az


















