21-11-2023, 06:36 | Messinin sirrini açdı: Buna görə dünya kubokunu qazandı

PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappe futbolçuların irəliləyiş üçün dəyişməsinin vacib olduğunu deyib.
O, nümunə kimi "İnter Mayami"nin hücumçusu Lionel Messini göstərib:
"Bilirsiniz, futbol öz vaxtını, tempini diktə edir. Dəyişməsən, vəziyyət dəyişir və unudulursan. Hətta ən böyüklər də nəyisə dəyişməli olublar. Məsələlən, mən Messi ilə oynadım və o, oyununu dəyişdi. PSJ-də "Barselona"da olduğu kimi eyni oyunçu deyildi. Bu, Leoya dünya kubokunu, kollektiv və fərdi titulları qazanmağa imkan verdi".
Qeyd edək ki, Mbappe 2021-2023-cü illərdə Messi ilə PSJ-də komanda yoldaşı olub.//publika.az/
21-11-2023, 06:33 | Ordudan qaçan erməni sərhəddə saxlanıldı - Detallar

Ermənistan Daxili İşlər Nazirliyi ordunun təlim-məşq toplanışından yayınmaq üçün sərhədi keçməyə çalışan şəxsi saxlayıb.
Milli.Az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Bildirilir ki, 26 yaşlı P.Gevorq adlı şəxs xüsusi əməliyyat nəticəsində tutulub. O, Gürcüstanla Ermənistan arasında yerləşən "Baqrataşen" sərhəd-keçid məntəqəsində ələ keçib.
Erməni mediası onun işdən azad edildiyini açıqlayıb.
Qeyd olunur ki, P.Gevorq oktyabrın 30-da Ermənistan Cinayət Məcəlləsinin 462-ci maddəsi (təlim-məşq toplanışından yayınma) ilə axtarışa verilib.
Məsələ ilə bağlı araşdırma aparılır.
21-11-2023, 06:27 | Canni De Byazi göndərilir? - AFFA-dan açıqlama

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsinin son turunda Belçikaya uduzduqdan sonra (0:5) mətbuat konfransında azərbaycanlı jurnalistləri təhqir edib.
Milli Assosiasiyanın vitse-prezidenti Vaqif Sadıqovun sözlərinə görə, Canni De Byazi barəsində jurnalistlər haqqında işlətdiyi qeyri-etik ifadələrə görə ciddi tədbir görüləcək.
"AFFA-nın baş katibi də bununla bağlı jurnalistlərdən üzr istədi. Dəqiq nə vaxt tədbir görüləcəyini deyə bilmərəm. Lakin hesab edirəm ki, İcraiyyə Komitəsinin iclası gözlənilir, orada bu məsələ müzakirə olunacaq", - deyə o, əlavə edib.
V.Sadıqov onu da qeyd edib ki, Canni De Byazinin müqaviləsinin uzadılıb uzadılmayacağı ilə bağlı hələlik danışıqlar getmir.
"Ona görə ki, ayın axırına qədər hələ ki, müqaviləsi var. İcraiyyə Komitəsinin iclasında bu məsələ də müzakirə olunacaq. Potensialı yüksək millimizə hazırda potensialı tükənən baş məşqçi rəhbərlik edir. Bu da bizə bu mövzunu ciddi müzakirə etməyə vadar edir", - deyə o, qeyd edib.
21-11-2023, 06:23 | Arvadına görə böyük təklifdən imtina etdi

"Mançester Yunayted"in keçmiş qapıçısı David De Xea Ərəbistan təmsilçisi "Əl-Nəsr"ın təklifini rədd edib.
Qeyd olunur ki, qapıçıya həftəlik 570 min avro alacağı müqavilə təklif olunub.
İmtina səbəbi futbolçunun Yaxın Şərqə köçmək istəməyən həyat yoldaşı olub.
"Mançester Yunayted"lə müqaviləsi yayda başa çatan ispaniyalı hazırda azad agent statusundadır.
20-11-2023, 18:33 | Ermənistan ordusu bu məqsədlə mülki şəxslər üçün təlimlər keçib - MN

Ermənistan Silahlı Qüvvələri mülki şəxslər üçün hərbi məqsədlə dronlardan istifadə üzrə təlimlər keçib.
Bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov Azərbaycan Xarici İşlər Nazirliyi və Azərbaycan Müdafiə Nazirliyi tərəfindən ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelər üçün təşkil olunan brifinqdə deyib.
"44 günlük müharibədən sonra işğaldan azad edilmiş ərazilərdə 10 mindən çox piyada əleyhinə və 3 mindən çox tank əleyhinə minalar aşkarlanıb. Sentyabrın 19-da keçirilən antiterror tədbirləindən əvvəl bu rayonlara qanunsuz yolla silah daşınmağa davam edilib. Bundan başqa, Ermənistan Silahlı Qüvvələri Azərbaycanın hərbi və mülki infrastrukturuna zərbələr endirmək məqsədilə mülki şəxslər üçün dronlardan istifadə üzrə təlimlər keçib", - o deyib.//Trend-//
20-11-2023, 18:20 | Azərbaycanın bu universitetində yeni fakültə açılır

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yeni Dizayn fakültəsi fəaliyyətə başlayacaq.
Bundan sonra dizayn Memarlıq fakültəsinin tərkibində ixtisas kimi deyil, yeni fakültə olaraq fəaliyyət göstərəcək.
Rektor Gülçöhrə Məmmədova dizayn ixtisası üzrə ilk kadr buraxılışının 25 illiyi ilə bağlı keçirilən Dizayn Sərgisində bildirib ki, yeni fakültənin yaradılması bu ixtisas üzrə keyfiyyətli və kadr sayının daha da artırılması zərurətindən yaranıb:
Ətraflı
"Azərbaycanda bu ixtisas ilk dəfə bizim universitetdə 1994-cü illərdə mühit dizaynı ixtisası olaraq yaradılıb. Daha sonra 1998-ci ildə Memarlıq fakültəsinin nəzdində Dizayn kafedrası yaradıldı və bu ixtisas üzrə tələbə qəbulu həyata keçirildi. 1998-ci ildə "mühit dizaynı" ixtisası üzrə ilk bakalavr, 2000-ci ildə isə magistr buraxılışları reallaşdırıldı. Universitetdə dizayn ixtisasının yaradılmasından sonra bu istiqamətdə tədqiqatlar başladılıb, beynəlxalq əməkdaşlıqlar qurulub. Yeni fakültənin yaradılması dizayn üzrə kadr hazırlığının genişləndirilməsi və keyfiyyətin artırılması məhz bu çağırışa adekvat cavabdır. Dizayn ixtisasına tələbat getdikcə artacaq, heç bir süni intellekt onu əvəz edə bilməyəcək".
O qeyd edib ki, ölkədə dizayn ixtisasının inkişafında 2018-ci ildə Azərbaycan və İtaliya Prezidentlərinin iştirakı ilə imzalanan "Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə İtaliyanın Milan Politexnik Universiteti arasında Anlaşma Memorandumu"na əsasən universitetdə İtaliya-Azərbaycan Dizayn Mərkəzinin yaradılması olub: "Azərbaycanda dizayn üzrə ali təhsilin Avropa standartlarına uyğun formalaşdırılmasında bu mərkəzin böyük əhəmiyyəti olub".//report//
20-11-2023, 18:16 | XİN Müdafiə Nazirliyi ilə birgə brifinq keçirir

Bu gün Azərbaycan Xarici İşlər Nazirliyi və Azərbaycan Müdafiə Nazirliyinin birgə brifinqi keçirilir.
XİN-in inzibati binasında keçirilən brifinq Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus və hərbi attaşelər üçün təşkil olunub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə və Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov brifinqdə çıxış edir.
//APA//
20-11-2023, 15:33 | Emin Cəfərov UEFA-dan təyinat aldı

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA-dan təyinat alıb.
Milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Konfrans Liqasının qrup mərhələsinin Astanada keçiriləcək "Astana" (Qazaxıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) oyununun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma noyabrın 30-da baş tutacaq.
9-11-2023, 09:30 | "Fatih Sultan Mehmet” körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

İstanbulda Fatih Sultan Mehmet körpüsü İkinci Qarabağ müharibəsində Zəfərin ildönümü münasibətilə Azərbaycan bayrağı rənglərində işıqlandırılıb.
Trend-ə istinadən xəbər verir ki, gecə saatlarında körpünün işıqları mavi, qırmızı və yaşıl rənglərdə bərq vurub.
8-11-2023, 11:50 | Türkiyə Milli Müdafiə Nazirliyi Zəfər Günü ilə bağlı paylaşım edib

Türkiyə Milli Müdafiə Nazirliyi 8 Noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib.
Trend-ə istinadən xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında qeyd edilib.
"Sən olasan Gülüstan, Sənə hər an can qurban,
Sənə min bir məhəbbət, sinəmdə tutumuş məkan.
Üç rənrli bayrağınla məsud yaşa, Azərbaycan!
Azərbaycan türkü qardaşlarımızı təbrik edir, salamlayırıq", - deyə paylaşımda bildirilib.
Xatırladaq ki, 2020-ci ilin noyabrın 8-də Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri Ermənistan işğalından azad edilib. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.