21-09-2021, 14:17 | Məktəblərdə ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq

Məktəblərdə ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq

Yeni tədris ilində I-XI siniflərdə ilk dərs "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olunacaq.

Bbu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov məlumat verib.

Qeyd edə ki, sabah - sentyabrın 22-də Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayır. Digər siniflər və məktəbdənkənar müəssisələrdə isə sentyabrın 29-dan həftədə beş dəfə olmaqla əyani tədrisə başlanacaq.

Orta ixtisas, peşə təhsili müəssisələri və universitetlərdə də tədris sentyabrın 29-dan əyani olaraq (bəzi istisnalar olmaqla) həyata keçiriləcək. Tədris olunmayan dərs saatları il ərzində tətil günləri hesabına bərpa ediləcək.

2021-2022-ci tədris ilində ölkənin ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq.


21-09-2021, 09:40 | Sabahdan məktəblər açılır

Sabahdan məktəblər açılır


Sabah - sentyabrın 22-də Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayır.

Digər siniflər və məktəbdənkənar müəssisələrdə isə sentyabrın 29-dan həftədə beş dəfə olmaqla əyani tədrisə başlanacaq.

Orta ixtisas, peşə təhsili müəssisələri və universitetlərdə də tədris sentyabrın 29-dan əyani olaraq (bəzi istisnalar olmaqla) həyata keçiriləcək. Tədris olunmayan dərs saatları il ərzində tətil günləri hesabına bərpa ediləcək.

Tədris ilinin başlanması müddətləri nəzərə alınaraq, təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə payız tətili günlərindən 16-18 noyabr, qış tətili günlərindən 27, 28 yanvar tarixləri dərs günləri hesab ediləcək.

Ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə, eləcə də təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdə payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləri hesab ediləcək.

2021-2022-ci tədris ilində ölkənin ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq.


20-09-2021, 08:26 | Karantin qaydalarının yumşaldılması ictimai iaşə dövriyyəsini artırıb

Karantin qaydalarının yumşaldılması ictimai iaşə dövriyyəsini artırıb

Cari ilin yanvar-avqust aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz artaraq 547,9 milyon manat olub.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,7 faizi hüquqi şəxslərin, 49,3 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 27,3 faiz artaraq 275,2 milyon manat olub.

Bu ilin yanvar-iyun aylarında isə Azərbaycanda ictimai iaşə dövriyyəsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 4,5% azalaraq 366,8 mln manat təşkil etmişdi. 2021-ci ilin iyulun 1-dən etibarən karantin qaydalarında bəzi yumşalmalar ictimai iaşə dövriyyəsinin artmasına səbəb olub.

Trend

20-09-2021, 06:53 | Səyyad Əlizadə ilə bağlı üzücü xəbər: Qohumu açıqladı

Səyyad Əlizadə ilə bağlı üzücü xəbər: Qohumu açıqladı

Yeni növ koronavirusa (COVİD-19) yoluxan müğənni Səyyad Əlizadənin vəziyyətində müsbət dəyişiklik yoxdur.

Bu barədə müğənninin qohumu Razim Qarayev məlumat verib.
O bildirib ki, süni tənəffüs aparatına qoşulan müğənninin vəziyyəti ağırdır: "Hələ ki, Səyyad bəyin səhhətində heç bir müsbət dəyişiklik yoxdur. Vəziyyəti ağır olaraq qalır. Həkimlər əllərindən gələni edir"

O bildirib ki, süni tənəffüs aparatına qoşulan müğənninin vəziyyəti ağırdır.

Qeyd edək ki, koronavirusa yoluxan Səyyad Əlizadə bir neçə gün öncə Mərkəzi Gömrük hospitalına yerləşdirilib və EKMO cihazına qoşulub.

//APA//

20-09-2021, 06:30 | Autizm nədir və autizmli insanlar kimlərdir?

Autizm nədir və autizmli insanlar kimlərdir?


Hər şeydən əvvəl, autizm (autizm spektral pozğunluq) - xəstəlik deyil, insanın doğuşdan sosial-qarşılıqlı əlaqədə, nitqdə, qeyri-şifahi ünsiyyətdə məhdudluğu və davranışlarda davamlı çətinlikləri əhatə edən, bioloji təbiətə malik kompleks vəziyyətidir.

Autizmli insanlar ətraf aləm haqqında fərqli təsəvvürə malikdirlər. Onların ünsiyyətdə və sosiallaşmada çətinlikləri olduğundan ictimai yerlərdən uzaqlaşıb tək qalmağı üstün tuturlar. Eyni hərəkətləri dəfələrlə təkarlaya bilərlər. Belə insanlar hər şeyi ağrılı şəkildə qəbul edirlər. Autizmin ağırlıq dərəcəsindən asılı olaraq əlamətləri də dəyişir.

- gözlə təmas qurmamaq;

- dar bir maraq dairəsinə və ya müəyyən mövzuya sıx marağa malik olmaq;

- söz və ya ifadələrin, qol hərəkət çevirmə hərəkətlərini təkrarlamaq;

- başqalarına baxmamaq və ya qulaq asmamaq;

- tutulmaq, yaxud qucaqlanmağı rədd etmək;

-nitqi, jestləri, mimikanı, səs tonunu anlamaqda və ya istifadə etməkdə problemlər yaşamaq.

ÜST-ün göstəricilərinə görə dünyada hər 160 uşaqdan biri autizmə mübtəla olur. Oğlanlarda qızlara nisbətən 4 dəfə çox rast gəlinir.

Yaranma səbəbi:

Tam aydın deyil. İrq, etnik mənsubiyyət və ya sosial mənşədən asılı olmadan görülür. Güman olunur ki, uşağın genləri və ya ətraf mühit faktorları daxil olmaqla bir çox amillər autizmə təkan verir. Autizm riski uşaqların pis tərbiyəsi deyil, vaksinlər heç deyil.

Diaqnoz nə zaman və necə qoyulur?

Autizm dərəcəsindən asılı olaraq 0-3 yaşlardan özünü biruzə verir. Autizm üçün xüsusi bir müayinə mövcud deyil. Uşağın həmyaşıdı ilə müqayisəli müşahidəsi, nitqi, hərəki, davranış inkişafı həkim-mütəxəssis tərəfindən valideyn və ya dayədən ətraflı şəkildə öyrənilib diaqnozu müəyyən müddətə dəqiqləşdirilir. Autizmin diaqnostikasında pediatr, həkim-nevroloq, həkim-psixiatr və uşaq psixoloqu iştirak etməlidir.

Erkən diaqnoz uşağın yaşadığı problemlərə tez yardımçı olmağa, nitq, davranış inkişafı, sosiallaşma bacarıqlarının korreksiyası üçün uyğun müalicə seçməyə əsas verir.

Autizm=dahilik?

Autizmli uşaq və böyüklərin bəziləri incəsənət sahəsində şedevral bacarıq nümayiş etdirə bilirlər, bəziləri fenomenal yaddaşa sahib olaraq elmdə inanılmaz nəticələr göstərirlər. Xarici dil öyrənmək, musiqi alətlərində məharətlə ifa etmək bacarığı ilə tanınan bu tip insanlar vardır. Belə bacarıq onların eyni şəkilli hərəkətləri təkrarlamaq və hər hansı əşyaya fokuslanmaq qabiliyyəti ilə izah edilir. Autizm əlamətləri olan məşhurlar arasında rejissor Woody Allen, Microsoft qurucusu Bill Gates, musiqiçi Bob Dilan, yazıçı Virginiya Woolf, ABŞ- ın on altıncı prezidenti Abraham Lincoln və rəssam Leonardo da Vinci yer alır.

Müalicəvi yanaşma metodları:

Diaqnostik müşahidə cədvəlinə əsasən müalicə növləri seçilir. Məqsəd autizmli insanları pozitiv davranışa təşviq etmək, mənfi davranışdan çəkindirməkdir.

Uşaqlara görə valideyn optimal şərait yaratmalı, otağında olan hər şey daim eyni yerdə yerləşdirilməlidir. Uşağın kart şəklində ipucları olan ardıcıl gündəlik rejimi tərtib edilməlidir. Bu işlə ya valideyn, ya müəllim, yaxud psixoloq məşğul olmalıdır. Terapiya növləri çoxdur.

Animal (heyvan) terapiyası - delfinlərlə üzmək, atlarda gəzmək. Belə metod uşağın suda, havada öz bədənini hiss etməsini yaxşılaşdırır.

Peşə terapiyası-elementar vərdişləri (geyinib-soyunma, qaşıq, çəngəldən istifadə etmə, diş fırçalama və s) aşılayır.

Nitq terapiyası-verbal vərdişlərə və insanlarla ünsiyyətə kömək edir.

Bunlardan əlavə masaj, aktiv-passiv gimnastika və s.metodlardan istifadə edilir.

Ehtiyac olursa, diqqət problemi, hiperaktivliyə yardımçı olan dərman müalicəsi tətbiq edilir.

Autizmli uşağı olan valideyn autizm haqda mümkün qədər çox məlumat əldə etməli, ardıcıl qurulmuş rutin qaydaları təmin etməli, autizm uşağı olan digər valideynlərlə əlaqə qurmalı, özünə və digər ailə üzvlərinə vaxt ayırmalıdır.

Autizmli bir uşağın olması bütün ailənin həyat keyfiyyətinə təsir edir. Müalicə stressli, vaxt tələb edən və bahalı ola bilər. Bununla belə, ailənin fiziki və emosional sağlamlığına diqqət yetirmək önəmlidir. Hər bir ölkədə belə ailələrə məlumat, dəstək verən qurumlar, təşkilatlar vardır. Onların şüarı da birdir: "Autizmli insanlar xəstə deyil, sadəcə dünyaya fərqli baxırlar".

Tomiris Əlili
Milli.Az






6-09-2021, 10:27 | Pensiya alanlara ŞAD XƏBƏR: Sentyabrın 8-də...

Pensiya alanlara ŞAD XƏBƏR: Sentyabrın 8-də...

Sentyabrın 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Qeyd olunub ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.


3-09-2021, 12:44 | Qəbul imtahanlarının bütün mərhələləri şəhid və qazi övladları üçün pulsuz olacaq

Qəbul imtahanlarının bütün mərhələləri şəhid və qazi övladları üçün pulsuz olacaq


Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu və ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarına dəyişiklik edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara görə, aşağıdakı şəxslərə münasibətdə müsabiqədə iştirak üçün ödəniş dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək:

- ilk dəfə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər;

- ilk dəfə ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər;

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

- şəhid ailəsinin üzvləri;

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

- məcburi köçkün statusu olan şəxslər;

- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

Qeyd edək ki, bundan əvvəl sadəcə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ilk dəfə imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər və ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda ilk dəfə iştirak üçün müraciət etmiş abituriyentlər üçün müsabiqədə iştirak dövlət hesabına olub.

Digər hallarda isə müsabiqədə iştirak ödənişli idi.

Dəyişikliyə əsasən, bundan sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları, şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, məcburi köçkün statusu olan şəxslər və I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün müsabiqədə iştirak üçün ödəniş dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.

Qərar "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli 2635 nömrəli Sərəncamına əsasən hazırlanıb.


30-08-2021, 06:45 | Azərbaycanda peyvəndin birinci dozasını qəbul edənlərin sayı 4 milyonu ötüb

Azərbaycanda peyvəndin birinci dozasını qəbul edənlərin sayı 4 milyonu ötüb

Avqustun 29-da Azərbaycanda 92 min 948 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 min 922, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 40 min 26 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 6 milyon 687 min 806, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 42 min 976, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 644 min 830 nəfər təşkil edir.

27-08-2021, 13:43 | Gənclər arasında koronavirusa yoluxma niyə artır? - Professor səbəbləri açıqladı

Gənclər arasında koronavirusa yoluxma niyə artır? - Professor səbəbləri açıqladı



COVİD-19-un Delta ştammının geniş yayılması son zamanlar gənclər arasında virusa yoluxmanın artmasında rol oynayır. Delta ştammı bədənə daxil olduqan sonra sürətlə inkişaf edərək, hüceyrələrə daxil olur və çoxalaraq xəstəliyin ağır şəkildə davam etməsinə gətirib çıxarır.

Bunu Trend-ə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

Onun sözlərinə görə, COVİD-19-un gənclər arasında geniş yayılmasının başlıca səbəblərindən biri bu qrupdan olan insanların vaksinasiya olunmamasıdır: "Əgər vaksinasiya olunsaydılar, xəstəlik bu şəkildə yayıla bilməzdi".

Professor həmçinin bildirib ki, gənclər arasında xəstəliyin yayılmasının başqa bir səbəbi də, onların klinik olaraq xəstəliyi daha yüngül şəkildə keçirmələridir. Belə ki həmin şəxslər özlərini xəstə hiss etmirlər və həkimə müraciət etməkdən imtina edirlər:



Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların 15 faizini 20-29 yaş orası insanlar təşkil edir, yoluxanların 22 faizi isə 30-39 yaş arası insanlardır. 10-19 yaş insanlar isə ümumi yoluxanların 6 faizini təşkil edir.

26-08-2021, 14:19 | Mehriban xanım Əliyevanın fəaliyyətinin prinsipləri: İnsansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq

Mehriban xanım Əliyevanın fəaliyyətinin prinsipləri: İnsansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq

Azərbaycan dövlətinin çoxəsrlik şanlı tarixinin ən parlaq intibah dövrünü yaşadığını qürurla söyləyə bilərik. Bu gün dünya dövlətləri arasında ləyaqətlə ucalaraq sahibləndiyimiz mövqe hər bir azərbaycanlının qürur mənbəyidir. Bu qürurun əsasında isə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Vətən və xalq naminə gərgin və miqyaslı fəaliyyəti, yüksək intellekt və dünyəvilik kimi şəxsi keyfiyyətlərinin möhtəşəm harmoniyası dayanır.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ümumxalq sevgisini və hörmətini qazanmış nüfuzlu ictimai və dövlət xadimidir. Təşəbbüskarlığı və yüksək təşkilatçılıq bacarığı ilə Azərbaycanın bir çox uğurlarına imza atan Mehriban Əliyeva Azərbaycan qadınlarının ən parlaq nümayəndəsidir.

Mehriban Əliyeva işgüzarlığı, vətəndaş mövqeyi, humanizmi, insanların problemlərinə həssas münasibəti, qayğıkeşliyi, həlli vacib məsələlərdə prinsipiallığı ilə həm də bir vətəndaş modeli yaradır. Mehriban Əliyevanın Vətənə xidmət amalı isə bütün fəaliyyətinin fövqündə dayanır. Məhz bu yüksək dəyərlər Mehriban xanımı əksəriyytin nümunəvi insan idealına çevirib. Ali dəyərləri özündə birləşdirən şəxsiyyət kimi Mehriban xanım hazırda cəmiyyətin tərəqqisində göstərdiyi səyləri ilə də intellektual qadının çağdaş nümunəsini canlandırır.

Azərbaycanın yeni tarixini yaradan Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyeva sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində yeni idarəçilik modeli ortaya qoyub. Əminliklə söyləyə bilərik ki, Mehriban xanım çoxşaxəli fəaliyyəti ilə cəmiyyətin inklüziv inkişafını təmin etmiş, öz dərin biliyinə əsaslanaraq mədəniyyət, təhsil, səhiyyə, idman sahəsində misilsiz irəliləyişə müvəffəq olmuşdur.

Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən tədbirlər və layihələr təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda dünyada sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual istiqamətləri də əhatə edir.

Azərbaycan xalqına məxsus milli mədəniyyət və incəsənət nümunələrinin qorunması, bərpası, dünyada tanıdılması da Mehriban xanımın fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Mehriban xanım Əliyeva cəmiyyətimizə xas olan multikultural dəyərləri və tolerant mühiti bütün dünyada layiqincə təbliğ edir.

Xeyirxahlıq, mərhəmət, insanpərvərlik nümunəsi olan Mehriban xanım Əliyevanın ölkə daxilində həyata keçirdiyi humanitar fəaliyyəti heyranlıq doğurur. İnsanların sağlamlığının qorunması, xəstələrə, kimsəsizlərə, ahıllara və ehtiyacı olan digər insanlara qayğı ən vacib missiya kimi həyata keçirilməkdədir.

Xüsusi qayğıya ehtiyacı olanlara ana nəvazişi ilə yanaşan Mehriban xanım Əliyeva cəmiyyətin bu həssas təbəqəsinin təhlükəsiz və sağlam həyatının təmin olunmasında yorulmaz fəaliyyət göstərir, onların sosial inteqrasiyası və keyfiyyətli yaşamı üçün bütün lazımı addımları atır.

Azərbaycanda təhsilin inkişafını, təhsil şəraitinin yaxşılaşdırılmasını hər zaman diqqətdə saxlayan Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən yüzlərlə yeni məktəb binaları tikilib, yenidən qurulub, müasir avadanlıqlarla təchiz edilib.

2020-ci il bütün dünyada ağır və məsuliyyətli bir dövr oldu. COVİD-19 pandemiyası həm sosial, həm də iqtisadi problemlərlə ölkələri qayğılandırdı. Azərbaycan dövlətinin zamanında həyata keçirdiyi mübarizə tədbirləri ölkəmizi bu bəladan az itki ilə qurtarmağa, xəstəliyin miqyasını kiçiltməyə imkan verdi. Ağır dönəmdə Mehriban xanım Əliyevanın peşəkarlığı sayəsində pandemiya səbəbindən yaranan böhranın dərinləşməməsi və fəsadlarının qarşısının alınması üçün idarəetmədə güc birliyi təmin olundu. "Vətənimizə, bizim ümumi evimizə bəla gəlib" - deyə, xalqa müraciət edən Mehriban xanım vətəndaşlarımızı koronavirusla mübarizədə birliyə və həmrəyliyə, vətəndaş məsuliyyəti nümayiş etdirməyə səslədi.

Mehriban xanımın çevik qərarları ilə Heydər Əliyev Fondu tərəfindən pandemiya dövründə ailələrin sosial ehtiyaclarının qarşılanması, onların ərzaq və tibbi ləvazimatlarla təminatı həyata keçirilir. Bakı və regionlardakı körpələr və uşaq evləri, internat məktəbləri, Uşaq Psixonevroloji Mərkəzi, bütün sosial xidmət müəssisələri, o cümlədən pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi belə koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələrlə, maskalar, digər qoruyucu vasitələr və zəruri ehtiyaclarla mütəmadi təmin edilir.

2020-ci ildə ölkəmizin tarixinin qızıl səhifəsi yazıldı - Azərbaycan qələbə nuruna boyandı. Vətən torpaqları işğaldan azad olundu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi qarşısında düşmən diz çökdü, düz sərhədinə qədər qovuldu. Müqəddəs bayrağımız 30 il həsrət qaldığımız ərazilərdə - doğma Qarabağımızda və Şərqi Zəngəzurda dalğalandı. Bu, ləyaqət tarixi, şərəf salnaməsidir. Bu möhtəşəm səhifəni Müzəffər Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Ordusu yazdı.

Öz canı-qanı bahasına Vətən torpaqlarını düşmən tapdağından azad edən igid oğullarımızın əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Şəhid ailələri, Azərbaycanın ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş şəxslər daim Birinci vitse-prezidentin xüsusi diqqət mərkəzindədir, onlar lazımı dövlət qayğısı ilə əhatə olunublar.

Ölkəmizin həyatında yeni dövr başlayır - işğaldan azad olunmuş ərazilərdə quruculuq, bərpa işləri, maddi-mənəvi dəyərlərimizə sahiblənmək. Xalqımız səbirsizliklə Böyük Qayıdışı gözləyir. Böyük Qayıdışın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində möhtəşəm, parlaq olacağına əminik.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı ad günü münasibətilə ürəkdən təbrik edir, ailə səadəti, can sağlığı, Vətənimizin rifahı naminə möhtəşəm fəaliyyətində uğurlar və tükənməz xalq sevgisi arzu edirəm.



Rəhman Məmmədov,
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon komitəsinin sədri.
Əməktar Mədəniyyət İşçisi.


.


������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.