12-12-2024, 09:19 | "Biz beləyik, xəyanət edə bilərik, qadınlar göz yummalıdır" - VİDEO

"Biz beləyik, xəyanət edə bilərik, qadınlar göz yummalıdır" - VİDEO


Müğənni Nihat Məlik açıqlaması ilə müzakirələrə səbəb olub.

"Xəbərin var?" verilişində qonaq olan sənətçi bildirib ki, qadınlar ailədə bəzi şeylərə göz yummalıdır.

"Biz kişilər beləyik də. Qadınlar bəzi şeylərə göz yummalıdır".


12-12-2024, 09:13 | Mətanət qızı ilə bağlı ən böyük peşmançılığını etiraf etdi

Mətanət qızı ilə bağlı ən böyük peşmançılığını etiraf etdi


"Arada qızımın yanına gedə bilmirəm. Bacımı göndərirəm, gedib 1 ay qalıb gəlir".

Bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Xəzər axşamı" verilişində deyib. Müğənni Türkiyəyə gəlin köçən qızı Ülkərdən danışıb. Onun üçün darıxdığını bildirən İsgəndərli kövrəlib:

"Arada mən də gedirəm. Amma tez-tez yox. Uzağa qız verməkdən pis nəsə yoxdur. Çətindir. Yarı canım qalır onun yanında. Bircə qızım var... Elə bilirdim öyrəşəcəyəm, amma öyrəşə bilmədim. Bir qızım var, o da getdi düşdü başqa ölkəyə".

Qeyd edək ki, M.isgəndərlinin qızı ailəlidir və Antalyada yaşayır. /Axşam.az


13-05-2024, 11:46 | "O, mənə əl edib, yanımdan keçib getdi"

"O, mənə əl edib, yanımdan keçib getdi"

"Həyat yolunun tən ortasına gəlib çatdım. Hər zaman başqalarının xoşbəxt olması üçün düşünə-düşünə özümü unutdum".

Bu sözləri Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkə hesabında yazıb.

"Xoşbəxtlik mənə əl edib, yanımdan keçib getdi. Olsun. Təki mərhəməti, sevgini qəlbimdən silməsin" deyə, o, paylaşımında yazıb.

13-05-2024, 07:07 | Britninin rəqsi müzakirələrə səbəb oldu - VİDEO

Britninin rəqsi müzakirələrə səbəb oldu - VİDEO


Britni Spirs öz "Instagram" səhifəsində erotik rəqs etdiyi bir video paylaşıb.

42 yaşlı müğənni rəqs edərkən təxribatla bikinisini aşağı çəkib. O, bu görüntünün altına "Dünən gecə münasibətilə" şərhini yazıb.

Müğənni bir müddət öncə bir daha musiqi sahəsinə qayıtmayacağını bildirmişdi. Bununla birlikdə, "Daily Mail", müğənninin bundan sonra erotik yayımları ilə tanınan saytların ulduzuna çevriləcəyini yazıb.

"Nəzərə alsaq ki, Britninin video və fotoları getdikcə daha açıs-saçıq olur, bu versiya ağlabatandır. Üstəlik, son vaxtlar bəzi məşhurlar "OnlyFans" erotika saytında dərc etdirdikləri görüntülərinə görə milyonlar qazanırlar",- məlumatda bildirilib.

Məsələn, aktrisa Bella Torn bu saytda şəkli dərc edilərkən ilk 24 saat ərzində rekord məbləğ - 1 milyon dollar qazanıb, aktrisa Denis Riçardsın isə ayda çılpaq şəkillərindən 2 milyon dollar qazandığı deyilir.

Lakin ekspertlərin fikrincə, Britni onların hamısını üstələmək potensialına malikdir

13-05-2024, 06:59 | "Bununla bir ilkə imza atacağam"

"Bununla bir ilkə imza atacağam"


Müğənni Elvin Abdullayev yaradıcılığında yenilik etməyə hazırlaşır.

Sənətçi məclislərə orkestrla qatılacaq. O bildirib ki, sənət aləmində bunu ilk edəcək ifaçı olacaq:

"Təkcə toy yox, tədbir üçün də bunu edəcəyik. Hər bir məkana, məclisə uyğun repertuar olacaq. Artıq məclisə orkestrla gedəcəyəm. Hətta məşqlərə başlamışıq. Bizdə musiqiçilər sadəcə oturmaq, görüntü üçün deyil. Həm də canlı ifa edəcəklər. Mənimlə birlikdə iki xanım ifaçı olacaq. "El" qrup adı ilə fəaliyyət göstərəcəyik. Məclis üçün xüsusi şoular, repertuarlar, çıxışlar hazırlanır. Bunun üçün İncəsənət Universitetinə gedib oradan ifaçılar seçmişəm.

Bu gün tanınan, üzdə olan sənətçilərə dəvət göndərəndə naz edirlər. İncəsənət Universiteti yeni ifaçılar yetişdirir. Biz də bundan istifadə etməliyik. Buna görə mənə dəstək olan universitetin müəllimi İntiqam Kərimova təşəkkür edirəm. Tək bir janrda oxumayacağıq. Bu gün gündəmin nəbzini tutan bütün janrlardan istifadə olunacaq.

Bu işə maddiyat qoyuram. Düşünürəm ki, hər il telefon modelləri dəyi.ir. Biz sənətçilər də dəyişib, yeniliklər etməliyik. Buna görə də düşündüm ki, ilk mən edim. Çox xırdalıqları açıqlaya bilmirəm. Çünki kimsə götürüb məndən əvvəl edə bilər. Amma onu deyim ki, Azərbaycan sənətçiləri arasında bunu edəcək ilk ifaçı mən olacağam".

11-05-2024, 09:05 | Bu da Şəbnəm Tovuzlunun makiyajsız HALI - VİDEO

Bu da Şəbnəm Tovuzlunun makiyajsız HALI - VİDEO


Müğənni Şəbnəm Tovuzlu makiyajsız görüntülərini paylaşıb.

yenisabah.az-a istinadən xəbər verir ki, sənətçi təbii halını sosial şəbəkə hesabında bölüşüb.

Onun bu görüntüləri qısa zaman ərzində sosial şəbəkələrdə yayılaraq marağa səbəb olub. Pərəstişkarları ifaçının makiyajsız daha cavan göründüyünü iddia ediblər.

11-05-2024, 08:52 | Günay Baxşəliyeva: “Daha gözəl qızlar vardı, amma mən seçildim” - FOTO

Günay Baxşəliyeva: “Daha gözəl qızlar vardı, amma mən seçildim” - FOTO


Azərbaycanın məşhur aparıcılarından olan Günay Baxşəliyeva televiziyaya ilk gəlişindən bəhs edib.

Aparıcı 3000-dən çox insan arasından seçilməyinin əsas səbəbini açıqlayıb.

"Mənim televiziyaya gəlişimin, seçilməyimin səbəbi Azərbaycan dilini və ədəbiyyatı, qrammatikanı mükəmməl bilməyim olub. Onun sayəsində, o qədər insanın arasından seçildim. Çünki məndən də gözəl qızlar var idi. Məndən də yaraşıqlı bəylər var idi. Çox idik, 3000 nəfərdən çox insan gəlmişdi. Arasından seçildi, 500 qaldı, axırda haradasa 15-20 nəfər qaldı. Artıq bilikləri yoxlamağa başladılar. Sualları səsləndirdilər. Bütün suallara cavab verdim. İndiki kimi yadımdadır. Ondan sonra hətta mənə redaktorluq da, aparıcılıq da təklif etdilər. İlk işim redaktor işi oldu. Sonra "Bizim səhər"də aparıcılıq etməyə başladım", - deyə, o, söyləyib.





11-05-2024, 07:53 | "Bahar" serialı barədə qərar

"Bahar" serialı barədə qərar


"Bahar" serialı ilə bağlı qərar qəbul olunub.

Ekran işi mövsüm finalına hazırlaşır. Layihə 11 iyunda izləyicilərlə vidalaşcaq. Ekran işi növbəti mövsümdə tamaşaçılara yenidən təqdim olunacaq.

Qeyd edək ki, serialın baş rolunu aktrisa Demet Evqar canlandırır. Serialda eyni zamanda Mehmet Yılmaz Ak və Buğra Gülsoy da çəkilir.


11-05-2024, 07:48 | "Heç vaxt kreditim olmayıb"

"Heç vaxt kreditim olmayıb"


"Həyatımda heç vaxt kreditim olmayıb. Kreditdən qorxuram".

Bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "Zaurla Günaydın" verilişində deyib.

Qaraçuxurlu müzakirələrə səbəb olan "Bentley"isindən də danışıb:

"Vallah, billah mənim gözümdə elə şeylər yoxdur. Sadəcə baxıram ki, dəbdir, hamı alır, mən də alıram. Düşdü, mən də aldım. Mən onun içində oturanda bahalı maşında oturduğumu hiss etmirəm".


10-05-2024, 10:04 | “Onun sayəsində televiziyaya seçildim”

“Onun sayəsində televiziyaya seçildim”


Aparıcı Günay Baxşəliyeva televiziyaya ilk gəlişindən bəhs edib.

3000-dən çox insan arasından seçilməyinin əsas səbəbini açıqlayıb. Bu barədə Baxşəliyeva "Günaylı gün" verilişində danışıb.

"Mən kitaba, dəftərə çox həvəsliyəm. İndi də avtomobilimin arxasında Azərbaycan dilinin qayda-qanunları, qrammatikası kitabı var. Mənim televiziyaya gəlişimin, seçilməyimin səbəbi Azərbaycan dilini və ədəbiyyatı, qrammatikanı mükəmməl bilməyim olub. Onun sayəsində, o qədər insanın arasından seçildim. Çünki məndən də gözəl qızlar var idi. Məndən də yaraşıqlı bəylər var idi. Çox idik, 3000 nəfərdən çox insan gəlmişdi. Arasından seçildi, 500 qaldı, axırda haradasa 15-20 nəfər qaldı. Artıq bilikləri yoxlamağa başladılar. Sualları səsləndirdilər. Bütün suallara cavab verdim. İndiki kimi yadımdadır. Ondan sonra hətta mənə redaktorluq da, aparıcılıq da təklif etdilər. İlk işim redaktor işi oldu. Sonra "Bizim səhər"də aparıcılıq etməyə başladım", - deyə, o, söyləyib.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.