30-06-2022, 08:06 | Öskürmədən qısa zamanda xilas olmaq istəyirsinizsə...

Öskürmədən qısa zamanda xilas olmaq istəyirsinizsə...



Soyuqlamaya yaxalandıqda xəstəlik bronxlarımızı da zədələyir və biz bronxitə yaxalanır və öskürürük. Bəzən də soyuqqanlılıqla yanaşdığımız öskürmə ağırlaşaraq ağciyərlərimizdə ağılrlaşmalara səbəb olur.

Öskürək zamanı bizim bədənimizdən selik və bəlğəm ifraz olunur. Bunlar ən çox bronxlarımızda iltihabi proses gedən zaman baş verir.

Öskürmə əlamətini əmələ gətirən və ən çox rast gəlinən xəstəlik kəskin bronxitdir ki, bu bir həftədən üç həftəyə kimi xəstəni narahat edir. Xroniki bronxit isə üç aydan iki ilə qədər davam edə bilir. Xroniki bronxitin baş verməməsi üçün isə mütləq tibbi müdaxilə lazım gəlir. Bronxitin əlamətləri aşağıdakılardır:
* davamsız öskürək
* bronxlardan selik və bəlğəm ifrazı
* yorğunluq və halsızlıq
* döş qabırğalarında sərtləşmə
* yüngül titrətmə-qızdırma
Bronxit xroniki hala düşdükdə xəstəliyi sağaltmaq cəhdləri effekt vermir. Bunun baş verməməsi üçün isə xalq təbabəti vasitəsilə bronxiti müalicə etmək lazımdır. Aşağıdakı vasitə ilə bronxiti müalicə edə bilərsiniz.

Öskürmə əleyhinə bananlı krem.
Laızm olanlar:
Bananın qabığı soyulur.
Taxta və ya plastik qaşıqla əzilir və qaralmağa qoyulur.
Zövqə görə şəkər əlavə edilir.
Qarışıma bal əlavə edilir və qarışdırılır.
Üzərinə qaynamış su əlavə edilir və 30 dəqiqə üstü örtülü halda saxlanılır.
Qarışım püre halında olur və gün ərzində 4 qaşıqdan az olmayaraq qəbul edilir.Bu qarışım bir-neçə gün ərzində öskürəyi kəsir və xroniki hala keçməyə qoymur.Banan və ballı püre boğaz nahiyəsində olan iltihabi proseslərin də sağalmasına yardım edir. Buna səbəb isə qarışımın tərkibində C vitamini, kalium və liflərin zəngin olmasıdır.

30-06-2022, 07:55 | Soda və limon şirəsinin xərçəng hüceyrələrini məhv etdiyini bilirdinizmi?

Soda və limon şirəsinin xərçəng hüceyrələrini məhv etdiyini bilirdinizmi?



Soda və limon şirəsinin xərçəng əleyhinə təsir etməsi 20-dən artıq laboratoriyada aparılan araşdırmalar zamanı təsdiq edilmişdir. Limon şirəsinin 12 növ xərçəng hüceyrəsini məhv etmək qabiliyyətində olması öz təsdiqini tapıb. Onun xərçəng xəstəliyinin müalicəsində istifadə edilən adriamitsin və kimyaterapiyasından da daha güclü müalicəvi əhəmiyyəti olduğu sübut edilib.

Limon şirəsi və sodanın xərçəg hüceyrələrinə təsiri
Limon şirəsinin tərkibi turşudan ibarətdir. O orqanizmə ödqovucu təsir göstərir və sonra metabolizmə uğrayır. Limon şirəsi həzmi və bağırsaq fəaliyyətini sürətləndirir, qıcqırmanı, qəbizliyi, köpməni və ürəkbulanmanı aradan qaldırır. Limon şirəsi böyrək daşlarını tökmək qabiliyyətinə malikdir, amtioksidant tərkibi var, C və B vitaminləri ilə zəngindir.

Limon anti kanserogen xüsusiyyətə malikdir. Onun tərkibində limonoidlər, fitokimyəvi birləşmələrdən ibarətdir. Limon şirəsi antimikrob təsirə malikdir və orqanizmin pH balansını normallaşdırır. Limon şirəsi parazit və qurd xəstəliklərinə qarşı təsir göstərir. Şirə arterial təzyiqi və stressin miqdarını aşağı salır.

Soda və limon qarışımı necə hazırlanır?
200 ml limon şirəsinin üzərinə 1 çay qaşığı qida sodası əlavə edilir. Şirəni içmək çətinlik törədərsə qarışıma distillə edilmiş su əlavə etmək olar.
Qarışım ən yaxşı effekti səhərlər acqarına yeməkdən əvvəl içidikdə verir.

28-06-2022, 09:06 | Azərbaycanda Dərmanların qiymətində 350 faizlik fərq

Azərbaycanda Dərmanların qiymətində 350 faizlik fərq



Azərbaycandakı apteklərdə satışa çıxarılan dərmanların qiymətləri qonşu Türkiyə və İrandakı preparatlardan bahadır.

"Xəzər Xəbər"ə istinadla bildirir ki, eyni dərmanların kəskin fərqlə baha satılması vətəndaşları narazı salır.

Məsələn: Ölkəmizdə 75 manata satılan "Qalusmet" preparatı qonşu ölkələrdə 25 manata, 51 manata satılan "Dostinek" 20 manata, 28 manata satılan "Tripliksam" 10 manata, 56 manata satılan "Skin kap aerazol" 20 manata, 193 manata satılan "Zoladeks" isə 58 manata təklif olunur. Göründüyü kimi, buradakı qiymət fərqi 10-15 faizlə deyil, 200-350 faizlə ölçülür. Üstəlik, bu dərmanlar ölkəmizdə tez-tez rast gəlinən şəkər, təzyiq, ürək və digər xəstəliklərin müalicəsi üçün nəzərdə tutulduğundan, qiymət fərqindən yaranan ödənişlər vətəndaşların büdcəsində ciddi yer tutur.

Əczaçılar da tez-tez vətəndaşların bu qəbildən olan şikayətləri ilə qarşılaşdıqlarını deyirlər. Onlar qiymətlər arasında bu qədər fərqin olmasını isə logistika xərcləri ilə izah edirlər.

Mövzuya münasibət bildirən Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov hesab edir ki, dərmanların qiymətləri arasındakı bu qədər fərqin olmasının ən başlıca səbəbi adıçəkilən xarici ölkələrin özlərinin dərman istehsalı ilə məşğul olmalarıdır.

Deputatın fikrincə, qiymət fərqindən irəli gələn problemləri həll etmək üçün xüsusi qurum olmalıdır. Bu qurum dərmanların sertifikatlarının alınmasından tutmuş onun qiymətinin tənzimlənməsinə qədər bütün proseslərə nəzarət etməlidir.

Qeyd edək ki, Tarif Şurasının qərarına əsasən, idxal edilən dərmanların ölkəmizdəki satış qiymətləri ölkəyə daxil olarkən sahibkarın üzərinə düşən xərcdən 14-40 faiz arasında yuxarı ola bilər. Yəni 5 manata başa gələn dərman maksimim 40 faiz, 100 manatdan baha başa gələn dərman isə 14 faiz baha satıla bilər.


28-06-2022, 08:58 | Ürəyin düz işləmədiyini göstərən səkkiz işarəyə diqqət!

Ürəyin düz işləmədiyini göstərən səkkiz işarəyə diqqət!



Bədənimizin ən əhəmiyyətli orqanlarından biri olan ürəyimizi qorumaq üçün bir çox yol izləməliyik. Gündəlik həyatımıza bağlı olaraq ortaya çıxa biləcək ürək xəstəliklərinə qarşı nə qədər qorunursunuz?

Ürəyimiz düz işləmədiyi zamanlarda bizə bir çox siqnal göndərir. Əhəmiyyətli olan bu siqnalları diqqətə alaraq ürək xəstəliklərinə qarşı tədbir görüb, infarkt riskini ortadan qaldıra bilərsiniz. Ürəyimizin düz işləmədiyinə dair 5 əhəmiyyətli işarə...

Aparılan araşdırmalara görə hər il yalnız 610 min adam ürək xəstəlikləri ilə əlaqədar çətinlik yaşayır.

Erkən diaqnoz ilə ürək narahatlıqlarından həyati bir risk yaratmadan xilas olmaq istəyirsinizsə ürək xəstəliklərini işarə edən siqnallar işinizə yaraya bilər.

QOLLARA YAYILAN AĞRI

Ürək xəstəliklərinə işarə edən ən əhəmiyyətli siqnallardan biri qola yayılan ağrılardır. Qol ağrısı kişilərdə sol qisimdə olarkən qadınlarda bu vəziyyət iki qol ağrısı olaraq özünü göstərə bilər.

Qadınların bəzi zamanlarda qollarında hiss etdiyi ağrılar sinir sistemi ilə əlaqəli ola bilər, bu səbəbdən doğru bir diaqnoz üçün mütləq mütəxəssislə məsləhətləşmək lazımdır.

ŞİDDƏTLİ ÖSKÜRƏK

Bir çox fərqli xəstəlikdə görülə bilən şiddətli öskürək xüsusilə çəhrayı bəlğəm ilə birlikdə görüldüyündə ürək çatışmazlığına işarə edə bilər.

AYAQLARDA ŞİŞ

Ürəyin yaxşı şəkildə vurulmadığı təqdirdə, qan damarlarındakı mayenin toxumalara sızması ilə birlikdə ortaya çıxan şişlik halı ilə bağlı, həkimə müraciət etmək ən faydalı işdir.

Xüsusilə ayağınızda corab geydiyinizdə, rezin çox narahat edirsə və bərabərində yara izləri meydana gəlirsə, mütləq həkimə baş çəkmək lazımdır.

HƏDDİNDƏN ARTIQ NARAHAT RUH HALI

Aparılan araşdırmalara görə həyatının müəyyən dövrlərində narahat ruh halına sahib insanların ürək xəstəliklərinə daha çox aludə olduğunu göstərir.

ŞÜUR İTKİSİ VƏ HUŞUNU İTİRMƏ

Ürək narahatlıqları arasında ən çox müşahidə olunan simptomlar arasında şüur itkisi və huşunu itirmə var.

Bunun səbəbləri arasında ürəyin qanı yaxşı vura bilməməsi ilə yanaşı ürək axışının damarlarda tıxanması kimi faktorlar da var.


28-06-2022, 08:42 | Tez yuxuya getmək və keyfiyyətli yuxu haqda tövsiyələr

Tez yuxuya getmək və keyfiyyətli yuxu haqda tövsiyələr



Alimlər bildirir ki, yuxudan qabaq isti vanna qəbul etmək tez bir zamanda yuxuya getməyə və keyfiyyətli yuxuya səbəb olur. Belə proseduraları, su temperaturunun 40-42 dərəcə olmaq şərti ilə yuxudan 1-2 saat əvvəl keçirilməsi məsləhət görülür.

Alimlərin belə bir nəticəyə, apardıqları 5 min müşahidədən sonra gəlmişdir.

Orta hesabla, insanların 24 saat ərzində, yatmazdan 1 saat öncə bioloji ritmləri, bədən temperaturunun azalmasıyla xarakterizə olunur. Bu dərəcə səhərə yaxın ən aşağı temperatur həddinə çatır. Daha sonra temperatur bioloji oyanma saatı rolunu oynayaraq artmağa başlayır.

İlıq duş və ya vanna qəbul etmək əllərdə və ayaqlarda qan dövranını yaxşılaşdırır. Bu da orqanizmə bədəndən artıq istidən azad olmasına xidmət edir. Alimlərin sözlərinə görə, orqanizmin belə bir fənd işlətməklə yuxunun temperatur dövrünü aldatmış olur.


28-06-2022, 08:25 | Ayranın faydaları - Bu xəstəliyi olanlar hər gün içsin

Ayranın faydaları - Bu xəstəliyi olanlar hər gün içsin


Tərkibində kalsium, fosfor, faydalı maddələr çoxdur. Qədimdə təbiblər məhz ayranı ilan zəhərinə qarşı dərman biliblər.

İslaminSesi.info Medicina.az -a istinadən məlumat verir ki,sərin ayranın orqanizmdə və hansı xəstəliklərdə faydalı olması barədə araşdırıb. Səhhətində bu problemi olanlar tez-tez ayran içməlidir.

-Az kalorili olduğu üçün bütün dietalarda içilib, arıqlamaq olar

-Damarları təmizləyir

-Ağciyər xəstəlikləri, bronxit, astması olan insanların vəziyyətini yüngülləşdirir

- Şəkər xəstələrində susuzluğa qarşı

- Əsəbi gərginliyi azaldır, əhvalı qaldırır

- Enerji verir

- Təzyiqi aşağı salır

- İnfeksiyalarla mübarizə aparmağa kömək edir

- Toksinləri, zəhərləri yuyur

- Bağırsağın mikroflorasına faydalıdır

- Baş ağrısını azaldır

- Qəbizlik zamanı yardım edir

- Yaxşı yuxu gətirir

- Uşaqların sümük sistemini möhkəmlədir

Diqqət: mədəsində qastrit, xora olanlar ehtiyatla və az miqdarda içsin.

28-06-2022, 08:15 | Səhər yeməyi "həyatınızı xilas edə bilər"

Səhər yeməyi "həyatınızı xilas edə bilər"

Səhər yeməyi çox zaman qida qəbulu baxımından günün ən vacib yeməyi sayılır. Bir araşdırma göstərib ki, səhər yeməyi insanın hətta həyatını xilas edə bilər.

Amerika Kardiologiya Kollecinin (American College of Cardiology) bu həftə açıqladığı araşdırmasında səhər yeməyi yeməməyin ürək-damar xəstəlikləri səbəbilə ölüm riskini artırdığı bildirilib.

Lakin araşdırmaya qarşı çıxanlar da var.

Müxtəlif ABŞ universitetlərindən tədqiqatçıların qatıldığı təcrübələrdə 1974-1988-ci illər arasında 40-75 yaş arası 6550 nəfər üzərində araşdırma aparılıb.

Araşdırmaya qatılanlardan səhər yeməyini mütəmadi olaraq yeyib-yemədikləri soruşulub.

Onlardan 5 faizi heç səhər yeməyi yemədiklərini, 11 faizi bəzən yediklərini, 25 faizi isə səhər yeməyini gec yediklərini deyib.


Tədqiqatçılar bundan sonra 2011-ci ilə qədər ölüm göstəricilərini araşdırıb. Həyatını itirən təcrübə iştirakçılarının 2318-də səhər yeməyi vərdişləri ilə ölüm nisbəti arasında əlaqə müəyyən edilib.

Siqaret və artıq çəki kimi risklər nəzərə alınsa belə, səhər yeməyi yeməyənlərin hər hansı səbəbdən ölüm riskinin 19 faiz, ürək-damar xəstəliklərindən ölmək riskinin isə 87 faiz artdığı müəyyən edilib.

"Araşdırma dəqiq nəticə deyil"
Səhər yeməyini yeməməyin insan sağlamlığına mənfi təsir etdiyi bilinsə də, alimlər bu təsirin detallarını hələ də araşdırır.

ABŞ alimlərinin bu araşdırmasına tənqidlər yönəlib.

İlgiltərənin Milli Səhiyyə Xidməti (NHS) araşdırmanı qiymətləndirərkən bildirib ki, səhər yeməyi yeməmək və ürək xəstəlikləri səbəbindən ölüm riski arasında birbaşa əlaqə sübut edilməyib.

Araşdırmada səhər yeməyi yeməyənlərin əvvəllər siqaret çəkdiyi, alkoqol qəbul etdiyi, fiziki aktivliyinin olmaması, düzgün qidalanmaması, sosio-iqtisadi vəziyyətlərinin daha aşağı olduğunu vurğulayaraq bu cür faktorların ürək xəstəliyi riskini artırdığını bildirib.

28-06-2022, 08:06 | Gecə vaxtı ayaq yolundan mütamədi istifadə etmək ciddi xəstəlik əlaməti ola bilər

Gecə vaxtı ayaq yolundan mütamədi istifadə etmək ciddi xəstəlik əlaməti ola bilər


Gecələr tez-tez ayaq yoluna getmə və həddindən artıq duzdan istifədə etmə arteriya təzyiqiylə bağlıdır. Bu haqda yapon kordioloqları bildirmişdir.

"Bizim gəldiyimiz qənaətə görə, əgər insanlarda gecə yarısı, ayaq yolundan istifadəyə ehtiyac yaranırsa, bu o deməkdir ki, siz, orqanizminizdə olan artıq mayedən və ya yüksək təzyiqdən əziyyət çəkirsiz.

Əgər bu davamiyyətli olarsa, gərək həkimə müraciət edib təzyiqinizi ölçməlisiz, eyni zamanda duzdan istifadəni azaltmalısız", - deyə həkim Satosi bildirmişdir.

Onun sözlərnə görə, gecə yarısı, bircə dəfə də olsun belə ayaq yolundan istifadə etmək, hipertaniyaya (yüksək təzyiq) tutulma riskini 40 % artırmış olur. Bu halların tez-tez baş verməsi isə, ürək-damar xəstəliklərinin artmasına yol açır. Həkim Konno ayaq yolundan tez-tez istifadə etməklə ürək xəstəlikləri arasında əlaqəni tam olaraq izah etməkdə çətinlik çəkmişdir.

Yaponiyanın Vatari şəhərində, 3749 sakinin iştirakıyla keçirilmiş tədqiqatda, 2017-ci ildə 1882 nəfərdə gecə vaxtı tez-tez ayaq yoludan istifadə halları müşahidə olunmuşdur.


2018-ci ilin oktyabrında verilən məlumatlara əsasən, beta-hidroksimaz turşu tərkibli bio-əlavlər, ürək damar-xəsətliklərinə səbəb olan arterial hipertenziyadan azad olmağa kömək edir.


27-06-2022, 14:34 | Məktəb direktorunun Dubay macərası

Məktəb direktorunun Dubay macərası


Məlum olduğu kimi, bir neçə gün əvvəl Gəncədə İ. Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayevanın intihara cəhd etməsilə bağlı məlumat yayılmışdı. Direktorun 14 ədəd həb içərək intihara cəhd etdiyi bildirilirdi. M.Qarayeva dərhal xəstəxanaya çatdırılmış və ona ilkin tibbi yardım göstərilmişdi.

Uşaqları kiçik yaşlarından şəxsiyyət kimi yetişdirən, onları həyatın çətinliklərinə hazırlayan təhsil müəssisəsinin rəhbəri hansı səbəbdən belə addım ata bilər? Məktəb direktorunu intihara nə məcbur edib?

"Qafqazinfo" bu suallarla bağlı araşdırma aparlb.

Məlum oldu ki, intihara cəhd edən M.Qarayeva bir il əvvəl Təhsil Nazirliyi tərəfindən şiddətli töhmət alıb. Fəaliyyətində yol verdiyi nöqsanlara görə, Gəncə Şəhər Təhsil İdarəsi tərəfindən ona xəbərdarlıq olunub. Lakin direktor bunlardan dərs çıxarmayıb, məktəbin ingilis dili müəllimini ölkədə olmadığı halda işdə saxlayıb, adı məktəbdə getsə də, əvəzində onun əməkhaqqını mənimsəyib.

İntihara cəhd hadisəsindən sonra mətbuata açıqlama verən məktəb direktoru bildirib ki, özünə qəsd etmək istəməsinin səbəbi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Anar Qədiməliyevin onu işdən çıxarmaq istəməsidir. Direktor həmçinin buna görə məktəbdə monitorinq təşkil edildiyini, şantaj olunduğunu qeyd edib. Onun sözlərinə görə, artıq yerinə namizəd də tapılıb. O, bütün bunlara dözə bilmədiyinə görə intihara əl atdığını açıqlayıb.

Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq.

Qurumdan "Qafqazinfo"ya ölkədə olmadığı halda adı məktəbdə gedən müəllimin olduğunu təsdiqlədilər.

Bildirilib ki, İdarənin əməkdaşları tərəfindən İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin sabiq ingilis dili müəllimi barədə sənədləşmə işinin qanuna müvafiq aparılmadığı məlum olduqdan sonra həmin müəllimin nə vaxtdan ölkə xaricində olması barədə aidiyyəti dövlət orqanlarına sorğu göndərilib:

"Aidiyyəti orqanlar tərəfindən təqdim edilən sorğunun cavabında məlum olub ki, məktəbin sabiq ingilis dili müəlliminin ötən il dekabrın 27-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Azərbaycana gəlməsi, bu il yanvarın 10-da isə Dubay şəhərinə getməsi faktı öz əksini tapıb.

Belə olduğu təqdirdə həmin müəllimin müəyyənləşdirilmiş müddət ərzində hesabına qanunsuz olaraq əməkhaqqı köçürülməsi faktı təsdiqini tapmış olur".

İdarədən həmçinin bildirilib ki, qeyd olunanları nəzərə alaraq həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Tahirə Həsənovanın da öz vəzifə öhdəliklərini lazımınca və qanuna uyğun həyata keçirmədiyi də müəyyənləşib:

"Belə ki, T.Həsənovanın əmək funksiyasına uyğun olaraq tədris planları və proqramlarının yerinə yetirilməsi üzrə müəllimlərin və digər pedaqoji işçilərin metodiki fəaliyyətinin istiqamətləndirilməsi, təlim-tərbiyə prosesinin, həmçinin dərsdənkənar və dərnək məşğələlərinin keyfiyyətli təşkilinin həyata keçirilməsi, tədris və digər təlim-tərbiyə məşğələlərinin cədvəlinin tərtib edilməsi, metodik şura və fənn metodbirləşmələlərinin işinə rəhbərlik və nəzarəti həyata keçirmək olsa da, bu tələblər kobud şəkildə pozulub. Dərs prosesində iştirak etməyən müəllimin müyyənləşdirilmiş siniflərdə jurnallarının yazılması məsələsində müvafiq təlimatın tələbləri yerinə yetirilməyib.

T.Həsənovanın məktəbin sabiq ingilis dili müəlliminin xarici ölkədə yaşaması, ancaq həmin müddət ərzində onun hesabına qanunsuz olaraq əmək haqqı köçürülməsi məsələsindən birbaşa xəbərdar olması müəyyən edilib.

Qeyd edək ki, siniflər üzrə müvafiq jurnallara nəzarət, dərslərin cədvəl üzrə fənn müəllimləri tərəfindən tədris edilməsi, ümumillikdə tədris prosesinə nəzarətin həyata keçirilməsi təlim-tərbiyə işləri üzrə direktor müavinin əmək funksiyasına aiddir. Əgər bir müəllim işdə olmursa, direktor müavinin ona göz yumması cinayət tərkibi yaradır. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma davam etdirilir".

Mövzu ilə əlaqədar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəhbəri Anar Qədiməliyevlə əlaqə saxladıq.

O, məktəb direktoruna təzyiqlərlə bağlı deyilənləri təkzib etdi.

Bildirdi ki, M. Qarayevaya işində yol verdiyi nöqsanlara görə xəbərdarlıq olunub, lakin o xəbərdarlığa məhəl qoymayıb.

Direktorun yerinə başqa təyinata gəlincə, A. Qədiməliyev bildirib ki, idarə tərəfindən məktəbə direktor təyinatı həyata keçirilmir:

"Məktəb direktoru kimi çalışmaq üçün imtahan vermək və müsahibədən keçmək lazımdır. Bu isə təhsil idarəsinin səlahiyyətində olan məsələ deyil".

Qeyd edək ki, Gəncədəki İsmət Qayıbov adına 1 nömrəli məktəb şəhərin ən qədim təhsil ocaqlarındandır. Əsası 1833-cü ildə Mirzə Şəfi Vazeh tərəfindən qoyulan məktəbdə müxtəlif zamanlarda tanınmış ziyalılar təhsil alıb və çalışıblar.

1992-ci ildən isə məktəbə bir vaxtlar orada təhsil almış sabiq baş prokuror İsmət Qayıbovun adı verilib. Mindən çox şagirdin təhsil aldığı sözügedən təhsil müəssisəsinə 2011-ci ildən isə Mətanət Qarayeva rəhbərlik edir.


27-06-2022, 11:12 | Ronaldu ilə bağlı qərar verildi

Ronaldu ilə bağlı qərar verildi


"Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldu yay transfer pəncərəsində klubu tərk etməyəcək.

Trend bu barədə "ESPN"ə istinadən xəbər verir.

Qeyd edilib ki, klub nümayəndələri portuqaliyalı ilə görüş keçirərək, onu klubdan buraxmayacaqlarını bildiriblər.

Həmçinin, klubun yeni baş məşqçisi Erik ten Haq da K.Ronaldunun klubda qalmasında maraqlıdır.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.