20-05-2021, 06:05 | Azərbaycanda nikahların və boşanmaların sayı azalıb

Azərbaycanda nikahların və boşanmaların sayı azalıb

Bu ilin ilk üç ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 10334 nikah və 3704 boşanma halları qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,2, boşanmaların sayı isə 1,5 olub.

Qeyd edək ki, 2020-ci ilin 3 ayında 12 311 nikah dövlət qeydiyyatına alınmışdı. Boşanmaların sayı isə 3940 təşkil etmişdi. Hər iki göstərici üzrə ötən illə müqayisədə azalma qeydə alınıb.Trend

19-05-2021, 07:10 | Açıq havada maska məcburiyyəti ilə bağlı AÇIQLAMA

Açıq havada maska məcburiyyəti ilə bağlı AÇIQLAMA

"Həkimlər yaxın məsafə istisna olmaqla, açıq havada maska taxılmasına birmənalı şəkildə qarşıdır".

Bunu "ARB 24"ün "İşgüzar səhər" verilişinə açıqlamasında həkim Vüqar Qurbanov deyib.

O bildirib ki, açıq havada maska məcburiyyətindənsə, maskadan düzgün istifadə daha əhəmiyyətlidir:

"Bu gün tətbiq olunan peyvəndlər Hindistan və Afrika ştammına təsir etməyə bilər. Buna görə də diqqətli olmaq lazımdır. Çünki bəzən peyvənd olunanlarda virusa yoluxma və hətta ölüm halları da müşahidə olunur. ÜST pandemiyanın bitməsinin anonsunu verməyənə qədər karantin və gigiyena qaydalarına riayət etməliyik.

Bu gün açıq havada maskanın taxılıb-taxılmaması müzakirə olunur. Biz həkimlər ilk gündən yaxın məsafə istisna olmaqla, açıq havada maska taxılmasına birmənalı şəkildə qarşı olmuşuq. Bəzi insanlar həftələrlə eyni maskanı istifadə edir. Belə hallarda onun açıq və ya qapalı məkanda taxılmasının heç bir mənası yoxdur. Buna görə maskadan düzgün istifadə daha əhəmiyyətlidir".

17-05-2021, 00:30 | Bu gündən məktəblər açılır

Bu gündən məktəblər açılır


Mayın 17-dən Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani tədris forması qismən bərpa ediləcək.

Trend bildirir ki, Təhsil Nazirliyi kollegiyasının müvafiq qərarına əsasən, bu gündən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində isə (I-IV siniflərdə) həftədə 3 dəfə olmaqla əyani formada təşkil ediləcək.

Gəncə və Şəki şəhərlərində yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində tədris həftədə 4 dəfə, ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə əyani şəkildə təşkil olunacaq.

Qeyd olunan şəhərlərdə layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verməyən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində isə həftədə 2 dəfə, ümumi orta əhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla əyani aparılacaq.

Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən xüsusi məktəblər, xüsusi internat məktəbləri və inteqrasiya təlimli internat tipli təhsil müəssisələrinin xüsusi siniflərində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla dərslər əyani bərpa ediləcək. Xüsusi məktəblərin ibtidai və ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə), karlar, zəif eşidən və sonradan karlaşmış və kor şəxslər, həmçinin nitqi qüsurlu şəxslər üçün xüsusi internat məktəblərinin ibtidai və ümumi orta təhsil səviyyəsində tədris (I-XI, I-XII, I-X, I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla əyani keçiriləcək.

Həmçinin Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən məktəbdənkənar təhsil müəssisələrində aşağı və orta yaş qruplarında (I-IX siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla əyani aparılacaq.

Qeyd edək ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formaya keçirilmişdi.


15-05-2021, 06:08 | Damarların tıxanması və qanın qatılaşması xəstəlik yox, simptomdur - Həkim əsl səbəbi AÇIQLADI

Damarların tıxanması və qanın qatılaşması xəstəlik yox, simptomdur - Həkim əsl səbəbi AÇIQLADI

Tanınmış həkim, manual terapevt doktor Şişonin ateroskleroz kimi tanınan damar tıxanmasının əsl səbəbini açıqlayıb.

O bildirib ki, ateroskleroz onurğa arteriyalarında qan dövranın pisləşməsini göstərən simptomdur, ayrıca özlüyündə yaranan xəstəlik deyil.

Bu problemi olan xəstələr onurğa və boyun arteriyalarının UZİ-sini etdirməlidir. Onurğa arteriyaları beyin kökünü qidalandırır.

Damarlarda yaranan pitraqlaşmalar köpüklü olur, onlar qanın köhnəlmiş makrofaqlarıdır, hansı ki, damarların divarından içəri sızıb və burda pis xolesterini yeyərək bərkiyir.

Bu mübadiləni aparan mərkəz isə beyindəki hipotalamusdur. O, lazım olan qədər qanla qidalanmadıqda, onurğaya gedən qan dövranı pozulur, damarların içində atrerosklerostik tıxanmalar yaranır.

Normal hipotalamus makrofaqlara düzgün əmr verir və onlar damarın içində lazım olmayanı yeyib, digər yerə aparmalıdır.

Burdan belə aydın olur ki, təzyiq xəstəliyi, diabet, damarların tutulması heç də müstəqil xəstəlik yox, beyin kökü və hipotalamusun oksigen aclığı və qan dövranı pozulmasının nəticəsidir.

Hipotalamusu qidalandıran onurğa arteriyalarıdır. Bu arteriyaların sıxılması, hərəkətsizlik, ostexondroz, protruziya və s. hipotalamusun işini pozur. Ona görə də gənclər yuxarıdakı xəstəliklər yaranmasın deyə, onurğa və boyun arteriyalarının yaxşı işləməsini yoxlamalı və onurğanı daim hərəkətdə saxlamalıdırlar. /medicina.az

13-05-2021, 00:30 | Azərbaycanda Ramazan bayramı qeyd olunur

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bu gün Azərbaycanda Ramazan bayramıdır. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvasına əsasən, Eydül Fitr - Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq mayın 13-nə təsadüf edir.

Koronavirus pandemiyasına görə hazırda Azərbaycanda məscidlər bağlıdır və sabah məscidlərdə bayram namazı qılınmayacaq. İnsanlar ailəsi ilə birlikdə evdə bayram namazı qıla bilər.

İslama görə Ramazan ayının orucu bütün həddi-buluğa çatmış, xəstə və müsafir olmayan müsəlmanlara vacibdir.

Ramazan (orucluq) ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın”.

QMİ-nin fətvasında deyilir ki, oruc ibadəti insanları mənəvi cəhətdən saflaşdırır, onların günahlardan tövbə etmələrinə və Allah-təala yolunda xeyirxah işlər görmələrinə səbəb olur.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. QMİ Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

Allah oruc və namazlarınızı qəbul etsin! Amin!

Qeyd edək ki, Ramazan ayı aprelin 14-də başlamışdı.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilib. Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib. Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləridir. İş həftəsi mayın 16-dan başlayacaq.

11-05-2021, 08:17 | İnstitut 400 minə "qəssabxana" tikir - Şübhəli tender

İnstitut 400 minə "qəssabxana" tikir - Şübhəli tender


Azərbaycanda dövlətdən maliyyələşən qurumların sifarişçi olduqları tenderlərdə maxinasiya hallarının olması barədə zaman-zaman ölkə mediasında yazılıb. Son illər ölkədə aparılan hüquqi islahatlar, "Dövlət Satınalmaları Haqqında Qanun"a edilən dəyişikliklər də satınalmalar sahəsində baş verən acınacaqlı vəziyyətin qarşısını ala bilmir. Belə ki, hələ də sifarişçi olan təşkilatlarla qalib edilən təşkilatlar arasında müxtəlif variantlarda işbirliyi ortaya çıxır.

Qlobal.az xəbər saytının əldə etdiyi məlumata görə ciddi şübhələrə yol açan satınalmalardan biri də Qida Təhlükəsizliyi İnstitutu ilə "Aras Group" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalnmış tender müqaviləsidir. İnstitut ilə MMC arasında mart ayının 16-da yekun vurulmuş "Ağdam rayonu Quzanlı qəsəbəsində kiçik ölçülü heyvan kəsim məntəqəsinin tikintisi işlərinin satın alınması" lotu üzrə tenderin məbləği 402.207 manat təşkil edib.





Bu satınalma müqaviləsində şübhəli məqamlardan biri budur ki, sifarişçi təşkilatın, yəni Qida Təhlükəsizliyi İnstitutunun tender komissiyası görüləcək işlərin detalları barədə aydın məlumat göstərmir. Belə ki, Ağdam rayonunun Quzanlı qəsəbəsində dövlət bedcəsi hesabına inşa ediləcək "kiçik ölçülü heyvan kəsimi məntəqəsinin" sahəsinin neçə kvadrat metr olacağı, hündürlüyü, ümumi sahəsi, həcmi barədə məlumat yoxdur.



Sadiq Məmmədov, Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri

Həmçinin "kiçik ölçülü ət kəsimi məntəqəsi"nin tikintisində hansı mal-materiallardan istifadə olunacağı barədə də bilgilər göstərilmir.

Hazırda ölkənin müxtəlif yerlərində inşa edilən müasir tipli ət kəsimi məntəqələrinin tikintisində əsasən metal məmulatlardan daha çox istifadə olunur. Əgər Ağdam rayonunun Quzanlı qəsəbəsində nəzərdə tutulan kiçik ət kəsimi məntəqəsinin tikintisində də metal konsruksiyalardan istifadə olunacaqsa qalib elan edilən şirkətin - "Aras Group" MMC-nin qaynaq işləri aparmağa lisenziyasının olub-olmaması əsas suallardan biridir.

Məlumata görə isə tikinti işləri aparmaq üçün "Aras Group" MMC müvafiq dövlət orqanlarının tələb etdiyi lisenziyalara sahib deyil.

Digər əsas məsələ Ağdam rayonunda inşa ediləcək "kiçik ölçülü ət kəsimi məntəqəsinin" smetası ilə bağlıdır. Bu tikintinin qiymətinin həddindən artıq "şişirdildiyi" deyilir. Əlbəttə ki, tikintinin sahəsinin, həcminin Qida təhlükəsizliyi İnstitutu ictimaiyyətə açıqlamadığı üçün məntəqənin real dəyərinin nə qədər olduğunu hesablamaq mümkün deyil. Amma hazırkı bazar qiymətlərinə və eləcə də ölkədə keçirilən satınalmalara diqqət etdikdə Ağdam rayonunun Quzanlı qəsbəsində inşa ediləcək kiçik ölçülü ət kəsimi məntəqəsinin qiymətinin 60-70 faiz artırıldığı görünür.

Burada maraqlı məqamlardan biri də qalib elan edilən şirkətlə - "Aras Group" MMC ilə bağlıdır.



Öncə onu qeyd edək ki, "Aras Group" MMC 2014-cü ilin yanvar ayında dövlət reyestrində qeydiyyata alınıb.

Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Sultanov Azad Yusif oğludur.

Şirkət arasgroup.az domenli websaytda özü haqqında müxtəlif məlumatlar verir. Məsələn, şirkət "xidmətlər" bölümündə hidrolizasiya, epoksid, qumlama-boyama, linoleum, beton işləri və boya tətbiqi sahələri üzrə xidmət göstərdiyini elan edir. Gördüyümüz kimi burada xüsusi lisenziya tələb olunan qaynaq işləri və digər tikinti işləri aparması barədə şirkət heç bir məlumat vermir.

Şirkət websaytında qeyd edir: "Aras Group MMC şirkəti 2013-cü ildə yaradılmış dinamik bir şirkət olub müxtəlif subpodrat işlərinin icrasında professional xidmət göstərməkdədir". Yuxarıda da vurğuladığımız kimi dövlət reyestrində Aras Group MMC-nin 2014-cü ildə qeydiyyata alındığı göstərilir. Şirkət isə öz səhifəsində 2013-cü ildən fəlaiyyət göstərdiyini yazır. Belə olan təqdirdə sual meydana çıxır: Araz Media Group bu bir ili dövlət qeydiyyatına alınmadan, vergi ödəmədən çalışıb? Ancaq bu, yəni "Aras Group" MMC-nin özünü "bir il qocaltması" bizi yazının əsas mahiyyətindən yayındırmasın.



Qida Təhlükəsizliyi İnstitutunun "Ağdam rayonu Quzanlı qəsəbəsində kiçik ölçülü heyvan kəsim məntəqəsinin tikintisi işlərinin satın alınması" lotu üzrə sifarişçi olduğu tenderin smetasının 402.207 manat həddində olması ciddi şübhə doğuran məqamdır. Bu şübhəni isə sözügedən tikintinin sahəsi, forması və digər texniki şərtləri açıqlamaması daha da artırır.

Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin ötən ilin may ayının 6-da İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin həbsi istiqamətində həyata keçiridiyi xüsusi əməliyyatın videosunda danışan tikinti şirkətinin sahibi Səyalı Səfərova isə qalib olduğu tenderin məbləğinin 30 %-ni icra başçısına "otkad" formasında verdiyini deyirdi.(dia.az)



11-05-2021, 08:04 | Deputat dələduzu himayə edir? – Parlamentdə yeni Rəfael Cəbrayılov olayı

Deputat dələduzu himayə edir? – Parlamentdə yeni Rəfael Cəbrayılov olayı

Azərbaycan Milli Məclisinin deputatı Elnur Allahverdiyevlə bağlı ilginc iddialar ortaya çıxıb. Belə ki, deputatın adı vətəndaşların küllü miqdarda pulunu mənimsəyən dələduzu himayə etməkdə hallanır. Birinci Qarabağ savaşının iştirakçısı, keçmiş polis əməkdaşı Umud Məmmədov ona qarşı edilən dələduzluqda deputatın adının keçdiyini bildirir. Hadisənin təfərrütaı ilə bağlı məlumat veririk ki, U.Məmmədov polis sıralarından çıxdıqdan sonra dükan açaraq zinət əşyalarının əlveri ilə məşğul olub. Paytaxt sakini Mina Lütfəliyeva hissə-hissə ödəməklə ondan zinət əşyaları götürüb. Bir müddət ödənişləri vaxtlı vaxtında etsə də sonradan M.Lütfəliyeva həm götürdüyü zinətlərin dəyərini artırıb, həm də ödənişi dayandırıb. Beləliklə, borc miqdarı 37 555 manata çatıb.
M.Lütfəliyevanın aldatdığı yeganə şəxs U.Məmmədov olmayıb. O yüksək vəzifəli məmurla yaxın əlaqələri olduğunu bildirərək müxtəlif şəxslərə daxili işlər orqanında, səhiyyə, təhsil sistemində işə düzəltməyi söz verib. Həmin şəxslər də U.Məmmədovun yaxınları olub və bu proses zamanı üst-üstə 122 425 манат pul mənimsəyib. Beləliklə, U.Məmmədov və zərçəkmiş digər 12 şəxs Səbael Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib və Cinayət Məcəlləsinin 178.2.2 maddəsi ilə cinayət işi başlanıb. İstintaqda M.Lütfəliyeva günahılnı etiraf edib və vətəndaşlara dəymiş ziyanı ödəyəcəyini bildirib. Amma ötən ilin oktyabrında açılmış cinayət işi heç bir nəticəyə gəlməyib və M.Lütfəliyeva haqda nə tədbir görülüb, nə də pullar geri qaytarılıb. Məsələ ilə bağlı U.Məmmədovun sözlərinə istinadən bildiririk ki, M.Lütfəliyeva arxasında deputat Elnur Allahverdiyevin durduğunu bildirir və buna görə cəzasız qalacağından əmindir: “Belə olmasaydı istintaq aylarla uzadılmazdı, heç bir səbəb olmadan müstəntiqlər dəyişilməzdi”. Məsələ ilə bağlı mediaya açıqlama verən deputat M.Lütfəliyevanı tanıdığını etiraf edib: “O və həyat yoldaşı mənim seçicimdir. Seçiciləri dinləmək və onların problemlərinə köməklik göstərmək borcumuzdur. Mina Lütfəliyeva ötən ilin yayında göz yaşı içində mənə müraciət edərək haqsız yerə dələduzluqda ittiham olunduğunu bildirib və mən də polisə zəng edərək işə obyektiv baxılmasını xahiş etmişəm. İnsanlar çox şey danışa bilərlər. Mina xanımla başqa heç bir əlaqəm yoxdur”.
Xatırladaq ki, Milli Məclisin sabiq deputatı Rəfael Cəbrayılov haqqında da oxşar iddialar səslənirdi. R.Cəbrayılov hazırda həbsdədir.

cumhuriyyet.az

10-05-2021, 12:09 | Xəstəxanalardakı qanunsuzluqlarla əlaqədar istintaq davam etdirilir - Baş prokuror

Xəstəxanalardakı qanunsuzluqlarla əlaqədar istintaq davam etdirilir - Baş prokuror

Koronavirus xəstələrinin müalicə olunduğu klinika və tibb müəssisələrində aşkarlanan qanunsuzluqlarla əlaqədar başlanmış cinayət işinin istintaqı davam etdirilir.

MTrend xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev deyib.

O bildirib ki, fakt bağlı ictimaiyyətə ətraflı məlumat verilib:

"İstintaq yekunlaşandan sonra daha ətraflı məlumat veriləcək. Bu ictimaiyyəti daha çox narahat edən məsələdir. Koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı ölkədə dövlət səviyyəsində əhəmiyyətli tədbirlər həyata keçirilir. Hüquq-mühafizə orqanları da bu sahədə üzərinə düşən bütün vəzifələri yerinə yetirəcək".

10-05-2021, 11:58 | Apreldə DGK əməkdaşları 730 kiloqramdan artıq narkotik aşkar edib - Səfər Mehdiyev

Apreldə DGK əməkdaşları 730 kiloqramdan artıq narkotik aşkar edib - Səfər Mehdiyev

Bu ilin aprel ayında Azərbaycan Gömrük Komitəsinin əməkdaşları 730 kiloqramdan artıq narkotik vasitə aşkar edib.

Trend xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

O bildirib ki, aşkarlanan narkotik vasitələr əsasən Gürcüstan və Avropa ölkələrinə daşınması aşkarlanıb: "Həmin narkotik vasitələrin tranzit idxaldır. Həm Astara, həm Biləsuvar sərhəd keçid məntəqələrində keçirilən əməliyyat zamanı aşkarlanıb. Hazırda əməliyyatlar davam etdirilir. Azərbaycan həmişə tranzit ölkə olaraq narkotiklərin yayılmasına yox deyib".

10-05-2021, 09:39 | Bu gündən Azərbaycanda yaşı 18-dən yuxarı şəxslərin vaksinasiyası başlayır

Bu gündən Azərbaycanda yaşı 18-dən yuxarı şəxslərin vaksinasiyası başlayır

Bu gündən etibarən bütün ölkə üzrə yaşı 18-dən yuxarı vətəndaşlar vaksinasiyaya qatıla bilər.

Bunu Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev deyib.

Onun sözlərinə görə, cəmiyyət məsuliyyətlilik prinsipinə uyğun olaraq hamılıqla vaksinasiyaya qatılmalıdır:

"Hər bir vətəndaşı vaksin olunmağa çağırıram".Trend

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.