8-11-2023, 09:19 | İdmançılarımız beynəlxalq turnirdə 7 medal qazanıblar

Qazaxıstanda keçirilən II Türk Dövlətləri Universiadası davam edir.
Cüdoçulardan Ramilə Əliyeva (48 kiloqram) qızıl, Eltac Yusifli (66 kiloqram) gümüş və Elcan Şəfiyev (81 kiloqram) bürünc mükafata sahib çıxıb.
Sərbəst güləşdə isə Camal Abbasov (61 kiloqram) və Sabir Cəfərov (70 kiloqram) birinci, Aydın Əhmədov (125 kiloqram) ikinci, Sahib Dadaşov (79 kiloqram) üçüncü yeri tutub.
Qeyd edək ki, noyabrın 10-dək davam edəcək yarışda Azərbaycan 4 idman növündə 38 idmançı ilə təmsil olunur.Trend
8-11-2023, 08:35 | Burun axıntısını dəqiqələr ərzində yox edən - Təbii üsul

Burun axması bir çox xəstəliyin yan təsiridir. Xüsusilə qış aylarında burun axıntısı daha çox olur.
Soyuq hava və xəstəliklərin birləşməsi səbəbindən tez-tez baş verən burun axıntısını bir neçə damcı ilə həll etmək üçün təbii üsul tapılıb.
Qış aylarında xəstəliklərin yayılması ilə tez-tez görülməyə başlayan burun axıntısı infeksiyalar səbəbiylə sağlamlığınıza zərər verməklə yanaşı, daim yanınıza salfet apararaq burun qıcıqlanmasına da səbəb olan bir vəziyyətdir.
Bir neçə dəqiqə ərzində burun axıntısından qurtulmanıza kömək edəcək təbii üsul evkalipt yağıdır. Təbii yağ olan evkalipt yağı sinus kanallarını açaraq burun axıntısını qısa müddətdə aradan qaldırmağa kömək edir. Evkalipt yağı ilə burun axıntısından asanlıqla qurtulmaq mümkündür.
Evkalipt yağı istifadə edərək burun axıntısından xilas olmaq üçün burnunuzu sildiyiniz salfetin üzərinə bir neçə damcı evkalipt yağı çəkmək kifayətdir. Daha sonra üzərinə yağ damcılatdığınız salfeti qoxulayaraq qısa müddətdə burun axıntısından xilas ola bilərsiniz. sağlamolun.az
23-10-2023, 09:16 | Bu gün Azərbaycan və Türkiyə ordularının birgə taktiki təlimləri başlayır

Bu gün Azərbaycan və Türkiyə ordularının birgə taktiki təlimləri başlayır.
Təlimlərin Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə keçirilməsi planlaşdırılır.
İki ölkənin quru qoşunları arasında dostluq, əməkdaşlıq və qarşılıqlı fəaliyyətin gücləndirilməsi, bilik və təcrübə mübadiləsi məqsədi ilə həyata keçiriləcək “Mustafa Kamal Atatürk 2023” təlimləri Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunub.
İki gün davam edəcək birgə taktiki təlimə Azərbaycan və Türkiyənin müxtəlif qoşun növündən xeyli sayda texnika, artilleriya və aviasiya vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunacaq.//musavat.com//
20-10-2023, 09:29 | Ziyil və papilomalardan necə qurtulmalı? - RESEPTLƏR

Ziyil-dəridə epidermis qatlarının artması nəticəsində düyünəbənzər törəmələrin əmələ gəlməsidir. Ziyillərin inkişafı çox vaxt virusla əlaqədar olur, kontakt və ümumi məişət əşiyalarından istifadə vasitəsilə yayılır.
Milli.Az bildirir ki, ziyillərin bir neçə növü var:
Sadə ziyillər-kiçik ölçülü, səthi buynuzlaşmış düyüncüklər olub, əsasən əllərdə və ayaqaltında yerləşir. Bəzən bir-biri ilə birləşərək böyük səthi əhatə edir və ağrıya səbəb olur.
Yastı ziyillər-xırda , yastı, dəri rəngindən seçilməyən papulalardır. Əsasən üz və əl dərisində olur.
Ayaqaltı ziyillər-məməcik şəkilli və kələ-kötür səthə malikdir, çox vaxt ayaq barmaqlarında və dabanda yerləşir.
Qocalıq ziyilləri-yaşlı adamlarda sinənin, qarının, belin dərisində iri ölçülü, qəhvəyiyə çalan rəngli törəmələr olur.
Ziyillər dəridə əmələ gələn xoşxassəli şişlərdir və onların əmələ gəlməsində virusların rolu böyükdür.
Ziyilləri əmələ gətirən viruslar insandan insana kontakt vasitəsilə keçir. Ziyillərə toxunmaqla, xəstənin darağından istifadə etməklə bu xəstəliyə yoluxmaq mümkündür. Ziyillərin əmələ gəlməsində həddindən çox tərləmənin, yüngül dəri zədələnmələrinin, psixi yüklənmələrin də rolu olduğu söylənilir.
Xəstəlik 4-5 ay gizli sürür və sonra əlamətlərini biruzə verir.
Ziyillərin bir-neçə növləri var (sadə, vulqar, kondiloma, gənclik ziyilləri və s.). Onlardan dermatoloqların köməyi ilə xilas olmaq mümkündür. Dermatoloqlar əməliyyat vasitəsilə ziyilləri kəsib götürürlər. Bu əməliyyat ağrısız və asan əməliyyatlardan sayılır.
Bəzi xalq təbabəti vasitələri ilə də ziyillərdən xilas olmaq mümkündür.
1. Soğanı sirkədə 2 saat saxlayın və ziyilin üstünə qoyub bağlayın, sarğı gecə boyu qalsın. Bu üsulu bir-neçə dəfə tətbiq eləsəniz ziyildən xilas ola bilərsiniz.
2. 10 gün ziyili təzə alma sirkəsi ilə silin. 10 gün sonra ziyyillərdən xilas olduğunuzu görəcəksiniz.
3. Kalanxoe yarpağını ziyilin üstünə qoyub bağlanır və bir gün ərzində sarğı açılmır. Hər gün təkrarlanarsa, 1 həftə sonra ziyil itir.
4. Gündə 2 dəfə aloe şirəsini, dəmrovotu şirəsini, ananası ziyilə sürtməklə onldan xilas olmaq mümkün olur.
5. Qaraqaytaran toxumunu donuz yağı ilə qarışdırıb ziyillərin üstünə sürtməklə onlardan xilas olmaq mümkün olur. Bu zaman məlhəm ziyilə sürtülür və üstü bintlə bağlanır. Sarğı 3 gündən sonra açılır. Sarğı açıldıqdan 7 gün sonra ziyillər qopub düşür. /medicina.az
19-10-2023, 15:43 | Azərbaycanlı polkovnikə Türkiyədə vəzifə verildi

Kadr mübadiləsi çərçivəsində Azərbaycan Milli Müdafiə Universitetinin prorektoru, polkovnik Rəşad Tahirov Türkiyənin Milli Müdafiə Universitetinə, MMU-nin prorektoru, professor doktor Tələt Canbolat isə bir il müddətinə Azərbaycan Milli Müdafiə Universitetinə təyinat alıblar.
Respublic.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, "Türkiyə Cümhuriyyətinin 100 illiyi" və "Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illiyi" münasibətilə 2023-cü il üçün iki xüsusi təlim nəzərdə tutulub.
Bildirilib ki, bu çərçivədə birincisi Türkiyədə 19 aprel-10 may tarixlərində keçirilib, ikincisi isə 16-25 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək.
Respublica.Az
19-10-2023, 12:36 | Elzadan sonra Yazıçılar Birliyinə daha bir qalmaqallı üzv seçildi - FOTO

Psixloloq Xatirə Səfərova Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlüyünə qəbul edilib.
Respublica.Az manset.az- a istinadən xəbər veir ki, AYB-yə dəvət olunan Xatir Səfərovaya üzvlük bileti təqdim edilib. Onun bu üzvlüyü Yazıçılar Birliyinin digər üzvləri tərəfindən müzakirələrə səbəb olub.
Qeyd edək ki, bir müddət öncə müğənni-bəstəkar Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzvlüyə qəbul edilməsi böyük qalmaqal yaratmışdı.
Respublica.Az

16-10-2023, 07:41 | İtburnunun heç yerdə rast gəlinməyən FAYDALARI: virusa, xərçəngə, infarkta son

Daim qrip və onun kimi yuxarı tənəffüs yolları infeksiyalarından əziyyət çəkənlərə xoş xəbərimiz var.
Lazımi miqdarda nizamlı olaraq istifadə edilməsi təqdirində təbii ağrıkəsici olan itburnunun bir çox yerdə rast gəlinməyən faydalarını təqdim edir.
Həm meyvəsi, həm çayı, həm də yağı mətbəx və gözəllik masanızın vazkeçilməzi olacaq itburnu saçdan dırnağa qədər hər hüceyrənizin qayğısına qalacaq.
Qış aylarında tənəffüs yolları xəstəliklərinin müalicəsində şəfa qaynağı olaraq istifadə olunan itburnu çayı təbiətdə öz-özünə yetişən zəhmətsiz bir bitkidir. Orta əsrlərdə infeksion xəstəliklərin müalicəsində əhəmiyyətli rol oynayan itburnu tərkibindəki C vitamini sayəsində orqanizmin müqavimətini artırır. İtburnu həm də zəngin antioksidant qaynağıdır.
Faydaları:
Qırmızı və bənövşəyi meyvə və tərəvəzlər antioksidant baxımından ən zəngin bitkilər hesab olunur. İtburnu da bu sıraya daxildir. Bu potensialı sayəsində orqanizmdəki xərçəng hüceyrələrinin yayılmasının qarşısını alır.
Ürək və damar sisteminin sağlamlığını qoruyur. Damar sərtliyi, yüksək xolesterol və qan təzyiqinin artmasına ənəl olur və miokard infarktının qarşısını alır.
Orqanizmdən toksin, infeksiya və iltihabların atılmasından sonra immun sistemini qüvvətləndirir.
Mədə turşuluğunu balanslaşdırır.
Qadınların xüsusi günlərində ağrıların azalmasına yardımçı olur.
Bağırsaqların işinə yardım edərək qəbzliyin qarşısını alır.
Sızanaq və qara nöqtə ləkələrinin müalicəsində istifadə edilir. Dərinin nəm balansını qoruyur.
Oynaq ağrılarının təbii dərmanıdır.
Yanlış qidalanma və zərərli vərdişlərdən sonra əmələ gələn iltihablanı bədəndən kənarlaşdırır.
İtburnu çayı arıqladırmı?
Həzm sisteminin daha nizamlı işini təmin edən itburnu çayı qəbzlikdən qaynaqlanan şişkinliyi aradan qaldırdığı üçün arıqlamağa kömək edir. Artıq duz və suyun yaratdığı ödəmi bədəndən atır.
İtburnu çayının hazırlanması
1 fincan qurudulmuş itburnu meyvəsi yuyulduqdan sonra 4-5 fincan su ilə 10 dəqiqə qaynadılır. Çayın dadının kəskin olması üçün diri qalan meyvələr qaşıqla əzilir. Daha sonra 10 dəqiqə dəmlənməyə qoyulur. İstəyə uyğun limon, zəncəfil, darçın və ya mixəklə içilə bilər.
İtburnu yağının faydaları:
Dərinin nəm balansını qoruyur, qırışları açır, hüceyrələri yeniləyir, Günəş ləkələrini sağaldır. Saç dərisində meydana gələn bakteriyaları azaldır. Kəpək və saç tökülməsi ilə mübarizə aparır.
Respublica.Az
15-10-2023, 20:52 | Hər gün qoz yemək həm arıqladır, həm də...

Qoz liflər, vitaminlər, minerallar və sağlam yağlar ehtiva etdiyi üçün ən xeyirli qidalardan biri hesab edilir. Bir çox şeyə xeyirli olduğu üçün, çəki atmaqda da önəmli rol oynayır.
Qeyd olunub ki, sağlam yağ, zülal və lif mənbəyi olan qozun bir çox faydası var. Kilo balansını qoruyarkən ürək və sümük sağlamlığını yaxşılaşdırmaq üçün önəmli qidadır. Tərkibində təxminən 90 qida maddəsi olan qoz insan sağlamlığına müsbət təsir göstərir.
Müntəzəm olaraq istehlak edildikdə immunitet sistemini gücləndirir, dəriyə parlaqlıq verir və qırışların yaranmasının qarşısını alır.
Qandakı melatonin səviyyəsini artıraraq yuxu rejiminə kömək edir. Tərkibindəki melatonin və polifenol birləşmələri sayəsində yüksək antioksidant təsirə malikdir.
Qozun tərkibində maqnezium, sink, mis, dəmir, fosfor, bir sıra vitaminlər var; Yaxşı yağlar, fol turşusu, dəmir və kaliumla zəngindir. Qoz glutensiz pəhriz üçün də uyğundur. Vegetarianlara və veganlara bir sıra qida və vitamin dəstəyi verir.
Antioksidanların bolluğuna görə yaşlanma ilə bağlı xəstəliklər, xərçəng və ürək-damar sistemi xəstəliklərinin qarşısını alır. Bu, sağlam və balanslı qidalanma üçün əla qida vasitəsidir.
Araşdırmalar göstərib ki, qozun müntəzəm istehlakı yeməkdən sonra meydana gələn pis xolesterin olaraq təyin olunan LDL-nin oksidləşdirici zərərinin qarşısını alır.
Sağlam yağ nisbətinin yüksək olması səbəbindən 100 qram qozda təxminən 674 kalori var. Sağlam bir şəkildə arıqlamaq və ilk növbədə kalorilərə diqqət yetirmək üçün qoz yeyərkən son dərəcə diqqətli olmaq lazımdır. Gündə 8-dən çox bütöv qoz istehlak edilməməlidir.//Axşam.az//
Respublica.Az
15-10-2023, 20:46 | “Cənab prezidentin çıxışı zamanı sevincimdən kədərləndim, o illər yadıma düşdü”

"Oxuya bilsəm belə o torpaqlarda sevinc göz yaşlarım buna imkan verməzdi"
"Cənab prezidentin bu gün Xankəndidə, Ağdərədə, Sərsəng su anbarının ərazisində Dövlət Bayrağımızı ucaltmağı həqiqətən də tarixi bir hadisədir. Deyərdim ki, tarix kitabları hələ beləsini görməyib. Onun kimi sərkərdələr dünyaya yüz ildə bir dəfə gəlir. Dünyada elə lider yoxdur ki, biz prezidentimizi onunla müqayisə edək. O həqiqətən də müqayisə olunmaz bir şəxsiyyətdir. Ali Baş Komandan İlham Əliyev özünün də dediyi kimi ata vəsiyyətini yerinə yetirdi. Bilirsiniz ki, bu il ulu öndər Heydər Əliyevin 100 illik yubileyidir. Ulu öndərin bu gün ruhu da şaddır"
Respublica.Az moderator.az-a istinadın bildirir ki, bunu xalq artisti, sevilən sənətkar Elmira Rəhimova deyib. O daha sonra əlavə edib.
"Hazırda cənab prezidentin Xankəndidən xalqa müraciəti yayımlanır. O həmişə bir söz deyirdi ki, nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Həqiqətən də o hər şeyi hamıdan gözəl bilir. Prezidentin bu çıxışı mənə 44 günlük müharibədən sonra zəfər günü etdiyi çıxışı xatırlatdı. İnanın o illər, günlər yadıma düşdü. Sevincimdən kədərləndiyim, həyəcanlandığım, köks ötürdüyüm günləri xatırladım. Kədərləndiyimiz təkcə şəhidlərimizə, qazilərimizə görədir. Allah xalqımıza gözəl, toylu-büsatlı günlər bəxş etsin. Ölkəmizin gözəl günləri hələ qarşıdadır. İnanın Allaha, bu gözəllikləri görəndə xəstəliyimi də unuduram" deyə sənətkar bildirib.
Sənətkar xəstəliyi ilə bağlı hələ də Şuşaya gedə bilmədiyini bildirib.
"Mən Xankəndidə də, Şuşada da, digər işğaldan azad olunmuş torpaqlarımızda da illər öncə olmuşam. Bilirsiniz ki, Xankəndi şəhərini bizim görkəmli sənətkarımız Xan Şuşinskinin ulu babası Pənahəli xan Cavanşir öz şəninə saldırıb. Xəstəliyimlə əlaqədar indi gedə bilmirəm. İnanıram ki, sağalıb yenidən oralara ayaq basacam. Vətənimin şəninə, qəhrəman övladlarına, gözəlliklərinə nəğmələr oxumuşam. İndi oxuya bilməsəm də o torpaqlara ayaq basmağım kifayət edər. Oxuya bilsəm belə o torpaqlarda sevinc göz yaşlarım buna imkan verməzdi. Çünki o torpaqlara ayaq basanda kövrəlməmək mümkün deyil. Allah qismət etsin. Ölkəmizlə fərəhlənirəm, qürur duyuram" deyə sənətkar bildirib.
Sevilən xalq artisti daim dövlətin dəstəyini hiss etdiyini bildirib.
"Mən həm Heydər Əliyevdən, həm də cənab prezidentimiz İlham Əliyevdən böyük diqqət və qayğı görmüşəm. Bu qayğını, bu sevgini bu gün də hiss edirəm. Heç bir dünya ölkəsində sənətkara bu qədər diqqət yoxdur. Biz sənətkarları da bu yaşadır. Buna görə bir daha cənab prezidentə, vitse prezidentimiz Mehriban xanım Əliyevaya öz təşəkkürümü bildirirəm" deyə sənətkar bildirib.
Respublica.Az
15-10-2023, 20:25 | De Byazi: Avstriya ilə oyunda yaxşı nəticə üçün çalışacağıq

"Sabahkı oyun çox çətin olacaq. Avstriya çox yaxşı komandadır".
Respublica.Az Matc.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi AVRO-2024-ün seçmə mərhələsində Avstriya ilə keçiriləcək oyun barədə danışarkən deyib.
İtaliyalı mütəxəssis rəqibin aparıcı oyunçularının olmayacağını xatırladıb: "İlk oyunla müqayisədə çox inkişaf ediblər, modern futbol oynayırlar. Onların Belçikaya məğlubiyyətləri aldadıcı ola bilər. Avstriya Belçikadan yaxşı oynadı. Açığı, Avstriya ilə ilk görüşdə fərqli nəticə düşünürdüm, amma 1:4 uduzduq. Komanda kimi inkişaf edirik, 14 matçda 7 qələbə qazanmışıq. Sabah da yaxşı nəticə qazanmağa çalışacağıq".
Çalışdırıcı azarkeş dəstəyinə ehtiyac duyduqlarını söyləyib: "Azarkeşlər sabah gəlib bizə kömək etsələr, 12 nəfərlə oynayacağıq. Stadionda azarkeş çox olanda, dəstək veriləndə gözəldir".
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Avstriya qarşılaşması saat 20:00-da start götürəcək.
Respublica.Az


















