Mətanət qızı ilə bağlı ən böyük peşmançılığını etiraf etdi
"Arada qızımın yanına gedə bilmirəm. Bacımı göndərirəm, gedib 1 ay qalıb gəlir".
Bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Xəzər axşamı" verilişində deyib. Müğənni Türkiyəyə gəlin köçən qızı Ülkərdən danışıb. Onun üçün darıxdığını bildirən İsgəndərli kövrəlib:
"Arada mən də gedirəm. Amma tez-tez yox. Uzağa qız verməkdən pis nəsə yoxdur. Çətindir. Yarı canım qalır onun yanında. Bircə qızım var... Elə bilirdim öyrəşəcəyəm, amma öyrəşə bilmədim. Bir qızım var, o da getdi düşdü başqa ölkəyə".
Qeyd edək ki, M.isgəndərlinin qızı ailəlidir və Antalyada yaşayır. /Axşam.az
Tarix: 12-12-2024, 09:13